Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ramiz Hüseynov: Azərbaycan regiondakı siyasi reallığı dəyişib

Ramiz Hüseynov: Azərbaycan regiondakı siyasi reallığı dəyişib

16.12.2020 [09:36]

“Dekabrın 10-da keçirilən Zəfər paradı bir daha Azərbaycanın qüdrətini bütün dünyaya nümayiş etdirdi. Ümumiyyətlə, 44 günlük Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə ölkəmiz ədalətin bərpası uğrunda apardığı mübarizədə beynəlxalq aləmdən mühüm dəstək gördü. Möhtərəm Prezidentimizin də qeyd etdiyi kimi, müharibə bizə bir daha dostlarımızın kimliyini əyani şəkildə göstərmiş oldu. Azərbaycan bir daha bölgədə sülhün və əmin-amanlığın, təhlükəsizliyin təmin edilməsində əsas ölkə olduğunu ortaya qoydu. Bunun nəticəsidir ki, artıq bir sıra aparıcı dövlətlər və təşkilatlar Azərbaycanın bu haqq müharibəsində əldə etdiyi qələbəyə görə təbriklər ünvanlayırlar”. Bunu qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov deyib. ATƏT-in Minsk qrupunun həmsədrlərinin Bakıya səfərinə də toxunan R.Hüseynov deyib ki, Azərbaycan regiondakı siyasi reallığı dəyişib və artıq bu həqiqəti hər kəs dərk etməlidir. “İstər BMT TŞ-nin, istərsə də digər beynəlxalq təşkilatların Azərbaycanın işğal altındakı torpaqlarının boşaldılması ilə bağlı qətnamə və qərarları 30 ilə yaxın icra olunmadı. Eləcə də münaqişənin həllində vasitəçi rol oynamalı olan Minsk qrupu həmsədrlərinin uzun illərdir regiona etdiyi səfərlər heç bir nəticə vermədi. Möhtərəm Prezidentimizin də qeyd etdiyi kimi, həmsədr ölkələr bu münaqişənin nəinki həllini, hətta uzanmasını arzulayırdı. Amma qüdrətli Azərbaycan Ordusu, xalq-hakimiyyət vəhdəti, milli birliyimiz bu işğalın sona yetməsini, torpaqlarımızın azad olmasını, sözügedən qətnamələrin icrasını təmin etdi. Bu gün artıq regionda yeni siyasi-iqtisadi mənzərə yaranıb”, - deyə R.Hüseynov əlavə edib.
Pərviz

Paylaş:
Baxılıb: 294 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31