“Vətən müharibəsi müasir tariximizdə ümummilli həmrəyliyimizi nümayiş etdirən ən parlaq səhifələrindən biri oldu. Məhz xalqın Azərbaycan Prezidenti İlham Əliyevə olan dəstəyinin və inamının nəticəsidir ki, 44 gün davam edən müharibə zamanı ölkəmizdə milli birliyin şahidi olduq. Bu baxımdan birmənalı şəkildə demək olar ki, əldə olunan qələbənin əsas qəhrəmanları Azərbaycan xalqı, Azərbaycan Ordusu və Ali Baş Komandandır”.
Bu fikirləri qəzetimizə açıqlamasında Vətəndaş Birliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Hacıyev bildirib.
S.Hacıyevin sözlərinə görə, qardaş Türkiyənin siyasi və mənəvi dəstəyinin qələbənin əldə olunmasında mühüm rolu olub: “Azərbaycan xalqı Türkiyənin bu dəstəyini Vətən müharibəsinin ilk anlarından hiss edib. Tarixi boyu müxtəlif sınaqlardan keçən Azərbaycan-Türkiyə birliyi bu dəfə də sarsılmaz olduğunu bütün dünyaya nümayiş etdirdi. Eyni zamanda, Azərbaycan və Türkiyə dövlət başçılarının mətbuata açıqlamalarında region ölkələri üçün təqdim etdikləri əməkdaşlıq formatı mühüm əhəmiyyət daşıyır. Bütün bunlar onu göstərir ki, möhtəşəm qələbədən sonra Azərbaycanın regiondakı geosiyasi statusu və rolu daha da artacaq. Azərbaycan Prezidenti İlham Əliyevin xalqa son müraciətində qeyd etdiyi kimi, biz bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatını təşkil etdik. Sözsüz ki, Vətən müharibəsi zamanı mütləq birlik nümayiş etdirən xalqımızın dəstəyi ilə Azərbaycan Prezidenti ölkəmizin gələcəyi naminə yeni-yeni uğurlara imza atacaq”.
Qaşqay
- Oxunub: 3780 |
- Tarix: 18-12-2020 |
-
Çap et |