Ana səhifə »  Xəbər lenti »  Anar Məmmədov: İşğaldan azad olunmuş ərazilərimizdə böyük quruculuq işləri həyata keçiriləcək və həmin torpaqlarda həyat yenidən canlanacaq
A+   Yenilə  A-
Anar Məmmədov: İşğaldan azad olunmuş ərazilərimizdə böyük quruculuq işləri həyata keçiriləcək və həmin torpaqlarda həyat yenidən canlanacaq

“Rəşadətli Azərbaycan Ordusunun əzmi və cənab Ali Baş Komandan İlham Əliyevin uzaqgörənliyi, qətiyyəti və yenilməz iradəsi nəticəsində Laçın rayonu bir güllə atılmadan, bir şəhid verilmədən işğaldan azad olundu. Beləliklə, bu gün Laçın nəhayət 28 ildən sonra azaddır. Uzun illər işğalda saxlanılmış bu böyük rayonun Azərbaycanın nəzarətinə keçməsi dövlət sərhədlərinin tam bərpası deməkdir və bununla Azərbaycan tarixi qələbəyə imza atdı. Bu çox böyük siyasi qələbədir. Əslində, hər birimiz tam əminik ki, siyasi yolla olmasa da hərbi yolla Azərbaycan Ordusu mütləq Laçını, Kəlbəcəri və Ağdamı düşmən tapdağından azad edəcəkdi. Buna heç bir şübhə yoxdur. Amma eyni zamanda biz hər birimiz bilirik ki, yerləşdikləri çətin relyefdə mövsüm şərtləri də nəzərə alınarsa bizim çoxsaylı itkilərimiz olacaqdı. Sadəcə onu xatırlamaq kifayətdir ki, Ağdamda 5 müdafiə xətti var idi. Və bunların hər birinin aşılması zamanı itkilər qaçılmaz idi. Buna görə də sözügedən üç rayonun danışıqlar yolu ilə geri qaytarılması Azərbaycanın böyük və möhtəşəm siyasi qələbəsidir. Təbii ki, düşmən buna öz xoşu ilə razı olmadı. Bu birbaşa Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə əldə etdiyi qeyri-şərtsiz qələbənin məntiqi davamı idi”. Bu fikirləri Milli Məclisin deputatı Anar Məmmədov deyib.

Anar Məmmədov bildirib ki, nəticə etibarilə ölkəmiz BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi. Bununla da, Azərbaycan dünyada dondurulmuş münaqişələrin hərb yolu ilə də həlli yolunun olmasının nümunəsini yaratdı. Laçının azad olunması ilə bağlı xalqa müraciət edən Prezident İlham Əliyev bir sıra vacib fikirlər səsləndirdi. Başlıca məqam ondan ibarətdir ki, ölkəmiz ərazi bütövlüyünü bərpa etdi, işğala son qoydu, bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, əməkdaşlıq formatı yaratdı. Ölkə başçısının da qeyd etdiyi kimi, bu format nədən ibarət olacaq, bunu həyat göstərər. Hər halda yeni əməkdaşlıq formatının yaradılması üçün lazımi işlər görüldü, düşməni torpaqlarımızdan qovduq və noyabrın 10-da imzalanmış Bəyanatda göstərilən məsələlər həllini taparsa, onda bölgədə yeni əməkdaşlıq çərçivələri yaradılacaq.

Millət vəkilinin sözlərinə görə, cənab Prezident müraciətində həmçinin Ermənistanın işğalçılıq siyasətinin bölgədə yaratmış olduğu müəyyən mahiyyət daşıyan çətinlikləri və İrəvan üçün faciəvi xarakter daşıyan durumu konkret faktlarla ortalığa qoyuldu. Mənfur düşmənə bildirildi ki, əgər zamanında işğalçılıq siyasətini dayandırsaydı, Azərbaycandan Avropaya gedən enerji layihələrindən pay sahibi ola, gəlirlər götürə bilərdilər. Digər sahələrdə də əlaqələrimiz inkişaf edə bilərdi. Lakin rəsmi İrəvan bu gün bütün bunlardan məhrum olunub. Bundan sonra artıq kommunikasiyaların açılması heç şübhəsiz dövlətimizin rəyi ilə həll olunacaq.

Deputat qeyd edib ki, ölkə başçısı nitqində indiyə qədər heç vaxt cəmiyyətə açıqlanmayan bir məqamı da dilə gətirdi: “Belə ki, ölkə başçısı bildirdi ki, danışıqlar prosesində açıq-aşkar səsləndirilməsə də Laçın rayonunun hansısa formada Ermənistana qalmalı olduğu fikri mövcud idi. Ermənistan tərəfi, bütün Laçın rayonunun onlara dəhliz kimi verilməli olduğu mövqeyindən çıxış edirdi. Bunun nəticəsidir ki, Laçın rayonunda digər işğala məruz qalan rayonlarımızdan fərqli olaraq qanunsuz məskunlaşmanın həcmi daha böyük idi. Ancaq Azərbaycan Respublikasının Prezidenti bununla heç vaxt razılaşmayıb və hətta buna görə bəzi təzyiqlərə belə məruz qalıb. Bu gün reallığa gəlincə isə Ermənistan və ona havadarlıq edən dövlətlər bir daha dərk etdilər ki, saxta tarix heç zaman reallıqları dəyişə bilməz. Ötən 17 il ərzində həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində, həm də ordu quruculuğunda bütün gücümüzü səfərbər edib, cənab Prezidentin dediyi kimi düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq. Prezident sonda belə bir fikir səsləndirdi ki, elə bir strategiya, elə bir taktika müəyyənləşəcək ki, bundan sonra ölkəmizdə heç bir halda bu cür təhlükə mənbəyi olmasın. Belə yanaşma təkcə bölgədə deyil, bütövlükdə dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edən yanaşmadır. Belə ki, cənab Prezident hər kəsin yaddaşında əbədi qəhrəman, qalib sərkərdə olmaqla yanaşı eyni zamanda dünya səviyyəli böyük dövlət xadimi kimi də həkk olundu. Bir daha qeyd etmək istərdim ki, bu gün hər bir azərbaycanlı əmindir ki, hakimiyyətə gəldiyi ilk gündən verdiyi bütün vədlərə əməl edən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında dövlətimiz və xalqımız işğaldan azad edilmiş əraziləri yenidən gülüstana çevirəcək, infrastrukturu bərpa edəcək və oraya həyat qaytaracaqdır. Buna görə də bizlərə yaşatdığı qürurlu və tarixi günlərə görə ilk növbədə Ali Baş Komandana və şanlı Azərbaycan Ordusuna öz təşəkkürümü bildirir, şəhid olan igid oğullarımıza allahdan rəhmət diləyirəm. Torpaq əgər uğrunda ölən varsa vətəndir! Yaşasın Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan! Yaşasın qalib Azərbaycan Ordusu!”.

 
  • Oxunub:  3840  |  
  • Tarix:  02-12-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan işğaldan azad edilən bütün əraziləri tezliklə cənnətə çevirəcək

18 Yanvar 11:09
Səhiyyə naziri Oqtay Şirəliyev koronavirus əleyhinə peyvənd olunub
18 Yanvar 11:04
Yanvarın 20-də Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
18 Yanvar 11:01
Dövlət Miqrasiya Xidməti Azərbaycanda olan və yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə müraciət edib
18 Yanvar 10:54
Prokurorluq orqanlarında qulluqla bağlı müsabiqə üçün sənəd qəbulu fevralın 1-də başa çatdırılacaq
18 Yanvar 10:48
Bu gün “Avro-2020" Bakı Könüllülər Proqramının müsahibə mərhələsinə start veriləcək
18 Yanvar 10:41
Karantin postlarından icazəsiz keçməyə cəhd göstərən 4 min nəqliyyat vasitəsi geri qaytarılıb
18 Yanvar 10:07
Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmuş şəxslərə pasport veriləcək
18 Yanvar 09:57
Teledərslərin bu günə olan cədvəli
18 Yanvar 09:52
Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin həcmi ötən il 4 mlrd. dollardan çox olub
