Ana səhifə »  Xəbər lenti »  Koronavirusla mübarizədə əhalinin sağlamlığının qorunması üçün səhiyyə sahəsində resurslar səfərbər edilib
A+   Yenilə  A-
Koronavirusla mübarizədə əhalinin sağlamlığının qorunması üçün səhiyyə sahəsində resurslar səfərbər edilib

2021-ci il yanvarın 1-dən 36 şəhər və rayon icbari tibbi sığorta sisteminə qoşulacaq

Azərbaycan Respublikasında yeni növ koronavirus pandemiyasının qeydə alındığı ilk gündən etibarən bir sıra dövlət qurumları bu mübarizəyə qoşulub və vaxtında zəruri qabaqlayıcı tədbirlər həyata keçirib. Koronavirus pandemiyası ilə bağlı əhalinin sağlamlığının qorunması üçün səhiyyə sahəsində resurslar səfərbər edilib. Azərbaycanın bütün sərhəd-keçid məntəqələrində, o cümlədən hava limanlarında profilaktik tədbirlərin həyata keçirilməsinə, sanitar-dezinfeksiya işlərinin aparılmasına başlanılıb. Azərbaycana gələn və ölkəni tərk edən sərnişinlər ciddi yoxlanılır, ölkə ərazisindən tranzit yüklərin daşınmasına nəzarət gücləndirilir. Bununla yanaşı, tibb müəssisələrinin zəruri dərman və dezinfeksiyaedici preparatlarla lazımi səviyyədə təchizatının təmin edilməsi, sanitariya-gigiyena və əks-epidemik rejimlərin tələblərinin yerinə yetirilməsi üzrə tədbirlər icra olunub. Əhalinin maarifləndirilməsi məqsədilə genişmiqyaslı kampaniya aparılmaqdadır, mütəmadi olaraq hazırlanmış maarifləndirici materiallar və sosial çarxlar paylanılır və yayımlanır, sosial media platformalarında paylaşılır.

Bu barədə AZƏRTAC-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, COVID-19 xəstəliyinin aşkar edilməsi üçün 40-a yaxın Molekulyar Mikrobioloji laboratoriyada gün ərzində Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi kriteriyalara uyğun olaraq 20 000-dək PZR testi tam ödənişsiz, dövlət hesabına aparılır. Hazırda Azərbaycanda kifayət qədər koronavirusu müəyyənləşdirən test ehtiyatı var. Bu günədək ümumilikdə 2 073 137 test müayinəsi aparılıb.

Uzun müddətdir ki, ölkədə koronavirusla mübarizəyə cəlb olunmuş bütün səhiyyə strukturları gücləndirilmiş iş rejimində çalışırlar. Son zamanlar koronavirus infeksiyasına yoluxmanın sayının artması təcili tibbi yardıma edilən müraciətlərin sayının da artmasına səbəb olub. Pandemiyadan öncə “103” xidmətinə daxil olan telefon zənglərinin sayı 3000-ə, çağırışların sayı 1500-2000-ə yaxın idisə, hazırda zənglərin sayı 10 000-ə, çağırışların sayı isə 2000-2500-ə yaxındır. İş yükünün artmasına baxmayaraq hər bir çağırış müvafiq qaydada icra olunur. Bəzən təcili tibbi yardıma ehtiyacı olmayan xəstələrin “103” xidmətinə çoxlu sayda müraciəti telefon xətlərinin yüklənməsinə və çağırışların icrasının ləngiməsinə səbəb olur.

Qeyd olunmalıdır ki, COVID-19 xəstəliyi ilə əlaqəli müraciətlərlə yanaşı, “103” xidmətinə təcili tibbi yardıma birbaşa ehtiyacı olan səbəblərdən: infarkt, insult, yol-nəqliyyat qəzaları, travmalar, terminal vəziyyətlər, doğuş, hündürlükdən yıxılma, zəhərlənmə və s. müraciətlər də daxil olur və onların icrası təmin edilir. Çağırışların icrasını vaxtında təmin etmək məqsədilə onlar ağırlıq dərəcəsinə görə çeşidlənir, ilk növbədə daha ağır xəstələrin müraciətləri icra olunur. Məlumdur ki, ağır xəstələrin hospitalizasiyası icra edildiyi hallarda çağırışın icrası üçün daha çox zaman sərf olunur.

