Ana səhifə »  Xəbər lenti »  Azərbaycan nəinki bölgəni, hətta dünyanı erməni faşizmindən xilas etdi
A+   Yenilə  A-
Azərbaycan nəinki bölgəni, hətta dünyanı erməni faşizmindən xilas etdi

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları 9 bənddən ibarət birgə bəyanatda noyabrın 15-dək Kəlbəcərin, 20-dək Ağdamın, dekabrın 1-dək isə Laçının qaytarılması öz əksini tapıb. Noyabrın 15-də Ermənistan Rusiya Prezidentinin vasitəsilə Kəlbəcərin təhvil verilməsi üçün Azərbaycandan əlavə 10 gün vaxt istədi. Azərbaycan vaxtın noyabrın 25-dək uzadılmasına razılığını ifadə etməklə bir daha humanist dəyərlərə sadiqliyini göstərdi. Bəs bu humanistliyin müqabilində işğalçı Ermənistan necə hərəkət edir? Kəlbəcəri tərk etmələri ilə bağlı qrafikin təsdiqlənməsindən bu günədək ermənilər evlərin, meşələrin yandırılması, ağacların kəsilib daşınması ilə məşğuldurlar. Videogörüntülərə diqqət yetirdikdə ermənilərin onlara məxsus olmayan torpaqları tərk etmələri ilə bağlı verdikləri açıqlamalar onların necə vəhşi bir məxluq olduqlarını bir daha sübut edir. 27 ildən artıq müddətdə burada qeyri-qanuni məskunlaşmış ermənilər açıq-aşkar evləri yandırdıqlarını etiraf edir, hətta daha da vəhşiləşərək digərlərini də yandıracaqlarını vurğulayırlar. Dünya bu gün Azərbaycanın humanist addımlarının qarşılığında işğalçı dövlətin barbarlığını daha aydın şəkildə görür. Amma dünya ictimaiyyəti susmaqla prosesi nəyə gətirib çıxardığının fərqindədir. 44 günlük müharibə dünyanı “qış yuxusu”ndan ayıltdı və reallıqları düzgün dəyərləndirməyəndə beynəlxalq hüququn yoxluğu təəssüratı yaratdığını aparıcı dövlətlərin və beynəlxalq təşkilatların diqqətinə çatdırdı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Bəyanatda əksini tapan müddəaya uyğun olaraq noyabrın 20-də Ağdam rayonunun Azərbaycana qaytarıldığını qeyd edən V.Rəhimzadə deyib: “Qeyd edək ki, Ağdam rayonunun ərazisi üzrə keçmiş təmas xətti boyunca Ermənistan ordusu tərəfindən yaradılmış müdafiə istehkamları mürəkkəbliyi ilə seçilmiş, bir neçə müdafiə xətindən ibarət olmuş və müasir standartlar tətbiq edilməklə hazırlanıb. Bu səddin keçilməsi ciddi texnika və insan itkisi olmadan faktiki mümkün deyildi. Amma möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı və dəmir iradəsi, eyni zamanda, Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində ərazilərimizin işğaldan azad edilməsi Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi”.

