Ana səhifə »  Xəbər lenti »  Anar Məmmədov: Yeni Azərbaycan Partiyası bundan sonra da Azərbaycanın inkişafında fəal iştirak edəcək
A+   Yenilə  A-
Anar Məmmədov: Yeni Azərbaycan Partiyası bundan sonra da Azərbaycanın inkişafında fəal iştirak edəcək

“Müasir müstəqil Azərbaycanın şanlı siyasi tarixinin mühüm səhifələrindən birini ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması təşkil edir. Bu mərhələni ona görə qürur və iftixar hissi ilə şanlı tarix adlandırırıq ki, Yeni Azərbaycan Partiyasının yaradılması ilə xaos və hərc-mərclik içində olan, vətəndaş müharibəsi və dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə qarşı-qarşıya qalan Azərbaycanın xilasının, tənəzzüldən azad olaraq tərəqqi yoluna nail olmasının əsası qoyuldu”. Bu fikirləri Milli Məclisin deputatı Anar Məmmədov deyib.

Anar Məmmədov bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Bilirik ki, dövlət müstəqilliyinin rəsmən elan olunduğu 1991-ci ilin 18 oktyabrından sonra Azərbaycan böyük fəlakətlə üzləşdi. Bir-birini sürətlə əvəzləyən müvəqqəti iqtidarların şəristəsiz siyasəti dövlətə, xalqa qarşı edilən xəyanətlər Azərbaycanın nəinki yenicə qazandığı müstəqilliyini itirmək, hətta bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdur. AXC-Müsavat cütlüyünün hakimiyyəti özünün bədnam idarəçilik fəaliyyəti ilə xalqın bu günə və gələcəyə ümidini, qürurlu millət kimi yaşamağa inamını öldürmüşdü. Meydanın boş olduğunu görən erməni təcavüzkarları da işğalçılıq siyasətini daha da gücləndirmiş, respublikanın ayrı-ayrı bölgələrində qanunsuz silahlı birləşmələr cövlan etməyə başlamışdı. Azərbaycan vətəndaş müharibəsinin bir addımlığında idi. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın dövlət müstəqilliyinin qorunmasının Ulu Öndər üçün nə qədər əziz, önəmli olduğunu 1992-ci ilin oktyabrında 91 nəfər Azərbaycan ziyalısının Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı müraciətinə cavabında aydın görürük. Dahi şəxsiyyət müraciətə tarixi cavabında, Yeni Azərbaycan Partiyasının yaradılmasını obyektiv zərurətdən doğan addım kimi dəyərləndirərək, bu inamı ifadə etmişdir ki, belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər.

Deputat qeyd edib ki, həqiqətən də yarandığı gündən bu günə kimi, müstəqil Azərbaycanın keçdiyi şanlı yolun böyük və əhəmiyyətli hissəsi, bilavasitə Yeni Azərbaycan Partiyasının adı ilə bağlıdır. Əslində, Yeni Azərbaycan Partiyasının 28 illik tarixi, müstəqil Azərbaycanın yeni tarixini əks etdirir. Çünki partiya yarandığı gündən ölkədə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edib, müstəqil Azərbaycanın yüksəlişinə və tərəqqisinə öz töhfələrini əsirgəməyib. Zamanın sınaqlarından uğurla çıxan demokratik və sivil cəmiyyətdə xüsusi fəaliyyəti ilə seçilən Yeni Azərbaycan Partiyası uzun və keşməkeşli yol qət edən və hazırda iqtidar partiyası kimi istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə öz sözünü deyərək, Azərbaycanın inkişaf və tərəqqisində öz nəhəng töhfələrini verməkdə davam edir. Xalqımızın mütləq əksəriyyəti YAP-ın avanqard rolunu, onun təkamül yolu ilə ölkəmizi uğurdan-uğura apardığını qəbul edir, bundan qürur duyaraq hər zaman ona dəstək verir. Təsadüfi deyil ki, Yeni Azərbaycan Partiyasının gücü bu gün Azərbaycanın milli güc, qüdrəti kimi xarakterizə edilir.

