Ana səhifə »  Xəbər lenti »  Sosial Tədqiqatlar Mərkəzi “Dağlıq Qarabağda erməni əhalisinin sayı: işğala qədər və sonra” adlı hesabat yayıb
A+   Yenilə  A-
Sosial Tədqiqatlar Mərkəzi “Dağlıq Qarabağda erməni əhalisinin sayı: işğala qədər və sonra” adlı hesabat yayıb

Sosial Tədqiqatlar Mərkəzi “Dağlıq Qarabağda erməni əhalisinin sayı: işğala qədər və sonra” adlı hesabat yayıb.

AZƏRTAC xəbər verir ki, hesabatı dekabrın 22-də mərkəzin İdarə Heyətinin sədri, Milli Məclisin insan hüquqları komitəsinin sədri Zahid Oruc təqdim edib.

Hesabatda deyilir ki, noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri tərəfindən imzalanmış birgə Bəyanatın 7-ci maddəsi Dağlıq Qarabağ regionuna məcburi köçkünlərin qayıdışı ilə bağlı məsələləri tənzimləyir. Sənəddə deyilir ki, daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır.

Ötən qısa müddət ərzində razılaşmanın sözügedən müddəasının həyata keçirilməsi məqsədilə beynəlxalq humanitar missiyanın təşkil olunması haqqında məlumatın olmamasına baxmayaraq, 44 gün davam edən müharibə zamanı münaqişə zonasını tərk etmiş ermənilərin geri qayıtmasına dair müxtəlif mənbələr tərəfindən fərqli rəqəmlər səsləndirilir. İlk növbədə, tərəflərin razılığı ilə regionda yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti ilə bağlı yaradılmış informasiya resursunda gündəlik icmallar bölməsində 18 dekabr tarixinə olan məlumata görə, 41275-dək şəxsin Xankəndi və ətraf ərazilərə qaytarıldığından bəhs edilir. Lakin haqlı olaraq, sual meydana çıxır: Dağlıq Qarabağda işğala qədər və sonra yaşayan əhalinin demoqrafik, sosial və etnik-milli tərkibinin dinamikası necə dəyişib?

Otuz il əvvəl Qarabağda azərbaycanlıları etnik təmizləməyə məruz qoymuş təcavüzkar Ermənistanın işğalçılıq siyasəti, bölgənin erməni əhalisinə qarşı da demoqrafik soyqırımı ilə nəticələnib. Ermənistanda demoqrafik çöküşün yaşanması BMT səviyyəsində bəyan edilib. BMT-nin hesablamalarına görə, Ermənistan əhalisi hər il 8 min nəfər azalma tendensiyasına malikdir.

Sovet dövründə Azərbaycan və Ermənistan əhalisi bənzər templərlə artsa da, 1993-cü ildən bəri vəziyyət dəyişib. Azərbaycan əhalisi hər il 1-2,5 faiz artmağa davam edərkən, Ermənistan əhalisi separatçı rejim dövründə, 1993-1995-ci illərdən başlayaraq hər il 3 faiz azalan dinamika üzrə davam edib, demoqrafik disbalans artıb, gənclərin sayı sürətlə azalmağa başlayıb. 1993-cü ildə Ermənistan və qondarma DQR əhalisi 3,6 milyon (Azərbaycanda 7.44 milyon), 2000-ci ildə 3.37 milyon (Azərbaycan-8 milyon), 2014-cü ildə 3.15 milyon (Azərbaycan-9.5 milyon) olub. BMT-nin hesablamalarına görə, vəziyyətin bu cür davam etməsi halında Ermənistan əhalisinin 2030-cu ildə 3 milyona, 2100-cü ildə 1 milyona düşəcəyi proqnozlaşdırılır. Demoqrafik problemlərlə bağlı müzakirələrdə bəzi tədqiqatçılar erməni əhalisinin sayının davamlı azalmasının başlıca səbəbini Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi, xaricə miqrasiyanın səbəbini gec-tez hərbi əməliyyatların baş verəcəyindən qorxusu ilə əlaqələndirib.

Sovet siyahıyaalınmasında Qarabağ bölgəsində 1979-cu ildə-ümumi əhali 162200 nəfər olub, onun 123100 nəfəri ermənilər (75,9 faiz), 37,300 nəfəri azərbaycanlılar (22,9 faiz) təşkil edib. Sonrakı etnik təmizlənmə və mühacirət nəticəsində bölgənin erməni əhalisi azalıb, etnik baxımdan homogenləşib və rəsmən elan etdikləri 150000 əhalinin yüzdə 100 faizi ermənidir.

Son 30 ildə Qarabağda əhali sayının dinamikası ilə bağlı yazılan yeganə tədqiqatın erməni müəllifi deyir: “DQR-də demoqrafik problemlərin və əhalinin məskunlaşması ilə bağlı məsələlər öyrənilməyib. Yaşayış məntəqələrinin vəziyyəti qiymətləndirilməyib. Məskunlaşma proseslərinin tendensiyaları müəyyən edilməyib. Halbuki, erməni əhalisinin azalmasının qarşısını almaq üçün bu, çox vacibdir”.

Digər erməni müəllifin demoqrafik kollapsla bağlı gəldiyi qənaət isə belədir: “Əhali artımının dayanmasının əsas səbəbləri bunlardır: müharibədə itkilər, intensiv mühacirət, aşağı doğum və çox yüksək ölüm nisbəti. Bu gün demoqrafik dinamikanın aşağı göstəriciləri nəticəsində əhali dinamikası son dərəcə pis istiqamətlənib. Əhalinin müharibədən əvvəlki səviyyəyə nə vaxt çatacağını proqnozlaşdırmaq qeyri-mümkündür”.

Rusiyalı müəllif isə yazır ki, bölgə və Ermənistan rəhbərliyi Qarabağ əhalisinin 50 min nəfərdən çox azalmasının qarşısını ala bilməyib. Bu dəhşətli rəqəm sayılmalıdır və Qarabağın Azərbaycan daxilində Böyük Vətən müharibəsi illərində cəbhədə verdiyi böyük itkilərlə müqayisə edilə bilər. Rusiyalı müəllif davam edərək yazır ki, DQR-də 2005-ci ildə aparılmış siyahıyaalma, bölgədəki erməni əhalisinin tam monoetnik tərkibini göstərir. Əhalinin sayı onillərlə nəinki artıb, əksinə, 145 mindən 137 min nəfərə düşüb. Nəinki Azərbaycan əhalisi tamamilə qovulub, əlavə olaraq, rus əhalinin sayında da kəskin azalma qeydə alınıb. Qarabağda yaşayan 2 min rus əhalidən cəmi 171 nəfər qalıb.

Beləliklə, Qarabağda 1 milyona yaxın soydaşımızın etnik təmizləməyə məruz qalması ilə Ermənistan işğalçı rəhbərliyi tərəfindən son 30 ildə Qarabağın erməni əhalisinə münasibətdə həyata keçirilən “demoqrafik mina” artıq işə düşüb və hazırda dövlətimizin apardığı azadlıq müharibəsi onun istənilən məqam partlamaması üçün bölgənin erməni icmasının qurtuluş yolu kimi çıxış edir.

Qeyd edilənlər baxımından əhali sayının göstərildiyi istənilən mənbələrə nəzər salmaq lazım gəlir. Məsələn, 1991-ci ildə qondarma “müstəqillik” səsverməsində 108 615 nəfər seçici səs verib. 2017-ci ildə səs vermək hüququ olan şəxslərin sayı 103818 nəfər olub. 2020-ci il qondarma prezident seçici siyahısında isə 76728 nəfərin adı olub. Bu, onu göstərir ki, hətta qondarma qurumun rəsmiləri tərəfindən elan olunan rəqəmlər də əhali artımının tənəzzülünü təsəvvür etməyə imkan verir. Yəni 30 il ərzində səsvermə hüququ olanların sayı nəinki artıb, əksinə, 108 mindən 103 minə enib.

Qarabağda 30 illik işğalın demoqrafik nəticəsi Ermənistanın işğalçılıq siyasətində daha bir cinayətin-demoqrafik cinayətin tam sübutuna çevrilib. Bölgədə etnik müxtəlifliyin məhv edilməsi, əhali artımının çökməsi, münaqişənin həllində maraqlı olmaması ilə Ermənistanın işğalçı rəhbərliyi Qarabağda erməni xalqını “demoqrafik soyqırımına” uğradıb. Ermənistanın etnik təmizləmə siyasəti yalnız Azərbaycan əhalisinin deyil, həm də Qarabağın erməni icmasının bölgədən tədricən yox olmasının başlanğıcını qoyub. Vəziyyəti düzəltmək məqsədilə Dağlıq Qarabağ və ətraf rayonlara Ermənistandan (94 faiz), Rusiyadan (4.2 faiz) qanunsuz köçürmələr edilsə də, demoqrafik vəziyyət bərpa olunmayıb.

Həmçinin bu dövr ərzində qondarma rejim tərəfindən 30 minədək erməni qaçqının məskunlaşdırılmasına, Zəngilanda İraq ermənilərinin, Cəbrayılda İraq/Suriya ermənilərinin yerləşdirilməsinə 1 milyon dollara yaxın vəsait ayrılmasına baxmayaraq, öz doğma torpaqlarından qovulan soydaşlarımızın nə fəaliyyətini kompensasiya etmək, nə də erməni icmasının “nəslinin tədrici yoxa çıxmasının” qarşısını almaq mümkün olmayıb. Bu, birmənalıdır ki, Ermənistan əhalisi həm davam edən miqrasiya, həm də artım tempinin demək olar durduğu şəraitdə davamlı olaraq azalır. Bunlar, öz növbəsində, Azərbaycanın Qarabağın azadlığı uğrunda müharibəsinin həm də, bölgənin demoqrafik qurtuluşuna xidmət etməsini, 1 milyona yaxın qaçqın və məcburi köçkün əhalinin öz doğma torpaqlarına qaytarılmasının təxirə salınmaz məsələ olmasını göstərir.

Qeyd edək ki, Qarabağda məskunlaşdırılan ermənilərin yaşadığı demoqrafik böhrana baxmayaraq, separatçı rejim tərəfindən doğma torpaqlarından məcburi köçkün düşmüş azərbaycanlıların sayında son 30 il ərzində 40 faizə yaxın demoqrafik artım olub.

 
  • Oxunub:  2250  |  
  • Tarix:  22-12-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan işğaldan azad edilən bütün əraziləri tezliklə cənnətə çevirəcək

