Ana səhifə »  Xəbər lenti »  Mənsum İbrahimov: İnsanlar yenidən oraya qayıdacaq və muğam səsləri Qarabağın mədəniyyətini özünə qaytaracaq
A+   Yenilə  A-
Mənsum İbrahimov: İnsanlar yenidən oraya qayıdacaq və muğam səsləri Qarabağın mədəniyyətini özünə qaytaracaq

Təəssüratları sözlə ifadə etmək çox çətindir. Təsəvvür edin 30 ildən sonra qoyub çıxdığımız möhtəşəm Ağdamdan əsər əlamət yoxdur. Nəinki, Ağdam şəhəri həmçinin onun kəndləri təmamilə viran edilib, tanınmaz hala düşüb. Prezidentimizin söylədiyi kimi, buradan sanki vəhşi qəbilə keçib. Teatrın fasad hissəsi qalıb, məscid demək olar ki, uçurulub... Yəni hansı küçənin olduğunu dəqiq bilmək olmur, yalnız dediyim bu dağıntılardan istiqaməti təxmin etmək olurdu.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində tanınmış xanəndə, Xalq artisti Azərbaycan Milli Konservatoriyasının professoru Mənsum İbrahimov deyib.

“Biz bir tərəfdən bu dağıntıları görüb ağlayır, digər tərəfdən yurdumaza qayıtdığımız üçün sevinirdik. Mən mətbuatda söz vermişdim ki, Ağdama ayaq basdığım an torpağı öpəcəm və məsciddə azan verəcəm. Heç vaxt azan verməmişəm, xanəddəlik etmişəm, amma Allahıma yaxın olmaq üçün bu niyyəti ürəyimdə tutmuşdum. Əməkdar artist Təyyar Bayramovla məscidə daxil olanda içimdən sanki bir haray qopdu və mükəmməl tərzdə olmasa da azan verdim. Sonra biz yaxınlıqdakı Dram Teatrına üz tutduq. Bizim uşaqlığımız orada keçmişdi. Yadımdadır, həmin meydanda vaxtilə Xarı Bülbül festivalları təşkil olunub. Amma indi isə ora tank yuvaları salınmış bir xarabaxana, minalanmış ərazi idi. Biz orada oxuduğumuz “Qarabağ” mahnısı ilə elə bil torpağa qayıdışımızı çatdırırdıq. Ora düşəndə heç nə tapa bilmədik. Nə park, nə məşhur o çay evi, nə də ağdam bazarı... təsvir etmək olmur. Ərazi minalandığı üçün biz yalnız təmizlənmiş bir marşrutla hərəkət edirdik. Bütün bunlara baxmayaraq, həmin yerləri abadlaşdıracağıq, Ağdamın əvvəlki şöhrətini ona qaytaracağıq. Bizim ona imkanımız da var, təcrübəmiz də var, qüdrətli dövlətimiz də”.

Xanəndə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə təşəkkürümü bildirərək deyib: “Məhz dövlətimizin başçısının siyasi iradəsi nəticəsində Şanlı Ordumuz 44 gün ərzində tarix yazdı. Eyni zamanda şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Biz həm də o şəhidlərin igidliyi sayəsində həmin torpaqlara qayıtdıq. Həmin şəhidlərin sayəsində biz Hadrutu, Cəbrayılı, Suqovuşanı, Şuşanı və digər rayonlarımızı aldıq. O torpaqlar bizə bağışlanılmadı, biz öz gücümüz sayəsində, qan bahasına ona sahib çıxdıq. Qarabağ bu gün bölgələrimizdən olan igid oğullarının qanı töküldüyü müqəddəs bir torpağa çevrildi. O torpaq həm də Azərbaycan üçün bir məkkəyə çevrildi. Qarabağ bizi birləşdirdi. Hamı Ali Baş Komandanın ətrafında bir yumruq oldu. Mən azərbaycanlı kimi liderimlə fəxr edirəm. Prezident İlham Əliyev verdiyi müsahibələrdə Azərbaycanın haqq səsini dünyaya çatdırdı. Həm döyüş meydanında, həm də siyasi arenada üstünlüyünü saxladı. Ermənilərin mifik ordusunu bir neçə günün içində məhv etdi. 30 ildir, biz Ağdamın lent yazılarına baxırdıq. Rayonun 23 faizi bizdə olsa da, orada 94 min əhalisi yaşayırdı. Biz tez tez ora gedər, tədbirlərdə iştirak edirdik. Bildiyiniz kimi orada 2 il bundan öncə Muğam Mərkəzi açıldı. Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva binanın açılışında iştirak edəndə, AliBaş Komandanımız “yaxınlarda belə bir binanın açılışını Ağdam şəhərində edəcəyik” söyləmişdi. Həmin söz mənim beynimdə dolaşır, ümidimi artırırdı. Həmin gün də elə bu gün imiş sən demə...

