Ana səhifə »  Xəbər lenti »  Azərbaycan ilə Naxçıvanı birləşdirən Zəngəzur dəhlizi haqqında maraqlı faktlar və kommunikasiyalar
A+   Yenilə  A-
Azərbaycan ilə Naxçıvanı birləşdirən Zəngəzur dəhlizi haqqında maraqlı faktlar və kommunikasiyalar

İsmayıl Əliyev,
Bakı Dövlət Universitetinin
kafedra müdiri, professor
Azərbaycanın və Rusiyanın prezidentlərinin, Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanatda Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilməsi ilə bağlı ayrıca bir müddəa var. Sənədə əsasən, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Həm də Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası nəzərdə tutulur. Bu xətt həm də Türkiyə Cümhuriyyətinin, İran İslam Respublikasının birbaşa, maneəsiz, qısa yolla, az vaxt ərzində Azərbaycana və Xəzər dənizi vasitəsilə ilə Orta Asiya respublikalarına çıxışını təmin edəcəkdir. Eyni zamanda, digər kommunikasiya xətlərinin çəkilməsi də ucuz başa gələcəkdir.
Məlum olduğu kimi, 1941-ci ildə çəkilən və Azərbaycanı Naxçıvan Muxtar Resublikası ilə bağlayan Mincivan - Culfa dəmir yolu xətti Ermənistanın hərbi təcavüzü nəticəsində 1991-ci ildən fəaliyyətini məcburi olaraq dayandırmışdır. Azərbaycanı Naxçıvan Muxtar Respublikasından ayıran Ermənistanın Meğri rayonunun Nüvədi kəndində anadan olmuş bir azərbaycanlı kimi bu bölgə haqqında bildiklərimi “Yeni Azərbaycan” qəzetinin oxucularına çatdırmağı özümə borc bilirəm. Həmin ərazi 46 km uzunluqda olub, onun da 24 km-i Nuvədi kəndinin payına düşür. Yerevana və Naxçıvana gedən qatarlar Zəngilan rayonunun Ağbənd kəndindən Meğri rayonunun Astazur kəndinə kimi olan məsafədə Ağbənddən sonra sərnişinlərin minib-düşmələri üçün Nüvədinin ərazisində yerləşən Sığırtda, sonra Nüvədi stansiyasında, daha sonra isə razyezd Nüvədidə və nəhayət Astazur kəndində bir neçə dəqiqə dayanırdı. Razyezd Nüvədidən Astazur erməni kəndinə qədər dağlıq ərazi olduğu üçün dəmir yolu xətti, demək olar ki, Araz çayına bəzən 15-20 metr yaxınlıqdan keçirdi. Sözügedən sahədə dəmir yolunu Araz çayından çox da aralıda çəkmək mümkün olmamışdır. Hətta dağların Araza çox yaxın və onları yarmaq çətin olduğuna görə 1941-ci ildə texniki imkanların çox da geniş olmadığı bir vaxtda dəmir yolu xəttinin keçməsi üçün məcburi qaydada həm Sığırtda, həm də razyezd Nüvədidə tunel vurulmuşdur. Həmin tunelləri yerli və qonşu rayonun sakinləri SSRİ dövləti tərəfindən yaradılmış qarnizondan maaş almaqla mühafizə edirdilər. Sığırtda və razyezd Nüvədidə həm də zastavalar yerləşirdi, Araz çayı boyu sərhədə tikanlı məftillər çəkilmişdi və həmin çəpərə elektrik cərəyanı buraxılmışdı. Bu vasitə ilə dəmir yolu və ərazi SSRİ əsgərləri tərəfindən İrandan qorunurdu. Hətta Nüvədi kəndinə və ərazi torpaqlarına Araz çayından nasoslarla borular vasitəsilə su vurmaq üçün hökmən zastavalardan icazə alınmalı idi.
