Ana səhifə »  Xəbər lenti »  Saltuk Düzyol: TANAP layihəsi beynəlxalq ictimaiyyət tərəfindən geniş dəstəyə sahibdir
A+   Yenilə  A-
Saltuk Düzyol: TANAP layihəsi beynəlxalq ictimaiyyət tərəfindən geniş dəstəyə sahibdir

TANAP layihəsi üçün heç bir erməni təhdidi yoxdur. Beynəlxalq birliyin bu qədər geniş dəstək göstərdiyi Cənub Qaz Dəhlizinin Ermənistan və ya terror təşkilatları tərəfindən hədəfə alınması böyük bir səhv olardı.

AZƏRTAC Türkiyə saytlarına istinadla xəbər verir ki, bu sözləri TANAP şirkətinin baş direktoru Saltuk Düzyol deyib.

O bildirib: “Qarabağda qazanılan qələbə Türkiyə ilə Azərbaycan arasındakı əlaqələri daha da gücləndirdi. TANAP Bakıdan İtaliyayadək məsafə qət edən və Cənub Qaz Dəhlizi adlanan təbii qaz təchizatı zəncirinin həlqələrindən biridir. Dəhlizin maraqlı tərəfləri arasında Rusiya və İngiltərə də daxil olmaqla Avropa ölkələri və bu ölkələrin bir sıra enerji şirkətləri var. ABŞ və Avropa İttifaqı Cənubi Şərqi Avropa ölkələrinin enerji təchizatının təhlükəsizliyini təmin edilməsi, təbii qaz tədarükündə bir mənbə və bir ölkədən asılılığın azaldılması üçün bu yeni dəhlizin açılmasına böyük siyasi dəstək verir. Ona görə də, beynəlxalq ictimaiyyət tərəfindən bu qədər geniş dəstəyə sahib olan dəhlizin Ermənistan və ya terror təşkilatları tərəfindən hədəfə alınmasının çox böyük bir səhv olacağını, bəzi fərdi hadisələr savayı hədəf olma ehtimalının çox az olduğunu deyə bilərik”.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında TANAP boru kəməri ilə Türkiyəyə 3,7 milyard kubmetr Azərbaycan təbii qazı nəql olunub. 2018-ci il iyun ayının 30-dan cari il noyabrın 1-dək isə TANAP-la Türkiyəyə təqribən 7,6 milyard kubmetr qaz nəql edilib.

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan ilk kommersiya təbii qazının TANAP boru kəməri ilə Türkiyəyə nəqlindən 2 il ötüb. TANAP-la Türkiyəyə kommersiya qazının nəqlinə başlanmasının birinci ili 2 milyard kubmetr qaz tədarük edilib. Ticari əməliyyatların ikinci ili cari il iyunun 30-da bitib və həmin tarixə TANAP-la nəql edilən Azərbaycan qazının həcmi 5,8 milyard kubmetr olub. Sonrakı dövrdə isə boru kəməri ilə ildə 6 milyard kubmetr qaz nəql ediləcək. Kəmərin mövcud ötürücülük qabiliyyəti hazırda 16 milyard kubmetrdir, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. İlkin mərhələdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Azərbaycan təbii qazını Avropaya nəql edəcək və TANAP-a birləşdirilən TAP kəmərinə sınaq məqsədilə 21,4 milyon kubmetr qaz vurulub.

“Şahdəniz-2” qazını Türkiyəyə nəql edən TANAP boru kəməri Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə qoşulub, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan və 3500 kilometrlik Cənub Qaz Dəhlizinin birləşdirici halqasını təşkil edən TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düymlük hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düymlük hissəsinin uzunluğu isə 480 kilometrdir. Mərmərə dənizi boyunca isə boru kəmərinin diametri 36 düym təşkil edir. İki fazada icra olunan layihə çərçivəsində boru kəmərinin uzunluğu (19 kilometri Mərmərə dənizindən keçməklə) ümumilikdə 1850 kilometrdir.

