Ana səhifə »  Xəbər lenti »  Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının iclası keçirilib
A+   Yenilə  A-
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının iclası keçirilib

Noyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbovun sədrliyi ilə təşkilatın Siyasi Şurasının iclasında “Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının fəaliyyəti və qarşıda duran vəzifələr” müzakirə olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin “Hər bir azərbaycanlı bilməlidir və hazır olmalıdır ki, əgər bizim bütün cəhdlərimiz nəticə verməsə, nəyin bahasına olursa-olsun, canımızın, qanımızın bahasına olsa da, işğal olunmuş torpaqlarımızı azad etməli, Azərbaycanın sərhədlərinin toxunulmazlığını, ərazi bütövlüyünü təmin etməliyik”,- fikirləri ilə iclası açaraq deyib ki, Ulu Öndərin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə ordu quruculuğuna xüsusi diqqət yetirmiş, güclü və qüdrətli Azərbaycan Ordusu yaradılmışdır. Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz ikinci Qarabağ müharibəsində ərazi bütövlüyümüzü bərpa etmiş, torpaqlarımız işğaldan azad olunmuş, Azərbaycan düşmən üzərində böyük tarixi qələbə qazanmışdır. Bu qələbənin qazanılmasında yaralanıb sağlamlığını itirənlər və şəhid olanlar da olub.

Ali Məclisin Sədri Vətən müharibəsində yaralananlara şəfa diləyib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iclasda məruzə edərək deyib: 1992-ci il noyabrın 21-də ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında təsis konfransı keçirilən Yeni Azərbaycan Partiyası ötən dövrdə böyük inkişaf yolu keçmişdir. Ulu Öndərimiz Yeni Azərbaycan Partiyasının yaradılması zərurətini belə əsaslandırmışdır: “Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının mənafelərinə xidmət etmək üçün və xalqın ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranmış partiyadır. Buna görə də bizim əsasımız vardır deyək ki, Yeni Azərbaycan Partiyası müstəqilliyin həyata keçirilməsinin əsas qüvvəsidir və təkcə onun qorunub saxlanmasının yox, Azərbaycanın müstəqil dövlət kimi inkişaf etməsinin təminatçısıdır”.

Qeyd olunub ki, tarix bir daha təsdiq etdi ki, Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının mütləq iradəsini əks etdirən siyasi təşkilat kimi dünənimizin, bu günümüzün və gələcəyimizin partiyasıdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etmiş, müstəqilliyimizi qorumuşdur. Bu gün isə ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev Azərbaycanı davamlı inkişaf yoluna çıxarmış, dünya ölkələri içərisində öz layiqli yerini tutmuşdur. Ölkəmizdəki bugünkü inkişaf və tərəqqiyə, sabitliyə, təhlükəsizlik və yüksək rifaha Yeni Azərbaycan Partiyasının ideoloji prinsiplərinin həyata keçirilməsi nəticəsində nail olunmuşdur. Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsi və qazandığı böyük tarixi qələbə də Ümummilli Liderimiz tərəfindən işlənib hazırlanmış və Yeni Azərbaycan Partiyasının platformasında öz əksini tapmış ordu quruculuğu strategiyasının uğurlu davam etdirilməsinin nəticəsidir.

