Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Tural Abbaslı: Fransa anlamalıdır ki, Azərbaycan artıq heç bir ədalətsizliyə, haqsızlığa dözmək niyyətində deyil

Tural Abbaslı: Fransa anlamalıdır ki, Azərbaycan artıq heç bir ədalətsizliyə, haqsızlığa dözmək niyyətində deyil

02.12.2020 [09:16]

“ATƏT-in Minsk qrupunun həmsədri olmasına baxmayaraq, Fransa dövlətinin hələ müharibənin ilk günlərindən tutduğu mövqe qərəzli və birtərəfli idi. Bu, hətta beynəlxalq hüquqa hörmətlə yanaşan bir dövlətə layiq olmayan mövqe idi. Fransa isə öz öhdəliklərini unudaraq birmənalı şəkildə ermənilərin yanında yer aldı, Azərbaycana bu və ya digər şəkildə təzyiqlər göstərməyə çalışdı. Sonda isə bu qətnamənin qəbul edilməsi rəsmi Parisin qərəzinin sübutuna çevrildi. Ermənistanın baş naziri üçtərəfli bəyanata imza atır və Azərbaycanın işğal altında olan rayonlarının boşaldılması ilə bağlı öhdəlik götürür, ərazi bütövlüyümüzü tanıyır. Fransa bunun əksini dilə gətirir. Fransa anlamalıdır ki, Azərbaycan artıq heç bir ədalətsizliyə, haqsızlığa dözmək niyyətində deyil. Adekvat addımlar atılmalı, hətta Fransa ilə bütün siyasi-iqtisadi əlaqələr yenidən dəyərləndirilməlidir”. Bunu qəzetimizə açıqlamasında Ağ Partiyasının sədri Tural Abbaslı deyib.
“Onlar elə düşünürlər ki, guya böyük bir gücdürlər, proseslərə təsir edə bilirlər. Onlar özlərini, eyni zamanda, Makronun uğursuz siyasi obrazını xilas etmək üçün çalışırlar. Belə olmasaydı, hətta Ermənistan parlamentinin belə tanımadığı bu separatçı qurumu Fransa tanımaq üçün bu qədər canfəşanlıq etməzdi. Təbii ki, burada Fransada qarşıdan gələn prezident seçkiləri də rol oynayır. Amma bu addım Fransa dövlətinə və dövlətçiliyinə böyük zərbədir. Makron öz iqtidarının ömrünü bir az daha uzatmaq uğruna Fransa tarixinə böyük ləkə gətirən siyasi addımlar atmaqla məşğuldur”, - deyə T.Abbaslı əlavə edib.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 197 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30