Əlavə olaraq təcili tibbi yardım xidməti hərarəti 38 dərəcədən yüksək, yanaşı xroniki xəstəliyi (hamilə qadınlar, şəkərli diabet, ürək damar, tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkən) olan, təngnəfəslik, boğulma şikayətləri ilə müraciət edən, vəziyyəti ağır xəstələrdən laborator müayinə materialı götürür.

Bakı şəhəri üzrə poliklinikalar da gücləndirilmiş iş rejiminə keçirilib. Belə ki, həftənin şənbə və bazar günləri də daxil olmaqla yeddi gün səhər saat 08:00–dan 18:00-dək vətəndaşlara COVID-19-la bağlı xidmətlər göstərilir. Bakı şəhəri üzrə evdə nəzarətdə olan şəxslər yaşadıqları ərazi üzrə poliklinikanın sahə həkimi ilə yaxud Səhiyyə Nazirliyinin “814” Çağrı mərkəzi ilə əlaqə saxlayırlar. Sahə həkimləri koronavirusa yoluxmuş evdə nəzarətdə olan xəstənin vəziyyətini 14 gün ərzində gündəlik müşahidə edir. Xəstəliyi simptomsuz və ya yüngül simptomlarla keçirən vətəndaşlar evdə müalicə almaq üçün dövlət tərəfindən vitamin kompleksi ilə təmin olunurlar. Kompleksə vitamin C, vitamin D3, Maqnezium, Sink, Selen və Parasetamol kimi preparatlar daxildir. Adı çəkilən preparatların qəbulu müalicə və xəstəliyin gedişatı ərzində yaranma ehtimalı olan fəsadların qarşısını almaq məqsədilə xəstələrə təyin olunur. Evdə nəzarətdə saxlanılan şəxslərə sahə poliklinikaları tərəfindən göstərilən xidmətə antibiotik və antivirus əleyhinə preparatların verilməsi eləcə də venadaxili inyeksiyaların qəbulu daxil deyil.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ölkə üzrə tabeliyində olan bütün xəstəxanalarda stasionar müalicə ilə məşğul olur və Bakı şəhəri istisna olmaqla, Sumqayıt, Abşeron və digər ərazilərdə evdə müalicə olunan şəxsləri dərmanla təchiz edir. Eyni zamanda Bakı şəhəri istisna olmaqla, sözügedən ərazilərdə poliklinikalar və Təcili Tibbi Yardım xidməti TƏBİB-in nəzarətindədir. Bütün tibb müəssisələrində müayinə və müalicə prosesi qəbul edilmiş klinik protokollara uyğun olaraq tamamilə dövlət hesabına pulsuz həyata keçirilir. Xüsusi rejimli xəstəxanaların hamısı hər növ dərman və tibb vasitələri ilə, o cümlədən, favipravir, remdesevir kimi antivirus preparatları ilə tam təchiz edilib.

Pandemiya ilə mübarizə üçün respublikanın bir sıra şəhər və rayonlarında ayrılmış xüsusi rejimli 48 xəstəxanada vətəndaşların sağlamlığının qorunması məqsədilə minlərlə tibb işçisi öz üzərinə düşən vəzifələri şərəflə yerinə yetirir. Lakin təəssüf hissi ilə qeyd olunmalıdır ki, bir sıra hallarda öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə çalışan bəzi şəxslər bu yolda canını və sağlamlığını təhlükəyə atan həkimlərimizin əziyyətlərinə kölgə salmaqdan belə çəkinmirlər. Sözügedən halların qarşısını almaq məqsədilə vətəndaşlar məsələ ilə bağlı həm Səhiyyə Nazirliyinə (9103(0)), həm də TƏBİB-ə (+99 451 513 15 42) müraciət edə bilərlər. Vətəndaşlardan xahiş edilir ki, rastlaşdıqları neqativ hallarla bağlı yuxarıda qeyd edilən nömrələr vasitəsilə məlumat versinlər.