Ali Məclisin Sədri qarşıda duran vəzifələrin icrası ilə bağlı müvafiq tapşırıqlar verərək deyib: Bu gün Naxçıvan Muxtar Respublikası Yeni Azərbaycan Partiyasının proqramının həyata keçirilməsi nəticəsində yüksək inkişafa nail olmuşdur. Makroiqtisadi göstəricilərin ilbəil artması, abadlıq-quruculuq işlərinin həcminin və miqyasının genişlənməsi, əhali rifahının yaxşılaşması Ulu Öndərimizin yoluna sədaqətin bəhrələridir. Bütün bunların hesabınadır ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının sıraları xeyli genişlənmişdir. Hazırda partiyanın muxtar respublika təşkilatının 57 mindən çox üzvü vardır ki, onların da 44 faizi qadınlar, 41 faizi isə gənclərdir. Partiya üzvləri muxtar respublikanın siyasi fəal əhalisinin 18 faizini təşkil edir. Ümummilli Liderimiz deyirdi ki, “Yeni Azərbaycan Partiyasına xidmət etmək Vətənə, millətə, müstəqil Azərbaycan dövlətinə xidmət etməkdir”. Dahi şəxsiyyətin bu fikirləri partiyanın Naxçıvan Muxtar Respublika təşkilatının əsas fəaliyyət istiqaməti olmalıdır. Yeni Azərbaycan Partiyasının tarixi və keçdiyi yol müasir Azərbaycanın inkişaf tarixidir. Lakin biz əldə olunanlarla kifayətlənməməli, real həyat şərtlərinə uyğun olaraq fəaliyyət göstərməliyik. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı bundan sonra da muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatlarda yaxından iştirak etməli, ümumi inkişafın mahiyyətinə uyğun təhlillər aparılmalı, işə yaradıcı yanaşılmalı, təkliflər verilməlidir.

Ali Məclisin Sədri deyib: Hər bir siyasi təşkilat özünün gələcəyini düşünür. Çünki bunsuz siyasi fəaliyyət mümkün deyil. Partiyanın Heydər Əliyev adına Gənclər Birliyi də aid dövlət qurumları ilə birlikdə yaradılmış şəraitdən səmərəli istifadə etməli, gənclərin partiya sıralarında formalaşması diqqətdə saxlanılmalı, varislik təmin olunmalıdır. Partiyanın İcra Katibliyi, Gənclər Birliyi, şəhər və rayon təşkilatları yeni üzvlərlə fərdi işə üstünlük verməli, onların siyasi bilikləri yoxlanılmalı, təsadüfi şəxslərin partiya sıralarına qəbuluna imkan verilməməlidir. Yeni Azərbaycan Partiyasının üzvü olmaq böyük məsuliyyət deməkdir. Qarşıda duran əsas vəzifələrdən biri də hər bir üzvün partiya işində yaxından iştirakını təmin etməkdir. Çalışıb ona nail olmaq lazımdır ki, üzvlər öz fəaliyyətlərində partiyanın prinsiplərini əsas götürsün, onun nüfuzunu qorusun, ideyalarını təbliğ etsin, ictimai-siyasi məsələlərdə aktivlik göstərsin, fəal vətəndaş mövqeyi tutaraq milli dəyərlərimizin, adət-ənənələrimizin qorunması və yaşadılması işində yaxından iştirak etsinlər.

Ulu Öndərimiz deyirdi ki, “Yeni Azərbaycan Partiyası qəlbən ona bağlı olanların partiyasıdır. Yalnız bu yolla biz partiyamızı sağlamlaşdıra, daha da mətinləşdirə, daha da gücləndirə bilərik”. Ona görə də hər bir partiya üzvü fəaliyyətini ümumi siyasi xəttə uyğun qurmalı, xüsusilə seçki prosesləri zamanı layiqli namizədlər irəli sürülməlidir. Partiya işinin təşkilində ərazi ilk təşkilatlarının üzərinə mühüm vəzifələr düşür. Hazırda muxtar respublikada 502 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir. Ərazi ilk təşkilatları üçün lazımi iş şəraiti yaradılıb. Ona görə də yerlərdə vətəndaşlarla işə üstünlük verilməli, həyata keçirilən tədbirlərin mahiyyəti düzgün izah olunmalı, səmərəli təbliğat mexanizmi qurulmalı, tikilənlərə, qurulanlara biganə münasibətin qarşısı alınmalıdır.

