Ana səhifə »  Xəbər lenti »  Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən biridir
A+   Yenilə  A-
Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən biridir

Bu gün ümumxalq partiyası olan YAP-ın yaranmasından 28 il ötür

Bu gün ümumxalq partiyası olan, 760 mindən çox üzvü öz sıralarında birləşdirən Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasından 28 il ötür. Yarandığı gündən bu zamana qədər zəngin və şərəfli inkişaf yolu keçən Yeni Azərbaycan Partiyası xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ideyalarına əsaslanaraq fəaliyyətini müvəffəqiyyətlə davam etdirib. Partiyamızın ölkəmizin müstəqillik dövrü siyasi tarixində yeri və rolunu anlamaq üçün strateji əhəmiyyətə malik olan bir sıra nüanslara xüsusi olaraq nəzər yetirmək lazımdır.

Yeni Azərbaycan Partiyasının yaranması möhtəşəm siyasi hadisədir

Vurğulamaq gərəkdir ki, müstəqilliyin ilk illərində Azərbaycanda cərəyan edən siyasi, ictimai və iqtisadi proseslərə, ölkədaxili mürəkkəb situasiyaya nəzər saldıqda belə bir qənaət ifadə etmək olur ki, YAP ictimai-siyasi zərurətdən yaranan ümumxalq partiyasıdır. Məlumdur ki, bəhs olunan dönəmdə ölkəmizdə hökm sürən xaos, anarxiya və hərc-mərclik Azərbaycanın öz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşməsinə səbəb olmuşdu. Hakimiyyətdə olan səriştəsiz qüvvələr ölkəni dərin siyasi böhrandan xilas etmək iqtidarında deyildi. Bunun fonunda ölkəmizin üzləşdiyi siyasi, iqtisadi böhran və tənəzzül meyilləri, həmçinin mənəvi-ideoloji kataklizmlər Yeni Azərbaycan Partiyasının yaranmasını zəruri etdi. Belə bir şəraitdə 91 nəfər ziyalı yeni yaranacaq Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verməsi üçün 1992-ci il oktyabrın 16-da Ulu Öndər Heydər Əliyevə müraciət etdi. Ümummilli Lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində təşkilatlandı, xalqın dəstəyi ilə 1993-cü ildə hakimiyyətə gəldi.

Yarandığı gündən YAP-ın Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiyamız bu 28 ildə öz məqsədlərinə uyğun fəaliyyət göstərib, çox mühüm nailiyyətlər əldə edilib.

Sıralarında 760 mindən çox üzvü birləşdirən YAP yüksək nüfuza və müsbət reputasiyaya malikdir 

Qeyd etdiyimiz kimi, Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yoluna malikdir. Cəmiyyətin bütün təbəqələrindən olan insanları sıralarında birləşdirən YAP bu müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanıb. Eyni zamanda, ötən müddət ərzində YAP-ın keçirdiyi qurultaylarda (1999, 2001, 2005, 2008, 2013, 2018) qəbul etdiyi tarixi qərarlar ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb. Bu məqamda vurğulamaq yerinə düşər ki, partiyanın V Qurultayı çərçivəsində YAP-ın rəhbər strukturlarına yeni seçimlərin edilməsi təşkilati nöqteyi-nəzərdən xüsusi önəm daşımaqla yanaşı, partiyanın fəaliyyətinin stimullaşdırılmasına və səmərəlilik səviyyəsinin artırılmasına əhəmiyyətli töhfələr verib. Xüsusilə də, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Yeni Azərbaycan Partiyası Sədrinin müavini seçilməsi YAP-ın daha da gücləndirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən mötəbər hadisə olub.

Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlərin ciddi tarixi və siyasi əsasları mövcuddur

Göründüyü kimi, Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyır və bugünkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur. Vurğuladığımız kimi, YAP ötən 28 ildə Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında irəliləyərək böyük uğurlar qazanıb. Cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir. YAP öz səmərəli fəaliyyəti ilə Azərbaycanın inkişafında, ölkənin etibarlı gələcəyinin təmin olunmasında müstəsna rol oynayır.

YAP müasir müstəqil Azərbaycanın siyasi sistemini formalaşdırıb, siyasi mədəniyyətin təşəkkülünü təmin edib

İnkaredilməz həqiqətdir ki, Yeni Azərbaycan Partiyası siyasi sistemin monolit gücü və avanqard siyasi institutudur. Başqa sözlə, YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycanın siyasi palitrasının ən güclü və nüfuzlu partiyasıdır. YAP, eyni zamanda, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə birbaşa, fundamental töhfələr verən ümumxalq partiyasıdır.