Hazırda ölkə əhalisini narahat edən əsas məsələlərdən biri də koronavirusa qarşı vaksinasiyadır. Peyvəndləmə məsələsi pandemiyanın ilk dövründən dövlətin diqqət mərkəzindədir. Vaksinlərlə bağlı həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə danışıqlar gedir. Artıq dünyada bir neçə peyvəndin 3-cü klinik sınaq mərhələsində olduğu bildirilir. Bu mərhələdən keçmiş ən effektiv, ən etibarlı vaksinin ölkəyə gəlməsi təmin ediləcək. Peyvəndləmə ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, tibbi xidmətlərin keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi, tibb və qeyri-tibb işçilərinə, eləcə də könüllülərə əlavə və mükafatların verilməsi üzrə davamlı tədbirlər həyata keçirilir. Məlumat üçün bildirək ki, 2020-ci ilin mart-oktyabr ayları ərzində İcbari Tibbi sığorta Üzrə Dövlət Agentliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncam və qərarına uyğun olaraq COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə, eləcə də könüllülərə ümumilikdə 123 milyon 331 min manat məbləğində müddətli əlavə və mükafatlar ödənilib.

Eyni zamanda, tibb heyətinə dəstək və yeni növ koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə Azərbaycan Respublikası Prezidentinin Nazirlər Kabineti yanında Operativ Qərargaha verdiyi göstərişə uyğun olaraq bir neçə ölkədən tibb mütəxəssisləri Azərbaycana dəvət ediliblər. COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə sözügedən sahədə çalışan qardaş ölkə Türkiyədən, Rusiyadan, Kubadan, Çindən və İtaliyadan ümumilikdə 361 nəfər ölkədə koronaviruslu xəstələrin müalicəsinə cəlb olunublar. Tibb mütəxəssisləri ölkədə koronavirusla mübarizəyə ayrılmış tibb müəssisələrində olub, xəstəliyin qarşısının alınması üçün yerli mütəxəssislərlə birgə müalicə və profilaktika sahəsində çalışıblar. Onlar koronavirusa yoluxan və ağır simptomları olan xəstələrin müalicəsində yerli mütəxəssislərə dəstək olublar.

Sonda bildirək ki, səhiyyə sahəsinin inkişafı hər zaman dövlətin diqqət mərkəzində olub və sözügedən sahənin təkmilləşdirilməsi, əhalinin sağlamlığının qorunması istiqamətində daima dövlət tərəfindən islahatlar həyata keçirilir. Bu sahədə aparılan islahatlardan biri də icbari tibbi sığortanın bütün respublikada tətbiqi ilə bağlıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 aprel tarixli 136 nömrəli Qərarına əsasən 2021-ci il 1 yanvar tarixindən 36 şəhər və rayon - Gəncə, Naftalan, Şirvan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul sözügedən sistemə qoşulacaq.

2021-ci il 1 aprel tarixindən etibarən isə Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığortanın Xidmətlər Zərfindən istifadə edəcək.

Məlumat üçün bildirək ki, 2020-ci il 1 yanvar tarixindən etibarən icbari tibbi sığorta 23 inzibati ərazidə (Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında) tətbiq edilir.

 
  • Oxunub:  1680  |  
  • Tarix:  22-12-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan işğaldan azad edilən bütün əraziləri tezliklə cənnətə çevirəcək

15 Yanvar 19:15
Nazir müavini Beyləqanda şəhid ailələri ilə görüşüb
15 Yanvar 19:06
“Şimal-Cənub” nəqliyyat dəhlizinin strateji əhəmiyyətinə dair müzakirələr aparılıb
15 Yanvar 19:01
Azərbaycanla Gürcüstanın iqtisadi münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
15 Yanvar 18:54
“Amnesty International” Ermənistanın beynəlxalq hüquq çərçivəsində cəzalandırılmasını gündəmə gətirməlidir
15 Yanvar 18:39
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb – FƏRMAN
15 Yanvar 18:34
Azərbaycanda sığorta sahəsində attestasiyanın keçirilməsi proseduru müəyyənləşib
15 Yanvar 18:26
Bölgələrdə 20 şəhid ailəsinə və Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərə yeni evlər verilib
15 Yanvar 18:25
“ASAN xidmət”dən bizə qələbə yaşadanlar üçün xüsusi xidmət
15 Yanvar 18:22
Prezident İlham Əliyev: Bu torpağın sahibləri qayıdıblar, əllərində silah və bayraq, ürəklərində Vətən sevgisi
15 Yanvar 18:17
Səfir: AZƏRTAC ilə Əlcəzair mediası arasında əlaqələrin qurulmasını istərdik
15 Yanvar 18:10
Prezident İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməllərini qoyub, Şuşa şəhərində səfərdə olub -VİDEO
15 Yanvar 18:03
Prezident İlham Əliyev: Bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın
15 Yanvar 17:59
Səhiyyə Nazirliyi: Peyvənd həkim yoxlanışı və göstərişindən sonra vurulacaq
15 Yanvar 17:45
Finlandiyanın xarici işlər naziri bölgədəki son vəziyyət barədə məlumatlandırılıb
15 Yanvar 17:40
Azərbaycan və Rusiyanın xarici işlər nazirləri arasında telefon danışığı olub
15 Yanvar 17:32
Azərbaycan ilə Əfqanıstan parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub
15 Yanvar 17:30
Azərbaycanda koronavirus infeksiyasından 494 nəfər sağalıb, 349 yeni yoluxma faktı qeydə alınıb
15 Yanvar 16:28
Prezident: Məhz Heydər Əliyevin təkidı və cəsarəti nəticəsində Şuşada Vaqifin əzəmətli məqbərəsi ucaldıldı
15 Yanvar 16:27
Azərbaycan Prezidenti: İndi Natəvanın, Üzeyir bəyin, Bülbülün ruhları şaddır
15 Yanvar 16:25
Prezident: Biz bütün dinlərin məbədlərini qoruyuruq və qoruyacağıq, buna heç kim şübhə etməsin
15 Yanvar 16:24
“Regional İnkişaf” İctimai Birliyinin Qarabağ regional bölməsi bundan sonra Şuşa şəhərində fəaliyyət göstərəcək
15 Yanvar 16:03
Prezident İlham Əliyev: Məscidləri bu günə qoyan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
15 Yanvar 16:02
Azərbaycan dilinin vurğunu olan Nazim Hikmətin bu gün ad günüdür
15 Yanvar 15:59
Prezident İlham Əliyev: Biz Qarabağda düşmənin dağıtdığı bütün tarixi-dini abidələrimizi bərpa edəcəyik
15 Yanvar 15:54
Azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılmasında beynəlxalq maliyyə qurumları əməkdaşlıq imkanları müzakirə olunub
15 Yanvar 15:52
Turizm sənayesi bərpa dövrünə hazırlaşır
15 Yanvar 15:47
Səfərbərlikdən tərxis edilmiş şəxslərlə bağlı komissiya bu günədək 1200-dən çox müraciətə baxıb
15 Yanvar 15:42
Prezident xəbərdarlıq etdi: Əgər bizə qarşı hər hansı təxribat törədilərsə, cavabımız çox sərt olacaq
15 Yanvar 15:37
Prezident İlham Əliyev: Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək
15 Yanvar 15:33
Bakı Limanı Avropanın ikinci ən böyük limanı ilə anlaşma memorandumu imzalayıb
15 Yanvar 15:30
Tanınmış rəssam Aida Mahmudovanın Amerika Birləşmiş Ştatlarında ikinci fərdi sərgisi açılıb
15 Yanvar 15:29
Azərbaycan Prezidenti: Bizim şanlı Ordumuzun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir
15 Yanvar 15:26
Milli Kitabxanada işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyasının təqdimatı keçirilib
15 Yanvar 15:24
Prezident İlham Əliyev: Bütün dünya bizim Qələbəmizdən danışır
15 Yanvar 15:22
Prezident İlham Əliyev: Böyük qayıdış başlayır, bütün işlərə start verildi
15 Yanvar 15:19