Qeyd olunub ki, qadınların ictimai-siyasi həyatda fəal iştirakı vacib məsələdir. Partiyanın Naxçıvan Muxtar Respublika Təşkilatında qadınların sayı və fəallığı ilbəil artır. Ona görə də partiyanın qadınlar şuraları yeni layihələr üzərində işləməli, keçirilən tədbirlərin məzmunu və keyfiyyəti artırılmalıdır. Müasir dövrdə informasiya-məlumatlandırma işi sağlam cəmiyyət quruculuğunda əsas məsələdir. İcra Katibliyi, Gənclər Birliyi, şəhər və rayon təşkilatları bu amili diqqətdə saxlamalı, ictimai fikir düzgün istiqamətləndirilməli, partiyanın gənc üzvlərinin, kütləvi informasiya vasitələrinin və sosial medianın imkanlarından səmərəli istifadə olunmalıdır. Partiya işində nizam-intizam başlıca şərtdir. Yeni Azərbaycan Partiyasının üzvü cəmiyyət və dövlət qarşısındakı məsuliyyətini dərk etməli, işə münasibətdə daim tələbkar olmalı, verilən tapşırıqları vaxtında yerinə yetirməlidir. Partiya işini pozan və nüfuzunu qorumayan üzvlər partiya sıralarından kənarlaşdırılmalıdır. Bununla yanaşı, İcra Katibliyində, şəhər və rayon təşkilatlarında, eləcə də ərazi ilk təşkilatlarında sənədlərlə işə də diqqət artırılmalı, arayış və hesabatlar vaxtında təqdim olunmalıdır.

Ali Məclisin Sədri deyib: Ulu Öndərimiz Yeni Azərbaycan Partiyasını yaradarkən qarşıya bir məqsəd qoymuşdu: Azərbaycanın müstəqilliyini qorumaq, Azərbaycanı yaşatmaq və qüdrətli dövlətə çevirmək. Qarşıdakı illərdə də dahi rəhbərin ideyaları əsas fəaliyyət istiqamətimiz olacaqdır. Partiyamızı və ölkəmizi Üümummilli Liderin yolu ilə aparan dövlət başçısı cənab İlham Əliyevin dediyi kimi: “Bizim siyasətimiz Heydər Əliyev siyasətidir, Heydər Əliyevin qoyduğu yoldur. Bizim dayağımız Azərbaycan xalqıdır və iqtidarın mənbəyi xalqdır. Biz bütün təşəbbüslərdə Azərbaycan xalqının dəstəyinə arxalanırıq. Bizim ideologiyamız azərbaycançılıq, dövlətçilik, müstəqillik ideologiyasıdır. Bu da bütün cəmiyyəti birləşdirir və biz bu yolla uğurla addımlayırıq”.

Ali Məclisin Sədri bu yolda partiya üzvlərinə uğurlar arzulayıb.

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının İcra katibi Anar İbrahimov Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının ötən dövrdəki fəaliyyəti ilə bağlı hesabatla çıxış edərək deyib ki, muxtar respublika təşkilatı üç seçki kampaniyasında - 23 dekabr Bələdiyyə və 9 fevral tarixində keçirilmiş Azərbaycan və Naxçıvan Muxtar Respublikasındakı parlament seçkilərində itirak edib və hər üç siyasi kampaniyada qələbə qazanaraq, siyasi nüfuzunu və sosial dəstəyini bir daha nümayiş etdirib. Bələdiyyə seçkilərində təşkilatımız öz işini seçki qanunvericiliyi əsasında qurub, 170 bələdiyyə üzrə mövcud olan 1486 yerin 1114-nü qazanıb. Milli Məclisə seçkilər üzrə Yeni Azərbaycan Partiyasını təmsil edən namizədlər bütövlükdə muxtar respublikada 99 min 845 etibarlı səs qazanıblar, bu da seçkidə iştirak edən seçicilərin 52 faizini təşkil edir. 2020-ci il yanvarın 1-nə partiya üzvlərinin sayı 56 min 697 nəfər olmuşdursa, hazırda üzvlərin sayı 57 min 241 nəfərdir. Onların 24 min 959-u qadın, 23 min 78-i isə gənclərdir. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatında ziyalıların və ali təhsilli üzvlərin sayı artıb. Onlardan 39 faizi ali, 21,2 faizi isə orta-ixtisas təhsillidir. Bu gün partiya uçotunda duranların 27-si elmlər, 178-i isə fəlsəfə doktorlarıdır. Bununla yanaşı, üzvlərin 18,8 faizi təhsil, 6,6 faizi səhiyyə, 4,7 faizi elm, mədəniyyət və incəsənət sahəsində, 5,1 faizi idarəetmə strukturlarında, 47,2 faizi digər sahələrdə çalışanlardan, 4,3 faizi təqaüdçülərdən, 4,6 faizi tələbələrdən ibarətdir. Üzvlərdən 3-ü Azərbaycan Respublikasının Milli Məclisinin, 41-i isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır. Kəndlərdə ərazi ilk partiya təşkilatları üçün iş otaqlarının ayrılması davam etdirilib, 7 ərazi ilk partiya təşkilatı kənd mərkəzlərində müasir iş otaqları ilə təmin olunub. Cari ildə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı, şəhər və rayon partiya təşkilatlarının xətti ilə 23 müxtəlif tədbir keçirilib, 21 İdarə Heyəti, 11 Şura yığıncağı olub.

