Ana səhifə »  Xəbər lenti »  Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 17-ci iclası keçirilib
A+   Yenilə  A-
Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 17-ci iclası keçirilib

Dekabrın 18-də Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 17-ci iclası keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, iclasda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti, Aİ isə xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndə Cozef Borelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. Aİ nümayəndə heyətinin tərkibində, həmçinin Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi də iştirak edib.

İclasda tərəflər Əməkdaşlıq Şurasının son iclasından etibarən Aİ və Azərbaycan arasındakı əməkdaşlıq münasibətləri və bu xüsusda əldə olunmuş nailiyyətlər ətrafında fikir mübadiləsi aparıblar.

Cari ildə pandemiyaya rəğmən ticarət əlaqələrinin inkişaf etdiyi və Aİ-nin Azərbaycanın əsas ticarət tərəfdaşı olduğu qeyd olunub. Tərəflərin enerji sahəsində strateji tərəfdaşlığı, Cənubi Qaz Dəhlizinin fəaliyyətə başlaması, eləcə də nəqliyyat və bağlılıq layihələri, Azərbaycanın bu xüsusda böyük potensialı, sərmayə yatırımı və digər mövzular üzrə müzakirələr aparılıb.

Azərbaycan və Aİ münasibətlərinin hüquqi əsasını təşkil edəcək, qarşılıqlı hörmət və bərabər tərəfdaşlığa əsaslanacaq yeni Sazişin yekunlaşdırılmasının əhəmiyyəti qeyd olunub.

Nazir Ceyhun Bayramov regiondakı son vəziyyət barədə qarşı tərəfə ətraflı məlumat verib. Ermənistan tərəfindən cari ilin 27 sentyabr tarixində başladılan növbəti təxribat və ona cavab olaraq Azərbaycanın əks-hücum əməliyyatları, 44 gün davam edən Vətən müharibəsi, eləcə də bu müddət ərzində Ermənistan tərəfindən törədilən hərbi cinayətlər, dinc azərbaycanlı əhalinin məqsədli hədəfə alınması, Ermənistan tərəfindən xarici ölkələrdən muzdluların bölgəyə gətirilməsi ilə bağlı çoxsaylı faktların Azərbaycan tərəfində olması ilə bağlı məsələlər qarşı tərəfin diqqətinə çatdırılıb. 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanat, bu razılaşmadan irəli gələn məsələlərin icrası, razılaşmanın bölgədə yaratdığı yeni təhlükəsizlik formatı və əməkdaşlıq çərçivəsi ilə bağlı məsələlər Aİ nümayəndə heyətinin diqqətinə çatdırılıb.

Ali nümayəndə Cozef Borel hazırda bölgədə ehtiyacı olan insanlara humanitar yardımın göstərilməsinin vacibliyini və bu xüsusda Aİ-nin yardım göstərməyə hazırlığını qeyd edib. Münaqişə sonrası bərpa və yenidənqurma mərhələsində aidiyyəti üzrə Aİ-nin də iştirakı mümkünlüyü vurğulanıb.

İclas zamanı tərəflər, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparıblar.

 
  • Oxunub:  2310  |  
  • Tarix:  19-12-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağı üzrə sazişin imzalanması tarixi hadisədir

