"Uşaqlarda koronavirus infeksiyası çox zaman simptomsuz və ya yüngül əlamətlərlə keçir. Bu, onlarda infeksiyaya immun cavabın böyüklərdən fərqli olması ilə əlaqəlidir. Böyüklərdə koronovirus infeksiyası zamanı güclü sitokin ifrazı baş verir ki, bu sitokinlər orqan sistemləri zədələyir. Xoşbəxtlikdən uşaqların immun sistemi tam formalaşmadığı üçün belə bir reaksiya baş vermir və uşaqlar bu xəstəliyi yüngül keçirir".
Bunu həkim-pediatr Günay Rəsulova deyib.
"Orta statistik rəqəmlə ifadə etsək, hər 100 uşaqdan 10-u bu xəstəliyi aşkar klinik əlamətlərlə, hər 100 uşaqdan 5-i isə ağır klinik əlamətlərlə, hətta “Kawasaki bənzəri sindrom” əmələ gələrək bütün orqan və sistemlərin də zədələnməsi ilə gedə bilər. Eyni zamanda, risk qrupuna aid uşaqlar var ki, misal üçün, anadangəlmə immun çatmazlığı olan, xroniki ağciyər-bronx xəstəliyi olan, ağır astma xəstəliyi olan və s. olan uşaqlarda bu xəstəlik daha ağır seyrli gedə bilər. Odur ki, uşaqları koronovirusdan qorumaq çox vacibdir",-deyə həkim əlavə edib.
- Oxunub: 2790 |
- Tarix: 01-12-2020 |
-
Çap et |