Yeni Azərbaycan Partiyası Ordubad rayon Təşkilatının sədri Ehtibar İsmayılov çıxış edərək deyib ki, siyasi partiyalar o zaman uzunömürlü olur ki, onun arxasında xalq, fəaliyyətində isə real iş dayanır. Sağlam qüvvələri öz ətrafında birləşdirən Yeni Azərbaycan Partiyası da məhz belə siyasi təşkilatdır. Partiyamızın qurucusu, ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin Ali Məclis Sədri tərəfindən uğurla həyata keçirilməsinin nəticəsidir ki, muxtar respublikamızın, o cümlədən Ordubad rayonunun siması tanınmaz dərəcədə dəyişilib, yaşayış məntəqələri müasir görkəmə qovuşub. Cari ildə Ordubad rayonunda 24 obyektdə tikinti işləri aparılıb, hər bir yaşayış məntəqəsində Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatları üçün lazımi iş şəraiti yaradılıb. Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatında 54 ilk partiya təşkilatı mövcuddur və 6513 nəfər partiya sıralarında təmsil olunur. Onlardan 3137-si qadın, 1593-ü isə gənclərdir. 2020-ci ilin ötən dövründə Ordubad rayonunda 184-ü gənc, 137-si qadın olmaqla 289 nəfər Yeni Azərbaycan Rartiyasının sıralarına qəbul olunub. Partiya üzvləri rayonun, eləcə də muxtar respublikanın ictimai işlərdə daim fəal iştirak edirlər.

Naxçıvan Dövlət Universitetinin müəllimi Aidə Cəlilzadə çıxış edərək deyib: Muxtar respublikada qazanılan ən böyük nailiyyətlərdən biri də yaşından və cəmiyyətdəki sosial statusundan asılı olmayaraq insanlardakı vətənpərvərlik hissidir. Naxçıvanın mərd oğullarının Vətən müharibəsində göstərdiyi qəhrəmanlığın əsasında da məhz bu vətənpərvərlik dayanırdı. Hazırda Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı üzvlərinin 23 min 78-i gənclər təşkil edir. Yeni Azərbaycan Partiyasının üzvü olan gənclərdən 12 min 203-ü qadındır. V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilən seçkilərdə muxtar respublika parlamentində 7 nəfərlə təmsil olunan qadınlarımızın sayı VI çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilən seçkilərdə 11 nəfərə çatdırılıb ki, onların da hamısı Yeni Azərbaycan Partiyasının üzvləridir. Partiyamız sıralarında təmsil olunan qadınlarımızdan 1-i Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 186-sı bələdiyyə üzvü, 120-si ərazi ilk partiya təşkilatı sədrləridir. Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk partiya təşkilatının 2162 üzvü vardır. Onlardan 211-i professor-müəllim heyəti, 1210-u isə qızlardır. Vaxtilə ərazi ilk təşkilatının fəalları olan gənclər hazırda ölkəmizin və muxtar respublikamızın müxtəlif ictimai-siyasi strukturlarında uğurla fəaliyyət göstərirlər. Tələbə olarkən Yeni Azərbaycan Partiyasına daxil olaraq ilk siyasi təcrübəsinə buradan başlayan, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputat seçilən və təhsil aldığım universitetdə müəllim kimi çalışan biri kimi öz timsalımda partiyamızın gənclərin düzgün istiqamətləndirilməsi, istedadlarının üzə çıxarılması və onların önə çəkilməsi, gender bərabərliyinin təmin olunmasındakı rolunu xüsusi vurğulamaq istərdim.

