Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bu il Oğuzda 10 subartezian quyusu qazılıb

Bu il Oğuzda 10 subartezian quyusu qazılıb

26.11.2020 [14:41]

Azərbaycan Prezidentinin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 2020-ci il 13 aprel tarixli Sərəncamına əsasən, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən bu il Oğuz rayonunda 10 subartezian quyusunun qazılması nəzərdə tutulurdu. Artıq bu quyuların hamısında qazma işləri tamamlanıb. Eyni zamanda, qazılan quyulardan 6-da elektrik avadanlığının quraşdırılması işləri başa çatdırılıb, 4 quyuda isə bu işlər davam etdirilir. Subartezian quyularının cari ilin sonunadək istismara verilməsi nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Sabir Əhmədov məlumat verib.

Qurum rəsmisi bildirib ki, yeni quyuların istismara verilməsi nəticəsində 12 min nəfərdən çox əhalinin yaşadığı 9 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq, həmçinin əhalinin içməli suya tələbatı ödəniləcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamların icrası çərçivəsində “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən 2013-2019-cu illər ərzində Oğuz rayonunda 37 subartezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib.

Paylaş:
Baxılıb: 169 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30