Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / AQTA sədrinin Agentlik yanında İctimai Şuranın üzvləri ilə ilk görüşü keçirilib

AQTA sədrinin Agentlik yanında İctimai Şuranın üzvləri ilə ilk görüşü keçirilib

19.12.2020 [19:18]

Ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsində vətəndaş cəmiyyəti institutlarının iştirakçılığını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın fəaliyyətinin təşkili ilə əlaqədar müvafiq işlər görülməkdədir. Bu məqsədlə dekabrın 18-də AQTA sədri Qoşqar Təhməzlinin agentlik yanında İctimai Şuranın və Seçki Komissiyasının üzvləri ilə ilk görüşü keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, videokonfrans formatında keçirilən görüşdə İctimai Şuraya seçilən üzvləri təbrik edən agentlik sədri Şuranın gələcək fəaliyyət istiqamətləri, qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsində vətəndaş cəmiyyətinin dəstəyi, əhali arasında maarifləndirmə tədbirlərinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıb.

Daha sonra AQTA yanında İctimai Şuranın və Seçki Komissiyasının iştirakı ilə davam edən görüşdə şura üzvləri agentliyin fəaliyyətinin bütün sahələrində yaxından iştirak edəcəklərini, qida təhlükəsizliyi ilə bağlı məsələlərin ictimai müzakirəsinin daha səmərəli təşkilinə xidmət göstərəcəklərini bildiriblər. Şura üzvləri Şuranın qida təhlükəsizliyi sahəsində ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınmasına töhfə verəcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, İctimai Şura mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsis edilən və ictimai əsaslarla fəaliyyət göstərən birlikdir.

Paylaş:
Baxılıb: 192 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30