“Bu gün Yeni Azərbaycan Partiyasının sıralarında 750 mindən çox üzv birləşir. Bu, Ümummilli Lider Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə inamın göstəricisidir. Yeni zirvələr fəth edən Azərbaycanın hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması ildən-ilə xalq-iqtidar birliyini daha da möhkəmləndirib, vətəndaşların Prezident İlham Əliyevin ətrafında sıx birləşməsini təmin edib. Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev böyük fədakarlıqla və qətiyyətlə YAP-ın qurucusu Heydər Əliyev siyasi kursunu uğurla davam etdirərək, 8 noyabr tarixində Azərbaycan xalqına müraciətində də dediyi kimi, ata vəsiyyətini yerinə yetirdi, son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası nəticəsində işğalda olan torpaqlarımızı azad etdi, xalqın inamını özünə qaytardı. Bu gün hər bir azərbaycanlı əmindir ki, dövlət başçısının "Bizim hamımızın məqsədi ondan ibarət olmalıdır ki, ölkəmizin maraqlarını müdafiə edək, ölkəmizi bütün bəlalardan qoruyaq, sabitliyi, inkişafı davam etdirək" strateji xətti qarşıdakı illərdə də Azərbaycanın dayanıqlı inkişafı üçün möhkəm zəmin yaradacaq. İnanırıq ki, cənab Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi altında malik olduğu potensial, xalqın inamı, ideyalarının mükəmməlliyi sayəsində Yeni Azərbaycan Partiyası bundan sonra da Azərbaycanın inkişafı və çiçəklənməsində daim fəal iştirak edəcək”,-deyə A.Məmmədov vurğulayıb.

 
  • Oxunub:  2760  |  
  • Tarix:  20-11-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

İtkin düşmüş hesab olunan hərbi qulluqçularımızın taleyinin müəyyənləşdirilməsi üçün BQXK və Rusiya sülhməramlılarının komandanlığı ilə təmaslar davam etdirilir

