Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Musa Ağayev: İşğalçı Ermənistanın vəziyyəti yenidən gərginləşdirmək cəhdləri iflasa uğrayacaq

Musa Ağayev: İşğalçı Ermənistanın vəziyyəti yenidən gərginləşdirmək cəhdləri iflasa uğrayacaq

16.12.2020 [09:28]

“30 ildən çoxdur, işğal altında olan torpaqlarımız Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə hərbi-siyasi yolla azad olundu. Sözsüz ki, Azərbaycanın qəhrəman övladlarının canı və qanı bahasına əldə edilən bu zəfər xüsusi qeyd edilməli idi. Vətən müharibəsində qələbəmizin qeyd olunması Bakıda keçirilən möhtəşəm Zəfər paradı ilə başa çatdı. Bu bayram tədbirində qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı regionda yaranmış yeni reallığın təcəssümü idi. Ona görə ki, Türkiyə ilk gündən Azərbaycanın yanında olduğunu bəyan etdi, qardaş ölkə kimi siyasi, mənəvi dəstək verdi”. Bu fikirləri qəzetimizə açıqlamasında Yeni Zaman Partiyasının sədri Musa Ağayev söyləyib.
M.Ağayevin sözlərinə görə, bu gün öz ərazi bütövlüyü və suverenliyinin təmin olunmasını təntənə ilə qeyd edən Azərbaycanın qardaş Türkiyə ilə birgə regionda yeni reallıq yaratması düşmənlərimizi narahat edir: “İşğalçı Ermənistanın məğlub ordusunun tör-töküntülərinin təxribat cəhdləri bunu deməyə əsas verir. Buna baxmayaraq, Azərbaycan Prezidentinin ATƏT-in Minsk qrupunun ABŞ və Fransadan olan həmsədrləri ilə görüşündə vurğuladığı kimi, Ermənistan yenidən başlamağa heç bir vəchlə cəhd etməməlidir. Dövlət başçısının söylədiyi kimi, əgər Ermənistan faşizmi yenidən baş qaldırarsa, biz onun başını dəmir yumruqla əzəcəyik. Bu günlərdə Xocavənd rayonunda baş verən təxribatın nəticəsi göstərdi ki, Azərbaycanın qətiyyəti qarşısında işğalçı Ermənistanın vəziyyəti yenidən gərginləşdirmək cəhdləri iflasa uğrayacaq. Çünki Azərbaycan imzalanan üçtərəfli bəyanatın müddəalarına tam əməl edir və həmin sənədə uyğun olaraq addımlar atır. Düşmən qüvvələri həmin sənədə zidd olaraq yeni təxribatlara yol versələr, Azərbaycan Ordusunun antiterror əməliyyatları ilə öz layiqli cəzalarını alacaqlar”.
Qaşqay RAMAZANOV

Paylaş:
Baxılıb: 213 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30