Ana səhifə »  Xəbər lenti »  Məişət zorakılığı və uşaq hüquqları sahəsində qəbul edilmiş Milli Fəaliyyət planlarının videokonfrans formatında müzakirəsi keçirilib
A+   Yenilə  A-
Məişət zorakılığı və uşaq hüquqları sahəsində qəbul edilmiş Milli Fəaliyyət planlarının videokonfrans formatında müzakirəsi keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” və “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrasından irəli gələn məsələlərin müzakirəsi ilə əlaqədar dövlət orqanları və digər qurumların nümayəndələrinin iştirakı ilə dekabrın 18-də videokonfrans formatında tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, Dövlət Komitəsinin sədri Bahar Muradova konfransın mövzusunun çox aktual olduğunu vurğulayaraq, pandemiya və hərbi vəziyyət şəraitində ölkə əhalisinin sosial-iqtisadi vəziyyətinin, təhlükəsiz həyatının və hüquqlarının qorunmasını diqqətdə saxladığının bariz nümunəsi kimi həmin sənədlərin qəbuluna görə ölkə Prezidentinə təşəkkürünü bildirib, həmçinin videokonfrans iştirakçılarını Vətən müharibəsinin uğurla başa çatması və Zəfər bayramı münasibətilə təbrik edib.

Sonra Baş nazirin müavini Əli Əhmədov çıxış edərək dövlət siyasətində uşaqlara qayğı, uşaq hüquqlarının qorunması, onların təhsil alması, sağlam böyüməsi və həyata hazırlanması üçün geniş proqramın mövcud olduğunu və həmin proqramın həyata keçirilməsi üçün bir sıra dövlət qurumlarının sistemli şəkildə fəaliyyət göstərdiyini qeyd edib. O bildirib ki, istər uşaqların sağlam böyüməsi üçün Azərbaycanın geniş səhiyyə strategiyasının olması, səhiyyə infrastrukturunun yaradılması və lazım olan digər tədbirlərin görülməsi, istər uşaqların təhsil alması üçün lazım olan bütün sistemli tədbirlərin həyata keçirilməsi Azərbaycanda uşaq hüquqlarının qorunması ilə əlaqədar fundamental dəyərlərin həm mənimsənildiyinin, həm də ardıcıl şəkildə həyata keçirildiyinin bariz ifadəsi kimi qiymətləndirilməlidir.

Əli Əhmədov Azərbaycan cəmiyyətinin uşaqların həyata hazırlanması, onların gələcəkdə özlərinin əldə etdiyi bilik və bacarıqlarını tətbiq etməsi üçün imkanların yaradılmasını özündə ehtiva etdiyini vurğulayıb. Baş nazirin müavini bildirib ki, ölkəmizin uşaq hüquqlarının qorunması ilə əlaqədar beynəlxalq konvensiyasiyalara qoşulması Azərbaycan dövlətinin bir sıra öhdəlikləri öz üzərinə götürməsini nəzərdə tutur və bu vəzifələr də ardıcıl surətdə yerinə yetirilməlidir.

Uşaqlarla bağlı cəmiyyətdə mövcud olan problemlərə toxunan Əli Əhmədov qeyd edib ki, qəbul olunmuş sənədlərin həyata keçirilməsi ardıcıl surətdə mövcud olan problemlərin aradan qaldırılmasını təmin etmiş oldu. O, Azərbaycanın bütün bölgələrində uşaqların istər sağlamlıq, istər təhsil baxımından bərabər imkanlara malik olması istiqamətində atılan addımların daha da genişlənmsinə ehtiyac olduğunu bildirib.

Daha sonra qeyd edilən sənədlərdən irəli gələn məsələlərlə bağlı çıxış edən Bahar Muradova vurğulayıb ki, məişət zorakılığı ilə mübarizəyə dair Milli Fəaliyyət Planı məlumatlandırma və maarifləndirmə tədbirlərinin, habelə zorakılığa yol verilməməsinin təşviqi, zərər çəkmiş şəxslərin aşkarlanması və erkən identifikasiyası, həmin şəxslərin müasir standartlara uyğun yardım xidmətləri ilə təmin olunması, məişət zorakılığından zərər çəkmiş şəxslərin səmərəli müdafiə sisteminin formalaşdırılması və digər tədbirləri özündə ehtiva edir.

