Gürcüstan cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 29,5 milyon ABŞ dolları dəyərində elektrik enerjisi alıb. Bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 34,7 faiz azdır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun hesabatında deyilir.
Bildirilir ki, ümumilikdə isə bu ilin yanvar-noyabr aylarında Gürcüstan 1 milyard 270,9 milyon kilovat/saat həcmində elektrik enerjisi idxal edib. Bunun da 575 milyon kilovat/saatı və ya 45,25 faizi Azərbaycanın payına düşüb.
Hesabat dövründə Gürcüstan vasitəsilə Azərbaycandan Türkiyəyə 101,79 milyon kilovat/saat həcmində elektrik enerjisi tranziti həyata keçirilib.
- Oxunub: 2310 |
- Tarix: 21-12-2020 |
-
Çap et |