Ana səhifə »  Xəbər lenti »  Deputat: Fransa Senatının qəbul etdiyi qərəzli qətnamə bu dövlətin sülhyaratma missiyasını, Qərb demokratiyasını ayaq altına atdı
A+   Yenilə  A-
Deputat: Fransa Senatının qəbul etdiyi qərəzli qətnamə bu dövlətin sülhyaratma missiyasını, Qərb demokratiyasını ayaq altına atdı

Fransa rəhbərliyinin, bu Qərbi Avropa ölkəsinin dövlət orqanlarının (rəsmi istilahla desək) Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə tutduğu mövqe, əslində, tam mövqesizlikdir, hüquqtanımazlıqdır. Fransanın bu “mövqe”yə uyğun etdiyi hərəkətlər ən elementar tənqidə belə tab gətirmir. İlk növbədə ona görə ki, Fransa BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir. Bu, onun üzərinə tarixi, siyasi və mənəvi məsuliyyət qoyur. İkincisi, Fransa ATƏT-in Minsk qrupunun həmsədridir, yəni, ədalətli sülhün tapılmasında məsuliyyət daşıyan 3 əsas ölkədən biridir. Fransa hakimiyyəti bu mandatın fərqində olmağa borcludur. Üçüncüsü, Fransa Qafqaz dövləti deyil, Qafqaz ölkələri ilə həmhüdud da deyil. Hətta ermənilər, azərbaycanlılar, ümumiyyətlə, Qafqaz xalqları ilə etnik və mədəni bağlara malik deyil. Belə olan halda, neytral qalmaq, əsl vasitəçi ləyaqəti göstərmək üçün heç bir bəhanəyə yer qalmır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva söyləyib.

Komitə sədri deyib ki, bütün bu faktlara, məsuliyyət bölgüsünə baxmayaraq, Fransa ikili standartlarla davranmağı, anti-Azərbaycan ovqatını siyasi müstəvidə möhkəmləndirərək hüquqi müstəviyə daşımaq yolu tutmağı özünə yaraşdırır. Bu, əslində, “hüquqi müstəvi” deyil, tamamilə “hüquqazidd müstəvi”dir.

Fransa Senatında qondarma “Dağlı Qarabağ respublikası”nın tanınmasının mümkünlüyü haqqında sənədin müzakirəyə çıxarılması Azərbaycanın dünya birliyi, beynəlxalq ictimaiyyət tərəfindən, o cümlədən Fransanın özü tərəfindən tanınmış suverenliyinə, ərazi bütünlüyünə qəsddir. Bunun başqa izahı varmı? Bu, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış suveren hüquqlarına, birgəyaşayış normalarına çox kobud müdaxilə cəhdidir. Bu cəhdlər Qafqazın iki dövləti arasında ədalətli sülh axtarışının elementar tələblərinə cavab verirmi? Əsla, yox! Özü də bütün bunlar nə zaman baş verir? Müharibənin hərbi mərhələsinin başa çatdığı, siyasi-diplomatik mərhələnin başladığı, ədalətli nizamlanmaya inam yarandığı bir dövrdə… Fransa 44 gün ərzində də ermənipərəst mövqe tutmuşdu, Ermənistan-Azərbaycan müharibəsinə münasibətdə demək olar ki, həmişə rəsmi İrəvanın yanında durmuşdu. Ona görə, Fransa ən azından münaqişənin siyasi həll mərhələsinin başladığı dövrdə dövlət kimi imicinin, vasitəçi mandatının qayğısına qalmağa borclu idi.

Q.Paşayeva deyib ki, Fransanın hazırkı beynəlxalq hüquqtanımazlığı ədalət, humanizm, beynəlxalq hüquq normaları ilə tam ziddiyyət təşkil edir. Bu, bitmiş müharibəni yenidən başlamaq üçün fitnəkarlıqdır. Bu, tərəfləri yeni qanlı toqquşmalara təhrik etməkdən başqa bir şey deyil. Bu, hazırkı Fransa hakimiyyətinin gələcək nəsillər qarşısında tarixi yanlışlığı olmaqla yanaşı, humanizm prinsiplərini ayaq altına atmaqdır. Bu, ATƏT-in Minsk qrupunda həmsədrlik institutuna, yaxud onun tərkibinə mütləq şəkildə yenidən baxmağın qaçılmazlığından xəbər verir. Artıq Fransa həmsədr olmaq hüququnu öz əməlləri ilə itirib.