Statistik rəqəmləri diqqətə çatdıran komitə sədri bildirib ki, ötən il məişət zorakılığı ilə bağlı 1380 cinayət törədilib, bu cinayətlər üzrə 1358 nəfər şəxs zərərçəkmiş şəxs qismində tanınıb. Onlardan 1038 nəfəri qadın, 12 nəfəri isə yetkinlik yaşına çatmayan qız olub: “Eyni zamanda, ötən il qadınlara qarşı 5706, o cümlədən zorakılıqla bağlı 2269 cinayət qeydə alınıb ki, bu cinayətlərin 18 faizi ailə-məişət münaqişəsi zəminində baş verib. Həmin rəqəmlər kifayət qədər ciddidir. Gələcəkdə bu sahədə artımın müşahidə olunmaması üçün icraçı, o cümlədən, işçi qruplarda təmsil olunan qurumlar bu sahədə daha peşəkar kadrlarla işləməyə üstünlük verməlidirlər”.

Daha sonra “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” haqqında məlumat verən komitə sədri bildirib ki, strategiyada məqsəd ölkə üzrə uşaqların müdafiə sistemini Konstitusiyamızın tələblərinə və BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası”nın prinsiplərinə tam uyğunlaşdırmaqdan ibarətdir. O cümlədən bütün uşaqlar üçün bərabər imkanlar yaratmaq, onların maraqlarını qorumaq, dövlət qayğısına ehtiyacı olan uşaqların hüquqlarını daha səmərəli müdafiə etmək və onlar üçün müasir tələblərə uyğun sosial dəstək xidmətlərini təmin etməkdir. O diqqətə çatdırıb ki, uşaqların müdafiəsi və inkişafı, hüquqlarının qorunması dövlətin sosial siyasətində mühüm yer tutur. Bu gün Azərbaycan əhalisinin 26.2 faizini uşaqlar təşkil edir.

“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın Azərbaycan Respublikasında uşaq siyasətinin əsas hədəflərini müəyyən edən uşaqlara dair strategiyanın icrasını təmin etmək üçün iclasda iştirak edən qurumların nümayəndələri ilə cari ilin iyul-avqust aylarında birgə hazırlanmış birinci Fəaliyyət Planı olduğunu qeyd edərək sənədin məqsədinin uşaq hüquqlarının müdafiəsi sahəsində çevik institusional mexanizmlərin formalaşması və aidiyyəti orqanların qarşılıqlı fəaliyyətinin təmin edilməsi olduğunu vurğulayıb. O, “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın bəndləri üzrə məlumatların vahid platformada toplanılması və elektronlaşdırılmasının vacibliyini qeyd edərək əlavə edib ki, bu, icraçı qurumlara vahid platforma üzərindən müvafiq məlumatların daha çevik formada ötürülməsi işində vacib rol oynayacaq.

