“COVID-19 pandemiyasına qarşı mübarizədə birlik və həmrəylik göstərilməsi vacib şərtdir. Yoluxma sayının artması ölkəmizin bəzi regionlarında sərt karantin rejiminin yenidən tətbiqinə yol açsa da, inanıram ki, vətəndaşlarımız bu müvəqqəti çətinliklərin öhdəsindən gələcək və karantin rejiminin qaydalarına ciddi şəkildə əməl etməklə bu bəladan xilas olmağımızı təmin edəcəklər. Qeyd etmək lazımdır ki, Azərbaycan dövlətinin apardığı uğurlu siyasi kurs bütün sahələrdə olduğu kimi koronavirusa qarşı mübarizədə də effektiv nəticələrin əldə olunmasına imkan yaradır”. Bunu qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov deyib.
Onun sözlərinə görə, koronavirus pandemiyasının geniş yayılmasına qarşı ölkəmizdə görülən tədbirlər bütün beynəlxaq təşkilatlar, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təqdir edilir.
“Bununla yanaşı yoluxmanın sayının azalması üçün hər birimiz səfərbər olmalıyıq, bu işdə həmrəylik nümayiş etdirməliyik. YAP Hacıqabul rayon təşkilatı koronavirusa qarşı mübarizə çərçivəsində mütəmadi şəkildə videokonfranslar keçirir, vətəndaşlar arasında maarifləndirmə işləri aparır. Koronavirusa qarşı mübarizə çərçivəsində sanitar-gigiyenik qaydalara əməl olunması, o cümlədən tibbi maskalardan istifadənin vacibliyi ilə bağlı təbliğat aparılır ki, bu da insanların öz sağlamlıqlarını qoruması üçün ilkin şərtdir. İnanırıq ki, milli həmrəyliyimiz və birliyimiz yaxın zamanda bu problemin aradan qaldırılmasında əsaslı rol oynayacaq”, - deyə YAP Hacıqabul rayon təşkilatının sədri əlavə edib.
Pərviz
- Oxunub: 2550 |
- Tarix: 18-12-2020 |
-
Çap et |