Ana səhifə »  Xəbər lenti »  Azərbaycanın sədrliyi ilə Enerji Xartiyası Konfransının 31-ci iclası keçirilib
A+   Yenilə  A-
Azərbaycanın sədrliyi ilə Enerji Xartiyası Konfransının 31-ci iclası keçirilib

Dekabrın 16-17-də Azərbaycanın sədrliyi ilə videokonfrans formatında Enerji Xartiyası Konfransının 31-ci iclası keçirilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 2 gün davam edən tədbirdə 30-dan çox ölkə və bir sıra beynəlxalq qurumlardan olan 100-dək nümayəndə iştirak edib. Tədbirin birinci günündə təşkilatın prosedur məsələləri nəzərdən keçirilib, ikinci gün isə "Hər kəs üçün enerji səmərəliliyi: İnnovasiyalar və investisiyalar" mövzusunda nazirlərin iclası keçirilib. İclasda enerji keçidini təşviq edən yeniliklər, dayanıqlı enerji texnologiyaları, innovasiyalar, enerji investisiyaları ilə bağlı yenilikləri dəstəkləmək və maliyyələşdirmək üçün səmərəli dövlət-özəl birgə investisiya mexanizmlərinin yaradılması və tənzimlənməsi, innovativ enerji fondlarının yaradılması, enerji səmərəliliyində dövlət satınalmalarının rolunun artırılması, yeniliklərə dövlət dəstəyinin verilməsi üçün milli təsisatların yaradılması məsələlərinə toxunulub.

İclasa sədrlik edən energetika naziri Pərviz Şahbazov bildirib ki, Azərbaycan dünyada öz enerji ehtiyacını tam şəkildə təmin edən azsaylı ölkələrdəndir və dünyada vacib enerji ixracatçısı kimi qəbul olunur: “Hazırda Azərbaycan həm regional, həm də qlobal səviyyədə enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verir. Ölkəmizin 44 günlük müharibədən sonra qazandığı tarixi qələbə isə enerji infrastrukturuna təhdidlərin qarşısını birdəfəlik alıb”.

Eyni zamanda, nazir beynəlxalq səviyyədə enerji səmərəliliyi sahəsində meyillər, çağırışlar və bu çağırışların qarşılanmasında investisiya və innovasiyaların rolu barədə fikirlərini bildirib, enerji resurslarından səmərəli istifadənin Azərbaycan üçün də aktual olduğunu qeyd edib. Deyib ki, ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadə və enerji səmərəliliyi ilə bağlı hədəflər müəyyən edilib, ətraf mühitə atılan istixana qazlarının 2030-cu ilə qədər 35 faiz azaldılması, elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması hədəf seçilib. Nazir bu istiqamətdə ölkəmizdə həyata keçirilən tədbirlər haqqında məlumat verib, Beynəlxalq Enerji Xartiyasının dəstəyi ilə “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” yeni Qanun layihəsinin hazırlandığını diqqətə çatdırıb, müvafiq sahədə fəaliyyət planının və digər ikinci dərəcəli qanunvericilik aktlarının hazırlanması istiqamətində də işlərin aparıldığını bildirib.

Daha sonra Beynəlxalq Enerji Xartiyasının Baş katibi Urban Rusnak çıxış edərək təşkilat tərəfindən müvafiq sahələrdə görülmüş işlər haqqında məlumat verib və Azərbaycana sədrliyi dövründə pandemiya ilə bağlı çətinliklərə baxmayaraq, səmərəli fəaliyyətə və sıx əməkdaşlığa görə təşəkkür edib.

Tədbirdə, həmçinin müxtəlif ölkələrin və beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri çıxış edərək enerji səmərəliliyi sahəsində görülən işlər, əldə edilmiş nəticələr haqqında məlumat veriblər və Enerji Xartiyası Konfransının 31-ci iclasının yüksək səviyyədə təşkili və ümumilikdə sədrlik dövründə məhsuldar fəaliyyətinə görə təşəkkür ediblər.