15 Yanvar 20:33
İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib
15 Yanvar 19:49
Mövlud Çavuşoğlu: Azərbaycana hər zaman dəstək verəcəyik
15 Yanvar 19:47
Şuşanı azad edən gənclər ulu öndər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyev idarəçiliyinin yetirmələridir
15 Yanvar 19:15
Nazir müavini Beyləqanda şəhid ailələri ilə görüşüb
15 Yanvar 19:06
“Şimal-Cənub” nəqliyyat dəhlizinin strateji əhəmiyyətinə dair müzakirələr aparılıb
15 Yanvar 19:01
Azərbaycanla Gürcüstanın iqtisadi münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
15 Yanvar 18:54
“Amnesty International” Ermənistanın beynəlxalq hüquq çərçivəsində cəzalandırılmasını gündəmə gətirməlidir
15 Yanvar 18:39
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb – FƏRMAN
15 Yanvar 18:34
Azərbaycanda sığorta sahəsində attestasiyanın keçirilməsi proseduru müəyyənləşib
15 Yanvar 18:26
Bölgələrdə 20 şəhid ailəsinə və Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərə yeni evlər verilib
15 Yanvar 18:25
“ASAN xidmət”dən bizə qələbə yaşadanlar üçün xüsusi xidmət
15 Yanvar 18:22
Prezident İlham Əliyev: Bu torpağın sahibləri qayıdıblar, əllərində silah və bayraq, ürəklərində Vətən sevgisi
15 Yanvar 18:17
Səfir: AZƏRTAC ilə Əlcəzair mediası arasında əlaqələrin qurulmasını istərdik
15 Yanvar 18:10
Prezident İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməllərini qoyub, Şuşa şəhərində səfərdə olub -VİDEO
15 Yanvar 18:03
Prezident İlham Əliyev: Bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın
15 Yanvar 17:59
Səhiyyə Nazirliyi: Peyvənd həkim yoxlanışı və göstərişindən sonra vurulacaq
15 Yanvar 17:45
Finlandiyanın xarici işlər naziri bölgədəki son vəziyyət barədə məlumatlandırılıb
15 Yanvar 17:40
Azərbaycan və Rusiyanın xarici işlər nazirləri arasında telefon danışığı olub
15 Yanvar 17:32
Azərbaycan ilə Əfqanıstan parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub
15 Yanvar 17:30
Azərbaycanda koronavirus infeksiyasından 494 nəfər sağalıb, 349 yeni yoluxma faktı qeydə alınıb
15 Yanvar 16:28
Prezident: Məhz Heydər Əliyevin təkidı və cəsarəti nəticəsində Şuşada Vaqifin əzəmətli məqbərəsi ucaldıldı
15 Yanvar 16:27
Azərbaycan Prezidenti: İndi Natəvanın, Üzeyir bəyin, Bülbülün ruhları şaddır
15 Yanvar 16:25
Prezident: Biz bütün dinlərin məbədlərini qoruyuruq və qoruyacağıq, buna heç kim şübhə etməsin
15 Yanvar 16:24
“Regional İnkişaf” İctimai Birliyinin Qarabağ regional bölməsi bundan sonra Şuşa şəhərində fəaliyyət göstərəcək
15 Yanvar 16:03
Prezident İlham Əliyev: Məscidləri bu günə qoyan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
15 Yanvar 16:02
Azərbaycan dilinin vurğunu olan Nazim Hikmətin bu gün ad günüdür
15 Yanvar 15:59
Prezident İlham Əliyev: Biz Qarabağda düşmənin dağıtdığı bütün tarixi-dini abidələrimizi bərpa edəcəyik
15 Yanvar 15:54
Azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılmasında beynəlxalq maliyyə qurumları əməkdaşlıq imkanları müzakirə olunub
15 Yanvar 15:52
Turizm sənayesi bərpa dövrünə hazırlaşır
15 Yanvar 15:47
Səfərbərlikdən tərxis edilmiş şəxslərlə bağlı komissiya bu günədək 1200-dən çox müraciətə baxıb
15 Yanvar 15:42
Prezident xəbərdarlıq etdi: Əgər bizə qarşı hər hansı təxribat törədilərsə, cavabımız çox sərt olacaq
15 Yanvar 15:37
Prezident İlham Əliyev: Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək
15 Yanvar 15:33
Bakı Limanı Avropanın ikinci ən böyük limanı ilə anlaşma memorandumu imzalayıb
15 Yanvar 15:30
Tanınmış rəssam Aida Mahmudovanın Amerika Birləşmiş Ştatlarında ikinci fərdi sərgisi açılıb
15 Yanvar 15:29
Azərbaycan Prezidenti: Bizim şanlı Ordumuzun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir
15 Yanvar 15:26
Milli Kitabxanada işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyasının təqdimatı keçirilib
15 Yanvar 15:24
Prezident İlham Əliyev: Bütün dünya bizim Qələbəmizdən danışır
15 Yanvar 15:22
Prezident İlham Əliyev: Böyük qayıdış başlayır, bütün işlərə start verildi
15 Yanvar 15:19
Birinci vitse-prezident Mehriban Əliyeva: Azad olunmuş qədim Şuşa şəhərimizdə olmağımdan çox xoşbəxtəm! - VİDEO
15 Yanvar 15:17
ADU-nun rektoru Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri ilə görüşüb
15 Yanvar 15:15
İşğaldan azad edilmiş ərazilərdə ilkin olaraq 10 seysmik stansiya quraşdırılacaq
15 Yanvar 14:40
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
15 Yanvar 14:27
"Netflix" ilk dəfə Azərbaycanla bağlı film çəkib
15 Yanvar 14:01
“Ötən il sağlamlığın əsl dəyərini anladığımız il oldu”
15 Yanvar 13:58
Çingiz Qənizadə: Polisin ölkədə koronavirusla mübarizədə atdığı addımlar əvəzsizdir
15 Yanvar 13:54
İƏT Milli Xəbər Agentlikləri Birliyi Prezident İlham Əliyevin ICESCO-nun nümayəndə heyəti ilə görüşündən yazıb
15 Yanvar 13:18
Rusiya və İranın XİN rəhbərləri Dağlıq Qarabağla bağlı vəziyyəti müzakirə edəcəklər
15 Yanvar 13:14
Ümumdünya Meteorologiya Təşkilatı 2020-ci ilin meteomüşahidə tarixində üç ən isti illərdən biri olduğunu təsdiqləyib
15 Yanvar 13:12
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
15 Yanvar 13:10
Azərbaycan-ICESCO əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb
15 Yanvar 12:44
Gürcüstandan vətəndaşlarımızın növbəti təxliyəsi həyata keçirilib
15 Yanvar 12:40
Bakının əsas küçə və və prospektləri dezinfeksiya ediləcək
15 Yanvar 12:38
İnnovasiyalar Agentliyi yerli IT şirkətlərinin kataloqunu tərtib edib
15 Yanvar 12:14
Paytaxtın 3 ərazisində avtobuslar üçün xüsusi zolaqlar təşkil olunub
15 Yanvar 11:38
Hərbi geyimi qanunsuz daşıyanlara qarşı tədbirlər görülür
15 Yanvar 11:35
Dekabrda Azərbaycanda 2,3 milyard kilovat/saat elektrik enerjisi istehsal edilib
15 Yanvar 11:33
İndoneziyada silsilə zəlzələlər nəticəsində 34 nəfər həlak olub, 600 nəfər xəsarət alıb
15 Yanvar 11:16
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qaziyə yeni mənzilin açarları təqdim edilib
15 Yanvar 10:54
Hirkan Milli Parkında yanğının söndürülməsinə FHN-in Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya təyyarəsi cəlb olunub
15 Yanvar 10:51
Ağalar Vəliyev: Azərbaycan regionda uzunmüddətli sülhün, əməkdaşlığın, iqtisadi inkişafa aparan layihələrin gerçəkləşməsinin tərəfdarıdır
15 Yanvar 10:45
Gömrük Akademiyasında imtahanlar xüsusi qiymətləndirmə mexanizmi ilə keçirilir
15 Yanvar 10:44
MEDİA-nın İcraçı direktoru: Tətbiq olunacaq yeniliklər Azərbaycan mediasının fəaliyyətinin stimullaşdırılmasına şərait yaradacaq
15 Yanvar 10:42
DSX Xüsusi Məktəbə şagird qəbulunu elan edib
15 Yanvar 10:37
Videodərslər portalı təhsil almaq imkanlarını genişləndirir
15 Yanvar 10:28
“AzerGold” QSC ilə Böyük Britaniya şirkətləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
15 Yanvar 10:26
Əhməd İsmayılov: MEDİA-nın yaradılması bu sahədə həyata keçirilən institusional quruculuq prosesinin davam etdirilməsi siyasətinin tərkib hissəsidir
15 Yanvar 10:16
Daxili işlər orqanları ötən gün törədilmiş 40 cinayətin üstünü “isti izlər”lə açıblar
15 Yanvar 10:04
Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Şuşaya səfərlə bağlı paylaşım edib
15 Yanvar 09:32
“Arabnews”: Azərbaycan, Türkiyə və Pakistan arasında əlaqələr möhkəmlənir
15 Yanvar 09:31
XİN: Ermənistanın dövlət rəsmilərinin Azərbaycanın ərazilərinə qanunsuz səfərləri qəbuledilməzdir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+11 +15
gecə+3 +6