İnsan hüquqlarının müdafiəsi və məişət zorakılığının qarşısının alınması istiqamətində güclü qanunvericilik bazasının mövcud olduğunu diqqətə çatdıran ombudsman Səbinə Əliyeva bildirib ki, qadın və uşaq hüquqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Uşaqların hərtərəfli və keyfiyyətli təhsillə təmin edilməsi, sağlam böyüməsi, hərtərəfli qayğı ilə əhatə olunması, layiqli vətəndaş kimi formalaşması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini qeyd edən S.Əliyeva qeyd edib ki, Ombudsman Aparatı hər iki sənədin hazırlanmasında yaxından iştirak edərək, öz təkliflərini verib. Vurğulanıb ki, Fəaliyyət Planlarında Ombudsmanın icrası üçün nəzərdə tutulmuş bəndlər üzrə müvafiq tədbirlərin həyata keçirilməsi istiqamətində bundan sonra da hərtərəfli iştirak təmin ediləcək.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hikmət Abdullayev çıxışında məişət zorakılığından zərər çəkmiş şəxslərin müdafiəsi istiqamətində nazirlik tərəfindən görülən işlər və akkreditasiya olunmuş yardım mərkəzlərinin yaradıldığını qeyd edərək, bu mərkəzlərin fəaliyyət istiqamətləri haqqında məlumat verib. O, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışları məqsədilə xidmət göstərən günərzi mərkəzləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzləri və digər sosial xidmət mərkəzlərini qeyd edərək onların əhalinin bu xidmətlərdən hərtərəfli yararlandığını diqqətə çatdırıb.

Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, uşaqların inkişaf strategiyası ilə bağlı qəbul edilən Milli Fəaliyyət Planı çox böyük əhəmiyyətə malikdir. Ümumiyyətlə, Təhsil Nazirliyi hər iki milli fəaliyyət planının icrası istiqamətində artıq fəaliyyətə başlayıb. O qeyd edib ki, ölkəmizin təhsil sistemində təxminən 2 milyon uşaq və gəncin təhsil aldığını nəzərə alaraq nazirlik qeyd olunan sənəd üzrə öz öhdəsinə düşən məsuliyyəti dərk edir və həyata keçirilməsi istiqamətində lazım olan bütün addımları atacaq.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova çıxışında bildirib ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən hər iki Fəaliyyət Planı ciddi şəkildə təhlil olunub və müəyyən edilən müvafiq bəndlər mütləq vəzifə kimi qəbul edilib. Fəaliyyət Planlarının bütün bəndlərinin icra olunması istiqamətində aidiyyəti qurumların səmərəli əməkdaşlığı bu işin görülməsinə öz töhfəsini verəcək.

Yekunda çıxış edən Baş nazirin müavini Əli Əhmədov ölkə başçısı tərəfindən təsdiqlənmiş sənədlərin icrasını ciddi şəkildə həyata keçirilməsi və icra prosesi ilə əlaqədar təklif və tövsiyələrini səsləndirib.

 

 
  • Oxunub:  2100  |  
  • Tarix:  18-12-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağı üzrə sazişin imzalanması tarixi hadisədir