24 Yanvar 15:56
Kəlbəcər rayonunun Comərd kəndindən videogörüntülər - VİDEO
24 Yanvar 15:40
Azərbaycanda koronavirusdan 568 nəfər sağalıb, 287 yeni yoluxma faktı qeydə alınıb
24 Yanvar 15:32
Türkiyə ilə Yunanıstan arasında tədqiqatlarla bağlı danışıqların növbəti mərhələsi başlayır
24 Yanvar 15:22
ICESCO Beynəlxalq Təhsil Günü münasibətilə müraciət yayıb
24 Yanvar 15:20
XİN : Türkiyəyə məxsus gəmidə öldürülən azərbaycanlının nəşinin yanvarın 26-da ölkəmizə yola salınması planlaşdırılır
24 Yanvar 15:14
“Dostluq” yatağı ilə bağlı memorandumun imzalanması Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir
24 Yanvar 14:08
“Komsomolskaya pravda” qəzetində 20 Yanvar hadisələrinə həsr edilmiş məqalə dərc olunub
24 Yanvar 12:23
Yanvarın 25-nə gözlənilən hava proqnozu açıqlanıb
24 Yanvar 12:03
Müdafiə Nazirliyi Füzuli rayonunun Aşağı Veysəlli kəndindən videogörüntülər paylaşıb - VİDEO
24 Yanvar 11:49
Limonlu çay arıqlamağa kömək edir
24 Yanvar 11:43
Yanvarın 24-ü Beynəlxalq Təhsil Günüdür
24 Yanvar 11:37
Gömrük Akademiyasının yaranmasından 9 il ötür
23 Yanvar 21:57
İşğaldan azad edilmiş Kəlbəcər rayonunun Qamışlı kəndinin videogörüntüləri yayımlanıb
23 Yanvar 21:25
Azərbaycanda koronovirusdan 705 nəfər sağalıb, 162 yeni yoluxma faktı qeydə alınıb
23 Yanvar 21:06
Dövlət Neft Şirkətinin Müşahidə Şurası yaradılıb FƏRMAN
23 Yanvar 20:38
Səfərbərlikdən tərxis olunanların müraciətlərinə baxılması üzrə komissiya tərəfindən ümumilikdə 5298 vətəndaş qəbul edilib
23 Yanvar 20:37
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
23 Yanvar 20:28
İşğaldan azad olunmuş Ağdamın aqrar potensialı - TƏHLİL
23 Yanvar 20:27
Həkim-infeksionist: Əhalinin 60 faizdən çoxu kütləvi şəkildə vaksinasiya olunarsa, bu zaman təsirli nəticədən danışa bilərik
23 Yanvar 20:24
Ayasofyada nümayiş etdirilən tarixi əsərlər 87 il sonra yenidən bu tarixi məkandaki yerini tutacaq
23 Yanvar 20:17
Milli Məclisin deputatları AŞPA-nın qış sessiyasında iştirak etmək üçün Strasburqda səfərdə olacaqlar
23 Yanvar 20:15
Prezident İlham Əliyev: Biz gərək ərzaq təhlükəsizliyinə düşünülmüş şəkildə yanaşaq
23 Yanvar 18:11
Alim Qasımov: Heydər Əliyev Sarayının səhnəsi mənim üçün çox əziz və tarixi səhnədir
23 Yanvar 17:57
Satoşi Nakanişi: Yaponiya Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır
23 Yanvar 17:54
Daxili İşlər Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib
23 Yanvar 17:48
Türkiyədə Azərbaycanın Qələbəsi şərəfinə xatirə sikkəsi buraxılıb
23 Yanvar 17:25
YAP-ın Siyasət Akademiyasının “Azərbaycan Respubikasında dövlət-din münasibətləri” mövzusunda videokonfrans formatında kursu keçirilib
23 Yanvar 17:24
Ağsaqqallar Şurasının sədr müavini Elmira Süleymanovaya “Vətənə xidmətə görə” ordeni təqdim edilib
23 Yanvar 17:22
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində IX məzun-karyera sərgisinin ilkin nəticələri açıqlanıb
23 Yanvar 16:53
YAP-ın Siyasət Akademiyasının “Azərbaycanda yeni siyasi mədəniyyətin formalaşması” mövzusunda videokonfrans formatında kursu keçirilib
23 Yanvar 16:51
“Yüksəliş” müsabiqəsi Prezidentin köməkçisi Hikmət Hacıyevin təqdimatında vebinar təşkil edib
23 Yanvar 16:14
Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir
23 Yanvar 16:11
Qəbələdə bu günədək 450 tibb işçisi peyvənd olunub
23 Yanvar 16:03
Keçən il sahələrdən 1,4 faiz çox tərəvəz yığılıb
23 Yanvar 15:48
Ötən il 3,2 milyon tondan çox taxıl istehsal edilib
23 Yanvar 15:37
KOBİA ilə TÜMKİAD anlaşma memorandumu imzalayıb
23 Yanvar 14:16
“Dostluq” yatağı Azərbaycanın neft-qaz sənayesinin perspektiv inkişafı baxımından böyük əhəmiyyətə malikdir
23 Yanvar 14:15
Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağı üzrə sazişin imzalanması tarixi hadisədir
23 Yanvar 14:09
Eldar İbrahimov: “Dostluq” yatağına dair razılaşma Azərbaycanla Türkmənistan arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini göstərir