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Məhəmməd Sanusi Barkindo çıxış edərək Enerji Xartiyası Konfransına uğurlu sədrliyi münasibətilə Azərbaycanı təbrik edib və ölkəmizin həm OPEC üçün, həm də “OPEC+” “Əməkdaşlıq Bəyannaməsi” üçün vacib tərəfdaş olduğunu bildirib. Baş katib Azərbaycan Prezidenti İlham Əliyevə “Əməkdaşlıq Bəyannaməsi” üzrə konsensusun əldə olunmasında və bu çərçivədə əməkdaşlığa davamlı dəstəyə görə təşəkkürlərini çatdırıb. O bildirib ki, 2016-cı ildə “Əməkdaşlıq Bəyannaməsi” imzalandığı vaxtdan indiyə kimi Azərbaycan bu birliyin ən mühüm üzvlərindən olub. Neft sənayesində sabitliyin təmini üçün OPEC və qeyri-OPEC ölkələrini əməkdaşlığa dəvət edən ilk dünya lideri də məhz Azərbaycan Prezidenti İlham Əliyev olub.

Azərbaycanın bütün dünyada multikulturalizm mərkəzi kimi tanındığını bildirən Baş katib ölkəmizin həm də neft sənayesinin beşiyi kimi məşhur olduğunu vurğulayıb. O, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyan tarixi qələbəmiz münasibətilə təbriklərini çatdırıb. Azərbaycanın COVID-19 pandemiyasına qarşı mübarizədə də nümunəvi ölkə olduğunu və Ümumdünya Səhiyyə Təşkilatına dəstək göstərdiyini vurğulayıb.

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Hadi Soleimanpour adından çıxış edən təşkilatın Baş katibinin müavini səfir Huseyin Avni Bicaklı da öz növbəsində tarixi qələbəmiz və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi münasibətilə təbriklərini çatdırıb. İmzalanmış üçtərəfli bəyanatın regiona sülh və əmin-amanlıq gətirəcəyinə əminliyini ifadə edib. Təmsil etdiyi təşkilatın Azərbaycanın işğaldan azad edilmiş rayonlarında yenidənqurma işlərində dəstək göstərməkdən məmnun olacağını bildirib.

 
  • Oxunub:  2220  |  
  • Tarix:  17-12-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan işğaldan azad edilən bütün əraziləri tezliklə cənnətə çevirəcək