Ulu Öndər Heydər Əliyev ötən əsrin 80-ci illərinin ortalarında Moskvada işləyərkən Onun təşəbbüsü ilə Nüvədi ərazisindən keçməklə Bakı - Naxçıvan avtomobil yolu çəkilməyə başlanmışdır. Həmin yol Bakıdan Nüvədiyə kimi (434 km), Naxçıvandan isə Meğrı rayonunun Aldərə kəndinə qədər çəkilmişdir. Erməni şovinistləri Nüvədi-Astazur arası təxminən 13-15 km və Astazur-Aldərə arası təxminən 5 km məsafənin birləşdirilib geniş asfalt yolun çəkilməsinə imkan vermədilər. Moskvaya yazdılar ki, guya bu yol Bakı-Mincivan-Qafan-Oxçu-Maralzəmi-Lehvaz-Meğri-Naxçıvan ərazilərindən keçməklə hazırdır, Nüvədi-Aldərə yolunu çəkib birləşdirməyə ehtiyac yoxdur, bu, artıq xərcdir. Əslində isə, onlar bunu etməklə həm Bakı - Naxçıvan yolunu lazımsız yerə 140 km uzadır, həm də dağ şəraitində beş-altı ay (payız-qış aylarında) gediş-gəlişi çətinləşdirirdilər.
Nüvədi kəndi Meğri rayonunun ərazisinin 40 faizini təşkil edirdi. Cəmi 12 kəndi, 15 min əhalisi olan rayonun 6 mini azərbaycanlılar idi. 1950-ci ildən 1991-ci ilə kimi Nüvədidə müəllim, bəzən də məktəb direktoru işləmiş atam Əhmədəli Əliyevin vətənpərvərliyi, ciddiliyi, tələbkarlığı və qayğısı nəticəsində Nüvədi məktəbini bitirən məzunlardan iki akademik, on nəfərə yaxın elmlər doktoru, yüz nəfərə yaxın elmlər namizədi yetişmişdir. Atam Əhmədəli Əliyevin yazdıqlarından: “...1945-ci ildə Yerevanın Lenin meydanından keçəndə Ermənistanın fanerdən düzəldilmiş bir xəritəsi diqqətimi cəlb etdi. Xəritənin aşağısında şərti işarələr yazılan yerdə respublikanın böyük şəhəri, böyük rayonu, böyük kəndi ifadələri yazılmışdı. Böyük şəhər ifadəsinin qarşısında Yerevan, böyük rayon ifadəsinin qarşısında Leninakan, böyük kənd ifadəsinin qarşısında isə Nüvədi yazılmışdı. ...Kəndin 19 min hektar ərazisi var idi ki, onun da 16 min hektarı yararlı torpaq sahəsi idi. Nüvədi kəndi hər il dövlətə 1000 ton nar, 500 ton üzüm, 100 ton əncir, 16 ton yun, 90 ton ət, orta hesabla hər gün 2 ton süd verirdi.” (“Nüvədi axıracan vuruşdu”, Respublika qəzeti, 12 fevral 1998- ci il, s.3).
Nüvədililər ilk dəfə 1905-1906-cı illərdə erməni təcavüzünə məruz qalmışlar. Araz çayını pələlərlə keçərək Nüvədinin qarşısında yerləşən İranın Misən kəndinə pənah gətirmişlər. Ana babam Sultanəli kişi biz uşaq olanda deyirdi ki, Misənli Hacı xan onları çox yaxşı qarşıladı. Gedən kimi iki top parça göndərib bildirmişdi ki, “...qaçqın gəlmisiniz, paltar tikdirin, arvad-uşaq çılpaq qalmasın”. Kəndin yuxarı hissəsində hamını baraklarda yerləşdirir və iş verir. Babamı da öz torpaqlarında işləmək üçün rəncbər götürür. Üç ildən sonra, 1910-cu ildə qaçqınlar yenə də Nüvədiyə qayıdırlar. Erməni işğalçılarının yorğan-döşəyin yunun və çuvallarda yığılmış taxılı yuna qarışdıraraq, parçaları apardıqlarının şahidi olurlar. Hacı xanın verdiyi parçadan qənaət etdikləri hissə onların yorğan-döşəyi bərpa etmələrinə kömək edir.
