Ana səhifə »  Xəbər lenti »  Vətəndaşlar yazırlar: Cənab Prezident, Sizinlə, qazandığımız Qələbə ilə qürur duyuruq
A+   Yenilə  A-
Vətəndaşlar yazırlar: Cənab Prezident, Sizinlə, qazandığımız Qələbə ilə qürur duyuruq

Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq məktubları göndərməkdə davam edirlər. Onlar Vətən müharibəsində qazandığımız tarixi Qələbəni böyük sevinc və qürur hissləri ilə qarşıladıqlarını bildirir, dövlətimizin başçısına təşəkkür edirlər.

AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların bəzilərini təqdim edir.

Almaniyanın Düsseldorf şəhərində yaşayan Ağabəy Azərbaycani və Krista Azərbaycani yazırlar: “Möhtərəm cənab Prezident, hörmətli Mehriban xanım, Azərbaycan tarixində Vətən uğrunda Günəş kimi işıq saçan müqəddəslər var. Bu cəngavər siyasət sərkərdələrindən öndə gedəni ulu öndər Heydər Əliyev olub. Ümummilli lider Heydər Əliyev həqiqətən ötən yüzilliyin ən görkəmli siyasi xadimlərindən sayılır. O, XX əsrin ən çətin və dəhşətli hadisələrinin iştirakçısı kimi müharibə dövründə dünyadakı siyasi vəziyyəti düzgün qiymətləndirməyə qadir olub. Heydər Əliyev XX əsr tarixinə Azərbaycan xalqının ulu öndəri, dünya miqyaslı dövlət xadimi kimi daxil olub. Azərbaycan xalqı yaxşı bilir ki, Prezident İlham Əliyev ulu öndərimiz Heydər Əliyev məktəbinin ən parlaq, dönməz, yenilməz, mübariz yetirməsidir, dövlətin və millətin həqiqətən ümumxalq lideridir. Şəxsən Sizin rəhbərliyinizlə Azərbaycanda bütün sahələrdə sistemli və ardıcıl islahatlar həyata keçirilib, ölkənin inkişafında bütün istiqamətlər üzrə müzəffər yüksəliş əldə olunub. Azərbaycan xalqının erməni faşizminə şərəflə qalib gəlməsi Ali Baş Komandan kimi şəxsən Sizin və Sizin göstərişlərinizi şücaətlə yerinə yetirən rəşadətli Milli Ordumuzun, Vətən mücahidləri - müqəddəs şəhidlərimizin sonsuz Vətən eşqi, bütövlükdə yumruq kimi birləşən Azərbaycan xalqının səbri, dözümü və ləyaqətinin göstəricisidir. Tarix boyu erməni vətənsiz olub, çünki erməninin öz torpağı olmayıb. Öz torpağı olmayanın doğma yurdu da ola bilməz. Azərbaycan xalqı qalibiyyət rəmzidir, çünki dövlətimiz də var, Vətənimiz də. Azərbaycan bayrağı azadlıq və müstəqillik rəmzidir. Çox şükür ki, millətimizin İlham Heydər oğlu Əliyev kimi yenilməz lideri var. Cənab Prezident, Sizi və Mehriban xanımı möhtəşəm Qələbə münasibətilə təbrik edirik. Qələbəmiz mübarək olsun!”.

Bakı şəhər sakini Pərvin Mustafayev: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, Sizə nə qədər xoş sözlər yazsaq, azdır. Xalqa bəxş etdiyiniz bu bayram dolu günlər heç vaxt unudulmayacaq. Bu günlərin mütləq gələcəyinə inanırdıq. Çünki Siz xalqa verdiyiniz bütün vədləri yerinə yetirmisiniz. Mən də inanırdım ki, mənim Prezidentim uca Allahın izni ilə xalqımızın 30 illik həsrətinə son qoyacaq, istəyimizə qovuşduracaq. Cənab Prezident, Sizə uzun ömür, cansağlığı arzulayırıq. Var olun! Həmişə üzünüz gülsün, Müzəffər Ali Baş Komandan!”.

Gəncə sakini İlkin Bağırov: “Çox hörmətli cənab Prezident, torpaqlarımızın erməni təcavüzkarlarından azad edilməsi münasibətilə öz adımdan və ailəm adından Sizə təşəkkür edirəm. Sağ olun ki, əbədiyaşar Heydər Əliyevin vəsiyyətini yerinə yetirdiniz. Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram. Torpaqlarımız uğrunda şəhid olan hər bir Azərbaycan övladına Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm”.

Gədəbəydən Fidan Qarayeva: “Müzəffər Ali Baş Komandan, Azərbaycan xalqına bəxş etdiyiniz tarixi Qələbəyə görə Sizə öz minnətdarlığımızı bildiririk. Biz çox xoşbəxt insanlarıq ki, Sizin kimi müdrik, səmimi, xalqına dəyər verən, milləti üçün yaşayan Prezidentimiz var. Siz hər zaman bizim qayğımıza qalmısınız, xalqın yanında olmusunuz. Biz də hər zaman Sizinləyik, cənab Prezident. Allah Sizi və Azərbaycan xalqını qorusun! Yaşasın güclü Azərbaycan!”.

Biləsuvar sakini Seyidxanım Nuriyevanın məktubunda deyilir: “Hörmətli cənab Prezident, oğlum Babayev Nihad Akif oğlu 2020-ci il oktyabrın 29-da Füzuli rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdur. Cənab Prezident, işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi oğlumun və bütün ailəmizin ən böyük arzusudur. Bir şəhid anası olaraq oğlum kimi mən özüm də Azərbaycan Respublikasının vətəndaşı kimi əlimə silah alıb Vətən torpaqlarının azadlığı uğrunda döyüşməyə hər an hazıram. Torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda tutduğunuz bu haqq yolunda, apardığınız şərəfli mübarizədə Sizə uğur diləyir və bir şəhid anası olaraq bütün şəhid anaları adından Sizə dərin təşəkkürümü bildirməkdən qürur duyuram. Allah Sizi qorusun!”.

Kəlbəcər sakini Akif Kərimov: “Müzəffər Ali Baş Komandan, mən çox istərdim bu torpaqların alınması uğrunda döyüşlərdə iştirak edim, lakin səfərbərlikdə qeydiyyatdan keçsəm də bu mənə qismət olmadı. Möhtərəm cənab Prezident, Siz başda olmaqla bütün xalqımızı Qələbə münasibətilə təbrik edirəm. Sizə uzun ömür, möhkəm cansağlığı arzulayıram. Allah balalarınızı gözünüzə çıraq eləsin. Zəfərimiz mübarək olsun!”.

Füzuli sakini Zibəndə Qəhrəmanova: “Çox hörmətli Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız, mən bir vətəndaş və müəllim kimi 27 illik həsrətə son qoyaraq işğaldakı torpaqlarımızı, o cümlədən doğulduğum Ağdam rayonunu azad etdiyinizə görə Sizə sonsuz təşəkkür və minnətdarlığımı bildirirəm. Təbii ki, Sizə olan minnətdarlıq hisslərimi bu kiçik mətndə tam şəkildə ifadə edə bilmirəm. Özümü dünyanın ən xoşbəxt insanı sanıram, çünki işğal olunmuş ərazilərimizin düşməndən azad edilməsini görə bildim. Bu xoşbəxtliyi bizə Sizin dəmir iradəniz və komandanlığınız altında müzəffər Ordumuz nəsib etdi. Müəllim kimi daha çox sevinirəm ki, dünən dərs dediyim və bəzən də şagird davranışlarından narazı qaldığım balalarım Vətən müharibəsində öz çılğınlıqlarını düşmənə qarşı nifrətə çevirib şücaət göstərdilər. Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, qazilərimizə və xidmətini davam etdirən hərbiçilərimizə cansağlığı arzulayıram. Allah Sizi, ailənizi qorusun. Sizi dövlətimizin və xalqımızın üstündən əskik etməsin. Cənab Prezident, bu müharibə təkcə Azərbaycan Ordusunun zəfərini nümayiş etdirmədi, eyni zamanda, bu müharibədən nümunə olaraq dünya dövlətləri mövcud müdafiə-hücum sistemlərini dəyişdi və bununla köhnə hərbi taktikalara son qoyuldu. Eşq olsun Azərbaycan xalqına və onun şanlı Ordusuna! Siz bizim əbədi Prezidentimizsiniz! Sizə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram”.