02 Dekabr 18:36
QDİƏT PM və Baltik Assambleyasının Daimi Komitələrinin birgə iclası keçirilib
02 Dekabr 18:31
Mövlud Çavuşoğlu: Türkiyə münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində danışıqlar yolu ilə həllini hər zaman dəstəkləyib
02 Dekabr 18:30
Tarixi Zəfər qazanmaqla Azərbaycan özünü qalib xalq,məğlubedilməz dövlət kimi təsdiq etdi
02 Dekabr 17:42
Həkim-infeksionist: Qanda anticisimlərin olmasına baxmayaraq, yenidən koronavirusa yoluxma ehtimalı var
02 Dekabr 17:28
Livanlı muzdlu-terrorçu Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən məsuliyyətə cəlb edilib
02 Dekabr 17:06
Misir qəzetində “Xalqının tarixi liderinə çevrilən Prezident” sərlövhəli məqalə dərc edilib
02 Dekabr 16:54
Çinin kosmik aparatı Ayda ilk süxur nümunələrini toplayıb
02 Dekabr 16:52
Müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə başlanılır
02 Dekabr 16:46
Deputat: Böyük iqtisadi imkanlara malik Azərbaycan işğaldan azad edilmiş ərazilərin sürətli inkişafına nail olacaq
02 Dekabr 16:41
Hulusi Akar: Türkiyə və Rusiya zabitləri Qarabağda atəşkəsin davamlı olması üçün birlikdə xidmət aparacaqlar
02 Dekabr 16:38
Akif Qurbanov: insanların bir qismində koronavirusa qarşı immunitet yaranmayana qədər pandemiya ilə mübarizə aparmaq çətin olacaq
02 Dekabr 16:05
Səfir: Azərbaycanın ərazi bütövlüyünə dəstək vermək İranın prinsipial mövqeyidir
02 Dekabr 15:44
Deputat: Qələbənin mənəvi-psixoloji əhəmiyyəti heç də hərbi və siyasi nəticələrindən az önəm kəsb etmir
02 Dekabr 15:40
Yoluxma saylarını azaltmaq və vəziyyəti nəzarət altına almaq üçün ən azı iki həftəlik sərt karantin tədbirlərinə ehtiyac var
02 Dekabr 15:39
Türkiyə mediası: Azərbaycanın qazandığı qələbə bölgənin inkişafı üçün yeni perspektivlər açır
02 Dekabr 15:37
Azərbaycanın və Özbəkistanın Xarici İşlər nazirləri arasında telefon danışığı olub
02 Dekabr 15:33
Son vaxtlar koronavirusa yoluxmada əsas artım mənbəyi ailədaxili yoluxmalardır
02 Dekabr 15:31
“Bakı Prosesi” qlobal təşəbbüsünün 12 ili tamam olur
02 Dekabr 15:29
Koronavirus daşıyıcıları əsasən 20 yaşa qədər olan vətəndaşlardır
02 Dekabr 15:13
Anar Məmmədov: İşğaldan azad olunmuş ərazilərimizdə böyük quruculuq işləri həyata keçiriləcək və həmin torpaqlarda həyat yenidən canlanacaq
02 Dekabr 15:00
Adil Əliyev: Laçın rayonunun işğaldan azad edilməsi şanlı qələbəmizin təcəssümüdür
02 Dekabr 14:59
Ağalar Vəliyev: “Laçının işğaldan azad edilməsi Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin uzun illər apardığı düşünülmüş siyasətin nəticəsi və son iki ayda qazandığı möhtəşəm hərbi və siyasi uğurların zirvəsinə çevrildi”
02 Dekabr 14:56
Mehriban Abasquliyeva: Azərbaycan dövləti Laçının əvvəlki şöhrətini özünə qaytaracaq
02 Dekabr 14:50
Müdafiə Nazirliyi Laçın rayonunun Qarıqışlaq kəndindən videogörüntülər yayıb VİDEO
02 Dekabr 14:48
Həkim təyinatı olmadan müalicə aparılması yolverilməzdir
02 Dekabr 14:33
Ötən həftə Azərbaycanda 25 min 895 nəfər koronavirusa yoluxub
02 Dekabr 14:22
Şuşaya aparan yeni yolun tikintisinə yerli və xarici şirkətlər cəlb edilib
02 Dekabr 14:20
Azərbaycanda koronavirus infeksiyasına daha 3942 yoluxma faktı qeydə alınıb, 2265 nəfər sağalıb
02 Dekabr 14:19
Soltan Məmmədov: Azərbaycan Prezidentinin qətiyyəti, xalqın inamına söykənən iradəsi qazanılmış qələbənin əsasını təşkil edir
02 Dekabr 14:07
Kəlbəcər rayonu Söyüdlü qızıl yatağı - VİDEO
02 Dekabr 14:01
“Qarabağ” klubu “Makkabi” ilə oyun üçün İstanbula yola düşüb
02 Dekabr 13:47
UNESCO-nun İcra Şurasının 210-cu sessiyasının plenar iclası başlayıb
02 Dekabr 13:37
Paytaxtın Nəsimi rayonunda “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
02 Dekabr 13:34
Azərbaycanda Zəfər Günü təsis edilib - SƏRƏNCAM
02 Dekabr 13:32
Müzəffər Ali Baş Komandan və rəşadətli Ordumuz 30 illik əsarətdə olan ərazilərimizi 2 ay ərzində tam azad etməklə möhtəşəm zəfər tarixi yazdı
02 Dekabr 13:17
Publisistik düşüncələr: Günəşli payızın qırx dörd anı
02 Dekabr 13:13
Otuz illik münaqişənin nəticəsi: Ermənistan məğlub oldu, Azərbaycan isə qələbə qazanaraq ərazi bütövlüyünü təmin etdi
02 Dekabr 13:11
Laçın sakini: Rayonumuzdan ağlaya-ağlaya çıxmışdıq, gülə-gülə qayıdacağıq
02 Dekabr 13:09
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir
02 Dekabr 13:06
Prezident İlham Əliyev Azərbaycanda Anım Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb
02 Dekabr 12:21
“Azərkosmos” cari ildə 30 ölkəyə 37,8 milyon dollarlıq xidmət ixrac edib
02 Dekabr 12:19
Ermənistanın hərbi texnika itkisinin dəyəri 3,8 milyard dollardır – Təhlil
02 Dekabr 12:16
Azərbaycan XİN Fransa parlamentinin bir qrup üzvünün Dağlıq Qarabağa planlaşdırılan səfərinə münasibət bildirib
02 Dekabr 12:10
Müdafiə Nazirliyi vətəndaşlara müraciət edib
02 Dekabr 12:08
Hikmət Babaoğlu: Azərbaycan yeni reallıq yaratmaqla özünə mühüm strateji perspektiv təmin edib
02 Dekabr 10:09
Peru mətbuatında Ermənistanın Azərbaycana qarşı təcavüzünün tarixi barədə danışılıb
02 Dekabr 10:07
Tarixi zəfərimiz Prezidentin müdrik siyasətinin təsdiqidir
02 Dekabr 09:53
Gənclər təşkilatları ölkəmizin ərazi bütövlüyünün bərpası münasibətilə Ulu Öndərin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib
02 Dekabr 09:32
Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir
02 Dekabr 09:31
Yeni növ koronavirus infeksiyası bütün dünyanı təhdid edir
02 Dekabr 09:30
Budurmu “Fransa demokratiyası”?!
02 Dekabr 09:25
Təmraz Tağıyev: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz tarix yazdı
02 Dekabr 09:24
Fəqət Şadlinskaya: Bu gün Azərbaycan xalqı möhtəşəm qələbənin sevincini yaşayır
02 Dekabr 09:21
Ənvər Haqverdiyev: 44 günlük müharibə Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı
02 Dekabr 09:20
Rövlan Heydərov: Vətən müharibəsi Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinə qızıl hərflərlə yazıldı
02 Dekabr 09:18
Sabir Rüstəmxanlı: Qərəzli qətnamə Azərbaycan üçün heç bir əhəmiyyət daşımır
02 Dekabr 09:17
Elşən Musayev: Fransa Senatı tərəfindən belə qərəzli mövqe ortaya qoyulması qəbuledilməzdir
02 Dekabr 09:16
Tural Abbaslı: Fransa anlamalıdır ki, Azərbaycan artıq heç bir ədalətsizliyə, haqsızlığa dözmək niyyətində deyil
02 Dekabr 09:14
Fərəc Quliyev: Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu döyüş meydanında öz sözünü deyib