“Beləliklə, bir qrup ermənipərəst, islamofob, anti-türk, anti-Azərbaycan ovqatlı senator tərəfindən təklif edilən və Fransa Senatında qəbul olunan “Dağlıq Qarabağ respublikası”nın tanınmasının labüdlüyü” adlı bədnam qətnamə fransız mədəniyyətini, respublikaçılığı, sülhyaratma mandat-missiyasını, Qərb demokratiyasını ayaq altına atdı. Qondarma “respublika”nın tanınması ilə bağlı bədnam qətnamənin Fransa Senatında qəbul edilməsi Azərbaycan Respublikasının Fransanın özü də daxil olmaqla, beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünə və beynəlxalq hüququn əsas prinsiplərinə kobud müdaxilədir. Bu, beynəlxalq hüquqa, ədalətə, əməkdaşlığa, bir sözlə, dövlətlər və xalqlar arasında münasibətlər sisteminə təhqirdir. Bu təhqir tarixi yanlışlığa qol qoyan, səs verən bütün senatorların vicdanında qara ləkə olaraq qalacaqdır”, - deyə deputat qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli və işğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılması ilə bağlı ən əsas sənəd BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsidir. Həmin qətnamələri heçə sayan Fransa özü də həmin qətnamələrin qəbuluna səs verib. Deməli, Fransa Senatının bu addımı özü-özünü inkar etməsi anlamı daşıyır.

Komitə sədri həmçinin deyib: “Sirr deyil ki, bu sənəd Fransadakı erməni lobbisinin və ermənipərəst qüvvələrin Senata təzyiq və təsirinin nəticəsidir. Lakin bu, Senatın belə qərəzli qətnamə qəbul etməsinə bəraət qazandırmır.

O da sirr deyil ki, Fransa bölgədə Türkiyə və Rusiyanın ön plana çıxmasından, özünün isə arxa planda qalmasından narahatdır. Ancaq vəziyyətə obyektiv yanaşmaq lazımdır, Fransanın özünün özünə etdiklərinə görə başqaları cavab verməyə borclu deyil”.

Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında digər dinlərə məxsus dini və mədəni abidələrin qorunması ilə bağlı guya hansısa problemin mövcudluğu ilə bağlı Fransanın narahatlığına münasibət bildirən Q.Paşayeva deyib ki, bu, ən yumşaq ifadə ilə desək, gülünc iddiadır. Fransa 27-30 il ərzində Ermənistanın işğalı altında qalmış Azərbaycan torpaqlarındakı, yaxud Ermənistan ərazisindəki dini, tarixi, mədəni abidələrimizə qarşı törədilmiş vandalizmi nə üçün görmür? Yoxsa, bizim abidələri dağıtmaq olar və bu, fransızlar üçün problem sayılmır? Ötən illər ərzində işğal olunmuş ərazilərdə İslam dininə xas abidələrin barbarcasına dağıdılmasına, qədim albanlara məxsus dini, tarixi məbədlərin erməniləşdirilməsinə Fransa da daxil olmaqla, bir çox dövlətin, beynəlxalq təşkilatların səssiz qalmasına nə deyək? Guya Fransada bilmirlər ki, Azərbaycan Respublikası multikultural dövlət olaraq işğaldan azad olunmuş ərazilərdə dağıdılmış İslam və qeyri-islam dininə mənsub bütün abidələri bərpa edəcək və onların dövlət səviyyəsində qorunmasını təmin edəcək? Bu, bizim dövlətin xarakteridir. Belə tolerant davranış bizim milli xüsusiyyətimizdir, biz bunu kiməsə, nəyəsə görə etmirik. Buna dair onlarca fakt var və o faktlar beynəlxalq ictimaiyyətə yaxşı məlumdur. Azərbaycanda etnik və dini zəmində tolerantlıq nəinki monoetnik, qeyri-tolerant Ermənistan cəmiyyəti ilə, bir çox Avropa ölkələri ilə müqayisədə ən yüksək səviyyədədir. Azərbaycanda digər dinlərə məxsus abidələrin mövcud durumu dediklərimizə bariz nümunədir.