24 Yanvar 15:56
Kəlbəcər rayonunun Comərd kəndindən videogörüntülər - VİDEO
24 Yanvar 15:40
Azərbaycanda koronavirusdan 568 nəfər sağalıb, 287 yeni yoluxma faktı qeydə alınıb
24 Yanvar 15:32
Türkiyə ilə Yunanıstan arasında tədqiqatlarla bağlı danışıqların növbəti mərhələsi başlayır
24 Yanvar 15:22
ICESCO Beynəlxalq Təhsil Günü münasibətilə müraciət yayıb
24 Yanvar 15:20
XİN : Türkiyəyə məxsus gəmidə öldürülən azərbaycanlının nəşinin yanvarın 26-da ölkəmizə yola salınması planlaşdırılır
24 Yanvar 15:14
“Dostluq” yatağı ilə bağlı memorandumun imzalanması Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir
24 Yanvar 14:08
“Komsomolskaya pravda” qəzetində 20 Yanvar hadisələrinə həsr edilmiş məqalə dərc olunub
24 Yanvar 12:23
Yanvarın 25-nə gözlənilən hava proqnozu açıqlanıb
24 Yanvar 12:03
Müdafiə Nazirliyi Füzuli rayonunun Aşağı Veysəlli kəndindən videogörüntülər paylaşıb - VİDEO
24 Yanvar 11:49
Limonlu çay arıqlamağa kömək edir
24 Yanvar 11:43
Yanvarın 24-ü Beynəlxalq Təhsil Günüdür
24 Yanvar 11:37
Gömrük Akademiyasının yaranmasından 9 il ötür
23 Yanvar 21:57
İşğaldan azad edilmiş Kəlbəcər rayonunun Qamışlı kəndinin videogörüntüləri yayımlanıb
23 Yanvar 21:25
Azərbaycanda koronovirusdan 705 nəfər sağalıb, 162 yeni yoluxma faktı qeydə alınıb
23 Yanvar 21:06
Dövlət Neft Şirkətinin Müşahidə Şurası yaradılıb FƏRMAN
23 Yanvar 20:38
Səfərbərlikdən tərxis olunanların müraciətlərinə baxılması üzrə komissiya tərəfindən ümumilikdə 5298 vətəndaş qəbul edilib
23 Yanvar 20:37
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
23 Yanvar 20:28
İşğaldan azad olunmuş Ağdamın aqrar potensialı - TƏHLİL
23 Yanvar 20:27
Həkim-infeksionist: Əhalinin 60 faizdən çoxu kütləvi şəkildə vaksinasiya olunarsa, bu zaman təsirli nəticədən danışa bilərik
23 Yanvar 20:24
Ayasofyada nümayiş etdirilən tarixi əsərlər 87 il sonra yenidən bu tarixi məkandaki yerini tutacaq
23 Yanvar 20:17
Milli Məclisin deputatları AŞPA-nın qış sessiyasında iştirak etmək üçün Strasburqda səfərdə olacaqlar
23 Yanvar 20:15
Prezident İlham Əliyev: Biz gərək ərzaq təhlükəsizliyinə düşünülmüş şəkildə yanaşaq
23 Yanvar 18:11
Alim Qasımov: Heydər Əliyev Sarayının səhnəsi mənim üçün çox əziz və tarixi səhnədir
23 Yanvar 17:57
Satoşi Nakanişi: Yaponiya Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır
23 Yanvar 17:54
Daxili İşlər Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib
23 Yanvar 17:48
Türkiyədə Azərbaycanın Qələbəsi şərəfinə xatirə sikkəsi buraxılıb
23 Yanvar 17:25
YAP-ın Siyasət Akademiyasının “Azərbaycan Respubikasında dövlət-din münasibətləri” mövzusunda videokonfrans formatında kursu keçirilib
23 Yanvar 17:24
Ağsaqqallar Şurasının sədr müavini Elmira Süleymanovaya “Vətənə xidmətə görə” ordeni təqdim edilib
23 Yanvar 17:22
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində IX məzun-karyera sərgisinin ilkin nəticələri açıqlanıb
23 Yanvar 16:53
YAP-ın Siyasət Akademiyasının “Azərbaycanda yeni siyasi mədəniyyətin formalaşması” mövzusunda videokonfrans formatında kursu keçirilib
23 Yanvar 16:51
“Yüksəliş” müsabiqəsi Prezidentin köməkçisi Hikmət Hacıyevin təqdimatında vebinar təşkil edib
23 Yanvar 16:14
Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir
23 Yanvar 16:11
Qəbələdə bu günədək 450 tibb işçisi peyvənd olunub
23 Yanvar 16:03
Keçən il sahələrdən 1,4 faiz çox tərəvəz yığılıb
23 Yanvar 15:48
Ötən il 3,2 milyon tondan çox taxıl istehsal edilib
23 Yanvar 15:37
KOBİA ilə TÜMKİAD anlaşma memorandumu imzalayıb
23 Yanvar 14:16
“Dostluq” yatağı Azərbaycanın neft-qaz sənayesinin perspektiv inkişafı baxımından böyük əhəmiyyətə malikdir
23 Yanvar 14:15
Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağı üzrə sazişin imzalanması tarixi hadisədir
23 Yanvar 14:09
Eldar İbrahimov: “Dostluq” yatağına dair razılaşma Azərbaycanla Türkmənistan arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini göstərir

23 Yanvar 14:08
Əli Kərimli yeni yalanlarının kölgəsinə sığınmağa çalışır

23 Yanvar 13:55
Ermənistanda siyasi böhranın növbəti mərhələsi...
23 Yanvar 13:53
Koronavirus xəstələrinin vəziyyətinin ağırlaşmasına səbəb olan əsas səhvlər hansılardır?
22 Yanvar 19:24
Milli Məclisin aqrar siyasət komitəsi yaz sessiyası üçün iş planını təsdiq edib
22 Yanvar 19:21
ADA Universiteti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və səmərəli təşkili mövzusunda sosioloji tədqiqat layihəsini həyata keçirəcək
22 Yanvar 18:55
Görkəmli sərkərdə Həzi Aslanovun anım mərasimi keçirilib
22 Yanvar 18:49
Milli Məclisin gənclər və idman komitəsinin yaz sessiyasının iş planı təsdiqlənib
22 Yanvar 18:48
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi yaz sessiyasında ilk iclasını keçirib
22 Yanvar 18:43
Azərbaycanda koronavirusdan 632 nəfər sağalıb, 280 yeni yoluxma faktı qeydə alınıb
22 Yanvar 18:39
Pandemiya dövründə fəal olan “Nəqliyyat könüllüləri” təltif edilib
22 Yanvar 18:37
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
22 Yanvar 18:29
Azərbaycanın və Gürcüstanın xarici işlər nazirləri arasında telefon danışığı olub
22 Yanvar 18:29
Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması məqsədilə onlayn videokonfrans keçirilib
22 Yanvar 18:05
Badminton III Avropa Oyunlarının proqramına daxil edilib
22 Yanvar 18:04
Nazir: “Dostluq” yatağı Azərbaycan və Türkmənistanın qardaşlıq münasibətlərinin rəmzi ifadəsidir
22 Yanvar 17:38
İşğaldan azad olunmuş Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndinin videogörüntüləri - VİDEO
22 Yanvar 17:36
Deputat: İmzalanan memorandum Xəzəryanı dövlətlər arasında əməkdaşlığın daha da genişlənməsinə şərait yaradacaq
22 Yanvar 17:09
Milli Məclisdə şəhid ailələri və əlilliyi olan şəxslərlə bağlı dinləmə keçiriləcək
22 Yanvar 16:56
Mərkəzi Bankın dövriyyədəki notlarının dəyəri 1 milyard manatı ötüb
22 Yanvar 16:50
Dövlət Komitəsində BMqT nümayəndəsi ilə görüş keçirilib
22 Yanvar 16:41
Son bir ayda qazilərdən ehtiyacı olanlara 600-dən çox reabilitasiya vasitəsi verilib
22 Yanvar 16:40
AHİK Qarabağ Dirçəliş Fonduna 100 min manat vəsait köçürüb
22 Yanvar 16:19
Rauf Əliyev: İşğaldan azad olunmuş ərazilərimizin potensialı çox yüksəkdir
22 Yanvar 16:17
Rəcəb Tayyib Ərdoğan: Bu həftənin sonuna qədər Çindən Türkiyəyə daha 10 milyon doza vaksin gətiriləcək
22 Yanvar 16:13
Mədəniyyət naziri: Zəfər Muzeyinin yeri ilə bağlı müzakirələr aparılır
22 Yanvar 16:08
Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
22 Yanvar 16:07
Milli Kitabxanada “Böyük Azərbaycan şairi və mütəfəkkiri – Nizami Gəncəvi” adlı kitab sərgisi açılıb
22 Yanvar 16:02
ÜST-nin Azərbaycan nümayəndəliyi və “ASAN Könüllüləri” Təşkilatı tibbi maska paylanması aksiyası keçirir
22 Yanvar 15:45
Anar Kərimov: Xudavəng monastırından səkkiz əsrlik freskaların aparılması böyük cinayətdir
22 Yanvar 15:41
TDƏŞ: Azərbaycan ilə Türkmənistan arasında Anlaşma Memorandumunun imzalanması məmnuniyyətlə qarşılandı
22 Yanvar 15:14
Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinq keçirilib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+4 +5
gecə+1 +3