02 Dekabr 09:12
Radikal müxalifət möhtəşəm tarixi qələbəmizə kölgə salmaq üçün canfəşanlıq edir

02 Dekabr 09:10
Ermənistan reallığı: xaos, anarxiya, böhran və qarşıdurma
02 Dekabr 09:07
Tütünçülüyün inkişafı dövlətimizin daim diqqət mərkəzindədir
01 Dekabr 21:57
İtkin düşmüş hesab olunan hərbi qulluqçularımızın taleyinin müəyyənləşdirilməsi üçün BQXK və Rusiya sülhməramlılarının komandanlığı ilə təmaslar davam etdirilir
01 Dekabr 21:43
Uşaqlarda koronavirus infeksiyası
01 Dekabr 21:26
Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edilib
01 Dekabr 21:24
“Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” Azərbaycan Respublikası medalının təsviri
01 Dekabr 21:21
“Vətən müharibəsi iştirakçısı” Azərbaycan Respublikası medalının təsviri
01 Dekabr 21:18
“Laçının azad olunmasına görə” Azərbaycan Respublikası medalının təsviri
01 Dekabr 21:16
“Ağdamın azad olunmasına görə” Azərbaycan Respublikası medalının təsviri
01 Dekabr 21:15
“Kəlbəcərin azad olunmasına görə” Azərbaycan Respublikası medalının təsviri

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+10 +12
gecə+4 +6