Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Zəfərə aparan yol

Zəfərə aparan yol

17.12.2020 [17:22]

Milli Məclisin deputatı Kamilə Əliyeva

44 günlük Vətən Müharibəsində Azərbaycanın Ermənistan üzərindəki tam qələbəsi haqqın-ədalətin şər üzərində qələbəsi idi.
Bu qələbə ilə Azərbaycan dünyada ikili standartların hökm sürdüyü bir zamanda beynəlxalq hüququn mövcud olmasına və bundan irəli gələn reallıqların təmin edilməsi nəticəsində yer kürəsində ədalətin bərpa edilə biləcəyini bəyan etmiş oldu.
Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə gəbul edilmiş bütün beynəlxalq sənədlərin icrasını təmin etmiş oldu. Bu yolda şəhidlərimiz və başqa itkilərimiz də oldu. Lakin Azərbaycan haqq işindən dönmədi və bütün dünyaya, eləcə də Ermənistan və ona havadarlıq edən dövlətlərə sübut etdi ki, Azərbaycan xalqı sülhsevər xalq olmaqla yanaşı onun ləyaqətinə və torpağına təcavüz edənləri bağışlamıyacaqdır. Bütün xalq prezident cənab İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdi, Vətən Müharibəsinə qalxdı və Zəfərə aparan yolun təməlini qoydu.
10 dekabr 2020 - ci il tarixini ən şanlı bir gün kimi qeyd etdik. Bu parad Ali Baş Komandan, Ordumuzun güdrətli sərkərdəsi cənab İlham Əliyevin başçılıq etdiyi Azərbaycan Ordusunun əsgərlərinin canı, qanı bahasına qazandığı qələbənin nəticəsi- Zəfər paradı idi.
Bu adi hərbi parad deyildi. Ola bilsin bundan sonra daha möhtəşəm paradlar keçirilsin, amma bu Zəfər paradı illər keçdikcə Azərbaycan xalqının yaddaşından silinməyəcək. İşğaldan azad edilmiş torpaqlarda ucaldılmış qələbə bayraqları bu paradda nümayiş etdirildi. Cənab prezident 2 il öncə təşkil olunmuş hərbi paradda qeyd etmişdir ki, yaxın vaxtlarda işğaldan azad olunmuş torpaqlarda ucaldılan bayraqlar Azadlıq meydanına gətiriləcək. Bu gün həmin gün idi. Torpaqlarımızın alınmasında igidlik və qəhrəmanlıq göstərmiş əsgər və zabitlərimiz gürurla həmin bayraqları Zəfər paradında dalğalandırdılar. Qarabağ torpaqlarını fəth etmiş Azərbaycan hərbçiləri Azadlıq meydanında şəstlə addımlayırdılar.
Həmin gün bütün dünyanın gözü Azərbaycanda idi. Azərbaycan bütün dünyaya öz gələbəsini və gücünü nümayiş etdirdi.
Ermənistan və onun havadanları başa düşdülər ki, bu cür gücə və müasir Ordusu olan, döyüşkən və qəhrəman bir xalqa heç vaxt qalib gələ bilməzlər. Digər tərəfdən Azərbaycanın yanında güclü və qüdrətli Türkiyə Cümhuriyyəti dayanır. Vətən Müharibəsinin ilk saatlarından Azərbaycanın yanında olan Türkiyə hər zaman olduğu kimi, bu Zəfər bayramında da Azərbaycanın yanında olduğunu sübut etdi. Bütün bu dəstəyə, həmrəyliyə görə Türkiyə Cümhuriyyətinin prezidenti cənab Rəcəb Ərdoğana və Türk xalqına minnətdarlığımızı bildiririk. Doğrudan da Ulu Öndər Heydər Əliyevin dediyi kimi biz bir millət iki dövlətik. Ən gürurlu anlar Zəfər paradında Azərbaycan əsgəri ilə çiyin-çiyinə Türkiyə əsgərlərinin də addımlamaları oldu. Bütün dünya bir daha Azərbaycan və Türkiyənin qardaşlığına və əbədi birliyinə şahid oldu.
Eşq olsun Ali Baş Komandan cənab İlham Əliyevə və Müzəffər Azərbaycan Ordusuna!

Paylaş:
Baxılıb: 218 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30