15 Yanvar 19:15
Nazir müavini Beyləqanda şəhid ailələri ilə görüşüb
15 Yanvar 19:06
“Şimal-Cənub” nəqliyyat dəhlizinin strateji əhəmiyyətinə dair müzakirələr aparılıb
15 Yanvar 19:01
Azərbaycanla Gürcüstanın iqtisadi münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
15 Yanvar 18:54
“Amnesty International” Ermənistanın beynəlxalq hüquq çərçivəsində cəzalandırılmasını gündəmə gətirməlidir
15 Yanvar 18:39
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb – FƏRMAN
15 Yanvar 18:34
Azərbaycanda sığorta sahəsində attestasiyanın keçirilməsi proseduru müəyyənləşib
15 Yanvar 18:26
Bölgələrdə 20 şəhid ailəsinə və Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərə yeni evlər verilib
15 Yanvar 18:25
“ASAN xidmət”dən bizə qələbə yaşadanlar üçün xüsusi xidmət
15 Yanvar 18:22
Prezident İlham Əliyev: Bu torpağın sahibləri qayıdıblar, əllərində silah və bayraq, ürəklərində Vətən sevgisi
15 Yanvar 18:17
Səfir: AZƏRTAC ilə Əlcəzair mediası arasında əlaqələrin qurulmasını istərdik
15 Yanvar 18:10
Prezident İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməllərini qoyub, Şuşa şəhərində səfərdə olub -VİDEO
15 Yanvar 18:03
Prezident İlham Əliyev: Bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın
15 Yanvar 17:59
Səhiyyə Nazirliyi: Peyvənd həkim yoxlanışı və göstərişindən sonra vurulacaq
15 Yanvar 17:45
Finlandiyanın xarici işlər naziri bölgədəki son vəziyyət barədə məlumatlandırılıb
15 Yanvar 17:40
Azərbaycan və Rusiyanın xarici işlər nazirləri arasında telefon danışığı olub
15 Yanvar 17:32
Azərbaycan ilə Əfqanıstan parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub
15 Yanvar 17:30
Azərbaycanda koronavirus infeksiyasından 494 nəfər sağalıb, 349 yeni yoluxma faktı qeydə alınıb
15 Yanvar 16:28
Prezident: Məhz Heydər Əliyevin təkidı və cəsarəti nəticəsində Şuşada Vaqifin əzəmətli məqbərəsi ucaldıldı
15 Yanvar 16:27
Azərbaycan Prezidenti: İndi Natəvanın, Üzeyir bəyin, Bülbülün ruhları şaddır
15 Yanvar 16:25
Prezident: Biz bütün dinlərin məbədlərini qoruyuruq və qoruyacağıq, buna heç kim şübhə etməsin
15 Yanvar 16:24
“Regional İnkişaf” İctimai Birliyinin Qarabağ regional bölməsi bundan sonra Şuşa şəhərində fəaliyyət göstərəcək
15 Yanvar 16:03
Prezident İlham Əliyev: Məscidləri bu günə qoyan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
15 Yanvar 16:02
Azərbaycan dilinin vurğunu olan Nazim Hikmətin bu gün ad günüdür
15 Yanvar 15:59
Prezident İlham Əliyev: Biz Qarabağda düşmənin dağıtdığı bütün tarixi-dini abidələrimizi bərpa edəcəyik
15 Yanvar 15:54
Azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılmasında beynəlxalq maliyyə qurumları əməkdaşlıq imkanları müzakirə olunub
15 Yanvar 15:52
Turizm sənayesi bərpa dövrünə hazırlaşır
15 Yanvar 15:47
Səfərbərlikdən tərxis edilmiş şəxslərlə bağlı komissiya bu günədək 1200-dən çox müraciətə baxıb
15 Yanvar 15:42
Prezident xəbərdarlıq etdi: Əgər bizə qarşı hər hansı təxribat törədilərsə, cavabımız çox sərt olacaq
15 Yanvar 15:37
Prezident İlham Əliyev: Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək
15 Yanvar 15:33
Bakı Limanı Avropanın ikinci ən böyük limanı ilə anlaşma memorandumu imzalayıb
15 Yanvar 15:30
Tanınmış rəssam Aida Mahmudovanın Amerika Birləşmiş Ştatlarında ikinci fərdi sərgisi açılıb
15 Yanvar 15:29
Azərbaycan Prezidenti: Bizim şanlı Ordumuzun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir
15 Yanvar 15:26
Milli Kitabxanada işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyasının təqdimatı keçirilib
15 Yanvar 15:24
Prezident İlham Əliyev: Bütün dünya bizim Qələbəmizdən danışır
15 Yanvar 15:22
Prezident İlham Əliyev: Böyük qayıdış başlayır, bütün işlərə start verildi
15 Yanvar 15:19
