Parisdə UNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 15-ci sessiyası öz işini davam etdirir.
Bu gün sessiyada Azərbaycanın təqdim etdiyi “Ənənəvi Nar bayramı və mədəniyyəti” və “Miniatür sənəti” nominasiyalarına baxılacaq.
AZƏRTAC xəbər verir ki, “Ənənəvi Nar bayramı və mədəniyyəti” nominasiyası Azərbaycan tərəfindən fərdi şəkildə, “Miniatür sənəti” nominasiyası isə Azərbaycan, İran, Özbəkistan və Türkiyə tərəfindən birgə qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 15-ci sessiyası zamanı Reprezentativ Siyahıya daxil edilməsi üçün təqdim edilib.
Dosyelərdə nominasiyalar haqqında ətraflı məlumat yer alıb.
Bildirilib ki, narçılığın güclü olduğu bölgə və şəhərlərə Göyçay, Ağsu, Kürdəmir, Zərdab, Ağdaş, Abşeron, Gəncə, Şəki, Ağdam, Bərdə, Tərtər, Goranboy, Masallı və Sabirabad daxildir. Narın istifadəsi ilə bağlı təcrübələr və praktika ölkənin digər bölgələrində də qorunur və nəsildən-nəslə ötürülür.
Ənənəvi Nar Bayrami şənliyi hər il yalnız Göyçay şəhərində təşkil olunur və nar mədəniyyətinin mövcudluğu Göyçay bölgəsində xüsusi qeyd edilir.
Azərbaycan, İran, Özbəkistan və Türkiyə tərəfindən birgə təqdim olunmuş “Miniatür sənəti”nin Qarabağda XIII əsrdən inkişaf etdiyi diqqətə çatdırılıb.
- Oxunub: 1740 |
- Tarix: 16-12-2020 |
-
Çap et |