Çıxış edənlər minnətdarlıqlarını bildirib, ordumuzun qazandığı tarixi qələbə münasibətilə Ali Məclisin Sədrini partiya üzvləri adından təbrik ediblər.

Sonra Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının qərarı oxunub, Siyasi Şuranın və İdarə Heyətinin yeni tərkibi səsə qoyularaq qəbul edilib. Qərara əsasən Məhərrəmov Saleh Heydər oğlu Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının və İdarə Heyətinin tərkibindən çıxarılıb, İsmayılov Ehtibar Şəhrud oğlu və Cəlilzadə Aidə Məhəmməd qızı Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının, İsayev Elbrus Saleh oğlu isə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İdarə Heyətinin tərkibinə daxil ediliblər.

Ehtibar İsmayılov, Aidə Cəlilzadə və Elbrus İsayev göstərilən yüksək etimada görə minnətdarlıq edib, bundan sonra da qarşıya qoyulan vəzifələrin icrasında səylə çalışacaqlarını bildiriblər.

Ali Məclisin Sədri gənclərin siyasi cəhətdən düzgün formalaşdırılması, partiya sıralarındakı nümunəvi gənclərin fəaliyyətinin təbliğ olunması və görüşlərin keçirilməsi, muxtar respublikada nəşr olunmuş kitablardan, xüsusilə də Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı”, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının əməkdaşı, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Mətanət Məmmədovanın “Naxçıvanın publisistik xəritəsi” və Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirlinin “Yaratmaq amalı” kitablarının gənclərin vətənpərvərlik tərbiyəsində əsas mənbə kimi istifadə olunması barədə tapşırıqlar verib.

Ali Məclisin Sədri Yeni Azərbaycan Partiyasının yaranmasının 28-ci ildönümü və qazanılan tarixi qələbə münasibətilə partiyanın muxtar respublika təşkilatının üzvlərini təbrik edib.

 
  • Oxunub:  1470  |  
  • Tarix:  21-11-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

İtkin düşmüş hesab olunan hərbi qulluqçularımızın taleyinin müəyyənləşdirilməsi üçün BQXK və Rusiya sülhməramlılarının komandanlığı ilə təmaslar davam etdirilir