Birinci vitse-prezident Mehriban Əliyeva: Azad olunmuş qədim Şuşa şəhərimizdə olmağımdan çox xoşbəxtəm! - VİDEO
15 Yanvar 15:17
ADU-nun rektoru Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri ilə görüşüb
15 Yanvar 15:15
İşğaldan azad edilmiş ərazilərdə ilkin olaraq 10 seysmik stansiya quraşdırılacaq
15 Yanvar 14:40
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
15 Yanvar 14:27
"Netflix" ilk dəfə Azərbaycanla bağlı film çəkib
15 Yanvar 14:01
“Ötən il sağlamlığın əsl dəyərini anladığımız il oldu”
15 Yanvar 13:58
Çingiz Qənizadə: Polisin ölkədə koronavirusla mübarizədə atdığı addımlar əvəzsizdir
15 Yanvar 13:54
İƏT Milli Xəbər Agentlikləri Birliyi Prezident İlham Əliyevin ICESCO-nun nümayəndə heyəti ilə görüşündən yazıb
15 Yanvar 13:18
Rusiya və İranın XİN rəhbərləri Dağlıq Qarabağla bağlı vəziyyəti müzakirə edəcəklər
15 Yanvar 13:14
Ümumdünya Meteorologiya Təşkilatı 2020-ci ilin meteomüşahidə tarixində üç ən isti illərdən biri olduğunu təsdiqləyib
15 Yanvar 13:12
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
15 Yanvar 13:10
Azərbaycan-ICESCO əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb
15 Yanvar 12:44
Gürcüstandan vətəndaşlarımızın növbəti təxliyəsi həyata keçirilib
15 Yanvar 12:40
Bakının əsas küçə və və prospektləri dezinfeksiya ediləcək
15 Yanvar 12:38
İnnovasiyalar Agentliyi yerli IT şirkətlərinin kataloqunu tərtib edib
15 Yanvar 12:14
Paytaxtın 3 ərazisində avtobuslar üçün xüsusi zolaqlar təşkil olunub
15 Yanvar 11:38
Hərbi geyimi qanunsuz daşıyanlara qarşı tədbirlər görülür
15 Yanvar 11:35
Dekabrda Azərbaycanda 2,3 milyard kilovat/saat elektrik enerjisi istehsal edilib
15 Yanvar 11:33
İndoneziyada silsilə zəlzələlər nəticəsində 34 nəfər həlak olub, 600 nəfər xəsarət alıb
15 Yanvar 11:16
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qaziyə yeni mənzilin açarları təqdim edilib
15 Yanvar 10:54
Hirkan Milli Parkında yanğının söndürülməsinə FHN-in Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya təyyarəsi cəlb olunub
15 Yanvar 10:51
Ağalar Vəliyev: Azərbaycan regionda uzunmüddətli sülhün, əməkdaşlığın, iqtisadi inkişafa aparan layihələrin gerçəkləşməsinin tərəfdarıdır
15 Yanvar 10:45
Gömrük Akademiyasında imtahanlar xüsusi qiymətləndirmə mexanizmi ilə keçirilir
15 Yanvar 10:44
MEDİA-nın İcraçı direktoru: Tətbiq olunacaq yeniliklər Azərbaycan mediasının fəaliyyətinin stimullaşdırılmasına şərait yaradacaq
15 Yanvar 10:42
DSX Xüsusi Məktəbə şagird qəbulunu elan edib
15 Yanvar 10:37
Videodərslər portalı təhsil almaq imkanlarını genişləndirir
15 Yanvar 10:28
“AzerGold” QSC ilə Böyük Britaniya şirkətləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
15 Yanvar 10:26
Əhməd İsmayılov: MEDİA-nın yaradılması bu sahədə həyata keçirilən institusional quruculuq prosesinin davam etdirilməsi siyasətinin tərkib hissəsidir
15 Yanvar 10:16
Daxili işlər orqanları ötən gün törədilmiş 40 cinayətin üstünü “isti izlər”lə açıblar
15 Yanvar 10:04
Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Şuşaya səfərlə bağlı paylaşım edib
15 Yanvar 09:32
“Arabnews”: Azərbaycan, Türkiyə və Pakistan arasında əlaqələr möhkəmlənir
15 Yanvar 09:31
XİN: Ermənistanın dövlət rəsmilərinin Azərbaycanın ərazilərinə qanunsuz səfərləri qəbuledilməzdir
15 Yanvar 09:28
Azərbaycan işğaldan azad edilən bütün əraziləri tezliklə cənnətə çevirəcək
15 Yanvar 09:18
Milli mətbuatımızın müasir çağırışlara cavab verməsi üçün davamlı addımlar atılır
15 Yanvar 09:16
Vüqar Bayramov: Azərbaycanın sosial-iqtisadi inkişaf göstəriciləri nüfuzlu beynəlxalq qurumların hesabatlarında yüksək qiymətə layiq görülür

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+11 +15
gecə+3 +6