Ana səhifə »  Xəbər lenti »  “Doing Business” hesabatına düzəliş Azərbaycanda biznes mühitinin düzgün dəyərləndirildiyini bir daha nümayiş etdirdi
A+   Yenilə  A-
“Doing Business” hesabatına düzəliş Azərbaycanda biznes mühitinin düzgün dəyərləndirildiyini bir daha nümayiş etdirdi

Ölkəmizin dayanıqlı inkişafının təmin edilməsində sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması əsas amillərdən biridir. Dövlətimizin başçısı daim çıxışlarında biznes mühitinin yaxşılaşdırılmasını prioritet vəzifə kimi qarşıya qoyur. Azərbaycanda bu sahədəki mövcud vəziyyət dünyada biznes mühitinin qiymətləndirilməsi üçün ən vacib reytinq göstəricisi hesab edilən “Doing Business”in hesabatlarından da aydın görünür. Hesabatlara diqqət yetirdikdə açıq-aydın müşahidə etmək olur ki, Azərbaycanın reytinqinin ildən-ilə yüksəlməsi ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımların uğurlu nəticələrinə əsaslanır. Diqqətəlayiq haldır ki, “Doing Business 2020” hesabatına düzəlişdə Azərbaycanın mövqeyi daha da yaxşılaşaraq 191 ölkə arasında 28-ə yüksəlib. Azərbaycanın reytinq cədvəlində 6 pillə irəliləməsi, dünyanın 10 islahatçı ölkəsı sırasında qərar tutması da ölkədə həyata keçirilən təkmil islahatların, idarəçilik sistemində yeniləşmənin əyani təzahürüdür.

AZƏRTAC xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə deyib.

V.Rəhimzadə qeyd edib ki, yeni inkişaf mərhələsinin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması, əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır: “Yeni inkişaf modelində əsas hədəflərdən biri məhz sahibkarlığın inkişafını sürətləndirmək üçün atılan addımların miqyasını daha da genişləndirməkdir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, həyat yerində durmur, daim yeni tələblər irəli sürülür, qarşımızda yeni çağırışlar dayanır. Bu çağırışlar idarəçilik sistemində təkmilləşmələrə geniş yol açır ki, bu da özlüyündə ölkənin dayanıqlı inkişafını şərtləndirir.”

Hər hansı bir ölkə o zaman güclü, qüdrətli, insanların rifah halı yüksək olur ki, o ölkənin zəngin idarəçilik təçrübəsinə malik rəhbəri vardır deyən baş redaktor bildirib ki, bu fikir beynəlxalq səviyyəli tədbirlərdə, eyni zamanda, beynəlxalq maliyyə qurumlarının hesabatlarında da öz əksini tapır: “Yoxsul deyil, yaxşı idarə edilməyən ölkələr var. Bu gün hər sahədə nümunə kimi qəbul olunan Azərbaycanın idarəçilik təcrübəsi beynəlxalq səviyyədə də təqdir edilir, yüksək dəyərləndirilir”.

V.Rəhimzadə diqqəti Azərbaycanın dünyanı bürüyən pandemiya dövründə belə biznes mühitinin yaxşılaşdırılması, iş adamlarına dövlət dəstəyinin gücləndirilməsi istiqamətində atdığı addımlara yönəldərək deyib ki, ölkəmizin inkişaf modelinin beynəlxalq səviyyədə təqdir olunması təkmil islahatlara əsaslanan davamlı inkişafın nəticəsidir: “Azərbaycanın yenilikçi, innovasiyalar ölkəsi olması reallıqdır. Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət”, ABAD, DOST layihələrinin hər biri ölkəmizdə biznes mühitinin yaxşılaşdırılmasına xidmət edən addımlar sırasındandır. COVID-19 infeksiyası ilə mübarizə tədbirlərinə başlandığı ilk gündən Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Sərəncamı əsasında 20 fəaliyyət sahəsini, 4 sektoru əhatə edən 10 yardım proqramının həyata keçirilməsi məqsədilə Fəaliyyət Proqramının icrasına başlanılması da ölkəmizdə biznes mühitinin yaxşılaşdırılmasına xidmət etməkdədir. Həmin yardım proqramında özünüməşğulluq proqramının icrasına dəstək də xüsusi yer tutur. İlk gündən bu əminlik ifadə edildi ki, dünya ölkələrinin iqtisadiyyatında durğunluğun geniş vüsət aldığı bir dövrdə Azərbaycan ən böyük iqtisadi dəstək proqramı nəticəsində pandemiyanın iqtisadiyyata mənfi təsirini minimuma endirəcək, makroiqtisadi sabitliyi qoruyacaq, vətəndaşların sosial müdafiəsini təmin edəcək. Bu yardım proqramları ölkəmizin iqtisadi və sosial gücünün təqdimatı kimi dəyərləndirildi. İqtisadiyyatını düzgün əsaslar üzərində quran Azərbaycan neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da inkişafına xüsusi diqqət göstərməklə həm iqtisadi, həm də maliyyə imkanlarının genişləndirilməsini stimullaşdırır. Eyni zamanda, neft gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipinin yüksək səviyyədə qorunması ölkəmizin hərtərəfli inkişafına geniş imkanlar yaradan sosial-iqtisadi layihələrin icrasını sürətləndirir. Təbii ki, bu addımlar, ümumilikdə, ölkəmizin davamlı inkişafına, biznes mühitinin yaxşılaşdırılmasına yönəlib”.

Baş redaktor bildirib ki, Dünya Bankının "Doing Business 2020" hesabatına düzəliş dünyanın hansı çətinlikləri yaşanmasına baxmayaraq, Azərbaycanın dayanıqlı iqtisadi inkişafını təmin etmək, biznes mühitini yaxşılaşdırmaq imkanında olduğunu təsdiqlədi: “Doing Business 2019” hesabatında da Azərbaycan dünyanın ən islahatçı 10 ölkəsindən biri kimi qiymətləndirilmişdi. Azərbaycanın Dünya Bankı ilə sıx əməkdaşlığının 28 illik tarixi var. Dünyanın mühüm maliyyə institutu olan Dünya Bankı ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlara daim dəstək verib. “Doing Business” hesabatında qeydə alınmış məqamlarla bağlı müstəqil araşdırma Dünya Bankının yüksək peşəkarlığını göstərməklə yanaşı, Azərbaycanın istər bu nüfuzlu beynəlxalq maliyyə qurumu, istərsə də digər tərəfdaşları ilə münasibətlərində dürüstlüyün ən mühüm dəyər olduğunu bir daha sübut edir.

 
  • Oxunub:  2310  |  
  • Tarix:  18-12-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Bütün şəhid ailələri dövlət tərəfindən qayğı ilə əhatə olunub

27 Yanvar 14:58
Prezident: Şuşanın bərpası, dirçəlməsi işləri planlı şəkildə aparılmalıdır
27 Yanvar 14:42
Prezident İlham Əliyev: Hər kəs bilməlidir, torpaqları satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir
27 Yanvar 14:40
YAP Şəmkir rayon təşkilatı Vətən müharibəsi zamanı şəhid olmuş hərbiçilərin ailələri və qazilərlə görüşlərini davam etdirir
27 Yanvar 14:37
Prezident İlham Əliyev: Biz Şuşanı qəhrəman övladların rəşadəti, qanı, canı bahasına düşmənlərin əlindən almışıq
27 Yanvar 14:34
Fuad Nağıyev: Rayonlararası hərəkətin bərpa olunması regionlarda yerləşən hotellərdə canlanma yaradıb
27 Yanvar 14:28
Prezident: Ermənilər nə qədər çalışsalar da, Şuşanı dünyaya erməni şəhəri kimi təqdim edə bilməyiblər
27 Yanvar 14:20
Prezident İlham Əliyev: Biz Şuşanı qoruyacağıq və bundan sonra Azərbaycan xalqı Şuşada əbədi yaşayacaq
27 Yanvar 14:19
Məşhur fotoqraf Reza Deqati Ağdamda Natəvanın məqbərəsində törədilən vandalizmlə bağlı paylaşım edib
27 Yanvar 14:14
Prezident İlham Əliyev Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edib
27 Yanvar 14:01
Nazir: Ötən il qeyri-neft-qaz sektoru üzrə vergidaxilolmaları 5,6 milyard manat olub
27 Yanvar 13:24
FHN Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının Vətən müharibəsi zamanı cəbhəboyu ərazilərdə fəaliyyəti yüksək qiymətləndirilib
27 Yanvar 13:19
İstanbulda təbii fəlakətlərə qarşı təhlükəli bölgələrdə yenidənqurma işlərinə başlanılıb
27 Yanvar 13:12
Süni intellekt sahəsində dünya lideri kimdir?
27 Yanvar 13:05
Yoluxma aşkarlanan məktəblər distant təhsilə keçəcək
27 Yanvar 13:03
Yoluxmanın nəticələrinə əsasən V-IX siniflərdə dərslərin açılması ilə bağlı qərar veriləcək
27 Yanvar 12:59
Azərbaycanla Britaniyanın energetika sahəsində əməkdaşlığına dair müzakirələr aparılıb
27 Yanvar 12:48
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyin strukturuna daxil olan Ağcabədi filialı fəaliyyətə başlayıb
27 Yanvar 12:47
Əsas kapitala yönəldilmiş vəsaitin 1 milyon manatı poçt və kuryer fəaliyyətinə sərf olunub
27 Yanvar 12:47
Mehriban Vəliyeva: Əyani tədris forması təşkil edilən təhsil müəssisələrində monitorinqlər aparılacaq
27 Yanvar 12:33
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev kollektivə təqdim edilib
27 Yanvar 12:32
Dünyada koronavirusa yoluxanların sayı 100 milyonu keçib
27 Yanvar 12:21
“Dostluq” yatağı ilə bağlı əldə olunmuş razılaşma bölgənin dayanıqlı inkişaf xəttinin formalaşdırılması üçün çox ciddi təkan olacaq
27 Yanvar 12:12
Ombudsman Aparatında qazilərlə növbəti görüş keçirilib
27 Yanvar 12:06
“MV Mozart” gəmisinə hücum zamanı öldürülən azərbaycanlı mühəndisin nəşi Bakıya gətirilib
27 Yanvar 11:52
Ermənistan silahlı qüvvələrinin minaladığı ərazilər Dövlət Sərhəd Xidmətinin mühəndis-istehkam bölmələri tərəfindən təmizlənilir
27 Yanvar 11:41
UNESCO “Aşıq Şəmşir” kafedrasının fəaliyyət perspektivləri müzakirə olunub
27 Yanvar 11:30
Bakıda keçirilməsi nəzərdə tutulan idman gimnastikası üzrə dünya kuboku yarışları ləğv olunub
27 Yanvar 11:12
İşğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması üçün investorlarla müzakirələr aparılır
27 Yanvar 11:08
Banklar Assosiasiyası Ədliyyə Nazirliyi ilə icra prosesində yaranan məsələlərin həlli yollarını müzakirə edib
27 Yanvar 11:05
Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib
27 Yanvar 11:01
Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Göyərçinveysəlli kəndinin videogörüntülərini paylaşıb - VİDEO
27 Yanvar 09:41
Meksika qəzeti: “Ermənistan qonşularına qarşı təcavüzkar siyasətindən və ərazi iddialarından əl çəkməlidir”
27 Yanvar 09:23
Prezident İlham Əliyev: Bütün şəhid ailələri dövlət tərəfindən qayğı ilə əhatə olunub
27 Yanvar 09:19
Küləklə sovrulanlar...
27 Yanvar 09:16
“Biz qalib gəldik”
27 Yanvar 09:11
YAP Suraxanı rayon təşkilatının üzvləri şəhid ailələrini ziyarət ediblər
27 Yanvar 09:10
Rəşid Şabanov: Prezident İlham Əliyev Şuşaya qalib Ordunun və dövlətin qalib sərkərdəsi kimi səfər etdi
27 Yanvar 09:06
Sabir Rüstəmxanlı: Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağına dair razılaşma son dərəcə önəmlidir
27 Yanvar 09:03
Arzuxan Əlizadə: Bölgədə yaranmış yeni reallıqlar Azərbaycan üçün mühüm siyasi və iqtisadi dividendlər vəd edir
27 Yanvar 09:01
Rufiz Qonaqov: Əldə olunan razılaşma sübut edir ki, Xəzər dənizində bütün məsələlər dialoq və əməkdaşlıq mühitində həll edilə bilər

27 Yanvar 08:59
Radikalların növbəti şousu, yaxud Əli Kərimli yenə də anti-Azərbaycan dairələrdən mədət umur

27 Yanvar 08:58
Ermənistanın bütün dövlət qurumlarında xaos hökm sürür
27 Yanvar 08:56
“Hüquq guşəsi: oxucu soruşur”
27 Yanvar 08:55
Koronavirusdan sağalan xəstələrin iybilmə və dadbilmə hissi nə zaman bərpa olunur?
27 Yanvar 08:53
Xaricdə yaşayan soydaşlarımız ana Vətənə yüksək bağlılıq nümayiş etdirirlər
26 Yanvar 19:27
Milli Məclis sədrinin müavini: Ölkəmiz münasibətlərini dostluq, qardaşlıq mövqeyini əsas götürməklə formalaşdırır
26 Yanvar 19:20
Dünya İqtisadi Forumu pandemiya ilə mübarizədə innovativ həll yollarını müzakirə edir
26 Yanvar 19:12
Rusiyaya ixrac olunan məhsullara tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması ilə əlaqədar görüş keçirilib
26 Yanvar 19:08
Azərbaycanın və Türkiyənin nümayəndə heyətlərinin rəhbərləri AŞPA-da birgə fəaliyyətin perspektivlərini müzakirə ediblər
26 Yanvar 18:28
Müdafiə Nazirliyi Qubadlı rayonunun Dəmirçilər kəndinin videogörüntülərini paylaşıb VİDEO
26 Yanvar 18:15
Yeni qaz sayğaclarını onlayn idarə etmək mümkün olacaq
26 Yanvar 18:11
Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib
26 Yanvar 18:05
Azərbaycan nəqliyyat-tranzit dəhlizlərinin logistika mərkəzinə çevrilir
26 Yanvar 17:55
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib
26 Yanvar 17:45
“YAŞAT” Fondu tərəfindən ağır yaralanan qazilərimizin səhhətinin bərpası ilə bağlı tədbirlər davam etdirilir
26 Yanvar 17:40
Paytaxtda yeni müntəzəm marşrut xətti təşkil olunub
26 Yanvar 17:37
Nazir: Azərbaycanda qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 70 faizi ötüb
26 Yanvar 17:27
Milli Məclisin Mədəniyyət komitəsinin onlayn iclası keçirilib
26 Yanvar 17:20
Azərbaycan Texniki Universiteti Sumqayıt Texnologiyalar Parkı ilə əməkdaşlığı davam etdirir
26 Yanvar 17:17
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İctimai Şuranın yeni tərkibinin formalaşdırılması üçün seçki elan edir
26 Yanvar 17:16
Ruslan Əliyev: Pandemiya ilə əlaqədar abonentlərin təbii qaz sərfiyyatı artıb
26 Yanvar 16:49
Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub
26 Yanvar 16:37
Azərbaycanda koronavirusdan 551 nəfər sağalıb, 326 yeni yoluxma faktı qeydə alınıb
26 Yanvar 16:28
FHN: Azərbaycan və Rusiya pirotexniklərinin birgə fəaliyyəti nəticəsində indiyədək 340 mina və 3 partlamamış sursat aşkarlanıb
26 Yanvar 16:11
Prezident İlham Əliyev: Ölkəmizdə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası işlənməli və tətbiq edilməlidir
26 Yanvar 16:03
Prezident: Biz texnoloji inkişaf sahəsində daim qabağa hədəflənməli, hərbi sahədə yenilikləri Azərbaycana gətirməliyik
26 Yanvar 16:01
Əhliman Əmiraslanov: “Düşünürəm ki, qısa zamanda vaksinin müsbət təsirini görəcəyik”
26 Yanvar 15:58
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlar yüksək texnoloji inkişaf ərazisi olmalıdır
26 Yanvar 15:48
Prezident İlham Əliyev: Azərbaycanda texnologiyaların inkişafı sahəsində daha böyük addımlar atılmalıdır
26 Yanvar 15:44
“WhatsApp” nə üçün 30 milyondan çox istifadəçi itirib?

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+8 +10
gecə+2 +5