İkinci dəfə 1918-ci ildə ermənilər Zəngəzurun bir hissəsini, o cümlədən Meğrinin azərbaycanlılar yaşayan kəndləri ilə birgə Nüvədini də işğal edərək soydaşlarımızın bir qismini məhv etmiş, sağ qurtara bilənlər isə əsasən, Ordubada və Zəngilana pənah aparmışlar.
Üçüncü dəfə isə Nüvədi kəndinin əhalisi 1991-ci il avqust ayının 7- də Ermənistandan çıxan sonuncu azərbaycanlılar idi. Ulu Öndər Heydər Əliyev nüvədililərin 1988-1991-ci illərdə torpaqları uğrunda göstərdikləri müqaviməti yüksək qiymətləndirərək “Nüvədi kəndinin camaatı çox dəyanətli insanlardır” - demişdir.
Atam Əhmədəli Əliyevin “Bu kitabı Azərbaycan Respublikasının Prezidenti, vətənimizin tərəqqisində, müstəqilliyimizin əbədiləşməsində əvəzsiz xidmətlər göstərən millətimizin dahi oğlu möhtərəm Heydər Əliyevin anadan olmasının 80 illiyinə hədiyyə edirəm” - yazdığı “Azərbaycan dilinin Meğri şivələri” (Bakı,”Elm”, 2003-ü il, 581 s.), monoqrafiyası bu ərazilərin ən qədim azərbaycan torpaqları olduğunu bir daha təsdiq edir. Ulu Öndər Heydər Əliyevin göstərişi ilə AMEA-nın Rəyasət Heyətinin yerləşdiyi binada mütəxəssislərin iştirakı ilə həmin kitabın 4 saat təqdimat mərasimi keçirilmişdir.
Nüvədi kəndi 1929-cu ilə kimi Gəncə quberniyasının Cəbrayıl qəzasına baxmışdır. Kəndin ağsaqqallarından hazırda Bakı şəhərində yaşayan Balakişi Həsənov ata-babalarından eşitdiklərini xatırlayaraq söyləyir ki, Ermənistanda sovet hakimiyyəti qurulana qədər nüvədililər hər hansı bir sənəd almaq və ya məhkəmə işi ilə bağlı Cəbrayil qəzasının mərkəzi olan Malakana gedirmişlər. Həmin Malakan şəhərinin adı sovet dövründə dəyişdirilərək əvvəl Qarabulaq (Böyükbulaq), sonra Karyagin və daha sonra - 1959-cu ildən isə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin şərəfinə Füzuli şəhəri adlandırılmışdır.
Nüvədili ağsaqqal Balakişi Həsənovun eşidib xatırladığı bir əhvalatı da oxucuların diqqətinə çatdırmaq istəyirəm. 28 aprel 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra bolşevik ordusunun başçısı Smirnov vaxtilə Zəngilanda pristav işləmiş Cəbrayılı dəstəsi ilə bələdçi götürüb, Nüvədidən keçərək ermənilər yaşayan Astazur kəndinə gəlir. Smirnovun məqsədi ermənilərin sovetləşməyə münasibətini öyrənmək imiş. Ermənilər kənddə onları “çox yaxşı” qarşılayır, heyvan kəsilir, süfrə açılır, düzə şərab gətirilir. Erməni psixologiyasını yaxşı bilən Cəbrayıl kişi məclisi seyr edib görür ki, məclisdə yalnız qoca ermənilərdir, bir nəfər də olsun cavan erməni yoxdur. Başa düşür ki, burda ermənilər nəsə bir qurğu qurublar, xəyanət iyi gəlir. Rusların yeməyə oturmasına baxmayaraq, o öz adamları ilə yeməyə oturmayıb, məclisi tərk edir. Kənarda pusquda duran ermənilər ruslara hücum edirlər. Ruslar çətinliklə aradan çıxaraq yolda bələdçilərinə çatırlar. Ermənistanda isə Sovet hakimiyyəti 7 aydan sonra - 29 noyabr 1920-ci ildə qurulur. Bu da İtaliyan alimi Tasitin “...ermənilər xasiyyətcə ikiüzlü və xəyanətkardırlar” - yazdığının bir daha sübutudur. Rusiyanın vaxtilə Van və Ərzurumda baş konsulu işləmiş Mayevski isə “Xatirələr”ində yazırdı “... həqiqət ona görə yoxdur ki, erməni müəllifləri həmin həqiqətdən düşünülmüş şəkildə qaçırlar...”.
