Dekabrın 2-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov ilə telefonla danışıb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Noyabrın 10-da imzalanan birgə Bəyanatda nəzərdə tutulan məsələlərin icrasının vacibliyi, eləcə də bölgədə sülh, əmin-amanlıq və təhlükəsizliyin təmin olunması baxımından bu razılaşmanın həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
- Oxunub: 2430 |
- Tarix: 02-12-2020 |
-
Çap et |