Daşkənddə “Özbəkistanın mədəni irsi yeni renessansın bünövrəsi kimi” adlı konqres keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə dünyanın 40 ölkəsindən gələn alimlər, politoloqlar iştirak edirlər.
Ölkəmizi bu konqresdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova videokonfrans formatında təmsil edib.
Tədbirdə “Özbəkistanın mədəni irsi: Sivilizasiyaların və renessansların qarşılıqlı təsiri”, “Özbəkistanın kinematoqrafı: Keçmiş, indi, gələcək”, “Yeni nəsil: Yeni intibah” mövzularında müzakirələr keçirilib.
Məruzəçilər Özbəkistan torpağında dünya sivilizasiyasının inkişafına öz töhfələrini vermiş görkəmli alimlərdən, bəşəriyyət tarixində maarifçilik, dini tolerantlıq və humanizm atmosferinin nümayiş etdirildiyi birinci və ikinci renessans dövrlərində elm və mədəniyyət sahələrindəki güclü irəliləyişdən bəhs edən çoxillik tədqiqatların nəticələri haqqında söhbət açıblar.
Şirin Məlikova “Sivilizasiyaların və renessansların qarşılıqlı təsiri” bölməsindəki çıxışında Azərbaycanda mədəni irsin qorunması sahəsində görülən işlər haqqında məlumat verib, Xalça Muzeyində qorunan qədim xalçalar, onların tarixi barədə söhbət açıb.
Tədbirdə “Özbəkistanın mədəni irsi dünya kolleksiyalarında” seriyasından 35 kitab-albomum təqdimatı da reallaşıb.
- Oxunub: 2190 |
- Tarix: 16-12-2020 |
-
Çap et |