Gəncə quberniyasının Zəngəzur qəzası 1920-ci ildə Ermənistana veriləndən sonra Zəngilan rayonunun sərhədində yerləşən və 1929-cu ilə qədər inzibati ərazi bölgüsü cəhətdən Cəbrayıl qəzasına tabe olmuş Nüvədi kəndi Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası fəhlə, kəndli, qızıl ordu və matros deputatları sovetlərinin Mərkəzi Komitəsi Rəyasət Heyətinin 18 fevral 1920-ci il tarixli iclasının 3 №-li Protokolu əsasında Ermənistan SSR-in Meğri rayonuna verilmişdir. Azərbaycan Respublikasının izləri son vaxtlara kimi kəndin möhür və ştamplarında da mühafizə olunub saxlanılırdı. Məktəbin möhür və ştampında “Azərbaycan Şura Cumhuriyyəti Cəbrayıl qəzası Zəngilan rayonunun Nüvədi kənd ibtidai məktəbi” yazılmışdır.
Sonda qeyd etmək istəyirəm ki, Vətən müharibəsində qazandığımız tarixi qələbə xalqımızın, dünya azərbaycanlılarının sonsuz qürur mənbəyidir. Prezidentimizin xalqa güvəni, xalqın da Ali Baş Komandana inamı qələbəmizin əsası oldu! Allah Prezidentimizi, Ordumuzu qorusun!

 
  • Oxunub:  4200  |  
  • Tarix:  26-11-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağı üzrə sazişin imzalanması tarixi hadisədir

23 Yanvar 21:57
İşğaldan azad edilmiş Kəlbəcər rayonunun Qamışlı kəndinin videogörüntüləri yayımlanıb
23 Yanvar 21:25
Azərbaycanda koronovirusdan 705 nəfər sağalıb, 162 yeni yoluxma faktı qeydə alınıb
23 Yanvar 21:06
Dövlət Neft Şirkətinin Müşahidə Şurası yaradılıb FƏRMAN
23 Yanvar 20:38
Səfərbərlikdən tərxis olunanların müraciətlərinə baxılması üzrə komissiya tərəfindən ümumilikdə 5298 vətəndaş qəbul edilib
23 Yanvar 20:37
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
23 Yanvar 20:28
İşğaldan azad olunmuş Ağdamın aqrar potensialı - TƏHLİL
23 Yanvar 20:27
Həkim-infeksionist: Əhalinin 60 faizdən çoxu kütləvi şəkildə vaksinasiya olunarsa, bu zaman təsirli nəticədən danışa bilərik
23 Yanvar 20:24
Ayasofyada nümayiş etdirilən tarixi əsərlər 87 il sonra yenidən bu tarixi məkandaki yerini tutacaq
23 Yanvar 20:17
Milli Məclisin deputatları AŞPA-nın qış sessiyasında iştirak etmək üçün Strasburqda səfərdə olacaqlar
23 Yanvar 20:15
Prezident İlham Əliyev: Biz gərək ərzaq təhlükəsizliyinə düşünülmüş şəkildə yanaşaq
23 Yanvar 18:11
Alim Qasımov: Heydər Əliyev Sarayının səhnəsi mənim üçün çox əziz və tarixi səhnədir
23 Yanvar 17:57
Satoşi Nakanişi: Yaponiya Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır
23 Yanvar 17:54
Daxili İşlər Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib
23 Yanvar 17:48
Türkiyədə Azərbaycanın Qələbəsi şərəfinə xatirə sikkəsi buraxılıb
23 Yanvar 17:25
YAP-ın Siyasət Akademiyasının “Azərbaycan Respubikasında dövlət-din münasibətləri” mövzusunda videokonfrans formatında kursu keçirilib
23 Yanvar 17:24
Ağsaqqallar Şurasının sədr müavini Elmira Süleymanovaya “Vətənə xidmətə görə” ordeni təqdim edilib