Xatırladaq ki, Fransa hökuməti adından verilən rəsmi açıqlamada Fransa Senatının dünən qəbul etdiyi qərəzli qətnamənin hüququ təsiri olmadığı, tövsiyə xarakterli sənəd olduğu bildirilib.

Fransa Xarici İşlər Nazirliyi hesab edir ki, Fransanın “Dağlıq Qarabağ respublikası”nın müstəqilliyini birtərəfli şəkildə tanıması heç kimə fayda verməyəcək.

Mədəniyyət komitəsinin sədri vurğulayıb ki, Fransa kimi nəhəng bir dövlətin qanunverici orqanı Ermənistan kimi bir cırtdan dövlətin haqsız tələb və iddialarının girovuna çevrilməməli idi. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də vurğuladığı kimi, Senatın qətnaməsi bizim üçün bir kağız parçasından artıq deyil və heç bir təsiri ola bilməz.

“Bu qətnamənin qəbulundan Azərbaycan hansısa fövqəladə itkilərə məruz qalmayacaq, bəlkə Fransanın özünün itirəcəkləri olacaq. Ermənistan hakimiyyəti də sanmasın ki, o, qazanan tərəf olacaq. Uğursuz, məğlub dövlət bir qətnamə ilə dirçələ bilməyəcək, əksinə, gələcək danışıqlarda, özü də, onu birtərəfli qaydada müdafiə edən Fransa da tam etibarsız tərəf olacaq. Azərbaycan Respublikasının ərazisində yaşayan ermənilər də bundan hansısa qazanc gözləməsin. Onların qazancı (əgər əldə edə bilsələr) “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi” olardı...

Dövlətimiz var olsun!”, - deyə deputat diqqətə çatdırıb.

 
  • Oxunub:  2100  |  
  • Tarix:  26-11-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağı üzrə sazişin imzalanması tarixi hadisədir

