Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı həm COVID-19 pandemiyası ilə əlaqədar respublika ərazisində elan olunmuş karantin dövründə, həm də Vətən müharibəsi günlərində daim vətəndaşları narahat edən məsələləri diqqət mərkəzində saxlayıb. Bu barədə verilən məlumatda deyilir ki, rayon təşkilatı əhalinin həssas təbəqəsinə aid olan, xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara, o cümlədən ahıllara, tənha xəstələrə, kimsəsizlərə, aztəminatlı ailələrə, şəhid və müharibə veteranı ailələlərinə, əlillərə lazımi diqqət göstərir. Məlumatda o da bildirilib ki, Yeni Azərbaycan Partiyası Vətən uğrunda döyüşərək canlarından keçən şəhidlərimizin ailələrini, sağlamlığını bu müqəddəs amal uğrunda qurban verən qazilərimizi və hərbi xidmətdə olan əsgər və zabitlərimizin ailələrini daim qayğı və diqqət mərkəzində saxlayır.
YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin üzvləri də bu çərçivədə növbəti humanitar aksiya həyata keçiriblər. Belə ki, gənclər, hərbi xidməti davam edən Səbail rayon sakininin ailəsinə baş çəkib və pandemiya ilə mübarizə üçün ölkədə elan olunmuş sərt karantin rejimi ilə əlaqədar əsgərin körpəsinə gündəlik qidalanma və qulluq vasitələrini çatdırıblar.
MÜŞFİQƏ
- Oxunub: 2100 |
- Tarix: 16-12-2020 |
-
Çap et |