COVID-19 infeksiyasına yoluxan aktiv koronavirus xəstələrinin epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena karantin rejimlərinin pozulmasına qarşı mübarizə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daxili işlər orqanlarının əməkdaşları dekabrın 19-20-da respublika ərazisində 38 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar. Onlardan 35 nəfər evə qaytarılıb, 3 nəfər daha ağır xəstə xəstəxanaya yerləşdirilib.
Epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradan 26 nəfər barədə Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanıb.
Hazırda həmin işlər üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
- Oxunub: 1950 |
- Tarix: 21-12-2020 |
-
Çap et |