Saatlı rayonundan Yeganə Bədəlova yazır: “Salam cənab İlham Əliyev, biz Sizinlə fəxr edirik. Mən bir ana kimi Sizə çox minnətdarlıq edirəm. Mən səhiyyə işçisiyəm, xəstəxanada işləyirəm. Yaralanmış əsgərlə ünsiyyətim olmuşdur. Eşitdiklərimə əsasən deyə bilərəm ki, həm əsgərlərimiz, həm onların valideynləri, bütövlükdə hər kəs Sizinlə fəxr edir. Sizə canım qurban olsun. Bizim ailə istəyir ki, Siz seçki keçirilmədən bizim daimi Prezidentimiz olasınız. Oğlum Saatlı Rayon Polis Şöbəsində işləyir. O, xalqını və Vətənini hər zaman qorumağa hazırdır. Ulu Tanrı hər zaman köməyiniz olsun!”.

Cəlilabaddan Mirzəkişi Cəfərov: “Hörmətli cənab Prezident, mənim 80 yaşım var. Uzun illər kolxoz və sovxozda pambıq və üzüm briqadiri işləmişəm. Dövlət planını həmişə artıqlaması ilə yerinə yetirmişəm. Siz Şah İsmayıl Xətaidən sonra zəbt olunmuş torpaqlarımızı güc vasitəsilə öz sahibinə qaytaran ilk şəxsiyyətsiniz. Xətai qılınc ilə, Siz isə 5-ci nəsil silahla bu Zəfərə imza ataraq öz adınızı Azərbaycan tarixinə əbədi həkk etdirdiniz. Mən və Cəlilabad rayonunun Günəşli kəndinin 10 min sakini Sizə minnətdardır. Cənab Prezident, biz - Günəşli kəndinin sakinləri öz vəsaitimiz hesabına həm kəndin girəcəyində, həm də çıxışında Sizin heykəlinizi qoymaq istəyirik. Biz bu heykəli həm indiki, həm də gələcək nəsillərə göstərib Sizdən ibrət götürmələrini tövsiyə edəcəyik. Allah Sizi və xalqımızı daim var eləsin!”.

Bərdə sakini Əziz Allahverdiyev: “Müzəffər Ali Baş Komandan, Sizin, igid əsgər və zabitlərimizin sayəsində Azərbaycanın dilbər guşələrindən biri olan Kəlbəcərimiz erməni vandallarından azad edildi. Bizə bəxş etdiyiniz bu sevincə görə Sizə çox minnətdarıq. Yaxşı ki, Siz varsınız, yaxşı ki, qəhrəman Ordumuz var! Biz Sizinlə fəxr edirik, cənab Prezident! Biz birlikdə güclüyük! Yaşasın Azərbaycan!”.

İsmayıllı sakini Mehman Əşrəfli: “Müzəffər Ali Baş Komandan, zalqımızın yenilməz oğlu, Azərbaycan xalqının vuran ürəyi, insanların qəlbinin dərinliklərində özünə layiqli yer tutan yenilməz sərkərdə, xalqımıza belə bir xoş gün yaşatdığınıza görə Sizə ömür boyu minnətdarıq. Azərbaycan xalqının dünya xalqları arasında yenilməz bir xalq olduğunu Siz dünyaya sübut etdiniz. Biz laçınlılar Sizin uzaqgörən siyasətiniz nəticəsində doğma torpaqlarımıza Laçınımıza, Qarabağımıza qovuşuruq. Biz inana bilmirik ki, artıq məcburi köçkün deyilik. Bu xoş anları bizə yaşatdığınız üçün sizinlə qürur duyuruq. Allah sizi qorusun. Biz sizinləyik. Qarabağ Azərbaycandır!”.

Masallıdan Səyid Vəliyev: “Hörmətli cənab Prezident, bizə yaşatdığınız xoş günlərə görə Sizə dərin təşəkkürümü bildirirəm. Biz ailəliklə hər zaman Sizin tutduğunuz yolu dəstəkləmişik. Siz Azərbaycan xalqının ən düzgün seçimisiniz. Biz Qələbəmizlə dünya ölkələri arasında doğma torpağını mənfur düşməndən azad etmiş başı uca xalq kimi təqdim olunuruq. Ulu öndər Heydər Əliyevin ruhu şaddır, çünki layiqli siyasi varisi onun yolunu uğurla davam etdirir. Cənab Prezidentim, hər zaman Sizdən gözəl xəbərlər gözləyirik. Siz Azərbaycan xalqına dayaqsınız. Bizim üçün yorulmaz fəaliyyətinizə görə Sizə minnətdarıq. Var olun, Müzəffər Ali Baş Komandan! Allah Sizi qorusun!”.

Ağcabədi sakini Yaqub Əsədov: “Hörmətli cənab Ali Baş Komandan, Sizi, Müzəffər Ordumuzu və xalqımızı Qələbə münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu Qələbə hər birimizin Qələbəsidir, bütün Azərbaycan xalqının Zəfəridir. Sizə və Azərbaycan Ordusuna öz təşəkkürümü bildirirəm. Allah üç balanızı Azərbaycan xalqının başının tacı etsin. Yaşasın Azərbaycan! Yaşasın cənab Ali Baş Komandan! Qarabağ bizimdir!”.

Bakı sakini Cəbrayıl Qəmbərov: “Möhtərəm cənab Prezident. Sentyabrın 27-dən Dağlıq Qarabağ uğrunda gedən haqq savaşımız bizim Qələbəmizlə, tarixi Zəfərimizlə başa çatdı. Tarixin səhifələrinə qızıl hərflərlə yazılan bu Qələbə düşmənlə yanaşı, bütün dünya dövlətlərinə Azərbaycanın və onun şanlı Ordusunun gücünü, qüdrətini göstərdi. 30 il davam edən Dağlıq Qarabağ münaqişəsi Sizin qətiyyətiniz və igid oğullarımızın qəhrəmanlığı nəticəsində Azərbaycanın şanlı Qələbəsi ilə başa çatdı. Bizim birliyimizin təntənəsi olan bu böyük Qələbənin əldə olunmasında Siz yüksək diplomatik peşəkarlıq, əzmkarlıq, qəti siyasi iradə nümayiş etdirərək, bütün təzyiqlərə mərd-mərdanə sinə gərib onların hamısını dəf etdiniz, öz prinsipial mövqeyinizdən bir an belə dönmədiniz. Biz müharibə dövründə xalq-Prezident, ordu-xalq birliyinin bir daha şahidi olduq. Möhtərəm cənab Prezident, hər birimiz Sizinlə, qazandığımız Qələbə ilə qürur duyuruq. Bu tarixi günü, bu qüruru bizə Siz - Müzəffər Ali Baş Komandan İlham Əliyev və şanlı Azərbaycan Ordusu bəxş etdi. Əldə edilən böyük Qələbəyə görə Yasamal rayon gəncləri adından Sizə sonsuz minnətdarlığımızı, inam və etimadımızı bildiririk. Tanrı Sizi qorusun!”.

Paytaxtın daha bir sakini Qardaşxan Zeynalov: “Çox hörmətli cənab Prezident, Sizi torpaqlarımızın erməni işğalından azad olunması münasibətilə təbrik edirəm. Sizə uzun ömür, cansağlığı arzulayıram. Hörmətli Prezident, apardığınız siyasət, çıxışlarınız, xarici jurnalistlərə müsahibələrinizdə bir diplomat kimi verdiyiniz cavablar bizi valeh etdi. Xalqımız Sizə inanır və Sizi dəstəkləyir. 2020-ci il noyabrın 10-da qazandığınız Qələbə ilə Azərbaycanın yeni tarixini yazdınız. Bu tarix yaddaşlardan heç zaman silinməyəcək. Siz bizim əbədi Prezidentimizsiniz, həmçinin Sizə Azərbaycanın Milli Qəhrəmanı adının verilməsini istəyirik. Bu tək mənim yox, bütün xalqımızın istəyidir. Yaşasın Azərbaycan xalqının müzəffər Ordusu! Yaşasın Ali Baş Komandanımız İlham Heydər oğlu Əliyev! Qarabağ Azərbaycandır!”

 
  • Oxunub:  2670  |  
  • Tarix:  05-12-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan işğaldan azad edilən bütün əraziləri tezliklə cənnətə çevirəcək