02 Dekabr 19:44
Kazanda 6-cı İslam Əməkdaşlıq Təşkilatı Gənc Sahibkarlar Forumu keçirilib
02 Dekabr 19:41
Azərbaycan Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verib
02 Dekabr 19:37
Ədliyyə naziri torpaqlarımızın işğaldan azad olunması ilə bağlı xarici həmkarlarına müraciət ünvanlayıb
02 Dekabr 19:29
Deputat: 30 ilə yaxın müddətdə “qalib” ədası ilə lovğalanan Ermənistanın çöküşü qaçılmazdır
02 Dekabr 19:20
Sülhməramlı kontingent üçün gətirilən növbəti maddi-texniki təminat vasitələri təyinat məntəqəsinə çatdırılıb - VİDEO
02 Dekabr 18:36
QDİƏT PM və Baltik Assambleyasının Daimi Komitələrinin birgə iclası keçirilib
02 Dekabr 18:31
Mövlud Çavuşoğlu: Türkiyə münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində danışıqlar yolu ilə həllini hər zaman dəstəkləyib
02 Dekabr 18:30
Tarixi Zəfər qazanmaqla Azərbaycan özünü qalib xalq,məğlubedilməz dövlət kimi təsdiq etdi
02 Dekabr 17:42
Həkim-infeksionist: Qanda anticisimlərin olmasına baxmayaraq, yenidən koronavirusa yoluxma ehtimalı var
02 Dekabr 17:28
Livanlı muzdlu-terrorçu Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən məsuliyyətə cəlb edilib
02 Dekabr 17:06
Misir qəzetində “Xalqının tarixi liderinə çevrilən Prezident” sərlövhəli məqalə dərc edilib
02 Dekabr 16:54
Çinin kosmik aparatı Ayda ilk süxur nümunələrini toplayıb
02 Dekabr 16:52
Müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə başlanılır
02 Dekabr 16:46
Deputat: Böyük iqtisadi imkanlara malik Azərbaycan işğaldan azad edilmiş ərazilərin sürətli inkişafına nail olacaq
02 Dekabr 16:41
Hulusi Akar: Türkiyə və Rusiya zabitləri Qarabağda atəşkəsin davamlı olması üçün birlikdə xidmət aparacaqlar
02 Dekabr 16:38
Akif Qurbanov: insanların bir qismində koronavirusa qarşı immunitet yaranmayana qədər pandemiya ilə mübarizə aparmaq çətin olacaq
02 Dekabr 16:05
Səfir: Azərbaycanın ərazi bütövlüyünə dəstək vermək İranın prinsipial mövqeyidir
02 Dekabr 15:44
Deputat: Qələbənin mənəvi-psixoloji əhəmiyyəti heç də hərbi və siyasi nəticələrindən az önəm kəsb etmir
02 Dekabr 15:40
Yoluxma saylarını azaltmaq və vəziyyəti nəzarət altına almaq üçün ən azı iki həftəlik sərt karantin tədbirlərinə ehtiyac var
02 Dekabr 15:39
Türkiyə mediası: Azərbaycanın qazandığı qələbə bölgənin inkişafı üçün yeni perspektivlər açır
02 Dekabr 15:37
Azərbaycanın və Özbəkistanın Xarici İşlər nazirləri arasında telefon danışığı olub
02 Dekabr 15:33
Son vaxtlar koronavirusa yoluxmada əsas artım mənbəyi ailədaxili yoluxmalardır
02 Dekabr 15:31
“Bakı Prosesi” qlobal təşəbbüsünün 12 ili tamam olur
02 Dekabr 15:29
Koronavirus daşıyıcıları əsasən 20 yaşa qədər olan vətəndaşlardır
02 Dekabr 15:13
Anar Məmmədov: İşğaldan azad olunmuş ərazilərimizdə böyük quruculuq işləri həyata keçiriləcək və həmin torpaqlarda həyat yenidən canlanacaq
02 Dekabr 15:00
Adil Əliyev: Laçın rayonunun işğaldan azad edilməsi şanlı qələbəmizin təcəssümüdür
02 Dekabr 14:59
Ağalar Vəliyev: “Laçının işğaldan azad edilməsi Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin uzun illər apardığı düşünülmüş siyasətin nəticəsi və son iki ayda qazandığı möhtəşəm hərbi və siyasi uğurların zirvəsinə çevrildi”
02 Dekabr 14:56
Mehriban Abasquliyeva: Azərbaycan dövləti Laçının əvvəlki şöhrətini özünə qaytaracaq
02 Dekabr 14:50
Müdafiə Nazirliyi Laçın rayonunun Qarıqışlaq kəndindən videogörüntülər yayıb VİDEO
02 Dekabr 14:48
Həkim təyinatı olmadan müalicə aparılması yolverilməzdir
02 Dekabr 14:33
Ötən həftə Azərbaycanda 25 min 895 nəfər koronavirusa yoluxub
02 Dekabr 14:22
Şuşaya aparan yeni yolun tikintisinə yerli və xarici şirkətlər cəlb edilib
02 Dekabr 14:20
Azərbaycanda koronavirus infeksiyasına daha 3942 yoluxma faktı qeydə alınıb, 2265 nəfər sağalıb
