Ana səhifə »  Xəbər lenti »  Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsində dinləmə keçirilib
A+   Yenilə  A-
Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsində dinləmə keçirilib

Dekabrın 21-də Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsində “Ailənin sosial-psixoloji təminatı və mövcud problemlər” (Pandemiya və postmüharibə dövrü) mövzusunda videokonfrans formatında dinləmə keçirilib.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova tədbir iştirakçılarını bir daha Qələbə münasibətilə təbrik edib və bildirib ki, biz bu qələbəyə başda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev olmaqla rəşadətli ordumuzun gücü, xalqımızın sarsılmaz birliyi nəticəsində nail olmuşuq. O, şəhidlərimizə Allahdan rəhmət diləyib, yaralı əsgərlərə cansağlığı arzulayıb.

Komitə sədri çıxışında deyib ki, bu gün bütün dünya, o cümlədən ölkəmiz COVID-19 pandemiyası ilə mübarizə aparır, eyni zamanda, hazırda biz postmüharibə dövrünü yaşayırıq. Bunları nəzərə alaraq, hadisələrin ailədaxili münasibətlərə necə təsir etdiyini, neqativ halların aradan qaldırılması istiqamətində görülən işləri, qarşıda dayanan vəzifələri müzakirə edəcəyik. O, belə bir tədbirin keçirilməsinə yaratdığı şəraitə və verdikləri tövsiyələrə görə Milli Məclisin rəhbərliyinə, şəxsən Sahibə Qafarovaya minnətdarlığını ifadə edib, dəvəti qəbul etdiklərinə görə görüş iştirakçılarına təşəkkür edib.

Hicran Hüseynova bildirib ki, Azərbaycanda dövlətin ailə siyasətinin əsas prinsiplərinin müəyyənləşdirilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün dövlətimizdə ailə institutunun qorunması, inkişafı prioritet məsələlərdən biridir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər. Lakin bununla yanaşı, ailələrdə bir sıra boşluqlar, narahatedici məqamlar var. Bu mövzular hazırda cəmiyyətin və dövlətin diqqətindədir.

Komitə sədri bildirib ki, hazırda Azərbaycanda iki milyon yüz mindən çox ailə var. Çox təəssüf ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da nikahların azaldığını və boşanmaların artdığını müşahidə edirik. Qeyd edilib ki, cari ildə COVID-19 pandemiyası nikahların və boşanmaların sayına təsir göstərib. Bir çox ölkələrdə demoqrafik artım mənfi tendensiya ilə müşahidə olunur. Lakin bütün bunların fonunda biz Azərbaycanın bu çətin günlərdə böyük vahid ailə kimi birləşdiyini gördük. Vətən üçün canından keçən övladları gördük. Onları tərbiyə edən valideynləri gördük. Azərbaycan Prezidentinin öz xalqına sevgisini və siyasi iradəsini gördük.

Hicran Hüseynova qeyd edib ki, pandemiyanın qarşısını almaq üçün sosial təcrid və karantin tədbirləri çox vacibdir. Lakin mütəxəssislərin rəyinə görə, bu, ailə üzvləri arasındakı münaqişələrin, xüsusilə də qadınlara qarşı qəddar davranışların, o cümlədən qlobal səviyyədə məişət zorakılığının artmasına səbəb ola bilər. Bunu nəzərə alaraq, karantin dövründə ailədaxili münasibətlərin, şəxslər arasında qarşılıqlı münasibətlərin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Ailədə meydana çıxan çətinliklərin vaxtında üzə çıxarılması, ailə həyatının böhranlı mərhələsində düzgün qərarların qəbul olunması ailə üzvlərinin psixoloji sağlamlığının qorunmasına xidmət etmiş olar.

44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında hərbi əməliyyatlarla yanaşı, ölkəmizin dinc əhalisinin də düşmənin təxribatçı hücumlarına məruz qaldığını deyən komitə sədri bildirib ki, bütün bu hadisələri yaşamış insanlar çox ağır psixoloji zərbə alıblar. Uşaqlar valideynsiz qalıb, valideynlər övladlarını itiriblər, çoxsaylı ailələrin evləri tamamilə dağıdılıb. Bu insanları yenidən cəmiyyətə inteqrasiya etmək üçün sosial-psixoloji xidmətin göstərilməsi çox vacibdir. İnsanlarda müharibə daha dərin iz buraxıb. Belə insanlarla mütəxəssislərin görüşməsi, onların vəziyyətinin qiymətləndirilməsi çox vacibdir. Ehtiyacı olanlara isə davamlı yardım göstərilməlidir. Qeyd edilib ki, müvafiq dövlət qurumları, o cümlədən Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək mərkəzləri, qeyri-hökumət təşkilatları öz fəaliyyətləri sahəsində müəyyən işlər görürlər. Bu işlər daha da gücləndirilməlidir.

