Azərbaycan Mərkəzi Bankının (AMB) mənfəətindən gələn ilin dövlət büdcəsinə 250 milyon manat vəsaitin daxil olması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində deyilir.
Bildirilir ki, həmçinin Mərkəzi Bankın 2017-ci ilin maliyyə nəticələrinə görə əldə etdiyi mənfəətin sərbəst qalığının dövlət büdcəsinə ödənilməmiş hissəsindən “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanuna uyğun olaraq 2020-ci ildə "Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu"na köçürülmüş 1 milyard manat məbləğində vəsaitin 880 milyon manatının 2021-ci il dövlət büdcəsinə transfert edilərək büdcənin gəlirlərinə aid olunması nəzərdə tutulur.
- Oxunub: 2100 |
- Tarix: 21-12-2020 |
-
Çap et |