23 Yanvar 21:57
İşğaldan azad edilmiş Kəlbəcər rayonunun Qamışlı kəndinin videogörüntüləri yayımlanıb
23 Yanvar 21:25
Azərbaycanda koronovirusdan 705 nəfər sağalıb, 162 yeni yoluxma faktı qeydə alınıb
23 Yanvar 21:06
Dövlət Neft Şirkətinin Müşahidə Şurası yaradılıb FƏRMAN
23 Yanvar 20:38
Səfərbərlikdən tərxis olunanların müraciətlərinə baxılması üzrə komissiya tərəfindən ümumilikdə 5298 vətəndaş qəbul edilib
23 Yanvar 20:37
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
23 Yanvar 20:28
İşğaldan azad olunmuş Ağdamın aqrar potensialı - TƏHLİL
23 Yanvar 20:27
Həkim-infeksionist: Əhalinin 60 faizdən çoxu kütləvi şəkildə vaksinasiya olunarsa, bu zaman təsirli nəticədən danışa bilərik
23 Yanvar 20:24
Ayasofyada nümayiş etdirilən tarixi əsərlər 87 il sonra yenidən bu tarixi məkandaki yerini tutacaq
23 Yanvar 20:17
Milli Məclisin deputatları AŞPA-nın qış sessiyasında iştirak etmək üçün Strasburqda səfərdə olacaqlar
23 Yanvar 20:15
Prezident İlham Əliyev: Biz gərək ərzaq təhlükəsizliyinə düşünülmüş şəkildə yanaşaq
23 Yanvar 18:11
Alim Qasımov: Heydər Əliyev Sarayının səhnəsi mənim üçün çox əziz və tarixi səhnədir
23 Yanvar 17:57
Satoşi Nakanişi: Yaponiya Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır
23 Yanvar 17:54
Daxili İşlər Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib
23 Yanvar 17:48
Türkiyədə Azərbaycanın Qələbəsi şərəfinə xatirə sikkəsi buraxılıb
23 Yanvar 17:25
YAP-ın Siyasət Akademiyasının “Azərbaycan Respubikasında dövlət-din münasibətləri” mövzusunda videokonfrans formatında kursu keçirilib
23 Yanvar 17:24
Ağsaqqallar Şurasının sədr müavini Elmira Süleymanovaya “Vətənə xidmətə görə” ordeni təqdim edilib
23 Yanvar 17:22
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində IX məzun-karyera sərgisinin ilkin nəticələri açıqlanıb
23 Yanvar 16:53
YAP-ın Siyasət Akademiyasının “Azərbaycanda yeni siyasi mədəniyyətin formalaşması” mövzusunda videokonfrans formatında kursu keçirilib
23 Yanvar 16:51
“Yüksəliş” müsabiqəsi Prezidentin köməkçisi Hikmət Hacıyevin təqdimatında vebinar təşkil edib
23 Yanvar 16:14
Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir
23 Yanvar 16:11
Qəbələdə bu günədək 450 tibb işçisi peyvənd olunub
23 Yanvar 16:03
Keçən il sahələrdən 1,4 faiz çox tərəvəz yığılıb
23 Yanvar 15:48
Ötən il 3,2 milyon tondan çox taxıl istehsal edilib
23 Yanvar 15:37
KOBİA ilə TÜMKİAD anlaşma memorandumu imzalayıb
23 Yanvar 14:16
“Dostluq” yatağı Azərbaycanın neft-qaz sənayesinin perspektiv inkişafı baxımından böyük əhəmiyyətə malikdir
23 Yanvar 14:15
Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağı üzrə sazişin imzalanması tarixi hadisədir
23 Yanvar 14:09
Eldar İbrahimov: “Dostluq” yatağına dair razılaşma Azərbaycanla Türkmənistan arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini göstərir