23 Yanvar 17:22
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində IX məzun-karyera sərgisinin ilkin nəticələri açıqlanıb
23 Yanvar 16:53
YAP-ın Siyasət Akademiyasının “Azərbaycanda yeni siyasi mədəniyyətin formalaşması” mövzusunda videokonfrans formatında kursu keçirilib
23 Yanvar 16:51
“Yüksəliş” müsabiqəsi Prezidentin köməkçisi Hikmət Hacıyevin təqdimatında vebinar təşkil edib
23 Yanvar 16:14
Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir
23 Yanvar 16:11
Qəbələdə bu günədək 450 tibb işçisi peyvənd olunub
23 Yanvar 16:03
Keçən il sahələrdən 1,4 faiz çox tərəvəz yığılıb
23 Yanvar 15:48
Ötən il 3,2 milyon tondan çox taxıl istehsal edilib
23 Yanvar 15:37
KOBİA ilə TÜMKİAD anlaşma memorandumu imzalayıb
23 Yanvar 14:16
“Dostluq” yatağı Azərbaycanın neft-qaz sənayesinin perspektiv inkişafı baxımından böyük əhəmiyyətə malikdir
23 Yanvar 14:15
Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağı üzrə sazişin imzalanması tarixi hadisədir
23 Yanvar 14:09
Eldar İbrahimov: “Dostluq” yatağına dair razılaşma Azərbaycanla Türkmənistan arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini göstərir

23 Yanvar 14:08
Əli Kərimli yeni yalanlarının kölgəsinə sığınmağa çalışır

23 Yanvar 13:55
Ermənistanda siyasi böhranın növbəti mərhələsi...
23 Yanvar 13:53
Koronavirus xəstələrinin vəziyyətinin ağırlaşmasına səbəb olan əsas səhvlər hansılardır?
22 Yanvar 19:24
Milli Məclisin aqrar siyasət komitəsi yaz sessiyası üçün iş planını təsdiq edib
22 Yanvar 19:21
ADA Universiteti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və səmərəli təşkili mövzusunda sosioloji tədqiqat layihəsini həyata keçirəcək
22 Yanvar 18:55
Görkəmli sərkərdə Həzi Aslanovun anım mərasimi keçirilib
22 Yanvar 18:49
Milli Məclisin gənclər və idman komitəsinin yaz sessiyasının iş planı təsdiqlənib
22 Yanvar 18:48
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi yaz sessiyasında ilk iclasını keçirib
22 Yanvar 18:43
Azərbaycanda koronavirusdan 632 nəfər sağalıb, 280 yeni yoluxma faktı qeydə alınıb
22 Yanvar 18:39
Pandemiya dövründə fəal olan “Nəqliyyat könüllüləri” təltif edilib
22 Yanvar 18:37
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
22 Yanvar 18:29
Azərbaycanın və Gürcüstanın xarici işlər nazirləri arasında telefon danışığı olub
22 Yanvar 18:29
Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması məqsədilə onlayn videokonfrans keçirilib
22 Yanvar 18:05
Badminton III Avropa Oyunlarının proqramına daxil edilib
22 Yanvar 18:04
Nazir: “Dostluq” yatağı Azərbaycan və Türkmənistanın qardaşlıq münasibətlərinin rəmzi ifadəsidir
22 Yanvar 17:38
İşğaldan azad olunmuş Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndinin videogörüntüləri - VİDEO
22 Yanvar 17:36