Faktdır ki, YAP müxalifət partiyası kimi yaranmışdı, həmin dövrdə özünün nümunəvi fəaliyyəti ilə müxalifətçiliyin sivil qaydaları və formalarını müəyyənləşdirdi, müxalifətçiliyin nə demək olduğunu cəmiyyətə nümayiş etdirdi. YAP göstərdi ki, müxalifətçilik xalqa, dövlətə qarşı fəaliyyət göstərmək deyil, sabitlik və tərəqqiyə xidmət edən mütərəqqi ideyalarla çıxış etmək, cəmiyyətin və ölkənin inkişafı üçün milli maraqlara əsaslanan fəaliyyət göstərməkdir. Ən əsası, Yeni Azərbaycan Partiyası müasir müstəqil Azərbaycanın siyasi sistemini formalaşdırdı, siyasi mədəniyyətin təşəkkülünü təmin etdi.

Yeni Azərbaycan Partiyası ölkə gəncliyinin inkişafına xüsusi diqqət yetirir

Xüsusi olaraq vurğulamaq gərəkdir ki, özündə yüksək intellektual potensialı birləşdirən YAP-ın sıralarında gənclər də böyük üstünlük təşkil edir. Başqa sözlə, partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib. Ulu Öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin və Onun rəhbərliyi ilə YAP-ın fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi, bu gün də Azərbaycan gənclərinin hərtərəfli inkişafı, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatındakı rolunun artması, idarəçilik strukturlarında geniş təmsil olunması xüsusi diqqət mərkəzindədir. YAP bu gün istedadlı, cəmiyyətə və dövlətə yararlı olmaq istəyən gəncləri öz ətrafında birləşdirməklə yanaşı, yeni nəslin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin aktiv ictimai, siyasi fəaliyyətə cəlb olunması və digər istiqamətlərdə mühüm işlər görür. 

Siyasi sistemlin lokomotivi, yaxud qələbələr partiyası

Yuxarıda qeyd etdik ki, Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlərin ciddi tarixi və siyasi əsasları mövcuddur. Məlumdur ki, YAP ötən müddət ərzində milli tərəqqiyə xidmət edən vəzifələrin yerinə yetirilməsinə layiqli töhfəsini verib, ölkəmizin qarşısında yeni inkişaf üfüqlərinin açılmasında müstəsna rol oynayıb. Bütün bunlar müasir və qüdrətli Azərbaycanın gələcəyə əmin addımlarla irəliləməsini təmin edib. Partiyamız yarandığı vaxtdan xalqımıza xidmət onun başlıca amalı olub. Ümummilli Liderimiz Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipinə söykənən Yeni Azərbaycan Partiyası ölkəmizin ən qabaqcıl nümayəndələrini öz sıralarında birləşdirərək müstəqil Azərbaycan dövlətinin qurulması yolunda geniş, çoxşaxəli fəaliyyət göstərib. 

Ən əsası, Yeni Azərbaycan Partiyası siyasi sistemin lokomotivi qismində çıxış  edir. Vurğuladığımız kimi, partiya yarandıqdan sonra Azərbaycanda keçirilən bütün ümummilli seçkilərdə parlaq qələbələr qazanıb. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, hər seçkidən-seçkiyə partiyamızın uğurlarının miqyası genişlənir və bu, seçkilərin nəticələrində də özünü aydın şəkildə ifadə edir. 2003, 2008, 2013 və 2018-ci ildəki prezident seçkiləri buna sübutdur. Əlbəttə ki, partiyamızın uğurları bununla bitməyib. YAP-ın əzəmətli qələbələri parlament seçkilərində də özünü göstərməkdədir. 2005-ci, 2010-cu, 2015 və 2020-ci ildə keçirilən parlament seçkilərində də mütəşəkkil qaydada iştirak edən, güclü seçki kampaniyası aparan YAP-ın əhəmiyyətli qələbələr qazanması xüsusi vurğulanmalıdır. Bu qələbələri şərtləndirən mühüm amillərdən biri də YAP-ın daim yeni, müasir seçki texnologiyalarını seçki kampaniyası zamanı tətbiq etməsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib. Buna baxmayaraq, biz həmişə qabağa baxmalıyıq və əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Uğurlarımızın səbəblərindən biri də məhz ondan ibarətdir ki, əldə edilmiş uğurlar bizə əlavə stimul verir. Çatışmayan cəhətləri aradan qaldırmaq, sosial ədaləti daha da böyük dərəcədə bərqərar etmək üçün biz bundan sonra da fəal çalışmalıyıq”.