23 Yanvar 14:08
Əli Kərimli yeni yalanlarının kölgəsinə sığınmağa çalışır

23 Yanvar 13:55
Ermənistanda siyasi böhranın növbəti mərhələsi...
23 Yanvar 13:53
Koronavirus xəstələrinin vəziyyətinin ağırlaşmasına səbəb olan əsas səhvlər hansılardır?
22 Yanvar 19:24
Milli Məclisin aqrar siyasət komitəsi yaz sessiyası üçün iş planını təsdiq edib
22 Yanvar 19:21
ADA Universiteti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və səmərəli təşkili mövzusunda sosioloji tədqiqat layihəsini həyata keçirəcək
22 Yanvar 18:55
Görkəmli sərkərdə Həzi Aslanovun anım mərasimi keçirilib
22 Yanvar 18:49
Milli Məclisin gənclər və idman komitəsinin yaz sessiyasının iş planı təsdiqlənib
22 Yanvar 18:48
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi yaz sessiyasında ilk iclasını keçirib
22 Yanvar 18:43
Azərbaycanda koronavirusdan 632 nəfər sağalıb, 280 yeni yoluxma faktı qeydə alınıb
22 Yanvar 18:39
Pandemiya dövründə fəal olan “Nəqliyyat könüllüləri” təltif edilib
22 Yanvar 18:37
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
22 Yanvar 18:29
Azərbaycanın və Gürcüstanın xarici işlər nazirləri arasında telefon danışığı olub
22 Yanvar 18:29
Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması məqsədilə onlayn videokonfrans keçirilib
22 Yanvar 18:05
Badminton III Avropa Oyunlarının proqramına daxil edilib
22 Yanvar 18:04
Nazir: “Dostluq” yatağı Azərbaycan və Türkmənistanın qardaşlıq münasibətlərinin rəmzi ifadəsidir
22 Yanvar 17:38
İşğaldan azad olunmuş Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndinin videogörüntüləri - VİDEO
22 Yanvar 17:36
Deputat: İmzalanan memorandum Xəzəryanı dövlətlər arasında əməkdaşlığın daha da genişlənməsinə şərait yaradacaq
22 Yanvar 17:09
Milli Məclisdə şəhid ailələri və əlilliyi olan şəxslərlə bağlı dinləmə keçiriləcək
22 Yanvar 16:56
Mərkəzi Bankın dövriyyədəki notlarının dəyəri 1 milyard manatı ötüb
22 Yanvar 16:50
Dövlət Komitəsində BMqT nümayəndəsi ilə görüş keçirilib
22 Yanvar 16:41
Son bir ayda qazilərdən ehtiyacı olanlara 600-dən çox reabilitasiya vasitəsi verilib
22 Yanvar 16:40
AHİK Qarabağ Dirçəliş Fonduna 100 min manat vəsait köçürüb
22 Yanvar 16:19
Rauf Əliyev: İşğaldan azad olunmuş ərazilərimizin potensialı çox yüksəkdir
22 Yanvar 16:17
Rəcəb Tayyib Ərdoğan: Bu həftənin sonuna qədər Çindən Türkiyəyə daha 10 milyon doza vaksin gətiriləcək
22 Yanvar 16:13
Mədəniyyət naziri: Zəfər Muzeyinin yeri ilə bağlı müzakirələr aparılır
22 Yanvar 16:08
Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
22 Yanvar 16:07
Milli Kitabxanada “Böyük Azərbaycan şairi və mütəfəkkiri – Nizami Gəncəvi” adlı kitab sərgisi açılıb
22 Yanvar 16:02
ÜST-nin Azərbaycan nümayəndəliyi və “ASAN Könüllüləri” Təşkilatı tibbi maska paylanması aksiyası keçirir
22 Yanvar 15:45
Anar Kərimov: Xudavəng monastırından səkkiz əsrlik freskaların aparılması böyük cinayətdir
22 Yanvar 15:41
TDƏŞ: Azərbaycan ilə Türkmənistan arasında Anlaşma Memorandumunun imzalanması məmnuniyyətlə qarşılandı
22 Yanvar 15:14
Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinq keçirilib
22 Yanvar 15:11
İşğaldan azad edilmiş torpaqlarımıza qayıdacaq əhali üçün məqsədli, çevik aktiv məşğulluq proqramları hazırlanır
22 Yanvar 15:09
Bəzi sənaye parkları və məhəllələri “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin tabeliyindən çıxarılıb
22 Yanvar 15:08
İraqın “Əl Zaman” qəzetində 20 Yanvar faciəsindən bəhs edən məqalə dərc olunub
22 Yanvar 14:56
Bakı Konqres Mərkəzi mükafata layiq görülüb
22 Yanvar 14:54
Türkiyə KİV-lərində Azərbaycan ilə Türkmənistan arasında imzalanan Anlaşma Memorandumu barədə geniş məlumatlar yayımlanıb
22 Yanvar 14:33
Xalqımız 20 Yanvarı milli ruhun sarsılmazlığı günü kimi 2021-ci ilin anım təqviminə yazdı
22 Yanvar 14:19
İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb – Fərman
22 Yanvar 14:17
ICESCO-nun Baş direktoru: Afrikada torpaqların şoranlaşması qitə əhalisinin 70 faizinin aclığı ilə nəticələnə bilər
22 Yanvar 14:00
Yaponiyada dağ-mədən sahəsində istifadə olunan müasir texnoloji həllər Azərbaycanda tətbiq edilə bilər
22 Yanvar 13:59
Müdafiə Nazirliyi işğaldan azad edilmiş Füzuli rayonunun Qarğabazar kəndinin videogörüntülərini paylaşıb - VİDEO
22 Yanvar 13:55
Paytaxta yağan qardan sonra operativ təmizlik tədbirləri görülür
22 Yanvar 13:51
Ötən il İqtisadiyyat Nazirliyinin Çağrı mərkəzinə 45 mindən çox müraciət ünvanlanıb

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA