Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Abutalıb Səmədov: Şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir

Abutalıb Səmədov: Şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir

19.12.2020 [00:14]

“Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun zəfər yürüşü uzun illər düşmən tapdağında olan torpaqlarımızın azad olunmasına gətirib çıxardı. Bu gün dövlətimizin və xalqımızın qarşısında duran vəzifələr arasında şəhid ailələrinə, qazilərə davamlı diqqət göstərilməsi və işğaldan azad olunmuş ərazilərimizdə infrastrukturun bərpa olunması xüsusi yer tutur”.

Bunu qəzetimizə açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov bildirib.

Partiya sədrinin sözlərinə görə, Azərbaycanda şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir: “Vətəndaşlarımız da bu kateqoriyadan olan insanlara hər zaman həssaslıqla yanaşıblar. Yeri gəlmişkən, Prezident İlham Əliyevin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin sosial təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında Fərman imzalaması da bu baxımdan mühüm əhəmiyyətə malikdir. Fondun yaradılmasında əsas məqsəd bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılmasıdır”.

“Dövlət başçımızın hazırda böyük diqqət göstərdiyi digər məsələ - azad olunmuş rayonlarımızın qısa müddətdə yenidən qurulmasıdır. Paytaxt Bakıda və regionlarda son illər aparılan quruculuq işləri də azad olunmuş rayonların hansı səviyyədə bərpa ediləcəyini təsəvvür etməyə imkan verir”, - deyə A.Səmədov bildirib.

Qaşqay

Paylaş:
Baxılıb: 227 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30