“Dövlətimizin başçısı İlham Əliyev Ağdamın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən bir daha bildirdi ki, Azərbaycanın döyüş meydanında qələbəsi siyasi müstəvidə də qələbəmizi şərtləndirdi” söyləyən V.Rəhimzadə qeyd edib ki, Azərbaycan Ordusu 44 gündə hansı gücə, qüdrətə malik olduğunu nümayiş etdirdi. “Ən əsası, bir daha dünyaya sübut edildi ki, yenilməz, məğlubedilməz ordu Azərbaycan Ordusudur. Ermənilərin yaratdıqları “yenilməz ordu” mifi tamamilə darmadağın edildi. Ermənistan, sözün əsl mənasında, uğursuz ölkədir. Buna səbəb işğal faktıdır. Ermənistan hakimiyyəti çox yaxşı bilirdi ki, Azərbaycan işğalla heç zaman barışmayacaq. İşğal alında olan torpaqlarını istənilən yolla azad etmək iqtidarındadır. Amma Ermənistan özünə saxta tarix yaratmaqla öz yalanlarına dünyanı inandırmağa səy göstərir. Erməni lobbisinin güclü olduğu Fransa kimi dünyanın nüfuzlu, BMT Təhlükəsizlik Şurasının daimi üzvü, eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədr dövləti beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Ermənistanın işğalçılıq siyasətinə dəstək olur, qondarma “Dağlıq Qarabağ respublikası”nın müstəqilliyinin tanınması məsələsini gündəmə gətirir. Məhz bu iki dövləti bir araya gətirən dəyərlərin nəticəsidir ki, Ermənistanın faşizm siyasəti rəsmi Paris tərəfindən dəstək qazandı. Amma onlar unudurlar ki, belə mənasız, beynəlxalq hüquqa zidd addımlar tarixi inkar, həqiqətləri ört-basdır etmək imkanında deyil. Azərbaycan nəinki bölgəni, hətta dünyanı erməni faşizmindən xilas etdi”, - deyə V.Rəhimzadə vurğulayıb.

Baş redaktor işğalçı dövlətin daim səfalət içərisində yaşadığını, hər zaman himayədarlarının qarşısında boyun əydiyini önə çəkərək Prezident İlham Əliyevin fikirlərinə istinadən bildirib ki, “mənə kömək et” prinsipi erməni ideologiyasının əsasını təşkil edir: “Belə bir ölkənin inkişafdan, tərəqqidən danışması nə qədər inandırıcı görünə bilər? Müstəqil ölkə kimi yaşaya bilmirsən, get başqa ölkənin tərkibinə. Ermənilər özləri öz bəlalarının səbəbkarlarıdır. Onlar döyüş meydanında məğlub olaraq bütün dünya qarşısında rəzil oldular. Bundan sonra “məğlub edilmiş ölkə” damğası ilə yaşayacaqlar”.

Vüqar Rəhimzadə qeyd edib ki, qonşu dövlətlərə əsassız torpaq iddiası ilə çıxış edib, himayədarlarının dəstəyi ilə buna nail olan işğalçı Ermənistan gec-tez bu rəzilliyi yaşayacağını bilməli idi. Çünki işğalçı Ermənistanın rəhbərliyi beynəlxalq hüquqdan xəbərsiz olsa da, dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları xəbərdardır, ən əsası bu prinsipləri zamana və məkana görə tətbiq etməklə ikili standartları dünya üçün qəbul olunmuş bir dəyərə çevirirlər.

 
  • Oxunub:  1470  |  
  • Tarix:  21-11-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanın təşəbbüsünə BMT səviyyəsində dəstək verilməsi respublikamızın yüksək beynəlxalq nüfuzunun göstəricisidir

