Ana səhifə »  Xəbər lenti »  Ölkəmizdə demokratik ənənələrin formalaşmasına xidmət edən siyasi dialoq təcrübəsi şaxələnir
A+   Yenilə  A-
Ölkəmizdə demokratik ənənələrin formalaşmasına xidmət edən siyasi dialoq təcrübəsi şaxələnir

Siyasi münasibətlərdə dialoq mühitinin dəstəklənməsi bilavasitə demokratik ənənələrin inkişafına xidmət edən təcrübədir. Təqdirəlayiq haldır ki, Azərbaycan iqtidarı müxtəlif təşəbbüslər vasitəsilə dialoq məfhumunun aktuallığının qorunmasını təmin edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan sistemli islahatlar siyasi münasibətlər sahəsindən də yan keçməyib. Siyasi proseslərdə iştirak edən tərəflər arasında sağlam münasibətlərin qorunması və tənzimlənməsi üçün fərqli təşəbbüslər reallaşmaqdadır.

AZƏRTAC xəbər verir ki, ölkəmizin artıq gündəlik siyasi təcrübəsinə daxil olmuş iqtidar-müxalifət dialoqu davamlı şəkildə inkişaf edir. Cəmiyyəti düşündürən məsələlərin iqtidar və müxalifət nümayəndələri arasında açıq şəkildə müzakirə olunması bilavasitə demokratiyanın təcəssümüdür. Bu mənada Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin siyasi partiya rəhbərləri ilə təşkil olunan görüşlərinin əhəmiyyəti danılmazdır. Növbəti görüşlər Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, həmçinin Müsavat Partiyasının sədri Arif Hacılı, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, Yeni Zaman Partiyasının sədri Musa Ağayev, Azərbaycan Kommunist Partiyasının sədri Hacı Hacıyev, Birlik Partiyasının sədri Xudadat Xudiyev, Azərbaycan Milli Demokrat Partiyasının sədri Tufan Kərimov, Qorqud Partiyasının sədri Firudin Kərimov və Milli Demokrat İdrak Partiyasının sədri Osman Əfəndiyev ilə ayrı-ayrılıqda mobil rabitə və videokonfrans formatında olub.

Görüşlər zamanı Vətən müharibəsində qazanılmış Qələbənin ölkənin gələcək inkişafında rolu, Zəfər paradının gənclərin vətənpərvər ruhda formalaşmasında əhəmiyyəti, xalq-dövlət-ordu birliyi, qazi və şəhid ailələrinin problemləri ilə məşğul olacaq yeni yaradılmış “YAŞAT” Fondunun gələcək fəaliyyəti, işğaldan azad olunmuş ərazilərdə aparılacaq böyük quruculuq işləri, imzalanmış üçtərəfli Bəyanatın müvafiq müddəalarının icrası kontekstində Azərbaycan-Ermənistan münasibətləri, ölkəmizin beynəlxalq müstəvidə artan rolu, Türkiyənin dəstəyi və qardaş ölkə ilə əməkdaşlıq perspektivləri müzakirə edilib. Həmçinin siyasi partiyaların fəaliyyəti və onların canlanması istiqamətində birgə reallaşdırıla biləcək layihələr, parlament seçkiləri, korrupsiya qarşı mübarizə, hərbi əsirlərin dəyişdirilməsi, sülhməramlıların fəaliyyəti, iyul hadisələri zamanı həbs olunmuş şəxslərin ev dustaqlığına buraxılması, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi, partiyaların qərargahlar ilə təminatı, yeni yaradılan siyasi partiyaların qeydiyyatı, partiyaların qurultaylarının keçirilməsi, habelə COVID-19 pandemiyası ilə ümummilli mübarizə kimi aktual mövzular ətrafında müzakirələr aparılıb.

Vətən müharibəsi ətrafında fikir mübadiləsi zamanı bildirilib ki, əldə olunan qələbə ölkənin tarixinə qızıl hərflərlə yazılacaq hadisədir. Ölkənin və ümumiyyətlə regionun inkişafında böyük dəyişikliklərə səbəb olacaq Qələbə hələ uzun illər ərzində alim və siyasətçilər tərəfindən tədqiq ediləcək. 44 gün davam edən müharibə zamanı bütün dünya Azərbaycanda yaşanan ümummilli və siyasi həmrəyliyə şahid olub.

İqtidarın təşəbbüsləri vasitəsilə ümummilli və siyasi həmrəylik davamlı olaraq inkişaf edir. Azərbaycan xalqının Prezident İlham Əliyevə olan dəstək və inamı bu birliyin və həmrəyliyin zəmanətidir. “Ölkədə yaşanan həmrəylik siyasi dialoq üçün münbit şərait yaradır” fikrini səsləndirən Prezident Administrasiyasının rəsmisi iqtidarın siyasi partiyalar ilə mövcud əməkdaşlığının daha da şaxələnməsində maraqlı olduğunu bildirib.

Vətən müharibəsində qazanılan şanlı Qələbə, ölkəmizin açıq hərbi üstünlüyü, Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin dərinləşməsi, ATƏT-in münaqişə ilə bağlı fəaliyyətinə dair cəmiyyətimizdə formalaşmış neqativ ictimai münasibət, ölkənin artan beynəlxalq hərbi və siyasi nüfuzu, iqtisadi potensialımız və bir sıra digər amillər ölkəmizə qarşı yeni informasiya təxribatlarına səbəb ola bilər. Sözügedən ehtimalı vurğulayan Ə.Vəliyev ölkədə fəaliyyət göstərən bütün siyasi partiyaların mövcud istiqamətdə güclərinin səfərbər olmasının vacibliyini xüsusi olaraq qeyd edib.

Siyasi partiyaların rəhbərləri ilə aparılan fikir mübadiləsi çərçivəsində Ədalət Vəliyev vurğulayıb ki, iqtidar-müxalifət dialoqu bütün digər məsələlərlə yanaşı, ilk növbədə, dövlətin inkişafına xidmət etməlidir. Açıq dialoqa və müzakirələrin davamlı şəkildə aparılmasında maraqlı olduğunu bildirən Prezident Administrasiyasının rəsmisi siyasi partiyaların ölkənin gələcək inkişafı ilə bağlı bütün sahələri əhatə edən təkliflərini dinləməyə, həmçinin onların reallaşdırılmasına dəstək göstərməyə hazır olduğunu bildirib. Odur ki, ölkənin siyasi sisteminin əsas təsisatlarından olan siyasi partiyalar da öz növbəsində həmin münasibətlərin dərinləşməsində maraqlı olmalıdır.

Görüşlər çərçivəsində siyasi və milli həmrəylik naminə partiyalar arasında əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinin zəruriliyini vurğulayan Ə.Vəliyev ölkəmizdə siyasi mədəniyyətin inkişafı məsələsinə də toxunub. Qeyd edib ki, siyasi mədəniyyətin məzmunu bilavasitə ölkənin demokratik potensialı ilə bağlı olduğu üçün mövcud istiqamətdə müvafiq maarifləndirmə işlərinin aparılması vacibdir. Odur ki, birgə maarifləndirmə işlərinin aparılması iqtidar-müxalifət əməkdaşlığının əsas perspektiv istiqamətlərindən biri ola bilər.

Müzakirələr zamanı xüsusi maraq doğuran mövzulardan biri də işğaldan azad olunmuş ərazilərdə birgəyaşayış mühitinin yaradılması olub. Uzun əsrlərboyu Azərbaycanda formalaşmış multikulturalizm ənənələrinin birgəyaşayışın ən ideal düsturu olduğu qeyd edilib.

Siyasi partiya rəhbərləri iqtidarın dialoq istiqamətində atdığı addımlarını, Zəfər Günü, Anım Günü, həmçinin Vətən müharibəsində Qələbə ilə bağlı müvafiq orden və medalların təsis olunmasını, Vətən müharibəsi qazilərinə və şəhid olmuş şəxslərin ailələrinə dəstək naminə “YAŞAT” Fondunun yaradılmasını yüksək qiymətləndirib, habelə ölkədə aparılan sistemli islahatların vacibliyini vurğulayaraq dövlətin inkişafı və milli həmrəyliyin qorunması naminə bütün təşəbbüslərdə yaxından iştirak etməyə hazır olduqlarını bildiriblər.

 
  • Oxunub:  1860  |  
  • Tarix:  18-12-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan işğaldan azad edilən bütün əraziləri tezliklə cənnətə çevirəcək

18 Yanvar 19:02
Türkdilli dövlətlərin enerji sahəsində birgə layihələrinin reallaşdırılmasına dair müzakirələr aparılıb
18 Yanvar 18:56
Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Alolar kəndinin videogörüntülərini paylaşıb - VİDEO
18 Yanvar 18:43
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
18 Yanvar 18:36
Azərbaycanda koronavirus infeksiyasından 503 nəfər sağalıb, 118 yeni yoluxma faktı qeydə alınıb
18 Yanvar 18:30
YAP Gənclər Birliyinin 2020-ci il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunmuş videokonfrans keçirilib
18 Yanvar 18:19
Yanvarın 22-də Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə brifinq keçiriləcək
18 Yanvar 18:15
Yanvarın 20-də paytaxtda bəzi avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək
18 Yanvar 17:54
Mikayıl Cabbarov: Sənaye parklarında 50 rezident qeydiyyata alınıb
18 Yanvar 17:52
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib
18 Yanvar 17:51
Nazir: 2020-ci ildə Vergi Xidməti tərəfindən dövlət büdcəsinə 7,4 milyard manatadək vəsait daxil olub
18 Yanvar 17:47
Mədəniyyət Nazirliyi ictimaiyyətə müraciət edib
18 Yanvar 17:46
Azərbaycanın və Polşanın prokurorluq orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunub
18 Yanvar 17:30
Qarabağın yeni yaradılacaq yol-nəqliyyat infrastrukturu bölgənin inkişafında strateji əhəmiyyət kəsb edəcək
18 Yanvar 17:26
Bakı-Pirşağı-Sumqayıt elektrik qatarlarının yanvarın 20-nə hərəkət qrafiki açıqlanıb
18 Yanvar 17:25
Ermitaj muzeyinə qarşı iddia...
18 Yanvar 17:08
20 Yanvar şəhidlərinin əziz xatirəsi İğdırda anılıb
18 Yanvar 17:05
Deputat: Prezidentin Şuşaya səfəri düşmən üzərində Zəfərimizin əyani sübutudur
18 Yanvar 17:02
Bu il daha 4 DOST mərkəzinin açılması nəzərdə tutulur
18 Yanvar 16:58
Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı videokonfrans keçirib
18 Yanvar 16:48
Milli Məclisin elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
18 Yanvar 16:45
Müzəffər Ali Baş Komandanın Şuşaya səfəri Qarabağın əsl sahibinin kim olduğunu bütün dünyaya bir daha göstərdi
18 Yanvar 16:44
ÜST: dünyanın yoxsul ölkələrində indiyədək cəmi 25 peyvənd dozası tətbiq olunub
18 Yanvar 16:43
Azərbaycan Prezidenti: Bu gün mənim fəaliyyətimdə Qarabağ bölgəsinin bərpası xüsusi yer tutur
18 Yanvar 16:41
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda hər şey planlı şəkildə, düzgün aparılmalıdır
18 Yanvar 16:34
Cəbhəyanı ərazilərdə yaşayan 1500-dən çox uşağa psixoloji yardım göstərilib
18 Yanvar 16:29
Prezident İlham Əliyev: Bugünkü Azərbaycana investisiyalar daha böyük həcmdə gələcək
18 Yanvar 16:24
Prezident: Sənaye, kənd təsərrüfatı, qeyri-neft sektoru, ixrac imkanları, idxaldan asılılığın azaldılması yeni reallıq yaradıb
18 Yanvar 16:19
Sergey Lavrov Dağlıq Qarabağın Rusiya Federasiyasının tərkibinə daxil edilməsi ideyasını “ekzotik təklif” adlandırıb
18 Yanvar 16:14
Şuşaya möhtəşəm səfər
18 Yanvar 16:12
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında iki zavodun təməlini qoyub, vərəqə şüşə istehsalı müəssisəsinin açılışını edib
18 Yanvar 16:05
Ərdoğan: “Türkiyə Şərqi Aralıq dənizindən Qarabağadək güclü iradəsini dünyaya nümayiş etdirib”
18 Yanvar 16:03
Bakı Limanından aşırılan TIR və konteynerlərin sayı son 30 ilin rekord səviyyəsində olub
18 Yanvar 15:58
20 Yanvar xalqımızın azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifəsidir
18 Yanvar 15:57
Mərkəzi Qan Bankı vətəndaşlara müraciət edib
18 Yanvar 15:52
Ölkəmizdəki dini konfessiyaların rəhbərləri 20 Yanvar faciəsi ilə bağlı bəyanat veriblər
18 Yanvar 15:34
Dörd gimnast “Fəxri idman ustası” adına layiq görülüb
18 Yanvar 15:31
Baş həkim Kubra Cabbarova: Peyvənd vurdurandan sonra arxayınlaşmaq olmaz
18 Yanvar 15:30
Azərbaycan-Tacikistan əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
18 Yanvar 15:28
Reza Deqati: Fransa mediası Qarabağ müharibəsini yalnız Ermənistan tərəfindən işıqlandırıb
18 Yanvar 15:22
Tibb Universitetində 20 Yanvar şəhidləri yad edilib
18 Yanvar 15:19
Bakı Limanında yükaşırmanın həcmi artıb
18 Yanvar 15:18
Azərbaycanda buğda əkinlərinin güzəştli sığortası başlayıb
18 Yanvar 15:12
GUAM 2021-ci ildəki prioritet fəaliyyətini açıqlayıb
18 Yanvar 15:10
Azərbaycan təbii qazının ixracı 16 faiz artıb
18 Yanvar 15:01
Müharibədə xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizasına başlanılır
18 Yanvar 14:59
Avstraliya sərhədləri 2022-ci ilə qədər bağlayacaq
18 Yanvar 13:44
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi: “Sinovac” şirkətinin vaksini ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanıb
18 Yanvar 13:42
Müdafiə Nazirliyi işğaldan azad edilmiş Füzuli rayonunun Merdinli kəndinin videogörüntülərini paylaşıb VİDEO
18 Yanvar 13:41
Milli Məclisin deputatı Ağalar Vəliyev: Çox yaxın zamanlarda hər bir azərbaycanlı üçün müqəddəs məkan sayılan Qarabağ bölgəsi büsbütün yeni simada olacaq
18 Yanvar 13:17
Dövlətimiz erməni vandalizminə, barbarlığına şahid olmuş Qarabağı cənnətə çevirəcək
18 Yanvar 13:08
Şuşa şəhərinədək 101,5 kilometrlik xidməti yol istifadəyə verilib
18 Yanvar 12:52
Əli Əhmədov: 1990-cı ilin yanvarında qaçıb gizlənənlərin və AXC-Müsavat hakimiyyətinin uduzduğu müharibənin acınacaqlı nəticələrini aradan qaldırmaq missiyasını birbaşa Moskvada Qorbaçova ittihamlar səsləndirən Heydər Əliyevlə birlikdə dayanan İlham Əliyev yerinə yetirdi
18 Yanvar 12:38
Vaksinasiya COVID-19-la mübarizədə mühüm amildir
18 Yanvar 12:10
"Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər planının layihəsi hazırlanacaq
18 Yanvar 11:58
Havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq
18 Yanvar 11:56
Agentlik sədri: “Azərbaycan pandemiyaya son qoyan ilk ölkələrdən olacaq”
18 Yanvar 11:54
Oqtay Şirəliyev: “Mütəxəssislər qərara gəlib ki, Azərbaycan üçün ən yaxşısı "Sinovac" şirkətinin vaksinidir”
18 Yanvar 11:47
Yaxın aylarda daha 4 reabilitasiya və sosial xidmət müəssisəsi açılacaq - Nazir müavini
18 Yanvar 11:44
Azərbaycan pandemiya ilə mübarizə tədbirlərinə görə liderlər arasında yer alıb
18 Yanvar 11:42
Pensiyaların artırılması nəzərdə tutulur - Nazir müavini
18 Yanvar 11:21
Zaur Əliyev və Ramin Bayramlıya COVİD-19 əleyhinə peyvənd vurulub
18 Yanvar 11:15
Polietilen torba istehsalçıları ilə əmtəə bazarındakı vəziyyət müzakirə olunub
18 Yanvar 11:11
Azərbaycanda vaksinasiya prosesi başlayıb
18 Yanvar 11:09
Səhiyyə naziri Oqtay Şirəliyev koronavirus əleyhinə peyvənd olunub
18 Yanvar 11:04
Yanvarın 20-də Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
18 Yanvar 11:01
Dövlət Miqrasiya Xidməti Azərbaycanda olan və yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə müraciət edib
18 Yanvar 10:54
Prokurorluq orqanlarında qulluqla bağlı müsabiqə üçün sənəd qəbulu fevralın 1-də başa çatdırılacaq
18 Yanvar 10:48
Bu gün “Avro-2020" Bakı Könüllülər Proqramının müsahibə mərhələsinə start veriləcək
18 Yanvar 10:41
Karantin postlarından icazəsiz keçməyə cəhd göstərən 4 min nəqliyyat vasitəsi geri qaytarılıb
18 Yanvar 10:07
Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmuş şəxslərə pasport veriləcək

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+8 +10
gecə+4 +7