Ana səhifə »  Xəbər lenti »  “Human Rights Watch”un hesabatı Ermənistanın insanlığa zidd əməllərinin beynəlxalq səviyyədə etiraf edilməsidir
A+   Yenilə  A-
“Human Rights Watch”un hesabatı Ermənistanın insanlığa zidd əməllərinin beynəlxalq səviyyədə etiraf edilməsidir

Azərbaycanın möhtəşəm Qələbəsi ilə başa çatan 44 günlük İkinci Qarabağ müharibəsi dünyanın əksər aparıcı dövlətlərinə, eyni zamanda, nüfuzlu beynəlxalq təşkilatlara sözün əsl mənasında tarix, hüquq dərsi keçilməsi ilə yanaşı, həqiqət anı oldu. Diqqət çəkən məqamlardan biri də budur ki, Vətən müharibəsi dövründə Azərbaycana qarşı əsassız iddialarla çıxış edən, feyk məlumatların yayılmasında maraqlı olan bir sıra beynəlxalq hüquq müdafiə təşkilatları bu gün, Azərbaycanın hərbi və siyasi Qələbəsindən sonra mövqelərində əsaslı dəyişikliklər edərək həqiqətləri etiraf edir, hazırladıqları hesabatlarda Ermənistanın müharibənin gedişində qadağan edilmiş ballistik raketlərdən və kasetli bombalarından istifadə etdiyini təsdiqləməyə məcbur olurlar. Həmin qurumların beynəlxalq hüquqla qadağan olunmuş silahlardan istifadə edən Ermənistanı əvvəllər müdafiə edib bu gün isə həqiqəti etiraf etmək məcburiyyətində qalmaları bir daha Azərbaycanın bütün platformalarda, o cümlədən işğalçı dövlətlə döyüş meydanında ədalətli, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun mübarizə aparmasının etirafıdır. “Amnesty Internasional” və “Human Rights Watch” beynəlxalq hüquq müdafiə təşkilatları İkinci Qarabağ müharibəsində guya Azərbaycanın da dörd hücumda kasetli sursatlara əl atdığını sənədləşdirdiklərini bildirirdilər. Bu beynəlxalq hüquq müdafiə təşkilatları istifadəsi qadağan olunmuş hərbi sursatlar vasitəsilə raket zərbələrinin üçünün Xankəndiyə, birinin isə Hadruta endirildiyini iddia edirdilər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, 44 günlük müharibə dövründə Almaniyanın ARD televiziya kanalına müsahibəsində dövlətimizin başçısı İlham Əliyev jurnalistin “Human Rights Watch” beynəlxalq hüquq müdafiə təşkilatında guya Azərbaycanın kasetli raketlərdən istifadə etməsi ilə bağlı dəlillərin olması ilə bağlı qərəzli sualına cavabında “Mən istərdim ki, onlar buraya gəlsinlər və o dəlilləri təqdim etsinlər. Eyni zamanda, Gəncəyə, Tərtərə, Bərdəyə getsinlər və ermənilərin hansı növ silahlardan istifadə etdiklərini görsünlər. Qərəzsiz olsunlar” cavabını verərək bu təşkilatın Azərbaycana qarşı aqressiv olduğunu, Ermənistanda insan haqlarının pozulması ilə bağlı heç bir şərh vermədiyini əsaslı şəkildə diqqətə çatdırmışdı.

Baş redaktor onu da əlavə edib ki, təşkilatın araşdırmaçılarının noyabr ayında Azərbaycana səfərləri zamanı əyani surətdə gördükləri həqiqətlər onların mövqelərində dəyişikliyin olması ilə nəticələnib. Məhz aparılan araşdırmalar zamanı üç rayona kasetli bombalarla dörd hücumun gerçəkləşdirildiyi sənədləşdirilib. Bu hücumlarda ikisi uşaq olmaqla azı yeddi mülki şəxs öldürülüb, yenə də ikisi uşaq olmaqla 20 nəfər yaralanıb: “Human Rights Watch” beynəlxalq hüquq müdafiə təşkilatı dekabrın 15-də “Ermənistan Azərbaycana qarşı kasetli bombalardan istifadə edib” adlı hesabatında bildirir ki, kasetli sursatlardan istifadə müharibə qanunlarının pozulması deməkdir. Standart beynəlxalq nəşrlərə istinad əsasında o da vurğulanır ki, Ermənistanın arsenalında “Toçka” və “İsgəndər” ballistik raketləri, “Smerç” və Çin istehsalı olan WM-80 yaylım atəşi sistemləri var. Ermənistan ordusu və Dağlıq Qarabağdakı erməni hərbi qüvvələri altı həftəlik müharibə dövründə Azərbaycanda sıx yaşayış məntəqələrinə dəfələrlə kasetli bombalar atıblar.”

“Təşkilatın Avropa və Orta Asiya üzrə direktoru Hyu Uilyamson hesabatda kasetli sursatların beynəlxalq sazişlə qadağan olunduğunu bildirib”, - söyləyən V.Rəhimzadə qeyd edib ki, Ermənistan bu silahlardan istifadəyə görə də beynəlxalq hüquq qarşısında cavab verməlidir: “Kasetli sursatlar qadağan olunduğundan onlardan heç bir şəraitdə istifadə edilməməli, yaxud başqasına verilməməlidir. Bu kimi faktların bir qayda olaraq Azərbaycana qarşı ədalətsiz və qeyri-obyektiv mövqeyi ilə seçilən “Human Rights Watch” beynəlxalq hüquq müdafiə təşkilatının hesabatında öz əksini tapması bir daha belə bir həqiqətin təsdiqidir ki, “haqq nazilər, amma üzülməz”.

Baş redaktor bu ümumiləşdirməni aparıb ki, artıq bəzi beynəlxalq hüquq müdafiə təşkilatları da ölkəmizə qarşı qərəzli mövqelərinə son qoyaraq Ermənistanın faşist siyasətini, beynəlxalq hüquqa zidd cinayətlərini pisləməyə məcbur olurlar. Təbii ki, bu uğurumuz Azərbaycanın hərb meydanında olduğu kimi, beynəlxalq siyasi arenada da qətiyyətli mövqeyinə, ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan siyasət həyata keçirməsinə söykənir. Artıq 30 ilə yaxın dövrdə işğal altında qalan torpaqlarımızda ədaləti bərpa edən Azərbaycan nəinki regional, hətta qlobal dünya siyasətində də yeni reallıqlar yaradaraq illərdir yaşanan hüquq problemini aradan qaldırır.

 
  • Oxunub:  2310  |  
  • Tarix:  16-12-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan xalqının azadlıq mübarizəsinin unudulmaz qəhrəmanlıq səhifəsi

20 Yanvar 16:22
Qəhrəmanlıq və şərəf tariximiz
20 Yanvar 16:18
İsmayıllıda 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb
20 Yanvar 15:50
Qarabağ zəfəri bütün şəhidlərimizin haqq mübarizəsinin ədalətli yekunu oldu
20 Yanvar 14:56
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
20 Yanvar 14:53
“ForeignPolicyNews” : Cənubi Qafqaz üçün sülh və əməkdaşlıq
20 Yanvar 14:14
20 Yanvar yalnız kədər və ağrı ilə xatırlanacaq bir gün deyil, həm də şərəf günüdür - Hüseyin Altınalan
20 Yanvar 14:06
Abşeronda COVID-19 virusuna qarşı vaksinasiyaya start verilib
20 Yanvar 14:02
Mövlud Çavuşoğlu: Üçrəngli bayrağınla məsud yaşa, Can Azərbaycan!
20 Yanvar 13:34
Azərbaycandakı dini konfessiyaların rəhbərləri Şəhidlər xiyabanını ziyarət ediblər
20 Yanvar 13:27
Şəhid və müharibə iştirakçısı ailələrinin 3200-dən çox üzvü sosial-psixoloji dəstək və reabilitasiya xidməti ilə əhatə edilib
20 Yanvar 13:22
20 Yanvar: Faciə və qəhrəmanlıq tariximiz
20 Yanvar 12:57
İstanbulda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı fotosərgi təşkil edilib
20 Yanvar 12:54
Deputat: Azərbaycan həm iqtisadi, həm də hərbi-siyasi cəhətdən daha qüdrətli dövlətə çevriləcək
20 Yanvar 12:45
ADA Universitetində 20 Yanvar hadisələri ilə bağlı onlayn görüşlər keçirilib
20 Yanvar 12:44
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər
20 Yanvar 12:44
Türk Şurası ilə energetika sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb
20 Yanvar 12:33
Xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anır
20 Yanvar 12:06
Səbail rayonunda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım tədbiri keçirilib
20 Yanvar 12:02
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub
20 Yanvar 10:25
ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı kampaniya keçirir
20 Yanvar 10:09
Azərbaycan xalqının azadlıq mübarizəsinin unudulmaz qəhrəmanlıq səhifəsi
20 Yanvar 10:07
Şuşada məscidlərin dağıdılması Ermənistanın islamofob xislətinin göstəricisidir
20 Yanvar 10:05
Əli Kərimlinin keçmişi danmaq cəhdi...
20 Yanvar 10:03
Azərbaycan hərb meydanında olduğu kimi, diplomatiya cəbhəsində də üstün mövqedə olduğunu sübut etdi
20 Yanvar 10:01
Medianın İnkişafı Agentliyinin yaradılması milli mətbuatımızın gələcək inkişafı baxımından strateji əhəmiyyətə malikdir
20 Yanvar 10:00
20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Mənzil İnşaatı Dövlət Agentliyi və YAP Nəsimi rayon təşkilatının birgə sosial aksiyası keçirilib
20 Yanvar 09:58
Yevlaxda “Şəhidlər - torpağı Vətən edənlər” mövzusunda videokonfrans keçirilib
20 Yanvar 09:57
YAP Nərimanov rayon təşkilatında 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
20 Yanvar 09:56
YAP Samux rayon təşkilatında “20 Yanvar - Azadlığa gedən yolun zirvəsi” mövzusunda tədbir keçirilib
20 Yanvar 09:54
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
20 Yanvar 09:53
YAP Gədəbəy rayon təşkilatının yaradılmasının 28-ci ildönümü münasibətilə videokonfrans keçirilib
20 Yanvar 09:52
Goranboyda “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq salnaməsidir” mövzusunda tədbir keçirilib
20 Yanvar 09:51
Ankarada 20 Yanvar faciəsi ilə əlaqədar videokonfrans keçirilib
20 Yanvar 09:49
Sabir Hacıyev: Azərbaycan regionda uzunmüddətli sülhün, əməkdaşlığın və iqtisadi inkişafa aparan layihələrin gerçəkləşməsinin tərəfdarıdır
20 Yanvar 09:48
Elçin Mirzəbəyli: Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycan gəncliyinin müstəsna xidmətləri var
20 Yanvar 09:47
Əlisahib Hüseynov: Dövlət başçısının Şuşaya səfəri mühüm tarixi hadisədir
20 Yanvar 09:46
Arzuxan Əlizadə: Bölgədə yeni mərhələ başlanır

20 Yanvar 09:45
Əli Kərimlinin və Qənimət Zahidin erməni sevgisi

20 Yanvar 09:44
Məğlub Ermənistanda etirazlar səngimir
20 Yanvar 09:43
Türk Şurası 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar mesaj yayımlayıb
20 Yanvar 09:42
“Hüquq guşəsi: oxucu soruşur”
20 Yanvar 09:40
Vaksinasiyaya arxayın olub digər qaydaları diqqətdən kənarda saxlamaq olmaz
20 Yanvar 09:39
Azərbaycanın bölgələrində baramaçılıq aqrar sektorun gəlirli sahələrindən biri kimi inkişaf etdirilir
20 Yanvar 09:38
Azərbaycan XİN Qara Yanvar hadisələrinin 31-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
20 Yanvar 09:33
Prezident İlham Əliyev rəsmi “Facebook” səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
19 Yanvar 22:40
Qələbəni bizə yaşadanları yaşadaq
19 Yanvar 22:36
20 Yanvar şəhidlərinin xatirəsi İtaliyada da anılıb
19 Yanvar 21:39
Misirin nüfuzlu qəzetində 20 Yanvar faciəsi haqqında məqalə dərc edilib
19 Yanvar 21:15
Çili agentliyi Azərbaycanın tarixi, dini abidələrinin ermənilər tərəfindən dağıdılmasından bəhs edən məqalə yayıb
19 Yanvar 21:11
Bu günədək Azərbaycan və Rusiya pirotexnikləri tərəfindən 210 mina və 2 partlamamış hərbi sursat zərərsizləşdirilib
19 Yanvar 20:48
Azərbaycanda pambıqçılığın inkişafı ilə bağlı müşavirə keçirilib
19 Yanvar 20:41
Azərbaycandakı Araşdırma Mərkəzi Türkiyəli jurnalisti mükafatlandırıb
19 Yanvar 19:36
Milli Məclis fəaliyyətini bütün müstəvilərdə uğurla həyata keçirib
19 Yanvar 19:09
İşğaldan azad edilmiş Kəlbəcər rayonunun Çopurlu kəndinin videogörüntüləri yayımlanıb - VİDEO
19 Yanvar 19:03
Naxçıvanda insan amili dövlət siyasətinin əsas prioritetidir
19 Yanvar 18:50
ÜST rəhbəri bu ilin ilk 100 günü ərzində bütün ölkələrdə tibb işçiləri və yaşlı insanların vaksin alması üçün birgə fəaliyyət göstərməyə çağırıb
19 Yanvar 18:24
BDU-da “20 Yanvar - xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsi” mövzusunda dəyirmi masa keçirilib
19 Yanvar 18:19
Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən ölkəmizə əlavə pirotexniki qrup, texnika və avandanlığı gətirilib
19 Yanvar 18:17
Reza Deqati: Azərbaycan Ordusunun müharibə taktikası bəzi dövlətləri hərb sahəsinə yenidən baxmağa vadar edib
19 Yanvar 18:12
AFFA-da Vətən müharibəsinin iştirakçısı ilə görüş olub
19 Yanvar 18:01
Milli Məclisin sədri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, TÜRKSOY-un, Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndələri ilə görüşüb
19 Yanvar 17:57
Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 14-cü iclası keçirilib
19 Yanvar 17:56
Milli Məclis sədrinin müavini qanvermə aksiyasında iştirak edib
19 Yanvar 17:47
Azərbaycan ombudsmanı 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
19 Yanvar 17:45
Bağdad Amreyev 2022-ci ildə Şuşanın türk dünyasının mədəni paytaxtı elan olunmasını təklif edib
19 Yanvar 17:42
Vladimir Kreydenko: Yanvar hadisələri Azərbaycanda sovet hakimiyyətinin süqutunun başlanğıcı oldu
19 Yanvar 17:40
Aida Mahmudovanın ABŞ-da açılmış sərgisi beynəlxalq media tərəfindən geniş işıqladırılıb
19 Yanvar 17:36
Seyid Abbas Müsəvi: İranla Azərbaycan arasında faydalı razılaşmalar əldə edilib
19 Yanvar 17:32
Bağdad Amreyev: Azərbaycan torpaqlarının azad edilməsi bütün türk dünyasının böyük zəfəridir
19 Yanvar 17:32
ADNSU Hindistanın Mühəndislik və Texnologiya İnstitutu ilə əməkdaşlıq edəcək

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+1 +3
gecə0 +1