Komitə sədri ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıqlarına əsasən zəruri tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Qeyd edib ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu, Müdafiə Fondu, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fondu yaradılıb. Lakin bu məsələdə hər birimizin üzərinə böyük məsuliyyət düşür.

Bildirilib ki, pandemiya və postmüharibə dövründə yaranmış vəziyyətdə ailələrin sosial-psixoloji durumunun qiymətləndirilməsi, bu sahədə mövcud problemlərin aradan qaldırılması ilə bağlı lazımi tədbirlərin həyata keçirilməsi, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.

Onlayn tədbirdə iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova söyləyib ki, Azərbaycanda ailə institutunun tarixi çox qədimdir və milli-mənəvi dəyərlərə bağlı olan sosial bir qurum kimi müasirliyə də hər zaman açıq olub. Ailə cəmiyyətin sosial əsasıdır. Ailənin cəmiyyət və dövlət həyatında özünəməxsus yeri və rolu var. Ailədə həm adət-ənənə, həm idarəçilik, həm birgə təsərrüfat vərdişləri aşılanır. Eyni zamanda, bunların hamısı sosial-psixoloji təminatlara bağlıdır. Bu təminatların mövcudluğu obyektiv və subyektiv səbəblərə bağlıdır və iqtisadi vəziyyətin təsiri burada daha çox hiss olunur.

Xüsusi vurğulanıb ki, bütün dövlət orqanları, vətəndaş cəmiyyəti nümayəndələri birləşərək həm düşməni dəf etməyə, həm zərər çəkmiş ailələrin problemlərini həll etməyə müvəffəq oldular. İnsanların sosial-psixoloji durumlarının yaxşılaşdırılması istiqamətində tədbirlər, həmçinin ünvanlı sosial yardımların verilməsi, “Əsgərə sovqat” aksiyasının keçirilməsi təqdirəlayiqdir. Bütün bunlarla yanaşı, qanunvericilikdə də müvafiq dəyişikliklərin edilməsinin vacibliyi bildirilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov məsələnin aktuallığını vurğulayaraq deyib ki, nazirlik tərəfindən yeni təşəbbüsə başlanılıb. Şəhid ailələrinə, yaralılara, müharibədən əziyyət çəkən mülki şəxslərin ailə üzvlərinə psixoloji dəstək proqramları həyata keçirilir və bu işə mütəxəssislər cəlb edilib. Pandemiyanı nəzərə alaraq, bu xidmətlər həm onlayn formatda, həm də səyyar şəkildə həyata keçirilir. Qısa müddət ərzində psixoloqlar və psixiatrlar tərəfindən 1630 ailəyə belə səfərlər təşkil edilib və ehtiyacları üzrə müxtəlif seanslar keçirilib. Həmçinin, noyabrın 10-dan başlayaraq bu günədək 1300-dək şəhid ailəsinə sosial təminat tədbirləri həyata keçirilib. Dekabrda yeni elektron xidmətlər istifadəyə verilib ki, bunun da bir çox üstünlükləri var. Qeyd edilib ki, məişət zorakılığının qarşısının alınması istiqamətində də lazımi tədbirlərin görülür və bu sahədə Qeyri-Hökumət Təşkilatları ilə birgə əməkdaşlıq edilir.

Videokonfransda iştirak edən daxili işlər nazirinin müavini Oruc Zalov, təhsil nazirinin müavini Firudin Qurbanov, idman və gənclər nazirinin müavini İntiqam Babayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin rəisi Reyhanə Kərimova, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov ailənin sosial-psixoloji mühitinin düzgün formalaşması, ortaya çıxan problemlərin, o cümlədən məişət zorakılığının aradan qaldırılması, pandemiya və postmüharibə dövründə ailədaxili münasibətlərin öyrənilməsi və digər zəruri məsələlərdən danışıblar.

Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin üzvləri Jalə Əliyeva və Rəşad Mahmudov çıxış edərək pandemiya və Vətən müharibəsinin ölkədə yaratdığı çətinliklərdən söhbət açıblar. Problemlərin həll edilməsi istiqamətində dövlət və vətəndaş həmrəyliyinin vacibliyini vurğulayıblar. Ailələrin sosial-psixoloji durumunun yaxşılaşdırılması sahəsində maarifləndirmə işinin əhəmiyyətli olduğunu bildiriblər.

Tədbirdə aidiyyəti qurumların, vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı ilə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, müxtəlif təkliflər səsləndirilib.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova konfransa yekun vuraraq məsələnin vacibliyini bir daha qeyd edib və səsləndirilən bütün təkliflərin nəzərdən keçiriləcəyini bildirib.