Birinci vitse-prezident Mehriban Əliyeva: Azad olunmuş qədim Şuşa şəhərimizdə olmağımdan çox xoşbəxtəm! - VİDEO
15 Yanvar 15:17
ADU-nun rektoru Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri ilə görüşüb
15 Yanvar 15:15
İşğaldan azad edilmiş ərazilərdə ilkin olaraq 10 seysmik stansiya quraşdırılacaq
15 Yanvar 14:40
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
15 Yanvar 14:27
"Netflix" ilk dəfə Azərbaycanla bağlı film çəkib
15 Yanvar 14:01
“Ötən il sağlamlığın əsl dəyərini anladığımız il oldu”
15 Yanvar 13:58
Çingiz Qənizadə: Polisin ölkədə koronavirusla mübarizədə atdığı addımlar əvəzsizdir
15 Yanvar 13:54
İƏT Milli Xəbər Agentlikləri Birliyi Prezident İlham Əliyevin ICESCO-nun nümayəndə heyəti ilə görüşündən yazıb
15 Yanvar 13:18
Rusiya və İranın XİN rəhbərləri Dağlıq Qarabağla bağlı vəziyyəti müzakirə edəcəklər
15 Yanvar 13:14
Ümumdünya Meteorologiya Təşkilatı 2020-ci ilin meteomüşahidə tarixində üç ən isti illərdən biri olduğunu təsdiqləyib
15 Yanvar 13:12
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
15 Yanvar 13:10
Azərbaycan-ICESCO əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb
15 Yanvar 12:44
Gürcüstandan vətəndaşlarımızın növbəti təxliyəsi həyata keçirilib
15 Yanvar 12:40
Bakının əsas küçə və və prospektləri dezinfeksiya ediləcək
15 Yanvar 12:38
İnnovasiyalar Agentliyi yerli IT şirkətlərinin kataloqunu tərtib edib
15 Yanvar 12:14
Paytaxtın 3 ərazisində avtobuslar üçün xüsusi zolaqlar təşkil olunub
15 Yanvar 11:38
Hərbi geyimi qanunsuz daşıyanlara qarşı tədbirlər görülür
15 Yanvar 11:35
Dekabrda Azərbaycanda 2,3 milyard kilovat/saat elektrik enerjisi istehsal edilib
15 Yanvar 11:33
İndoneziyada silsilə zəlzələlər nəticəsində 34 nəfər həlak olub, 600 nəfər xəsarət alıb
15 Yanvar 11:16
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qaziyə yeni mənzilin açarları təqdim edilib
15 Yanvar 10:54
Hirkan Milli Parkında yanğının söndürülməsinə FHN-in Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya təyyarəsi cəlb olunub
15 Yanvar 10:51
Ağalar Vəliyev: Azərbaycan regionda uzunmüddətli sülhün, əməkdaşlığın, iqtisadi inkişafa aparan layihələrin gerçəkləşməsinin tərəfdarıdır
15 Yanvar 10:45
Gömrük Akademiyasında imtahanlar xüsusi qiymətləndirmə mexanizmi ilə keçirilir
15 Yanvar 10:44
MEDİA-nın İcraçı direktoru: Tətbiq olunacaq yeniliklər Azərbaycan mediasının fəaliyyətinin stimullaşdırılmasına şərait yaradacaq
15 Yanvar 10:42
DSX Xüsusi Məktəbə şagird qəbulunu elan edib
15 Yanvar 10:37
Videodərslər portalı təhsil almaq imkanlarını genişləndirir
15 Yanvar 10:28
“AzerGold” QSC ilə Böyük Britaniya şirkətləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
15 Yanvar 10:26
Əhməd İsmayılov: MEDİA-nın yaradılması bu sahədə həyata keçirilən institusional quruculuq prosesinin davam etdirilməsi siyasətinin tərkib hissəsidir
15 Yanvar 10:16
Daxili işlər orqanları ötən gün törədilmiş 40 cinayətin üstünü “isti izlər”lə açıblar
15 Yanvar 10:04
Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Şuşaya səfərlə bağlı paylaşım edib
15 Yanvar 09:32
“Arabnews”: Azərbaycan, Türkiyə və Pakistan arasında əlaqələr möhkəmlənir
15 Yanvar 09:31
XİN: Ermənistanın dövlət rəsmilərinin Azərbaycanın ərazilərinə qanunsuz səfərləri qəbuledilməzdir
15 Yanvar 09:28
Azərbaycan işğaldan azad edilən bütün əraziləri tezliklə cənnətə çevirəcək
15 Yanvar 09:18
Milli mətbuatımızın müasir çağırışlara cavab verməsi üçün davamlı addımlar atılır
15 Yanvar 09:16
Vüqar Bayramov: Azərbaycanın sosial-iqtisadi inkişaf göstəriciləri nüfuzlu beynəlxalq qurumların hesabatlarında yüksək qiymətə layiq görülür

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+11 +15
gecə+3 +6