05 Dekabr 18:06
Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri keçirilir - VİDEO
05 Dekabr 17:51
Vətəndaşlar yazırlar: Cənab Prezident, Sizinlə, qazandığımız Qələbə ilə qürur duyuruq
05 Dekabr 17:32
Vəkillər Kollegiyası erməni vandalizmi ilə əlaqədar 230 beynəlxalq təşkilata müraciət ünvanlayıb
05 Dekabr 17:27
RİİB-in təşəbbüsü ilə Könüllülər himni hazırlanıb VİDEO
05 Dekabr 17:23
“Israel Hayom” qəzeti: Ermənistan-Azərbaycan münaqişəsinin dini müharibə kimi təqdim edilməsi vicdansız təbliğat taktikasıdır
05 Dekabr 17:15
Qarabağ səmalarını artıq ay və ulduz bəzəyir - Ərdoğan
05 Dekabr 16:57
Bəzi şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti uzadılıb
05 Dekabr 16:54
Müdafiə Nazirliyinin nəzdində sutka ərzində fasiləsiz qaynar telefon xətləri fəaliyyət göstərir
05 Dekabr 16:46
Azərbaycanın təşəbbüsünə BMT səviyyəsində yüksək dəstək verilməsi ölkəmizin beynəlxalq nüfuzunun əyani təsdiqidir
05 Dekabr 16:44
Rəcəb Tayyib Ərdoğan: Türkiyəni hər növ mühərrik dizayn və istehsal edən ölkə halına gətirməyi hədəfləyirik
05 Dekabr 16:40
Azərbaycanda koronavirus infeksiyasına daha 4323 yoluxma faktı qeydə alınıb, 2180 nəfər sağalıb
05 Dekabr 16:37
Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında telefon danışığı olub
05 Dekabr 14:40
“Suqovuşan” elektrik stansiyaları 3 ay ərzində istismara veriləcək
05 Dekabr 14:14
Ötən həftə Azərbaycanda COVID-19-dan 10 min 427 nəfər sağalıb
05 Dekabr 14:10
6 şəhər və rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə fərdi evlər verildi
05 Dekabr 14:06
Belarus portalında Azərbaycanın Vətən müharibəsində Zəfər qazanması barədə məqalə dərc edilib
05 Dekabr 13:40
“Regional İnkişaf” İctimai Birliyinin ölkə üzrə könüllülərinin onlayn görüşü keçirilib
05 Dekabr 13:31
Deputat: Laçın qısa zamanda iqtisadi inkişafa dəstək verən aparıcı rayonlardan birinə çevriləcək
05 Dekabr 13:23
Prezident İlham Əliyev BMT-nin xüsusi sessiyasında pandemiyanın təsirindən yaranmış qlobal problemləri və həll yollarını göstərdi
05 Dekabr 13:14
“The New York Times” qəzetində Ağdamın Çıraqlı kəndi barədə məqalə dərc edilib
05 Dekabr 13:06
Səfir Hulusi Kılıç: Prezident İlham Əliyevin Zəfər Gününün tarixi ilə bağlı qərarı olduqca təqdirəlayiqdir
05 Dekabr 12:43
AFFA Beynəlxalq Könüllülər Gününə həsr olunmuş onlayn konfrans keçirib
05 Dekabr 12:34
Aktiv koronavirus xəstələrinin karantin qaydalarını pozması hallarına qarşı mübarizə tədbirləri davam etdirilir
05 Dekabr 12:28
Vətən Müharibəsi zamanı erməni terroru nəticəsində həlak olan mülki şəhidlərin ailə üzvlərinə sosial ödənişlər təyin olunub
05 Dekabr 12:24
2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edilib
05 Dekabr 12:13
Azərbaycan Texniki Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə növbəti nəzəri-praktiki seminar keçirilib
05 Dekabr 11:27
İqtidarın siyasi dialoq təşəbbüslərinin praktiki nəticələri göz qabağındadır
05 Dekabr 10:26
Azərbaycanın təşəbbüsünə BMT səviyyəsində dəstək verilməsi respublikamızın yüksək beynəlxalq nüfuzunun göstəricisidir
05 Dekabr 10:23
Asim Mollazadə: Azərbaycan faktiki olaraq BMT-nin Təhlükəsizlik Şurasının vaxtilə qəbul etdiyi qətnamələrin icrasını həyata keçirdi
05 Dekabr 10:20
Razi Nurullayev: Bu gün xalqımız qələbə əhval-ruhiyyəsindədir
05 Dekabr 10:17
Abutalıb Səmədov: Ali Baş Komandanın rəhbərliyi ilə əldə edilən qələbə nəticəsində Azərbaycanın ərazi bütövülüyü tam təmin olundu
05 Dekabr 10:14
Elşad Musayev: Azərbaycan Ordusu Vətən müharibəsində böyük qələbə əldə etdi