18 Yanvar 09:35
Misir nəşrində Azərbaycanın Avropa Məhkəməsinə göndərdiyi ərizə ilə bağlı məqalə dərc edilib
18 Yanvar 09:31
Dünyada koronavirusa yoluxanların sayı 95 milyon nəfəri ötüb
16 Yanvar 20:27
Dövlət Yol Polisi: Müvafiq icazəsi olmayan şəxslər keçid postlarından buraxılmayacaqlar
16 Yanvar 19:26
Prezidentin Mətbuat Xidmətinin məlumatı
16 Yanvar 19:02
Prezidentin köməkçisi Hikmət Hacıyev Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclasında iştirak edib
16 Yanvar 18:23
Pərvin Kərimzadə: Ölkə Prezidentinin Şuşa səfəri tarixi ədalətin bərpası, qalibiyyətin təntənəsidir
16 Yanvar 18:18
Qalib Liderin Qələbə yolu -Şuşa ucalığı
16 Yanvar 18:15
Daha bir Səfər, daha bir Zəfər, daha bir Qalibiyyət…
16 Yanvar 17:56
Əli Əhmədov: Dünya birliyi Cənubi Qafqazda yeni reallıqların yarandığını qəbul edir
16 Yanvar 17:53
Müdafiə Nazirliyi Ağdam rayonunun Şelli kəndinin videogörüntülərini paylaşıb - VİDEO
16 Yanvar 17:49
Rəcəb Tayyib Ərdoğan: Ötən 18 il Türkiyə tarixinin ən uğurlu dövrüdür
16 Yanvar 17:28
Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin videoformatda ümumrespublika müşavirəsi keçirilib
16 Yanvar 17:20
Azərbaycanda koronavirus infeksiyasından 650 nəfər sağalıb, 402 yeni yoluxma faktı qeydə alınıb
16 Yanvar 16:26
Azərbaycan Respublikasının Ermənistan Respublikasına qarşı dövlətlərarası ərizəsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərilib
16 Yanvar 16:25
Ali Məhkəmə koronavirusla əlaqədar məhkəmələrdə həyata keçirilməli olan tədbirlərə dair məlumat yayıb
16 Yanvar 16:21
Bu il aktiv məşğulluq və sosial müdafiə proqramları daha da genişlənəcək
16 Yanvar 16:11
Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib
16 Yanvar 15:21
Ermənistanda Qarabağ məğlubiyyətindən doğan gərginlik gündən-günə artır, ziddiyyətlər dərinləşir
16 Yanvar 15:13
Misir kitabxanalarında Nizami Gəncəvi irsi ilə bağlı əlyazmalar tədqiq ediləcək
16 Yanvar 15:11
Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə komissiya 1700-dən artıq müraciətə baxıb
16 Yanvar 14:58
“Azərbaycan və Türkiyə münasibətlərində gənclərin rolu” mövzusunda tədbir keçirilib
16 Yanvar 14:56
Qarabağ torpaqlarını, Şuşanı azad edən gənclər Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridir
16 Yanvar 14:20
Prezidentin müsəlman və xristian dünyasına Şuşadan verdiyi mesaj
16 Yanvar 14:18
Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaq
16 Yanvar 14:16
Müdafiə Nazirliyi Füzuli rayonunun Mirzəcamallı kəndinin videogörüntülərini paylaşıb - VİDEO
16 Yanvar 14:12
Azərbaycanın timsalında bütün dünya gördü ki, birliyi, həmrəyliyi, iradəli, qətiyyətli lideri olan ölkələr, xalqlar hər zaman qalib olurlar
16 Yanvar 14:10
Qələbəni yalnız qətiyyətli və milli maraqları hər şeydən üstün tutmağı bacaran liderlər qazana bilir
16 Yanvar 14:05
AzTV-də 20 Yanvar hadisələrindən bəhs edən yeni sənədli filmin çəkilişlərinə başlanılıb
16 Yanvar 14:03
Yaqut Qarayeva: Peyvəndi vurdurandan sonra özümüzü qorumağa davam etməliyik
16 Yanvar 14:00
Onlar bizə əmanət ! - VİDEO
16 Yanvar 13:52
Ulu öndər Heydər Əliyev: Şuşa əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir
16 Yanvar 12:28
Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə qanvermə aksiyası keçirilib
16 Yanvar 12:25
Fevralın 1-dən Azərbaycanda vaksinasiyanın ikinci mərhələsinə başlanacaq
16 Yanvar 12:24
Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Hacıkənd kəndinin videogörüntülərini paylaşıb - VİDEO
16 Yanvar 12:15
Ehtiyat zabit hazırlığı kursuna növbəti qəbul başlayır
16 Yanvar 11:39
Reza Deqati Fransanın TV5MONDE kanalında Şuşanın tarixindən, erməni vəhşiliklərindən və Azərbaycan multikulturalizmindən bəhs edib
16 Yanvar 11:33
Xüsusi karantin rejiminin sonunadək şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət tətbiq olunacaq
16 Yanvar 11:27
Yanvarın 18-dən 25-dək bir sıra şəhər və rayonlara giriş-çıxışa müəyyən şərtlərlə icazə veriləcək
16 Yanvar 11:22
Fevralın 1-dən ictimai iaşə obyektləri müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmət göstərə biləcək
16 Yanvar 11:18
Yanvarın 25-dən şəhərlərarası və rayonlararası hərəkətə icazə veriləcək
16 Yanvar 11:06
Operativ Qərargah: yanvarın 18-dən “SMS” icazə sistemi ləğv olunur
16 Yanvar 11:03
Sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qismi yumşaldılır
16 Yanvar 11:01
Sosial-psixoloji reabilitasiyaya cəlb olunan qazilərlə görüş olub, göstərilən xidmətlər nəzərdən keçirilib
16 Yanvar 10:37
Operativ Qərargah: Xüsusi karantin rejiminin müddətinin aprelin 1-dək uzadılmasına qərar verilib
16 Yanvar 09:41
TƏBİB: İnsanlar bir çox ölümcül xəstəliklərdən məhz peyvəndlərin tətbiq edilməsi nəticəsində xilas olublar
16 Yanvar 09:36
ANAMA: Şuşa şəhəri ərazisində təcili təxirəsalınmaz əməliyyatlar keçirilib
16 Yanvar 09:34
ÜST-ün fövqəladə hallar komitəsi beynəlxalq səfərlər üçün peyvənd pasportuna qarşıdır
16 Yanvar 09:25
Paytaxt Bakının küçələri yenidən dezinfeksiya edilib
16 Yanvar 09:21
Prezident İlham Əliyevin Şuşaya səfəri Türkiyə mediası tərəfindən geniş işıqlandırılıb
15 Yanvar 21:32
Leyla Abdullayeva: Son onilliklər ərzində Ermənistan beynəlxalq missiyaların Azərbaycanın işğal altındakı ərazilərinə səfər etməsinə maneçilik törədib
15 Yanvar 21:22
Ölkə Prezidentinin tapşırıqlarının icrası ədliyyə orqanlarının diqqət mərkəzindədir
15 Yanvar 20:33
İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib
15 Yanvar 19:49
Mövlud Çavuşoğlu: Azərbaycana hər zaman dəstək verəcəyik
15 Yanvar 19:47
Şuşanı azad edən gənclər ulu öndər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyev idarəçiliyinin yetirmələridir
15 Yanvar 19:15
Nazir müavini Beyləqanda şəhid ailələri ilə görüşüb
15 Yanvar 19:06
“Şimal-Cənub” nəqliyyat dəhlizinin strateji əhəmiyyətinə dair müzakirələr aparılıb
15 Yanvar 19:01
Azərbaycanla Gürcüstanın iqtisadi münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
15 Yanvar 18:54
“Amnesty International” Ermənistanın beynəlxalq hüquq çərçivəsində cəzalandırılmasını gündəmə gətirməlidir
15 Yanvar 18:39
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb – FƏRMAN
15 Yanvar 18:34
Azərbaycanda sığorta sahəsində attestasiyanın keçirilməsi proseduru müəyyənləşib
15 Yanvar 18:26
Bölgələrdə 20 şəhid ailəsinə və Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərə yeni evlər verilib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+8 +10
gecə+4 +7