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Muğam Televiziya Müsabiqələri keçirilirdi. Mən münsif kimi iştirak etdiyim o müsabiqələrdə istədiyim səsi tapa bilmirdim. O insanların bir çoxu başqa-başqa bölgələrə, şoran torpaqlara səpələnmişdi. Amma bu gün ümidimiz çox böyükdür. İnsanlar yenidən ora qayıdacaq və muğam səsləri Qarabağın mədəniyyətini özünə qaytaracaq”.

 
  • Oxunub:  2190  |  
  • Tarix:  26-11-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağı üzrə sazişin imzalanması tarixi hadisədir

23 Yanvar 21:57
İşğaldan azad edilmiş Kəlbəcər rayonunun Qamışlı kəndinin videogörüntüləri yayımlanıb
23 Yanvar 21:25
Azərbaycanda koronovirusdan 705 nəfər sağalıb, 162 yeni yoluxma faktı qeydə alınıb
23 Yanvar 21:06
Dövlət Neft Şirkətinin Müşahidə Şurası yaradılıb FƏRMAN
23 Yanvar 20:38
Səfərbərlikdən tərxis olunanların müraciətlərinə baxılması üzrə komissiya tərəfindən ümumilikdə 5298 vətəndaş qəbul edilib
23 Yanvar 20:37
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
23 Yanvar 20:28
İşğaldan azad olunmuş Ağdamın aqrar potensialı - TƏHLİL
23 Yanvar 20:27
Həkim-infeksionist: Əhalinin 60 faizdən çoxu kütləvi şəkildə vaksinasiya olunarsa, bu zaman təsirli nəticədən danışa bilərik
23 Yanvar 20:24
Ayasofyada nümayiş etdirilən tarixi əsərlər 87 il sonra yenidən bu tarixi məkandaki yerini tutacaq
23 Yanvar 20:17
Milli Məclisin deputatları AŞPA-nın qış sessiyasında iştirak etmək üçün Strasburqda səfərdə olacaqlar
23 Yanvar 20:15
Prezident İlham Əliyev: Biz gərək ərzaq təhlükəsizliyinə düşünülmüş şəkildə yanaşaq
23 Yanvar 18:11
Alim Qasımov: Heydər Əliyev Sarayının səhnəsi mənim üçün çox əziz və tarixi səhnədir
23 Yanvar 17:57
Satoşi Nakanişi: Yaponiya Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır
23 Yanvar 17:54
Daxili İşlər Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib
23 Yanvar 17:48
Türkiyədə Azərbaycanın Qələbəsi şərəfinə xatirə sikkəsi buraxılıb
23 Yanvar 17:25
YAP-ın Siyasət Akademiyasının “Azərbaycan Respubikasında dövlət-din münasibətləri” mövzusunda videokonfrans formatında kursu keçirilib
23 Yanvar 17:24
Ağsaqqallar Şurasının sədr müavini Elmira Süleymanovaya “Vətənə xidmətə görə” ordeni təqdim edilib
23 Yanvar 17:22
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində IX məzun-karyera sərgisinin ilkin nəticələri açıqlanıb
23 Yanvar 16:53
YAP-ın Siyasət Akademiyasının “Azərbaycanda yeni siyasi mədəniyyətin formalaşması” mövzusunda videokonfrans formatında kursu keçirilib
23 Yanvar 16:51
“Yüksəliş” müsabiqəsi Prezidentin köməkçisi Hikmət Hacıyevin təqdimatında vebinar təşkil edib
23 Yanvar 16:14
Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir
23 Yanvar 16:11
Qəbələdə bu günədək 450 tibb işçisi peyvənd olunub
23 Yanvar 16:03
Keçən il sahələrdən 1,4 faiz çox tərəvəz yığılıb
23 Yanvar 15:48
Ötən il 3,2 milyon tondan çox taxıl istehsal edilib
23 Yanvar 15:37
KOBİA ilə TÜMKİAD anlaşma memorandumu imzalayıb
23 Yanvar 14:16
“Dostluq” yatağı Azərbaycanın neft-qaz sənayesinin perspektiv inkişafı baxımından böyük əhəmiyyətə malikdir
23 Yanvar 14:15
Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağı üzrə sazişin imzalanması tarixi hadisədir
23 Yanvar 14:09
Eldar İbrahimov: “Dostluq” yatağına dair razılaşma Azərbaycanla Türkmənistan arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini göstərir

