Biz şəhidlərimizin xatirəsi üçün bugünkü ibadətlə kifayətlənməməliyik. Onlar bizə Qələbə bəxş etdilər, torpaqlarımızı işğaldan azad etdilər və biz oraya qayıda bilərik. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq, hər bir şəhidin xatirəsi bizim üçün mühümdür”.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakıda Avropa Yəhudiləri Sinaqoqunda şəhidlərin anım mərasimində Azərbaycanın aşkenazi yəhudilərinin baş ravvini Şneor Seqal bildirib.
Baş ravvin deyib: “Biz öz Vətənimizi – Azərbaycanı çox sevirik, onu müdafiə etmək bizim üçün böyük şərəfdir. Biz burada müxtəlif millətlərin və dinlərin nümayəndələri kimi rahat yaşaya, öz mədəniyyətimizi və dinimizi təmsil edə bilirik. Çox ümid edirəm ki, Azərbaycan bir daha öz oğullarını qurban verməli olmayacaq. Bizim harada dua etməyimizin fərqi yoxdur – istər sinaqoqda olsun, istər məsciddə. Hamımız Vətən müharibəsi zamanı şəhid olanların ruhuna və yaralıların sağalmasına görə Uca Tanrıya dua edirik. Biz şəhidlərimizin yerinin behişt olması, onların ailələrinin sevinc və səadətlə əhatə olunmaları üçün dua edirik”.
- Oxunub: 2130 |
- Tarix: 04-12-2020 |
-
Çap et |