YAP Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsində vacib rol oynayır

YAP həm də Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsində müstəsna rol oynayıb. Yeni Azərbaycan Partiyası həm Avropanın, həm də Asiyanın bir çox ölkələrinin aparıcı siyasi partiyaları ilə ikitərəfli və çoxtərəfli əlaqələrini inkişaf etdirib, partiyalar səviyyəsində beynəlxalq qurumlarda uğurla təmsil olunub. Eyni zamanda, partiyamızın çoxşaxəli beynəlxalq əlaqələrini uğurla davam etdirməsi nəticəsində Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə dolğun surətdə çatdırılıb.

Beləliklə, Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən biridir. Nəzər yetirilən faktlar və realıqlar deməyə əsas verir ki, ümumxalq partiyası olan YAP-ın fəaliyyəti qarşıdakı dövrdə də Azərbaycanın inkişafına xidmət edəcək.

Azərbaycanın möhtəşəm tarixi qələbəsinin memarı dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan, partiyamızın Sədri cənab İlham Əliyevdir

Heç şübhəsiz, çoxəsrlik dövlətçilik tariximizin, həmçinin müstəqillik illərimizin ən möhtəşəm taleyüklü hadisələri və prosesləri Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Onun layiqli davamçısı olan Prezident İlham Əliyevin adı ilə bağlıdır. Ulu Öndərimiz müstəqilliyin ilk illərində Azərbaycanı xaos və anarxiyadan, məhv olmaq təhlükəsindən xilas edərək tərəqqi yoluna çıxarmıdı. Başqa sözlə, müasir müstəqil Azərbaycanın memarı və qurucusu məhz Ümummilli Liderimiz Heydər Əliyevdir. Ölkəmiz Prezident İlham Əliyevin rəhbərlik etdiyi illərdə isə möhtəşəm tarixi nailiyyətlər qazanaraq yeni zirvələr fəth edib. Ən əsası, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad edib, tarixi ədalət və ölkəmizin ərazi bütövlüyü bərpa olunub. 

Heç şübhəsiz, sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi çoxəsrlik dövlətçilik tariximizin şanlı qürur səhifəsidir. Azərbaycan xalqı və dövləti düşmən üzərində parlaq, inamlı qələbə qazanmaqla öz gücünü dünyaya nümayiş etdirmiş oldu. Şübhəsiz ki, bu möhtəşəm qələbə xalqımız tərəfindən böyük qürur, sevinc və ruh yüksəkliyi ilə qarşılandı. Azərbaycan bütün cəbhələrdə - istər döyüş meydanında, istər siyasi-diplomatik müstəvidə, istərsə də informasiya səbhəsində mütləq qalibiyyət əldə etdi. Şübhəsiz ki, bu qələbənin memarı Prezident, Müzəffər Ali Baş Komandan, partiyamızın Sədri cənab İlham Əliyevdir. 

Nurlan QƏLƏNDƏRLİ

 
  • Oxunub:  3270  |  
  • Tarix:  21-11-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanın təşəbbüsünə BMT səviyyəsində dəstək verilməsi respublikamızın yüksək beynəlxalq nüfuzunun göstəricisidir

