"28 ildən çoxdur ki, Ermənistanın işğalı altında olan Laçın rayonu azad olundu. Rəşadətli Azərbaycan Ordusu dekabrın 1-də Laçına daxil oldu. Bu şanlı zəfər, gözəl gün münasibətilə bütün Azərbaycan xalqını, o cümlədən laçınlıları ürəkdən təbrik edirəm". Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva deyib.
Mehriban Abasquliyeva bildirib ki, Laçın rayonu bir güllə atmadan, şəhid vermədən işğaldan azad edildi. 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın güclü ordusu, qəhrəman əsgərlərimiz müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qısa müddətdə işğal altında olan torpaqlarımızın böyük bir hissəsini azad etdi, düşmən ordusu məhv edildi. Beləliklə, məğlub duruma düşən Ermənistan hakimiyyəti kapitulyasiya aktını imzalamağa məcbur oldu.
Təşkilat sədrinin sözlərinə görə, imzalanmış razılaşmaya əsasən Ağdam, Kəlbəcər və Laçın rayonlarının qan tökülmədən işğaldan azad edilməsi xalqımızın, dövlətimizin möhtəşəm qələbəsidir: "Bu qələbə, eyni zamanda siyasi qələbədir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, döyüş meydanında hərbi üstünlüyümüz, siyasi müstəvidə də üstünlüyümüzü təmin etdi və düşmən kapitulyasiya sənədini imzalamağa məcbur oldu. Bilirsiniz ki, Laçın rayonu da Azərbaycanın ən səfalı, füsunkar gözəlliyə malik olan bölgələrindən biridir. Təəssüf ki, erməni vandalları 30 ilə yaxın müddətdə Laçına qarşı da görünməmiş vəhşiliklər ediblər. Bütün bunlara görə, ermənilər cavab verəcəklər. Azərbaycan dövləti Laçının əvvəlki şöhrətini özünə qaytaracaq, rayonda böyük quruculuq işləri görüləcək, insdanlar öz doğma yurdlarına qayıdacaqlar! Beləliklə, Laçın həsrəti də sona yetdi! Qarabağ Azərbaycandır!".
- Oxunub: 5460 |
- Tarix: 02-12-2020 |
-
Çap et |