23 Yanvar 14:08
Əli Kərimli yeni yalanlarının kölgəsinə sığınmağa çalışır

23 Yanvar 13:55
Ermənistanda siyasi böhranın növbəti mərhələsi...
23 Yanvar 13:53
Koronavirus xəstələrinin vəziyyətinin ağırlaşmasına səbəb olan əsas səhvlər hansılardır?
22 Yanvar 19:24
Milli Məclisin aqrar siyasət komitəsi yaz sessiyası üçün iş planını təsdiq edib
22 Yanvar 19:21
ADA Universiteti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və səmərəli təşkili mövzusunda sosioloji tədqiqat layihəsini həyata keçirəcək
22 Yanvar 18:55
Görkəmli sərkərdə Həzi Aslanovun anım mərasimi keçirilib
22 Yanvar 18:49
Milli Məclisin gənclər və idman komitəsinin yaz sessiyasının iş planı təsdiqlənib
22 Yanvar 18:48
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi yaz sessiyasında ilk iclasını keçirib
22 Yanvar 18:43
Azərbaycanda koronavirusdan 632 nəfər sağalıb, 280 yeni yoluxma faktı qeydə alınıb
22 Yanvar 18:39
Pandemiya dövründə fəal olan “Nəqliyyat könüllüləri” təltif edilib
22 Yanvar 18:37
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
22 Yanvar 18:29
Azərbaycanın və Gürcüstanın xarici işlər nazirləri arasında telefon danışığı olub
22 Yanvar 18:29
Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması məqsədilə onlayn videokonfrans keçirilib
22 Yanvar 18:05
Badminton III Avropa Oyunlarının proqramına daxil edilib
22 Yanvar 18:04
Nazir: “Dostluq” yatağı Azərbaycan və Türkmənistanın qardaşlıq münasibətlərinin rəmzi ifadəsidir
22 Yanvar 17:38
İşğaldan azad olunmuş Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndinin videogörüntüləri - VİDEO
22 Yanvar 17:36
Deputat: İmzalanan memorandum Xəzəryanı dövlətlər arasında əməkdaşlığın daha da genişlənməsinə şərait yaradacaq
22 Yanvar 17:09
Milli Məclisdə şəhid ailələri və əlilliyi olan şəxslərlə bağlı dinləmə keçiriləcək
22 Yanvar 16:56
Mərkəzi Bankın dövriyyədəki notlarının dəyəri 1 milyard manatı ötüb
22 Yanvar 16:50
Dövlət Komitəsində BMqT nümayəndəsi ilə görüş keçirilib
22 Yanvar 16:41
Son bir ayda qazilərdən ehtiyacı olanlara 600-dən çox reabilitasiya vasitəsi verilib
22 Yanvar 16:40
AHİK Qarabağ Dirçəliş Fonduna 100 min manat vəsait köçürüb
22 Yanvar 16:19
Rauf Əliyev: İşğaldan azad olunmuş ərazilərimizin potensialı çox yüksəkdir
22 Yanvar 16:17
Rəcəb Tayyib Ərdoğan: Bu həftənin sonuna qədər Çindən Türkiyəyə daha 10 milyon doza vaksin gətiriləcək
22 Yanvar 16:13
Mədəniyyət naziri: Zəfər Muzeyinin yeri ilə bağlı müzakirələr aparılır
22 Yanvar 16:08
Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
22 Yanvar 16:07
Milli Kitabxanada “Böyük Azərbaycan şairi və mütəfəkkiri – Nizami Gəncəvi” adlı kitab sərgisi açılıb
22 Yanvar 16:02
ÜST-nin Azərbaycan nümayəndəliyi və “ASAN Könüllüləri” Təşkilatı tibbi maska paylanması aksiyası keçirir
22 Yanvar 15:45
Anar Kərimov: Xudavəng monastırından səkkiz əsrlik freskaların aparılması böyük cinayətdir
22 Yanvar 15:41
TDƏŞ: Azərbaycan ilə Türkmənistan arasında Anlaşma Memorandumunun imzalanması məmnuniyyətlə qarşılandı
22 Yanvar 15:14
Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinq keçirilib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+4 +5
gecə+1 +3