02 Dekabr 14:19
Soltan Məmmədov: Azərbaycan Prezidentinin qətiyyəti, xalqın inamına söykənən iradəsi qazanılmış qələbənin əsasını təşkil edir
02 Dekabr 14:07
Kəlbəcər rayonu Söyüdlü qızıl yatağı - VİDEO
02 Dekabr 14:01
“Qarabağ” klubu “Makkabi” ilə oyun üçün İstanbula yola düşüb
02 Dekabr 13:47
UNESCO-nun İcra Şurasının 210-cu sessiyasının plenar iclası başlayıb
02 Dekabr 13:37
Paytaxtın Nəsimi rayonunda “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
02 Dekabr 13:34
Azərbaycanda Zəfər Günü təsis edilib - SƏRƏNCAM
02 Dekabr 13:32
Müzəffər Ali Baş Komandan və rəşadətli Ordumuz 30 illik əsarətdə olan ərazilərimizi 2 ay ərzində tam azad etməklə möhtəşəm zəfər tarixi yazdı
02 Dekabr 13:17
Publisistik düşüncələr: Günəşli payızın qırx dörd anı
02 Dekabr 13:13
Otuz illik münaqişənin nəticəsi: Ermənistan məğlub oldu, Azərbaycan isə qələbə qazanaraq ərazi bütövlüyünü təmin etdi
02 Dekabr 13:11
Laçın sakini: Rayonumuzdan ağlaya-ağlaya çıxmışdıq, gülə-gülə qayıdacağıq
02 Dekabr 13:09
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir
02 Dekabr 13:06
Prezident İlham Əliyev Azərbaycanda Anım Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb
02 Dekabr 12:21
“Azərkosmos” cari ildə 30 ölkəyə 37,8 milyon dollarlıq xidmət ixrac edib
02 Dekabr 12:19
Ermənistanın hərbi texnika itkisinin dəyəri 3,8 milyard dollardır – Təhlil
02 Dekabr 12:16
Azərbaycan XİN Fransa parlamentinin bir qrup üzvünün Dağlıq Qarabağa planlaşdırılan səfərinə münasibət bildirib
02 Dekabr 12:10
Müdafiə Nazirliyi vətəndaşlara müraciət edib
02 Dekabr 12:08
Hikmət Babaoğlu: Azərbaycan yeni reallıq yaratmaqla özünə mühüm strateji perspektiv təmin edib
02 Dekabr 10:09
Peru mətbuatında Ermənistanın Azərbaycana qarşı təcavüzünün tarixi barədə danışılıb
02 Dekabr 10:07
Tarixi zəfərimiz Prezidentin müdrik siyasətinin təsdiqidir
02 Dekabr 09:53
Gənclər təşkilatları ölkəmizin ərazi bütövlüyünün bərpası münasibətilə Ulu Öndərin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib
02 Dekabr 09:32
Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir
02 Dekabr 09:31
Yeni növ koronavirus infeksiyası bütün dünyanı təhdid edir
02 Dekabr 09:30
Budurmu “Fransa demokratiyası”?!
02 Dekabr 09:25
Təmraz Tağıyev: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz tarix yazdı
02 Dekabr 09:24
Fəqət Şadlinskaya: Bu gün Azərbaycan xalqı möhtəşəm qələbənin sevincini yaşayır
02 Dekabr 09:21
Ənvər Haqverdiyev: 44 günlük müharibə Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı
02 Dekabr 09:20
Rövlan Heydərov: Vətən müharibəsi Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinə qızıl hərflərlə yazıldı
02 Dekabr 09:18
Sabir Rüstəmxanlı: Qərəzli qətnamə Azərbaycan üçün heç bir əhəmiyyət daşımır
02 Dekabr 09:17
Elşən Musayev: Fransa Senatı tərəfindən belə qərəzli mövqe ortaya qoyulması qəbuledilməzdir
02 Dekabr 09:16
Tural Abbaslı: Fransa anlamalıdır ki, Azərbaycan artıq heç bir ədalətsizliyə, haqsızlığa dözmək niyyətində deyil
02 Dekabr 09:14
Fərəc Quliyev: Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu döyüş meydanında öz sözünü deyib

02 Dekabr 09:12
Radikal müxalifət möhtəşəm tarixi qələbəmizə kölgə salmaq üçün canfəşanlıq edir

02 Dekabr 09:10
Ermənistan reallığı: xaos, anarxiya, böhran və qarşıdurma
02 Dekabr 09:07
Tütünçülüyün inkişafı dövlətimizin daim diqqət mərkəzindədir
01 Dekabr 21:57
İtkin düşmüş hesab olunan hərbi qulluqçularımızın taleyinin müəyyənləşdirilməsi üçün BQXK və Rusiya sülhməramlılarının komandanlığı ilə təmaslar davam etdirilir
01 Dekabr 21:43
Uşaqlarda koronavirus infeksiyası
01 Dekabr 21:26
Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edilib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+10 +12
gecə+4 +6