18 Yanvar 11:21
Zaur Əliyev və Ramin Bayramlıya COVİD-19 əleyhinə peyvənd vurulub
18 Yanvar 11:15
Polietilen torba istehsalçıları ilə əmtəə bazarındakı vəziyyət müzakirə olunub
18 Yanvar 11:09
Səhiyyə naziri Oqtay Şirəliyev koronavirus əleyhinə peyvənd olunub
18 Yanvar 11:04
Yanvarın 20-də Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
18 Yanvar 11:01
Dövlət Miqrasiya Xidməti Azərbaycanda olan və yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə müraciət edib
18 Yanvar 10:54
Prokurorluq orqanlarında qulluqla bağlı müsabiqə üçün sənəd qəbulu fevralın 1-də başa çatdırılacaq
18 Yanvar 10:48
Bu gün “Avro-2020" Bakı Könüllülər Proqramının müsahibə mərhələsinə start veriləcək
18 Yanvar 10:41
Karantin postlarından icazəsiz keçməyə cəhd göstərən 4 min nəqliyyat vasitəsi geri qaytarılıb
18 Yanvar 10:07
Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmuş şəxslərə pasport veriləcək
18 Yanvar 09:57
Teledərslərin bu günə olan cədvəli
18 Yanvar 09:52
Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin həcmi ötən il 4 mlrd. dollardan çox olub
18 Yanvar 09:35
Misir nəşrində Azərbaycanın Avropa Məhkəməsinə göndərdiyi ərizə ilə bağlı məqalə dərc edilib
18 Yanvar 09:31
Dünyada koronavirusa yoluxanların sayı 95 milyon nəfəri ötüb
16 Yanvar 20:27
Dövlət Yol Polisi: Müvafiq icazəsi olmayan şəxslər keçid postlarından buraxılmayacaqlar
16 Yanvar 19:26
Prezidentin Mətbuat Xidmətinin məlumatı
16 Yanvar 19:02
Prezidentin köməkçisi Hikmət Hacıyev Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclasında iştirak edib
16 Yanvar 18:23
Pərvin Kərimzadə: Ölkə Prezidentinin Şuşa səfəri tarixi ədalətin bərpası, qalibiyyətin təntənəsidir
16 Yanvar 18:18
Qalib Liderin Qələbə yolu -Şuşa ucalığı
16 Yanvar 18:15
Daha bir Səfər, daha bir Zəfər, daha bir Qalibiyyət…
16 Yanvar 17:56
Əli Əhmədov: Dünya birliyi Cənubi Qafqazda yeni reallıqların yarandığını qəbul edir
16 Yanvar 17:53
Müdafiə Nazirliyi Ağdam rayonunun Şelli kəndinin videogörüntülərini paylaşıb - VİDEO
16 Yanvar 17:49
Rəcəb Tayyib Ərdoğan: Ötən 18 il Türkiyə tarixinin ən uğurlu dövrüdür
16 Yanvar 17:28
Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin videoformatda ümumrespublika müşavirəsi keçirilib
16 Yanvar 17:20
Azərbaycanda koronavirus infeksiyasından 650 nəfər sağalıb, 402 yeni yoluxma faktı qeydə alınıb
16 Yanvar 16:26
Azərbaycan Respublikasının Ermənistan Respublikasına qarşı dövlətlərarası ərizəsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərilib
16 Yanvar 16:25
Ali Məhkəmə koronavirusla əlaqədar məhkəmələrdə həyata keçirilməli olan tədbirlərə dair məlumat yayıb
16 Yanvar 16:21
Bu il aktiv məşğulluq və sosial müdafiə proqramları daha da genişlənəcək
16 Yanvar 16:11
Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib
16 Yanvar 15:21
Ermənistanda Qarabağ məğlubiyyətindən doğan gərginlik gündən-günə artır, ziddiyyətlər dərinləşir
16 Yanvar 15:13
Misir kitabxanalarında Nizami Gəncəvi irsi ilə bağlı əlyazmalar tədqiq ediləcək
16 Yanvar 15:11
Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə komissiya 1700-dən artıq müraciətə baxıb
16 Yanvar 14:58
“Azərbaycan və Türkiyə münasibətlərində gənclərin rolu” mövzusunda tədbir keçirilib
16 Yanvar 14:56
Qarabağ torpaqlarını, Şuşanı azad edən gənclər Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridir
16 Yanvar 14:20
Prezidentin müsəlman və xristian dünyasına Şuşadan verdiyi mesaj
16 Yanvar 14:18
Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaq
16 Yanvar 14:16
Müdafiə Nazirliyi Füzuli rayonunun Mirzəcamallı kəndinin videogörüntülərini paylaşıb - VİDEO
16 Yanvar 14:12