05 Dekabr 18:06
Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri keçirilir - VİDEO
05 Dekabr 17:51
Vətəndaşlar yazırlar: Cənab Prezident, Sizinlə, qazandığımız Qələbə ilə qürur duyuruq
05 Dekabr 17:32
Vəkillər Kollegiyası erməni vandalizmi ilə əlaqədar 230 beynəlxalq təşkilata müraciət ünvanlayıb
05 Dekabr 17:27
RİİB-in təşəbbüsü ilə Könüllülər himni hazırlanıb VİDEO
05 Dekabr 17:23
“Israel Hayom” qəzeti: Ermənistan-Azərbaycan münaqişəsinin dini müharibə kimi təqdim edilməsi vicdansız təbliğat taktikasıdır
05 Dekabr 17:15
Qarabağ səmalarını artıq ay və ulduz bəzəyir - Ərdoğan
05 Dekabr 16:57
Bəzi şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti uzadılıb
05 Dekabr 16:54
Müdafiə Nazirliyinin nəzdində sutka ərzində fasiləsiz qaynar telefon xətləri fəaliyyət göstərir
05 Dekabr 16:46
Azərbaycanın təşəbbüsünə BMT səviyyəsində yüksək dəstək verilməsi ölkəmizin beynəlxalq nüfuzunun əyani təsdiqidir
05 Dekabr 16:44
Rəcəb Tayyib Ərdoğan: Türkiyəni hər növ mühərrik dizayn və istehsal edən ölkə halına gətirməyi hədəfləyirik
05 Dekabr 16:40
Azərbaycanda koronavirus infeksiyasına daha 4323 yoluxma faktı qeydə alınıb, 2180 nəfər sağalıb
05 Dekabr 16:37
Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında telefon danışığı olub
05 Dekabr 14:40
“Suqovuşan” elektrik stansiyaları 3 ay ərzində istismara veriləcək
05 Dekabr 14:14
Ötən həftə Azərbaycanda COVID-19-dan 10 min 427 nəfər sağalıb
05 Dekabr 14:10
6 şəhər və rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə fərdi evlər verildi
05 Dekabr 14:06
Belarus portalında Azərbaycanın Vətən müharibəsində Zəfər qazanması barədə məqalə dərc edilib
05 Dekabr 13:40
“Regional İnkişaf” İctimai Birliyinin ölkə üzrə könüllülərinin onlayn görüşü keçirilib
05 Dekabr 13:31
Deputat: Laçın qısa zamanda iqtisadi inkişafa dəstək verən aparıcı rayonlardan birinə çevriləcək
05 Dekabr 13:23
Prezident İlham Əliyev BMT-nin xüsusi sessiyasında pandemiyanın təsirindən yaranmış qlobal problemləri və həll yollarını göstərdi
05 Dekabr 13:14
“The New York Times” qəzetində Ağdamın Çıraqlı kəndi barədə məqalə dərc edilib
05 Dekabr 13:06
Səfir Hulusi Kılıç: Prezident İlham Əliyevin Zəfər Gününün tarixi ilə bağlı qərarı olduqca təqdirəlayiqdir
05 Dekabr 12:43
AFFA Beynəlxalq Könüllülər Gününə həsr olunmuş onlayn konfrans keçirib
05 Dekabr 12:34
Aktiv koronavirus xəstələrinin karantin qaydalarını pozması hallarına qarşı mübarizə tədbirləri davam etdirilir
05 Dekabr 12:28
Vətən Müharibəsi zamanı erməni terroru nəticəsində həlak olan mülki şəhidlərin ailə üzvlərinə sosial ödənişlər təyin olunub
05 Dekabr 12:24
2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edilib
05 Dekabr 12:13
Azərbaycan Texniki Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə növbəti nəzəri-praktiki seminar keçirilib
05 Dekabr 11:27
İqtidarın siyasi dialoq təşəbbüslərinin praktiki nəticələri göz qabağındadır
05 Dekabr 10:26
Azərbaycanın təşəbbüsünə BMT səviyyəsində dəstək verilməsi respublikamızın yüksək beynəlxalq nüfuzunun göstəricisidir
05 Dekabr 10:23
Asim Mollazadə: Azərbaycan faktiki olaraq BMT-nin Təhlükəsizlik Şurasının vaxtilə qəbul etdiyi qətnamələrin icrasını həyata keçirdi
05 Dekabr 10:20
Razi Nurullayev: Bu gün xalqımız qələbə əhval-ruhiyyəsindədir
05 Dekabr 10:17
Abutalıb Səmədov: Ali Baş Komandanın rəhbərliyi ilə əldə edilən qələbə nəticəsində Azərbaycanın ərazi bütövülüyü tam təmin olundu
05 Dekabr 10:14
Elşad Musayev: Azərbaycan Ordusu Vətən müharibəsində böyük qələbə əldə etdi