Deputat: İmzalanan memorandum Xəzəryanı dövlətlər arasında əməkdaşlığın daha da genişlənməsinə şərait yaradacaq
22 Yanvar 17:09
Milli Məclisdə şəhid ailələri və əlilliyi olan şəxslərlə bağlı dinləmə keçiriləcək
22 Yanvar 16:56
Mərkəzi Bankın dövriyyədəki notlarının dəyəri 1 milyard manatı ötüb
22 Yanvar 16:50
Dövlət Komitəsində BMqT nümayəndəsi ilə görüş keçirilib
22 Yanvar 16:41
Son bir ayda qazilərdən ehtiyacı olanlara 600-dən çox reabilitasiya vasitəsi verilib
22 Yanvar 16:40
AHİK Qarabağ Dirçəliş Fonduna 100 min manat vəsait köçürüb
22 Yanvar 16:19
Rauf Əliyev: İşğaldan azad olunmuş ərazilərimizin potensialı çox yüksəkdir
22 Yanvar 16:17
Rəcəb Tayyib Ərdoğan: Bu həftənin sonuna qədər Çindən Türkiyəyə daha 10 milyon doza vaksin gətiriləcək
22 Yanvar 16:13
Mədəniyyət naziri: Zəfər Muzeyinin yeri ilə bağlı müzakirələr aparılır
22 Yanvar 16:08
Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
22 Yanvar 16:07
Milli Kitabxanada “Böyük Azərbaycan şairi və mütəfəkkiri – Nizami Gəncəvi” adlı kitab sərgisi açılıb
22 Yanvar 16:02
ÜST-nin Azərbaycan nümayəndəliyi və “ASAN Könüllüləri” Təşkilatı tibbi maska paylanması aksiyası keçirir
22 Yanvar 15:45
Anar Kərimov: Xudavəng monastırından səkkiz əsrlik freskaların aparılması böyük cinayətdir
22 Yanvar 15:41
TDƏŞ: Azərbaycan ilə Türkmənistan arasında Anlaşma Memorandumunun imzalanması məmnuniyyətlə qarşılandı
22 Yanvar 15:14
Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinq keçirilib
22 Yanvar 15:11
İşğaldan azad edilmiş torpaqlarımıza qayıdacaq əhali üçün məqsədli, çevik aktiv məşğulluq proqramları hazırlanır
22 Yanvar 15:09
Bəzi sənaye parkları və məhəllələri “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin tabeliyindən çıxarılıb
22 Yanvar 15:08
İraqın “Əl Zaman” qəzetində 20 Yanvar faciəsindən bəhs edən məqalə dərc olunub
22 Yanvar 14:56
Bakı Konqres Mərkəzi mükafata layiq görülüb
22 Yanvar 14:54
Türkiyə KİV-lərində Azərbaycan ilə Türkmənistan arasında imzalanan Anlaşma Memorandumu barədə geniş məlumatlar yayımlanıb
22 Yanvar 14:33
Xalqımız 20 Yanvarı milli ruhun sarsılmazlığı günü kimi 2021-ci ilin anım təqviminə yazdı
22 Yanvar 14:19
İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb – Fərman
22 Yanvar 14:17
ICESCO-nun Baş direktoru: Afrikada torpaqların şoranlaşması qitə əhalisinin 70 faizinin aclığı ilə nəticələnə bilər
22 Yanvar 14:00
Yaponiyada dağ-mədən sahəsində istifadə olunan müasir texnoloji həllər Azərbaycanda tətbiq edilə bilər
22 Yanvar 13:59
Müdafiə Nazirliyi işğaldan azad edilmiş Füzuli rayonunun Qarğabazar kəndinin videogörüntülərini paylaşıb - VİDEO
22 Yanvar 13:55
Paytaxta yağan qardan sonra operativ təmizlik tədbirləri görülür
22 Yanvar 13:51
Ötən il İqtisadiyyat Nazirliyinin Çağrı mərkəzinə 45 mindən çox müraciət ünvanlanıb

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA