Ana səhifə »  Xəbər lenti »  Şəhid anası: Oğlumla fəxr edirəm, mənə şəhid anası adını qoyub getdi
A+   Yenilə  A-
Şəhid anası: Oğlumla fəxr edirəm, mənə şəhid anası adını qoyub getdi

Vətənimizin işğal altında olan torpaqlarını düşmən tapdağından azad edərkən şəhid olan qəhrəmanlarımızdan biri də qusarlı Elvin Qurbanovdur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Elvin Qurbanov 1999-cu ildə Qusar rayonunun Balaqusar kəndində doğulub. Orta təhsilini rayonda yerləşən internat məktəbində alıb. Daha sonra kollecdə aşpazlıq ixtisası üzrə peşə təhsilinə yiyələnib. Hərbi xidmətini başa vurduqdan sonra Qusardakı restoranların birində aşpazlıq etməyə başlayıb. Xoş və mehriban xasiyyətinə görə hamı tərəfindən sevilən Elvin Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb.

“Elvin sentyabrın 21-dən təlimlərə cəlb olundu. Müharibə başlayanda isə ön cəbhəyə yollandı. Oktyabrın 14-ü qəhrəmancasına döyüşərək şəhid olub. Sonuncu dəfə danışanda dedi ki, ana, heç nədən narahat olma, özünə yaxşı bax. Hərbi xidmət dövründə də ön cəbhədə səngərdə xidmət edib. Mən oğlumla fəxr edirəm. Mənə şəhid anası adını qoyub getdi. O adla mən çox qürur duyuram”, - deyə şəhidin anası Nabat Əlisoltanova söyləyib.

Elvin Cəbrayıl və Füzulinin yaşayış məntəqələrinin azad olunmasında fəal iştirak edib. Füzuli şəhəri uğrunda gedən şiddətli döyüşdə artilleriya mərmisinin yaxınlığında partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb.

Babası İsaməddin və nənəsi Nübarxanım nəvələrinin Vətən, torpaq yolunda şəhid olması ilə qürur duyduqlarını bildiriblər.

“Bir il dörd ay idi əsgərlikdən gəlmişdi. Sentyabrda hərbi komissarlıqdan çağırış gəldi. Təlimlərdən sonra müharibəyə yollandı. Telefonla danışırdıq. Hərdən də zəng çatmırdı. Ona zəng çatmayanda Elvini anasından soruşurdum. Özü ilə danışanda deyirdi ki, arxayın ol nənə, biz yaxşıyıq. Sonra beş gün danışa bilmədik. Məlum oldu ki, Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən Prezidentimizə minnətdaram ki, öz ata nəsihətini yerinə yetirib torpaqlarımızı işğaldan azad etdi”, - deyə şəhidin nənəsi vurğulayıb.

Həyat yoldaşı Birinci Qarabağ müharibəsində şəhid olan Sevdaxanım Sultanova Elvinin anasını təsəlli edən ən yaxın rəfiqələrindəndir: “Biz bir ailə kimiyik. Mən Elvinə doğma xalası qədər yaxınam. Bizim şəhidlərimizin hamısı Vətən yolunda canlarından keçib. Elvin gəncliyini, həyatını yaşamadı, amma Vətən borcunu yerinə yetirdi. Onlar bizə qələbə sevincini yaşatdılar”.

Elvin Qurbanov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qəhrəmanlıqla döyüşdüyünə görə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 
  • Oxunub:  1710  |  
  • Tarix:  18-12-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan xalqının azadlıq mübarizəsinin unudulmaz qəhrəmanlıq səhifəsi

20 Yanvar 17:37
Azərbaycan xalqı şəhidlərin xatirəsini ehtiram və qürurla yad edir
20 Yanvar 17:21
Ombudsman Aparatında 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı tədbirlər keçirilib
20 Yanvar 16:53
Azərbaycanda COVID-19-a 332 yeni yoluxma faktı qeydə alınıb, 897 nəfər sağalıb
20 Yanvar 16:41
Səfərbərlikdən tərxis olunanların müraciətlərinə baxılması üzrə komissiya tərəfindən ümumilikdə 3443 vətəndaş qəbul edilib
20 Yanvar 16:39
Rusiya paytaxtında da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
20 Yanvar 16:22
Qəhrəmanlıq və şərəf tariximiz
20 Yanvar 16:18
İsmayıllıda 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb
20 Yanvar 15:50
Qarabağ zəfəri bütün şəhidlərimizin haqq mübarizəsinin ədalətli yekunu oldu
20 Yanvar 14:56
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
20 Yanvar 14:53
“ForeignPolicyNews” : Cənubi Qafqaz üçün sülh və əməkdaşlıq
20 Yanvar 14:14
20 Yanvar yalnız kədər və ağrı ilə xatırlanacaq bir gün deyil, həm də şərəf günüdür - Hüseyin Altınalan
20 Yanvar 14:06
Abşeronda COVID-19 virusuna qarşı vaksinasiyaya start verilib
20 Yanvar 14:02
Mövlud Çavuşoğlu: Üçrəngli bayrağınla məsud yaşa, Can Azərbaycan!
20 Yanvar 13:34
Azərbaycandakı dini konfessiyaların rəhbərləri Şəhidlər xiyabanını ziyarət ediblər
20 Yanvar 13:27
Şəhid və müharibə iştirakçısı ailələrinin 3200-dən çox üzvü sosial-psixoloji dəstək və reabilitasiya xidməti ilə əhatə edilib
20 Yanvar 13:22
20 Yanvar: Faciə və qəhrəmanlıq tariximiz
20 Yanvar 12:57
İstanbulda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı fotosərgi təşkil edilib
20 Yanvar 12:54
Deputat: Azərbaycan həm iqtisadi, həm də hərbi-siyasi cəhətdən daha qüdrətli dövlətə çevriləcək
20 Yanvar 12:45
ADA Universitetində 20 Yanvar hadisələri ilə bağlı onlayn görüşlər keçirilib
20 Yanvar 12:44
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər
20 Yanvar 12:44
Türk Şurası ilə energetika sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb
20 Yanvar 12:33
Xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anır
20 Yanvar 12:06
Səbail rayonunda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım tədbiri keçirilib
20 Yanvar 12:02
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub
20 Yanvar 10:25
ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı kampaniya keçirir
20 Yanvar 10:09
Azərbaycan xalqının azadlıq mübarizəsinin unudulmaz qəhrəmanlıq səhifəsi
20 Yanvar 10:07
Şuşada məscidlərin dağıdılması Ermənistanın islamofob xislətinin göstəricisidir
20 Yanvar 10:05
Əli Kərimlinin keçmişi danmaq cəhdi...
20 Yanvar 10:03
Azərbaycan hərb meydanında olduğu kimi, diplomatiya cəbhəsində də üstün mövqedə olduğunu sübut etdi
20 Yanvar 10:01
Medianın İnkişafı Agentliyinin yaradılması milli mətbuatımızın gələcək inkişafı baxımından strateji əhəmiyyətə malikdir
20 Yanvar 10:00
20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Mənzil İnşaatı Dövlət Agentliyi və YAP Nəsimi rayon təşkilatının birgə sosial aksiyası keçirilib
20 Yanvar 09:58
Yevlaxda “Şəhidlər - torpağı Vətən edənlər” mövzusunda videokonfrans keçirilib
20 Yanvar 09:57
YAP Nərimanov rayon təşkilatında 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
20 Yanvar 09:56
YAP Samux rayon təşkilatında “20 Yanvar - Azadlığa gedən yolun zirvəsi” mövzusunda tədbir keçirilib
20 Yanvar 09:54
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
20 Yanvar 09:53
YAP Gədəbəy rayon təşkilatının yaradılmasının 28-ci ildönümü münasibətilə videokonfrans keçirilib
20 Yanvar 09:52
Goranboyda “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq salnaməsidir” mövzusunda tədbir keçirilib
20 Yanvar 09:51
Ankarada 20 Yanvar faciəsi ilə əlaqədar videokonfrans keçirilib
20 Yanvar 09:49
Sabir Hacıyev: Azərbaycan regionda uzunmüddətli sülhün, əməkdaşlığın və iqtisadi inkişafa aparan layihələrin gerçəkləşməsinin tərəfdarıdır
20 Yanvar 09:48
Elçin Mirzəbəyli: Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycan gəncliyinin müstəsna xidmətləri var
20 Yanvar 09:47
Əlisahib Hüseynov: Dövlət başçısının Şuşaya səfəri mühüm tarixi hadisədir
20 Yanvar 09:46
Arzuxan Əlizadə: Bölgədə yeni mərhələ başlanır

20 Yanvar 09:45
Əli Kərimlinin və Qənimət Zahidin erməni sevgisi

20 Yanvar 09:44
Məğlub Ermənistanda etirazlar səngimir
20 Yanvar 09:43
Türk Şurası 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar mesaj yayımlayıb
20 Yanvar 09:42
“Hüquq guşəsi: oxucu soruşur”
20 Yanvar 09:40
Vaksinasiyaya arxayın olub digər qaydaları diqqətdən kənarda saxlamaq olmaz
20 Yanvar 09:39
Azərbaycanın bölgələrində baramaçılıq aqrar sektorun gəlirli sahələrindən biri kimi inkişaf etdirilir
20 Yanvar 09:38
Azərbaycan XİN Qara Yanvar hadisələrinin 31-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
20 Yanvar 09:33
Prezident İlham Əliyev rəsmi “Facebook” səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
19 Yanvar 22:40
Qələbəni bizə yaşadanları yaşadaq
19 Yanvar 22:36
20 Yanvar şəhidlərinin xatirəsi İtaliyada da anılıb
19 Yanvar 21:39
Misirin nüfuzlu qəzetində 20 Yanvar faciəsi haqqında məqalə dərc edilib
19 Yanvar 21:15
Çili agentliyi Azərbaycanın tarixi, dini abidələrinin ermənilər tərəfindən dağıdılmasından bəhs edən məqalə yayıb
19 Yanvar 21:11
Bu günədək Azərbaycan və Rusiya pirotexnikləri tərəfindən 210 mina və 2 partlamamış hərbi sursat zərərsizləşdirilib
19 Yanvar 20:48
Azərbaycanda pambıqçılığın inkişafı ilə bağlı müşavirə keçirilib
19 Yanvar 20:41
Azərbaycandakı Araşdırma Mərkəzi Türkiyəli jurnalisti mükafatlandırıb
19 Yanvar 19:36
Milli Məclis fəaliyyətini bütün müstəvilərdə uğurla həyata keçirib
19 Yanvar 19:09
İşğaldan azad edilmiş Kəlbəcər rayonunun Çopurlu kəndinin videogörüntüləri yayımlanıb - VİDEO
19 Yanvar 19:03
Naxçıvanda insan amili dövlət siyasətinin əsas prioritetidir
19 Yanvar 18:50
ÜST rəhbəri bu ilin ilk 100 günü ərzində bütün ölkələrdə tibb işçiləri və yaşlı insanların vaksin alması üçün birgə fəaliyyət göstərməyə çağırıb
19 Yanvar 18:24
BDU-da “20 Yanvar - xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsi” mövzusunda dəyirmi masa keçirilib
19 Yanvar 18:19
Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən ölkəmizə əlavə pirotexniki qrup, texnika və avandanlığı gətirilib
19 Yanvar 18:17
Reza Deqati: Azərbaycan Ordusunun müharibə taktikası bəzi dövlətləri hərb sahəsinə yenidən baxmağa vadar edib
19 Yanvar 18:12
AFFA-da Vətən müharibəsinin iştirakçısı ilə görüş olub
19 Yanvar 18:01
Milli Məclisin sədri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, TÜRKSOY-un, Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndələri ilə görüşüb
19 Yanvar 17:57
Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 14-cü iclası keçirilib
19 Yanvar 17:56
Milli Məclis sədrinin müavini qanvermə aksiyasında iştirak edib
19 Yanvar 17:47
Azərbaycan ombudsmanı 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
19 Yanvar 17:45
Bağdad Amreyev 2022-ci ildə Şuşanın türk dünyasının mədəni paytaxtı elan olunmasını təklif edib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+1 +3
gecə0 +1