Azərbaycanın timsalında bütün dünya gördü ki, birliyi, həmrəyliyi, iradəli, qətiyyətli lideri olan ölkələr, xalqlar hər zaman qalib olurlar
16 Yanvar 14:10
Qələbəni yalnız qətiyyətli və milli maraqları hər şeydən üstün tutmağı bacaran liderlər qazana bilir
16 Yanvar 14:05
AzTV-də 20 Yanvar hadisələrindən bəhs edən yeni sənədli filmin çəkilişlərinə başlanılıb
16 Yanvar 14:03
Yaqut Qarayeva: Peyvəndi vurdurandan sonra özümüzü qorumağa davam etməliyik
16 Yanvar 14:00
Onlar bizə əmanət ! - VİDEO
16 Yanvar 13:52
Ulu öndər Heydər Əliyev: Şuşa əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir
16 Yanvar 12:28
Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə qanvermə aksiyası keçirilib
16 Yanvar 12:25
Fevralın 1-dən Azərbaycanda vaksinasiyanın ikinci mərhələsinə başlanacaq
16 Yanvar 12:24
Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Hacıkənd kəndinin videogörüntülərini paylaşıb - VİDEO
16 Yanvar 12:15
Ehtiyat zabit hazırlığı kursuna növbəti qəbul başlayır
16 Yanvar 11:39
Reza Deqati Fransanın TV5MONDE kanalında Şuşanın tarixindən, erməni vəhşiliklərindən və Azərbaycan multikulturalizmindən bəhs edib
16 Yanvar 11:33
Xüsusi karantin rejiminin sonunadək şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət tətbiq olunacaq
16 Yanvar 11:27
Yanvarın 18-dən 25-dək bir sıra şəhər və rayonlara giriş-çıxışa müəyyən şərtlərlə icazə veriləcək
16 Yanvar 11:22
Fevralın 1-dən ictimai iaşə obyektləri müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmət göstərə biləcək
16 Yanvar 11:18
Yanvarın 25-dən şəhərlərarası və rayonlararası hərəkətə icazə veriləcək
16 Yanvar 11:06
Operativ Qərargah: yanvarın 18-dən “SMS” icazə sistemi ləğv olunur
16 Yanvar 11:03
Sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qismi yumşaldılır
16 Yanvar 11:01
Sosial-psixoloji reabilitasiyaya cəlb olunan qazilərlə görüş olub, göstərilən xidmətlər nəzərdən keçirilib
16 Yanvar 10:37
Operativ Qərargah: Xüsusi karantin rejiminin müddətinin aprelin 1-dək uzadılmasına qərar verilib
16 Yanvar 09:41
TƏBİB: İnsanlar bir çox ölümcül xəstəliklərdən məhz peyvəndlərin tətbiq edilməsi nəticəsində xilas olublar
16 Yanvar 09:36
ANAMA: Şuşa şəhəri ərazisində təcili təxirəsalınmaz əməliyyatlar keçirilib
16 Yanvar 09:34
ÜST-ün fövqəladə hallar komitəsi beynəlxalq səfərlər üçün peyvənd pasportuna qarşıdır
16 Yanvar 09:25
Paytaxt Bakının küçələri yenidən dezinfeksiya edilib
16 Yanvar 09:21
Prezident İlham Əliyevin Şuşaya səfəri Türkiyə mediası tərəfindən geniş işıqlandırılıb
15 Yanvar 21:32
Leyla Abdullayeva: Son onilliklər ərzində Ermənistan beynəlxalq missiyaların Azərbaycanın işğal altındakı ərazilərinə səfər etməsinə maneçilik törədib
15 Yanvar 21:22
Ölkə Prezidentinin tapşırıqlarının icrası ədliyyə orqanlarının diqqət mərkəzindədir
15 Yanvar 20:33
İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib
15 Yanvar 19:49
Mövlud Çavuşoğlu: Azərbaycana hər zaman dəstək verəcəyik
15 Yanvar 19:47
Şuşanı azad edən gənclər ulu öndər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyev idarəçiliyinin yetirmələridir
15 Yanvar 19:15
Nazir müavini Beyləqanda şəhid ailələri ilə görüşüb
15 Yanvar 19:06
“Şimal-Cənub” nəqliyyat dəhlizinin strateji əhəmiyyətinə dair müzakirələr aparılıb
15 Yanvar 19:01
Azərbaycanla Gürcüstanın iqtisadi münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
15 Yanvar 18:54
“Amnesty International” Ermənistanın beynəlxalq hüquq çərçivəsində cəzalandırılmasını gündəmə gətirməlidir
15 Yanvar 18:39
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb – FƏRMAN

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+8 +10
gecə+4 +7