23 Yanvar 14:08
Əli Kərimli yeni yalanlarının kölgəsinə sığınmağa çalışır

23 Yanvar 13:55
Ermənistanda siyasi böhranın növbəti mərhələsi...
23 Yanvar 13:53
Koronavirus xəstələrinin vəziyyətinin ağırlaşmasına səbəb olan əsas səhvlər hansılardır?
22 Yanvar 19:24
Milli Məclisin aqrar siyasət komitəsi yaz sessiyası üçün iş planını təsdiq edib
22 Yanvar 19:21
ADA Universiteti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və səmərəli təşkili mövzusunda sosioloji tədqiqat layihəsini həyata keçirəcək
22 Yanvar 18:55
Görkəmli sərkərdə Həzi Aslanovun anım mərasimi keçirilib
22 Yanvar 18:49
Milli Məclisin gənclər və idman komitəsinin yaz sessiyasının iş planı təsdiqlənib
22 Yanvar 18:48
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi yaz sessiyasında ilk iclasını keçirib
22 Yanvar 18:43
Azərbaycanda koronavirusdan 632 nəfər sağalıb, 280 yeni yoluxma faktı qeydə alınıb
22 Yanvar 18:39
Pandemiya dövründə fəal olan “Nəqliyyat könüllüləri” təltif edilib
22 Yanvar 18:37
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
22 Yanvar 18:29
Azərbaycanın və Gürcüstanın xarici işlər nazirləri arasında telefon danışığı olub
22 Yanvar 18:29
Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması məqsədilə onlayn videokonfrans keçirilib
22 Yanvar 18:05
Badminton III Avropa Oyunlarının proqramına daxil edilib
22 Yanvar 18:04
Nazir: “Dostluq” yatağı Azərbaycan və Türkmənistanın qardaşlıq münasibətlərinin rəmzi ifadəsidir
22 Yanvar 17:38
İşğaldan azad olunmuş Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndinin videogörüntüləri - VİDEO
22 Yanvar 17:36
Deputat: İmzalanan memorandum Xəzəryanı dövlətlər arasında əməkdaşlığın daha da genişlənməsinə şərait yaradacaq
22 Yanvar 17:09
Milli Məclisdə şəhid ailələri və əlilliyi olan şəxslərlə bağlı dinləmə keçiriləcək
22 Yanvar 16:56
Mərkəzi Bankın dövriyyədəki notlarının dəyəri 1 milyard manatı ötüb
22 Yanvar 16:50
Dövlət Komitəsində BMqT nümayəndəsi ilə görüş keçirilib
22 Yanvar 16:41
Son bir ayda qazilərdən ehtiyacı olanlara 600-dən çox reabilitasiya vasitəsi verilib
22 Yanvar 16:40
AHİK Qarabağ Dirçəliş Fonduna 100 min manat vəsait köçürüb
22 Yanvar 16:19
Rauf Əliyev: İşğaldan azad olunmuş ərazilərimizin potensialı çox yüksəkdir
22 Yanvar 16:17
Rəcəb Tayyib Ərdoğan: Bu həftənin sonuna qədər Çindən Türkiyəyə daha 10 milyon doza vaksin gətiriləcək
22 Yanvar 16:13
Mədəniyyət naziri: Zəfər Muzeyinin yeri ilə bağlı müzakirələr aparılır
22 Yanvar 16:08
Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
22 Yanvar 16:07
Milli Kitabxanada “Böyük Azərbaycan şairi və mütəfəkkiri – Nizami Gəncəvi” adlı kitab sərgisi açılıb
22 Yanvar 16:02
ÜST-nin Azərbaycan nümayəndəliyi və “ASAN Könüllüləri” Təşkilatı tibbi maska paylanması aksiyası keçirir
22 Yanvar 15:45
Anar Kərimov: Xudavəng monastırından səkkiz əsrlik freskaların aparılması böyük cinayətdir
22 Yanvar 15:41
TDƏŞ: Azərbaycan ilə Türkmənistan arasında Anlaşma Memorandumunun imzalanması məmnuniyyətlə qarşılandı
22 Yanvar 15:14
Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinq keçirilib
22 Yanvar 15:11
İşğaldan azad edilmiş torpaqlarımıza qayıdacaq əhali üçün məqsədli, çevik aktiv məşğulluq proqramları hazırlanır
22 Yanvar 15:09
Bəzi sənaye parkları və məhəllələri “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin tabeliyindən çıxarılıb
22 Yanvar 15:08
İraqın “Əl Zaman” qəzetində 20 Yanvar faciəsindən bəhs edən məqalə dərc olunub
22 Yanvar 14:56
Bakı Konqres Mərkəzi mükafata layiq görülüb
22 Yanvar 14:54
Türkiyə KİV-lərində Azərbaycan ilə Türkmənistan arasında imzalanan Anlaşma Memorandumu barədə geniş məlumatlar yayımlanıb
22 Yanvar 14:33
Xalqımız 20 Yanvarı milli ruhun sarsılmazlığı günü kimi 2021-ci ilin anım təqviminə yazdı
22 Yanvar 14:19
İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb – Fərman
22 Yanvar 14:17
ICESCO-nun Baş direktoru: Afrikada torpaqların şoranlaşması qitə əhalisinin 70 faizinin aclığı ilə nəticələnə bilər
22 Yanvar 14:00
Yaponiyada dağ-mədən sahəsində istifadə olunan müasir texnoloji həllər Azərbaycanda tətbiq edilə bilər
22 Yanvar 13:59
Müdafiə Nazirliyi işğaldan azad edilmiş Füzuli rayonunun Qarğabazar kəndinin videogörüntülərini paylaşıb - VİDEO
22 Yanvar 13:55
Paytaxta yağan qardan sonra operativ təmizlik tədbirləri görülür
22 Yanvar 13:51
Ötən il İqtisadiyyat Nazirliyinin Çağrı mərkəzinə 45 mindən çox müraciət ünvanlanıb

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA