Ana səhifə »  Xəbər lenti »  Mübariz Qurbanlı: Azərbaycanın yeni tarixində mühüm siyasi əhəmiyyəti olan hadisələr arasında Yeni Azərbaycan Partiyasının yaradılması xüsusi yer tutur
A+   Yenilə  A-
Mübariz Qurbanlı: Azərbaycanın yeni tarixində mühüm siyasi əhəmiyyəti olan hadisələr arasında Yeni Azərbaycan Partiyasının yaradılması xüsusi yer tutur

“Azərbaycanın yeni tarixində mühüm siyasi əhəmiyyəti olan hadisələr arasında Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması xüsusi yer tutur. Bu partiyanın yaranması respublikamızın müasir tarixinin ən yaddaqalan hadisələrindəndir. YAP Azərbaycan tarixinin son dərəcə ağır və mürəkkəb günlərində, ölkənin ciddi vətəndaş qarşıdurmasına məruz qaldığı bir dövrdə ziyalıların təşəbbüsü və fəal iştirakı ilə yaranıb. Bu siyasi təşkilatın yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi”. Bu fikirləri qəzetimizə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlı deyib.

Mübariz Qurbanlı bildirib ki, Yeni Azərbaycan Partiyası tarixi bir vəzifəni, missiyanı yerinə yetirmək zərurətindən meydana gəlib. Partiyanın, xalqımızın Lideri və o dövrdə ölkəni böhrandan çıxarmağa qadir olan yeganə şəxsiyyət Ulu Öndər Heydər Əliyevin belə bir siyasi təşkilatı yaratması həmin dövrün, zamanın tələbi idi. Məhz Ümummilli Lider Heydər Əliyevin yaratdığı YAP, millətin qarşısında duran bu tarixi vəzifəni yerinə yetirməyə qadir olan bir partiya kimi özünü göstərdi və tarixi sınaqdan üzüağ çıxdı. YAP yarandıqdan sonra ümummilli vəzifələrin həyata keçirilməsi, o cümlədən dövlət quruculuğu istiqamətində ciddi səylər ortaya qoyuldu. Ümummilli Lider xalqı Öz ətrafında birləşdirərək cəmiyyətin bütün təbəqələrinin dəstəyi ilə milli müstəqilliyimizin dönməzliyini təmin etdi, Azərbaycanın sosial-iqtisadi inkişaf modelini müəyyənləşdirdi. İlk dəfə olaraq xalqımız müstəqil dövlətin Konstitusiyasını qəbul etdi, dövlət idarəçilik forması müəyyənləşdirildi, ictimai mülkiyyətdən liberal iqtisadiyyata keçid reallaşdı. Artıq Azərbaycan cəmiyyətinin avanqard siyasi qüvvəsinə çevrilmiş hakim partiya Ümummilli Liderin ideyasının məhsulu idi. Ümummilli Lider Azərbaycanın milli ideologiyasından, milli baxışlarından danışarkən qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyasının proqramında əks etdirilən prinsiplər, əslində, Azərbaycan xalqının, dövlətimizin söykəndiyi ali prinsiplərdir. Heydər Əliyev bu prinsipləri müəyyən edərkən Azərbaycan xalqının keçdiyi tarixi yolu, milli-mənəvi dəyərləri, eyni zamanda, perspektivdə qarşımızda duran vəzifələri nəzərə alıb.

Onun sözlərinə görə, 1993-cü il oktyabrın 3-də YAP-ın Sədri Heydər Əliyevin respublikamızın Prezidenti seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyuldu: “Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişdi, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmləndi, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirdi. Möhtərəm Prezidentimiz İlham Əliyevin Yeni Azərbaycan Partiyasının 2005-ci ilin mart ayının 26-da keçirilən III Qurultayında YAP-ın Sədri seçilməsindən sonra bu təşkilat uğurlar partiyasına çevrilib. Faktlara diqqət yetirdikdə, ötən müddət ərzində Heydər Əliyev ideyalarına söykənən partiyamızın ilbəil gücləndiyinin bir daha şahidi oluruq. Bu, təkcə partiyamızın deyil, müasir Azərbaycanın taleyidir. Çünki partiyamız müasir, müstəqil dövlətimizlə eyni addımlayır. Dövlətimizin başçısı Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolu uğurla davam etdirərək, Azərbaycanı dünya birliyinin layiqli dövlətləri sırasına qoşub. Müstəqil Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası bu gün sıralarında 760 mindən artıq üzvü birləşdirir. Bu, təkcə statistika deyil, eyni zamanda, ölkə vətəndaşlarının Azərbaycan reallığına verdiyi qiymət və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə inamın ifadəsidir”.

M.Qurbanlı qeyd edib ki, Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasının Sədri, dövlət başçısı cənab İlham Əliyevə yüksək inam və etimad göstərməklə ölkəmizin möhtəşəm nailiyyətlər, uğurlar qazanmasına vəsiqə vermiş oldu: “Prezidentimiz cənab İlham Əliyevin xalq qarşısında çıxışında səsləndirdiyi bütün fikirlər, verdiyi vədlər hər biri tam şəkildə yerinə yetirilib və yetirilməkdədir. Müstəqil dövlətçilik tariximizin ən qürurlu günlərini yaşadığımız bu günlərdə qazandığımız böyük qələbə möhtərəm Prezidentimizin həyata keçirdiyi uğurlu siyasətin məntiqi nəticəsidir. Dövlət başçımızın qətiyyətli mövqeyi və möhkəm iradəsi sayəsində müzəffər Azərbaycan Ordusu işğal altındakı ərazilərimizi azad edərək, millətimizə böyük sevinc bəxş etdi. Azğın, məkrli düşməni həm döyüş meydanında, həm də siyasi arenada diz üstə çökdürən Prezidentimiz xalqımıza verdiyi vədə Böyük Lider kimi əməl etdi. Qarabağımızı işğaldan azad etməsi ilə 30 illik həsrətimizə son qoyan cənab Prezidentimizin həm siyasi meydanda, həm də döyüş meydanında necə güclü diplomat və sərkərdə olduğuna nəinki Azərbaycan xalqı, bütün dünya bir daha şahid oldu. Bu möhtəşəm qələbə və Yeni Azərbaycan Partiyasının yaranmasının 28 illiyi münasibətilə Azərbaycan xalqını və qələbələr salnaməsinə yeni bir səhifə əlavə etmiş Yeni Azərbaycan Partiyasının bütün üzvlərini təbrik edirəm”.

 
  • Oxunub:  2520  |  
  • Tarix:  21-11-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

İtkin düşmüş hesab olunan hərbi qulluqçularımızın taleyinin müəyyənləşdirilməsi üçün BQXK və Rusiya sülhməramlılarının komandanlığı ilə təmaslar davam etdirilir

02 Dekabr 18:36
QDİƏT PM və Baltik Assambleyasının Daimi Komitələrinin birgə iclası keçirilib
02 Dekabr 18:31
Mövlud Çavuşoğlu: Türkiyə münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində danışıqlar yolu ilə həllini hər zaman dəstəkləyib
02 Dekabr 18:30
Tarixi Zəfər qazanmaqla Azərbaycan özünü qalib xalq,məğlubedilməz dövlət kimi təsdiq etdi
02 Dekabr 17:42
Həkim-infeksionist: Qanda anticisimlərin olmasına baxmayaraq, yenidən koronavirusa yoluxma ehtimalı var
02 Dekabr 17:28
Livanlı muzdlu-terrorçu Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən məsuliyyətə cəlb edilib
02 Dekabr 17:06
Misir qəzetində “Xalqının tarixi liderinə çevrilən Prezident” sərlövhəli məqalə dərc edilib
02 Dekabr 16:54
Çinin kosmik aparatı Ayda ilk süxur nümunələrini toplayıb
02 Dekabr 16:52
Müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə başlanılır
02 Dekabr 16:46
Deputat: Böyük iqtisadi imkanlara malik Azərbaycan işğaldan azad edilmiş ərazilərin sürətli inkişafına nail olacaq
02 Dekabr 16:41
Hulusi Akar: Türkiyə və Rusiya zabitləri Qarabağda atəşkəsin davamlı olması üçün birlikdə xidmət aparacaqlar
02 Dekabr 16:38
Akif Qurbanov: insanların bir qismində koronavirusa qarşı immunitet yaranmayana qədər pandemiya ilə mübarizə aparmaq çətin olacaq
02 Dekabr 16:05
Səfir: Azərbaycanın ərazi bütövlüyünə dəstək vermək İranın prinsipial mövqeyidir
02 Dekabr 15:44
Deputat: Qələbənin mənəvi-psixoloji əhəmiyyəti heç də hərbi və siyasi nəticələrindən az önəm kəsb etmir
02 Dekabr 15:40
Yoluxma saylarını azaltmaq və vəziyyəti nəzarət altına almaq üçün ən azı iki həftəlik sərt karantin tədbirlərinə ehtiyac var
02 Dekabr 15:39
Türkiyə mediası: Azərbaycanın qazandığı qələbə bölgənin inkişafı üçün yeni perspektivlər açır
02 Dekabr 15:37
Azərbaycanın və Özbəkistanın Xarici İşlər nazirləri arasında telefon danışığı olub
02 Dekabr 15:33
Son vaxtlar koronavirusa yoluxmada əsas artım mənbəyi ailədaxili yoluxmalardır
02 Dekabr 15:31
“Bakı Prosesi” qlobal təşəbbüsünün 12 ili tamam olur
02 Dekabr 15:29
Koronavirus daşıyıcıları əsasən 20 yaşa qədər olan vətəndaşlardır
02 Dekabr 15:13
Anar Məmmədov: İşğaldan azad olunmuş ərazilərimizdə böyük quruculuq işləri həyata keçiriləcək və həmin torpaqlarda həyat yenidən canlanacaq
02 Dekabr 15:00
Adil Əliyev: Laçın rayonunun işğaldan azad edilməsi şanlı qələbəmizin təcəssümüdür
02 Dekabr 14:59
Ağalar Vəliyev: “Laçının işğaldan azad edilməsi Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin uzun illər apardığı düşünülmüş siyasətin nəticəsi və son iki ayda qazandığı möhtəşəm hərbi və siyasi uğurların zirvəsinə çevrildi”
02 Dekabr 14:56
Mehriban Abasquliyeva: Azərbaycan dövləti Laçının əvvəlki şöhrətini özünə qaytaracaq
02 Dekabr 14:50
Müdafiə Nazirliyi Laçın rayonunun Qarıqışlaq kəndindən videogörüntülər yayıb VİDEO
02 Dekabr 14:48
Həkim təyinatı olmadan müalicə aparılması yolverilməzdir
02 Dekabr 14:33
Ötən həftə Azərbaycanda 25 min 895 nəfər koronavirusa yoluxub
02 Dekabr 14:22
Şuşaya aparan yeni yolun tikintisinə yerli və xarici şirkətlər cəlb edilib
02 Dekabr 14:20
Azərbaycanda koronavirus infeksiyasına daha 3942 yoluxma faktı qeydə alınıb, 2265 nəfər sağalıb
02 Dekabr 14:19
Soltan Məmmədov: Azərbaycan Prezidentinin qətiyyəti, xalqın inamına söykənən iradəsi qazanılmış qələbənin əsasını təşkil edir
02 Dekabr 14:07
Kəlbəcər rayonu Söyüdlü qızıl yatağı - VİDEO
02 Dekabr 14:01
“Qarabağ” klubu “Makkabi” ilə oyun üçün İstanbula yola düşüb
02 Dekabr 13:47
UNESCO-nun İcra Şurasının 210-cu sessiyasının plenar iclası başlayıb
02 Dekabr 13:37
Paytaxtın Nəsimi rayonunda “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
02 Dekabr 13:34
Azərbaycanda Zəfər Günü təsis edilib - SƏRƏNCAM
02 Dekabr 13:32
Müzəffər Ali Baş Komandan və rəşadətli Ordumuz 30 illik əsarətdə olan ərazilərimizi 2 ay ərzində tam azad etməklə möhtəşəm zəfər tarixi yazdı
02 Dekabr 13:17
Publisistik düşüncələr: Günəşli payızın qırx dörd anı
02 Dekabr 13:13
Otuz illik münaqişənin nəticəsi: Ermənistan məğlub oldu, Azərbaycan isə qələbə qazanaraq ərazi bütövlüyünü təmin etdi
02 Dekabr 13:11
Laçın sakini: Rayonumuzdan ağlaya-ağlaya çıxmışdıq, gülə-gülə qayıdacağıq
02 Dekabr 13:09
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir
02 Dekabr 13:06
Prezident İlham Əliyev Azərbaycanda Anım Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb
02 Dekabr 12:21
“Azərkosmos” cari ildə 30 ölkəyə 37,8 milyon dollarlıq xidmət ixrac edib
02 Dekabr 12:19
Ermənistanın hərbi texnika itkisinin dəyəri 3,8 milyard dollardır – Təhlil
02 Dekabr 12:16
Azərbaycan XİN Fransa parlamentinin bir qrup üzvünün Dağlıq Qarabağa planlaşdırılan səfərinə münasibət bildirib
02 Dekabr 12:10
Müdafiə Nazirliyi vətəndaşlara müraciət edib
02 Dekabr 12:08
Hikmət Babaoğlu: Azərbaycan yeni reallıq yaratmaqla özünə mühüm strateji perspektiv təmin edib
02 Dekabr 10:09
Peru mətbuatında Ermənistanın Azərbaycana qarşı təcavüzünün tarixi barədə danışılıb
02 Dekabr 10:07
Tarixi zəfərimiz Prezidentin müdrik siyasətinin təsdiqidir
02 Dekabr 09:53
Gənclər təşkilatları ölkəmizin ərazi bütövlüyünün bərpası münasibətilə Ulu Öndərin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib
02 Dekabr 09:32
Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir
02 Dekabr 09:31
Yeni növ koronavirus infeksiyası bütün dünyanı təhdid edir
02 Dekabr 09:30
Budurmu “Fransa demokratiyası”?!
02 Dekabr 09:25
Təmraz Tağıyev: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz tarix yazdı
02 Dekabr 09:24
Fəqət Şadlinskaya: Bu gün Azərbaycan xalqı möhtəşəm qələbənin sevincini yaşayır
02 Dekabr 09:21
Ənvər Haqverdiyev: 44 günlük müharibə Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı
02 Dekabr 09:20
Rövlan Heydərov: Vətən müharibəsi Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinə qızıl hərflərlə yazıldı
02 Dekabr 09:18
Sabir Rüstəmxanlı: Qərəzli qətnamə Azərbaycan üçün heç bir əhəmiyyət daşımır
02 Dekabr 09:17
Elşən Musayev: Fransa Senatı tərəfindən belə qərəzli mövqe ortaya qoyulması qəbuledilməzdir
02 Dekabr 09:16
Tural Abbaslı: Fransa anlamalıdır ki, Azərbaycan artıq heç bir ədalətsizliyə, haqsızlığa dözmək niyyətində deyil
02 Dekabr 09:14
Fərəc Quliyev: Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu döyüş meydanında öz sözünü deyib

02 Dekabr 09:12
Radikal müxalifət möhtəşəm tarixi qələbəmizə kölgə salmaq üçün canfəşanlıq edir

02 Dekabr 09:10
Ermənistan reallığı: xaos, anarxiya, böhran və qarşıdurma
02 Dekabr 09:07
Tütünçülüyün inkişafı dövlətimizin daim diqqət mərkəzindədir
01 Dekabr 21:57
İtkin düşmüş hesab olunan hərbi qulluqçularımızın taleyinin müəyyənləşdirilməsi üçün BQXK və Rusiya sülhməramlılarının komandanlığı ilə təmaslar davam etdirilir
01 Dekabr 21:43
Uşaqlarda koronavirus infeksiyası
01 Dekabr 21:26
Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edilib
01 Dekabr 21:24
“Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” Azərbaycan Respublikası medalının təsviri
01 Dekabr 21:21
“Vətən müharibəsi iştirakçısı” Azərbaycan Respublikası medalının təsviri
01 Dekabr 21:18
“Laçının azad olunmasına görə” Azərbaycan Respublikası medalının təsviri
01 Dekabr 21:16
“Ağdamın azad olunmasına görə” Azərbaycan Respublikası medalının təsviri
01 Dekabr 21:15
“Kəlbəcərin azad olunmasına görə” Azərbaycan Respublikası medalının təsviri

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+10 +12
gecə+4 +6