05 Dekabr 10:12
Radikal müxalifətin növbəti xəyanəti

05 Dekabr 10:09
Məğlub Ermənistan xaos meydanına çevrilib
05 Dekabr 10:06
Regionların qazlaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər uğurla davam etdirilir
05 Dekabr 10:02
COVID-19 bəşəriyyəti təhdid edən ciddi sağlamlıq problemidir
05 Dekabr 00:14
Heydər Əliyev Mərkəzi, “Alov qüllələri” və Bakı Olimpiya Stadionu şəhidlərin əziz xatirəsinə Azərbaycan bayrağı ilə işıqlandırılıb
04 Dekabr 21:54
Özbəkistan mediası Ermənistanın Qarabağda törətdiyi ekoloji terrordan yazıb
04 Dekabr 21:28
Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb
04 Dekabr 21:01
Dmitri Peskov: Qarabağın Azərbaycana mənsubluğu BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə müəyyən edilib
04 Dekabr 20:55
Yaponiya hökumətinin qrant yardımı ilə Şamaxının Mədrəsə qəsəbəsində yeni tibb məntəqəsi inşa ediləcək
04 Dekabr 19:44
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi Naxçıvan Qarnizonu Qoşunlarında da yad edilib
04 Dekabr 19:13
“Sahibkarlığa və məşğulluğa iqtisadi dəstək” layihəsi çərçivəsində vebinar keçirilib
04 Dekabr 19:10
“Qlobal Müdafiə Texnologiyaları Hakatonu”na start verilib

04 Dekabr 19:05
Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupovdan

04 Dekabr 18:50
Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli əməkdaşlıq münasibətləri müzakirə olunub
04 Dekabr 18:29
Azərbaycan Pakistanla işğaldan azad olunmuş ərazilərə xarici investorların cəlbini müzakirə edib
04 Dekabr 18:08
Ali Məhkəmədə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb
04 Dekabr 18:07
Mustafa Şentop Fransa Milli Assambleyasının qəbul etdiyi qətnaməni pisləyib
04 Dekabr 18:00
Nüfuzlu “China Daily” qəzeti Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının Xüsusi Sessiyasındakı çıxışından yazır
04 Dekabr 17:48
Müdafiə Nazirliyi işğaldan azad edilmiş Kəlbəcər rayonunun Yanşaq kəndinin videogörüntülərini paylaşıb - VİDEO
04 Dekabr 17:44
Gəncədə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunub
04 Dekabr 17:39
Azərbaycan Fransaya nota verib
04 Dekabr 17:35
Milix Yevdayev: Şəhidlərimiz daim qəlblərimizdə yaşayacaqlar
04 Dekabr 17:24
Hesabat ilində Şərqşünaslıq İnstitutunda elmi-tədqiqat planında nəzərdə tutulan bütün işlər yerinə yetirilib
04 Dekabr 17:21
Ramiz Alıyev: Vətən Müharibəsində milli mediamız yüksək vətənpərvərlik nümayiş etdirdi
04 Dekabr 17:19
Belarus səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatır
04 Dekabr 17:16
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi Dövlət Miqrasiya Xidmətində yad edilib
04 Dekabr 17:13
Aleksandr Şarovski: Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu qarşısında baş əyirik
04 Dekabr 17:05
Azərbaycanın və Latviyanın xarici işlər nazirləri arasında telefon danışığı olub
04 Dekabr 16:55
Azərbaycanın aşkenazi yəhudilərinin baş ravvini: Etnik və dini mənsubiyyətindən asılı olmayaraq, hər bir şəhidin xatirəsi bizim üçün mühümdür
04 Dekabr 16:54
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
04 Dekabr 16:42
Rəcəb Tayyib Ərdoğan: Bundan sonra Fransa vasitəçi kimi etibarlılığını itirib
04 Dekabr 16:41
Heydər Əliyev Fondunun dəstəyi ilə şəhidlərə ithaf olunmuş "Əbədi zirvə" musiqi kompozisiyası hazırlanıb - VİDEO
04 Dekabr 16:37
Aleksandr İşein: İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinin parlaq səhifəsidir
04 Dekabr 16:35
Hüseyn Cavidin ev-muzeyində ədibin xatirəsi anılıb
04 Dekabr 16:30
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi Qarabağ bölgəsində yad edilib
04 Dekabr 16:25
Azərbaycanın Vətən müharibəsi dövründə tarixə qızıl hərflərlə həkk olunan qəhrəmanlıq dastanı yazdı
04 Dekabr 16:22
Azərbaycanda koronavirus infeksiyasına daha 4267 yoluxma faktı qeydə alınıb, 2566 nəfər sağalıb
04 Dekabr 16:15
Venesuela ilə Azərbaycan arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+10 +12
gecə+5 +7