“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-dən başladığı zəfər yürüşü xalqımızın 30 illik torpaq həsrətinə 44 gün ərzində son qoydu. 30 il ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistanın təcavüzkar hakimiyyəti ordumuzun uğurları qarşısında təslim oldu”. Bu fikirləri qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya deyib.
F.Şadlinskaya bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin düşmən tapdağı altındakı torpaqlarımızı işğaldan azad etməsi işğalçı Ermənistanın məğlubiyyətini şərtləndirib: “Azərbaycan Ordusunun zəfər yürüşü Ermənistanın təslim olması ilə nəticələndi. 3 ölkə arasında imzalanan bəyanatın müddəaları sübut etdi ki, ölkəmizin işğal altında olan digər rayonlarının azad olunmasını öhdəsinə götürən Ermənistan əslində təslimçilik aktına imza atıb. Bu böyük qələbəni bizə Ali Baş Komandanımızın qətiyyəti və ordumuzun rəşadəti qismət etdi. Azərbaycan xalqına bu zəfəri bəxş edən Ali Baş Komandan həm də “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur”, - deyən Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi”.
“30 ildən sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu xalqımıza qürur və şərəf hissi yaşatdı. Belə ki, bu zəfərlə Dağlıq Qarabağın Azərbaycan torpağı, beynəlxalq səviyyədə tanınan ərazimiz olması bir daha öz təsdiqini tapdı. Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, işğalçı Ermənistana layiq olduğu yer göstərildi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsidir. “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” - deyən Ali Baş Komandan vədinə əməl etdi. Bu gün Azərbaycan xalqı möhtəşəm qələbənin sevincini, təntənəsini yaşayır”, - deyə təşkilat sədri vurğulayıb.
- Oxunub: 1950 |
- Tarix: 02-12-2020 |
-
Çap et |