Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Göyçay və İsmayıllı rayonlarında da Vətən müharibəsi şəhidlərinin ailələri və bu müharibənin iştirakçıları üçün kiçik təsərrüfatlar yaradılıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, İsmayıllı rayonunda şəhid Əşrəf Məmmədovun atası Elman Məmmədov, şəhid Fuad Nəcəfovun həyat yoldaşı Rəmziyə Nəcəfova, şəhid Taleh Qənbərovun atası Abil Qənbərov, Vətən müharibəsində yaralanmış Baloğlan Bəşirov, Kamil Salmanov və Elnur Qasımov növbədənkənar özünüməşğulluq proqramına cəlb olunaraq mal və materiallar formasında aktivlərlə təmin ediliblər.
Göyçay rayonunda isə şəhid Rüfət Mayılovun atası Bəhram Mayılov, şəhid Qüdrət Əzizovun atası Bəhruz Əzizov, şəhid Pərvin Məmmədovun həyat yoldaşı Urfanə Məmmədova, şəhid Ülvi Ağayevin atası Valeh Ağayev, şəhid Kənan Qafarovun atası Siyaqif Qafarov, Vətən müharibəsində yaralanan Rüstəm Məmmədovun anası Səxavət Məmmədova da aktivlərlə təmin olunublar.
Verilmiş aktivlər hesabına onların kiçik təsərrüfatları qurulub.
- Oxunub: 1860 |
- Tarix: 22-12-2020 |
-
Çap et |