 
  • Oxunub:  1980  |  
  • Tarix:  22-12-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan işğaldan azad edilən bütün əraziləri tezliklə cənnətə çevirəcək

15 Yanvar 21:32
Leyla Abdullayeva: Son onilliklər ərzində Ermənistan beynəlxalq missiyaların Azərbaycanın işğal altındakı ərazilərinə səfər etməsinə maneçilik törədib
15 Yanvar 21:22
Ölkə Prezidentinin tapşırıqlarının icrası ədliyyə orqanlarının diqqət mərkəzindədir
15 Yanvar 20:33
İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib
15 Yanvar 19:49
Mövlud Çavuşoğlu: Azərbaycana hər zaman dəstək verəcəyik
15 Yanvar 19:47
Şuşanı azad edən gənclər ulu öndər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyev idarəçiliyinin yetirmələridir
15 Yanvar 19:15
Nazir müavini Beyləqanda şəhid ailələri ilə görüşüb
15 Yanvar 19:06
“Şimal-Cənub” nəqliyyat dəhlizinin strateji əhəmiyyətinə dair müzakirələr aparılıb
15 Yanvar 19:01
Azərbaycanla Gürcüstanın iqtisadi münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
15 Yanvar 18:54
“Amnesty International” Ermənistanın beynəlxalq hüquq çərçivəsində cəzalandırılmasını gündəmə gətirməlidir
15 Yanvar 18:39
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb – FƏRMAN
15 Yanvar 18:34
Azərbaycanda sığorta sahəsində attestasiyanın keçirilməsi proseduru müəyyənləşib
15 Yanvar 18:26
Bölgələrdə 20 şəhid ailəsinə və Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərə yeni evlər verilib
15 Yanvar 18:25
“ASAN xidmət”dən bizə qələbə yaşadanlar üçün xüsusi xidmət
15 Yanvar 18:22
Prezident İlham Əliyev: Bu torpağın sahibləri qayıdıblar, əllərində silah və bayraq, ürəklərində Vətən sevgisi
15 Yanvar 18:17
Səfir: AZƏRTAC ilə Əlcəzair mediası arasında əlaqələrin qurulmasını istərdik
15 Yanvar 18:10
Prezident İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməllərini qoyub, Şuşa şəhərində səfərdə olub -VİDEO
15 Yanvar 18:03
Prezident İlham Əliyev: Bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın
15 Yanvar 17:59
Səhiyyə Nazirliyi: Peyvənd həkim yoxlanışı və göstərişindən sonra vurulacaq
15 Yanvar 17:45
Finlandiyanın xarici işlər naziri bölgədəki son vəziyyət barədə məlumatlandırılıb
15 Yanvar 17:40
Azərbaycan və Rusiyanın xarici işlər nazirləri arasında telefon danışığı olub
15 Yanvar 17:32
Azərbaycan ilə Əfqanıstan parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub
15 Yanvar 17:30
Azərbaycanda koronavirus infeksiyasından 494 nəfər sağalıb, 349 yeni yoluxma faktı qeydə alınıb
15 Yanvar 16:28
Prezident: Məhz Heydər Əliyevin təkidı və cəsarəti nəticəsində Şuşada Vaqifin əzəmətli məqbərəsi ucaldıldı
15 Yanvar 16:27
Azərbaycan Prezidenti: İndi Natəvanın, Üzeyir bəyin, Bülbülün ruhları şaddır
15 Yanvar 16:25
Prezident: Biz bütün dinlərin məbədlərini qoruyuruq və qoruyacağıq, buna heç kim şübhə etməsin
15 Yanvar 16:24
“Regional İnkişaf” İctimai Birliyinin Qarabağ regional bölməsi bundan sonra Şuşa şəhərində fəaliyyət göstərəcək
15 Yanvar 16:03
Prezident İlham Əliyev: Məscidləri bu günə qoyan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
15 Yanvar 16:02
Azərbaycan dilinin vurğunu olan Nazim Hikmətin bu gün ad günüdür
15 Yanvar 15:59
Prezident İlham Əliyev: Biz Qarabağda düşmənin dağıtdığı bütün tarixi-dini abidələrimizi bərpa edəcəyik
15 Yanvar 15:54
Azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılmasında beynəlxalq maliyyə qurumları əməkdaşlıq imkanları müzakirə olunub
15 Yanvar 15:52
Turizm sənayesi bərpa dövrünə hazırlaşır
15 Yanvar 15:47
Səfərbərlikdən tərxis edilmiş şəxslərlə bağlı komissiya bu günədək 1200-dən çox müraciətə baxıb
15 Yanvar 15:42
Prezident xəbərdarlıq etdi: Əgər bizə qarşı hər hansı təxribat törədilərsə, cavabımız çox sərt olacaq
15 Yanvar 15:37
Prezident İlham Əliyev: Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək
15 Yanvar 15:33
Bakı Limanı Avropanın ikinci ən böyük limanı ilə anlaşma memorandumu imzalayıb
15 Yanvar 15:30
Tanınmış rəssam Aida Mahmudovanın Amerika Birləşmiş Ştatlarında ikinci fərdi sərgisi açılıb
15 Yanvar 15:29
Azərbaycan Prezidenti: Bizim şanlı Ordumuzun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir
15 Yanvar 15:26
Milli Kitabxanada işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyasının təqdimatı keçirilib
15 Yanvar 15:24
Prezident İlham Əliyev: Bütün dünya bizim Qələbəmizdən danışır
15 Yanvar 15:22
Prezident İlham Əliyev: Böyük qayıdış başlayır, bütün işlərə start verildi
15 Yanvar 15:19
Birinci vitse-prezident Mehriban Əliyeva: Azad olunmuş qədim Şuşa şəhərimizdə olmağımdan çox xoşbəxtəm! - VİDEO
15 Yanvar 15:17
ADU-nun rektoru Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri ilə görüşüb
15 Yanvar 15:15
İşğaldan azad edilmiş ərazilərdə ilkin olaraq 10 seysmik stansiya quraşdırılacaq
15 Yanvar 14:40
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
15 Yanvar 14:27
"Netflix" ilk dəfə Azərbaycanla bağlı film çəkib
15 Yanvar 14:01
“Ötən il sağlamlığın əsl dəyərini anladığımız il oldu”
15 Yanvar 13:58
Çingiz Qənizadə: Polisin ölkədə koronavirusla mübarizədə atdığı addımlar əvəzsizdir
15 Yanvar 13:54
İƏT Milli Xəbər Agentlikləri Birliyi Prezident İlham Əliyevin ICESCO-nun nümayəndə heyəti ilə görüşündən yazıb
15 Yanvar 13:18
Rusiya və İranın XİN rəhbərləri Dağlıq Qarabağla bağlı vəziyyəti müzakirə edəcəklər
15 Yanvar 13:14
Ümumdünya Meteorologiya Təşkilatı 2020-ci ilin meteomüşahidə tarixində üç ən isti illərdən biri olduğunu təsdiqləyib
15 Yanvar 13:12
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
15 Yanvar 13:10
Azərbaycan-ICESCO əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb
15 Yanvar 12:44
Gürcüstandan vətəndaşlarımızın növbəti təxliyəsi həyata keçirilib
15 Yanvar 12:40
Bakının əsas küçə və və prospektləri dezinfeksiya ediləcək
15 Yanvar 12:38
İnnovasiyalar Agentliyi yerli IT şirkətlərinin kataloqunu tərtib edib
15 Yanvar 12:14
Paytaxtın 3 ərazisində avtobuslar üçün xüsusi zolaqlar təşkil olunub
15 Yanvar 11:38
Hərbi geyimi qanunsuz daşıyanlara qarşı tədbirlər görülür
15 Yanvar 11:35
Dekabrda Azərbaycanda 2,3 milyard kilovat/saat elektrik enerjisi istehsal edilib
15 Yanvar 11:33
İndoneziyada silsilə zəlzələlər nəticəsində 34 nəfər həlak olub, 600 nəfər xəsarət alıb
15 Yanvar 11:16
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qaziyə yeni mənzilin açarları təqdim edilib
15 Yanvar 10:54
Hirkan Milli Parkında yanğının söndürülməsinə FHN-in Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya təyyarəsi cəlb olunub
15 Yanvar 10:51
Ağalar Vəliyev: Azərbaycan regionda uzunmüddətli sülhün, əməkdaşlığın, iqtisadi inkişafa aparan layihələrin gerçəkləşməsinin tərəfdarıdır
15 Yanvar 10:45
Gömrük Akademiyasında imtahanlar xüsusi qiymətləndirmə mexanizmi ilə keçirilir
15 Yanvar 10:44
MEDİA-nın İcraçı direktoru: Tətbiq olunacaq yeniliklər Azərbaycan mediasının fəaliyyətinin stimullaşdırılmasına şərait yaradacaq
15 Yanvar 10:42
DSX Xüsusi Məktəbə şagird qəbulunu elan edib
15 Yanvar 10:37
Videodərslər portalı təhsil almaq imkanlarını genişləndirir
15 Yanvar 10:28
“AzerGold” QSC ilə Böyük Britaniya şirkətləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
15 Yanvar 10:26
Əhməd İsmayılov: MEDİA-nın yaradılması bu sahədə həyata keçirilən institusional quruculuq prosesinin davam etdirilməsi siyasətinin tərkib hissəsidir
15 Yanvar 10:16
Daxili işlər orqanları ötən gün törədilmiş 40 cinayətin üstünü “isti izlər”lə açıblar
15 Yanvar 10:04
Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Şuşaya səfərlə bağlı paylaşım edib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+11 +15
gecə+3 +6