05 Dekabr 10:12
Radikal müxalifətin növbəti xəyanəti

05 Dekabr 10:09
Məğlub Ermənistan xaos meydanına çevrilib
05 Dekabr 10:06
Regionların qazlaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər uğurla davam etdirilir
05 Dekabr 10:02
COVID-19 bəşəriyyəti təhdid edən ciddi sağlamlıq problemidir
05 Dekabr 00:14
Heydər Əliyev Mərkəzi, “Alov qüllələri” və Bakı Olimpiya Stadionu şəhidlərin əziz xatirəsinə Azərbaycan bayrağı ilə işıqlandırılıb
04 Dekabr 21:54
Özbəkistan mediası Ermənistanın Qarabağda törətdiyi ekoloji terrordan yazıb
04 Dekabr 21:28
Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb
04 Dekabr 21:01
Dmitri Peskov: Qarabağın Azərbaycana mənsubluğu BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə müəyyən edilib
04 Dekabr 20:55
Yaponiya hökumətinin qrant yardımı ilə Şamaxının Mədrəsə qəsəbəsində yeni tibb məntəqəsi inşa ediləcək
04 Dekabr 19:44
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi Naxçıvan Qarnizonu Qoşunlarında da yad edilib
04 Dekabr 19:13
“Sahibkarlığa və məşğulluğa iqtisadi dəstək” layihəsi çərçivəsində vebinar keçirilib
04 Dekabr 19:10
“Qlobal Müdafiə Texnologiyaları Hakatonu”na start verilib

04 Dekabr 19:05
Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupovdan

04 Dekabr 18:50
Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli əməkdaşlıq münasibətləri müzakirə olunub
04 Dekabr 18:29
Azərbaycan Pakistanla işğaldan azad olunmuş ərazilərə xarici investorların cəlbini müzakirə edib
04 Dekabr 18:08
Ali Məhkəmədə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb
04 Dekabr 18:07
Mustafa Şentop Fransa Milli Assambleyasının qəbul etdiyi qətnaməni pisləyib
04 Dekabr 18:00
Nüfuzlu “China Daily” qəzeti Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının Xüsusi Sessiyasındakı çıxışından yazır
04 Dekabr 17:48
Müdafiə Nazirliyi işğaldan azad edilmiş Kəlbəcər rayonunun Yanşaq kəndinin videogörüntülərini paylaşıb - VİDEO
04 Dekabr 17:44
Gəncədə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunub
04 Dekabr 17:39
Azərbaycan Fransaya nota verib
04 Dekabr 17:35
Milix Yevdayev: Şəhidlərimiz daim qəlblərimizdə yaşayacaqlar
04 Dekabr 17:24
Hesabat ilində Şərqşünaslıq İnstitutunda elmi-tədqiqat planında nəzərdə tutulan bütün işlər yerinə yetirilib
04 Dekabr 17:21
Ramiz Alıyev: Vətən Müharibəsində milli mediamız yüksək vətənpərvərlik nümayiş etdirdi
04 Dekabr 17:19
Belarus səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatır
04 Dekabr 17:16
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi Dövlət Miqrasiya Xidmətində yad edilib
04 Dekabr 17:13
Aleksandr Şarovski: Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu qarşısında baş əyirik
04 Dekabr 17:05
Azərbaycanın və Latviyanın xarici işlər nazirləri arasında telefon danışığı olub
04 Dekabr 16:55
Azərbaycanın aşkenazi yəhudilərinin baş ravvini: Etnik və dini mənsubiyyətindən asılı olmayaraq, hər bir şəhidin xatirəsi bizim üçün mühümdür
04 Dekabr 16:54
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
04 Dekabr 16:42
Rəcəb Tayyib Ərdoğan: Bundan sonra Fransa vasitəçi kimi etibarlılığını itirib
04 Dekabr 16:41
Heydər Əliyev Fondunun dəstəyi ilə şəhidlərə ithaf olunmuş "Əbədi zirvə" musiqi kompozisiyası hazırlanıb - VİDEO
04 Dekabr 16:37
Aleksandr İşein: İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinin parlaq səhifəsidir
04 Dekabr 16:35
Hüseyn Cavidin ev-muzeyində ədibin xatirəsi anılıb
04 Dekabr 16:30
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi Qarabağ bölgəsində yad edilib
04 Dekabr 16:25
Azərbaycanın Vətən müharibəsi dövründə tarixə qızıl hərflərlə həkk olunan qəhrəmanlıq dastanı yazdı
04 Dekabr 16:22
Azərbaycanda koronavirus infeksiyasına daha 4267 yoluxma faktı qeydə alınıb, 2566 nəfər sağalıb
04 Dekabr 16:15
Venesuela ilə Azərbaycan arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+10 +12
gecə+5 +7