Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “YAŞAT” Fonduna “ASAN ödəniş” vasitəsilə də dəstək olmaq mümkündür

“YAŞAT” Fonduna “ASAN ödəniş” vasitəsilə də dəstək olmaq mümkündür

17.12.2020 [14:24]

Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu - “YAŞAT” Fonduna “ASAN ödəniş” sistemi vasitəsilə də ianə etmək imkanı yaradılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Fonda dəstək olmaq istəyən şəxslər www.asanpay.az portalında “Ən populyar ödənişlər” bölməsində ilk sırada olan “Yardım fondu” kateqoriyasına daxil olub, “YAŞAT” Fondu” bölməsini seçməklə ödənişi həyata keçirə bilərlər.

“YAŞAT” Fondu bölməsində üç kateqoriya - Azərbaycan vətəndaşları üçün, xarici vətəndaşlar üçün və anonim ödəniş kateqoriyaları mövcuddur. Azərbaycan vətəndaşları üçün ödəniş bölməsində şəxslər FİN (şəxsiyyət vəsiqəsində olan Fərdi İdentifikasiya Nömrəsi) və mobil nömrə, həmçinin VÖEN və mobil nömrələrini daxil etməklə ödənişlərini həyata keçirə bilərlər. Qeyd olunan mobil nömrə Fond tərəfindən vətəndaşa gələcəkdə bildirişlərin göndərilməsində də istifadə olunacaq.

Xarici vətəndaş üçün ödəniş bölməsində Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi qeydiyyatı olan şəxslərin miqrasiya vəsiqələrində olan FİN və mobil nömrə ilə, həmçinin ad və soyadla ödənişlərin həyata keçirilməsi mümkündür.

Anonim bölməsində isə kimliyinin bilinməsini istəməyən şəxslər ödənişlərini həyata keçirə bilərlər. Ödənişlər identifikasiya prosesindən keçdikdən sonra şəxslər kart məlumatlarını daxil edərək, ödənişlərini tamamlaya bilərlər.

Xatırladaq ki, çoxfunksiyalı “ASAN ödəniş” sistemi, habelə cərimə, kommunal xidmət və digər ödənişləri qısa zamanda, təhlükəsiz və rahat şəkildə həyata keçirmək imkanı yaradır. 280-dən çox qurumun cərimə, rüsum, kommunal, lizinq, kredit, icarə haqqı və digər ödənişləri “ASAN ödəniş” sisteminin www.asanpay.az ödəniş portalı və terminalları, eləcə də Android və İOS platformalarında “ASAN ödəniş” mobil tətbiqi vasitəsilə təmin edilir.

Fonda ödəniş etmək qaydası barədə ətraflı aşağıdakı videotəlimatda tanış olmaq mümkündür.

Paylaş:
Baxılıb: 183 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30