Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Naxçıvan Qarnizonu Qoşunlarında növbəti kursların başa çatması münasibətilə buraxılış mərasimi keçirilib

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti kursların başa çatması münasibətilə buraxılış mərasimi keçirilib

18.12.2020 [21:06]

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının 7-ci ildönümündə Naxçıvan Qarnizonu Qoşunlarında növbəti kursların başa çatması münasibətilə buraxılış mərasimi keçirilib. Kursları uğurla bitirənlər müxtəlif hərbi vəzifələrə təyin olunublar.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, mərasimdə əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra polkovnik Mübariz Rzayev çıxış edərək bildirib ki, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu hazırlığı kursları zamanı tədrisdə əsas ordumuzun arsenalına qəbul olunmuş yeni silahların və hərbi texnikaların dərindən öyrənilməsinə, müasir silah növlərinin döyüş şəraitində bacarıqla istifadə edilməsinə yönəldilib.

Məzunlar adından çıxış edən Cavid Əliyev kurslarda qazandıqları yeni taktiki bilikləri hər bir döyüş tapşırığının icrası zamanı uğurla tətbiq edəcəklərinə söz verib.

Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdıran general-mayor Rəhim Cəfərov bildirib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasətinin uğurla davam etdirilməsi nəticəsində ordumuz inkişaf və tərəqqisinin yeni mərhələsinə qədəm qoyaraq regionda ən güclü orduya və xalqın güvənc yerinə çevrilib. 44 gün davam edən Vətən müharibəsində müzəffər ordumuzun qələbəsi, torpaqlarımızın işğaldan tam azad edilməsi bu fikri bir daha təsdiqləyir. Bu gün yaranmasının 7-ci ildönümünü qeyd etdiyimiz Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti, eyni zamanda əvvəlki kurslarda məzun olmuş hərbi qulluqçuları da qəhrəmancasına və şücaətlə döyüşərək düşmənə sarsıdıcı zərbələr endirib, işğal altında olan torpaqlarımızın azad edilməsində iştirak ediblər. İnanırıq ki, kursları uğurla başa vuran hərbi qulluqçular da döyüşlərdə iştirak etmiş yoldaşlarının təcrübəsindən yararlanaraq Vətənimizin müdafiəsində ayıq-sayıq dayanacaqlar.

Çıxışların ardından məzunlara sertifikat və hədiyyələr təqdim edilib.

Xatirə lövhələrinə buraxılış emblemləri vurulub və tribuna önündən təntənəli keçid olub.

Paylaş:
Baxılıb: 188 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30