Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Gülarə Verdiyeva: Zəfər paradı torpaqlarımızn işğaldan azad olunması uğrunda apardığımız müharibədə qazanılan qələbənin təntənəsi idi

Gülarə Verdiyeva: Zəfər paradı torpaqlarımızn işğaldan azad olunması uğrunda apardığımız müharibədə qazanılan qələbənin təntənəsi idi

22.12.2020 [09:48]

“Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyev sərkərdəlik qabiliyyəti, cəsarəti və qətiyyəti ilə dünya hərb tarixinə hələ uzun müddət öyrəniləcək səhifələr yazdı. Vətənimizin bütövlüyü uğrunda aparılan döyüşlərdə müzəffər Azərbaycan Ordusunun böyük qələbəsindən sonsuz qürur və sevinc hissi duydum”. Bu fikirləri qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon Qadınlar Şurasının sədri Gülarə Verdiyeva deyib.
Vətən müharibəsində möhtəşəm qələbənin nəticələrindən danışan G.Verdiyeva 30 ilə yaxın erməni faşistlərinin əsarətində olan torpaqlarımızın azad edildiyini, dövlət sərhədimizin bərpa olunduğunu diqqətə çatdırıb: “Şuşa şəhərinin azad edilməsi Vətən müharibəsinin sona çatması ilə nəticələndi. Zəfər paradı torpaqlarımızn işğaldan azad olunması uğrunda apardığımız müharibədə qazanılan qələbənin təntənəsi idi.Dekabrın 10-u bütün azərbaycanlılar üçün həqiqətən möhtəşəm bir günə çevrildi. Zəfər paradında Azərbaycan xalqı öz ordusu ilə qürur hissi keçirdi. Bu parad Azərbaycan gəncləri üçün çox vacibdir və onların tərbiyəsində əhəmiyyətli rol oynayacaq. 2020-ci il yaddaşlarda Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı Vətən müharibəsində qazandığı Böyük Qələbə ilə qalacaq”.
MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 181 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Maraqlı

Xarici siyasət

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Siyasət

3-cü iclas...

01 May 10:36

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31