Layihə ilə bağlı Azərbaycanla Türkiyə anlaşma memorandumunu 2011-ci il dekabrın 24-də imzalanıb, bu çərçivədə SOCAR tərəfindən “TANAP Doğalgaz İletim AŞ” şirkəti yaradılıb. TANAP boru kəməri sisteminə dair Saziş isə 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. Bununla da Türkiyə və Azərbaycan siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində TANAP tikintisi ilə bağlı razılıq əldə edilib. Layihə çərçivəsində hasil olunacaq qazın uzunmüddətli sazişlər əsasında Avropa İttifaqı ölkələrinə ixrac edilməsi üçün mühüm addımlar atılıb, TANAP və TAP qaz boru kəmərlərinin inşasına dair sazişlər imzalanıb. 2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə TANAP-ın təməli qoyulub. 2018-ci il iyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində Prezident İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Şimali Kipr xalqının lideri Mustafa Akıncı, Serbiya Prezidenti Aleksandr Vuçic, Ukrayna Prezidenti Petro Poroşenko və digər rəsmi şəxslərin iştirakı ilə TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. TANAP-ın Avropaya qaz nəqlini nəzərdə tutan ikinci fazası keçən il noyabrın 30-da istifadəyə verilib. TANAP layihəsinə 6,5 milyard dollar xərclənib.

TANAP Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 20 şəhər və 67 vilayətindən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanır. “Enerjinin İpək yolu” adlandırılan TANAP layihəsi təbii qazın “Şahdəniz”, eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir.

TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi “SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ), 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.

 
  • Oxunub:  1590  |  
  • Tarix:  20-11-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanın təşəbbüsünə BMT səviyyəsində dəstək verilməsi respublikamızın yüksək beynəlxalq nüfuzunun göstəricisidir

05 Dekabr 18:06
Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri keçirilir - VİDEO
05 Dekabr 17:51
Vətəndaşlar yazırlar: Cənab Prezident, Sizinlə, qazandığımız Qələbə ilə qürur duyuruq
05 Dekabr 17:32
Vəkillər Kollegiyası erməni vandalizmi ilə əlaqədar 230 beynəlxalq təşkilata müraciət ünvanlayıb
05 Dekabr 17:27
RİİB-in təşəbbüsü ilə Könüllülər himni hazırlanıb VİDEO
05 Dekabr 17:23
“Israel Hayom” qəzeti: Ermənistan-Azərbaycan münaqişəsinin dini müharibə kimi təqdim edilməsi vicdansız təbliğat taktikasıdır
05 Dekabr 17:15
Qarabağ səmalarını artıq ay və ulduz bəzəyir - Ərdoğan
05 Dekabr 16:57
Bəzi şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti uzadılıb
05 Dekabr 16:54
Müdafiə Nazirliyinin nəzdində sutka ərzində fasiləsiz qaynar telefon xətləri fəaliyyət göstərir
05 Dekabr 16:46
Azərbaycanın təşəbbüsünə BMT səviyyəsində yüksək dəstək verilməsi ölkəmizin beynəlxalq nüfuzunun əyani təsdiqidir
05 Dekabr 16:44
Rəcəb Tayyib Ərdoğan: Türkiyəni hər növ mühərrik dizayn və istehsal edən ölkə halına gətirməyi hədəfləyirik
05 Dekabr 16:40
Azərbaycanda koronavirus infeksiyasına daha 4323 yoluxma faktı qeydə alınıb, 2180 nəfər sağalıb
05 Dekabr 16:37
Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında telefon danışığı olub
05 Dekabr 14:40
“Suqovuşan” elektrik stansiyaları 3 ay ərzində istismara veriləcək
05 Dekabr 14:14
Ötən həftə Azərbaycanda COVID-19-dan 10 min 427 nəfər sağalıb
05 Dekabr 14:10
6 şəhər və rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə fərdi evlər verildi
05 Dekabr 14:06
Belarus portalında Azərbaycanın Vətən müharibəsində Zəfər qazanması barədə məqalə dərc edilib
05 Dekabr 13:40
“Regional İnkişaf” İctimai Birliyinin ölkə üzrə könüllülərinin onlayn görüşü keçirilib
05 Dekabr 13:31
Deputat: Laçın qısa zamanda iqtisadi inkişafa dəstək verən aparıcı rayonlardan birinə çevriləcək
05 Dekabr 13:23
Prezident İlham Əliyev BMT-nin xüsusi sessiyasında pandemiyanın təsirindən yaranmış qlobal problemləri və həll yollarını göstərdi
05 Dekabr 13:14
“The New York Times” qəzetində Ağdamın Çıraqlı kəndi barədə məqalə dərc edilib
05 Dekabr 13:06
Səfir Hulusi Kılıç: Prezident İlham Əliyevin Zəfər Gününün tarixi ilə bağlı qərarı olduqca təqdirəlayiqdir
05 Dekabr 12:43
AFFA Beynəlxalq Könüllülər Gününə həsr olunmuş onlayn konfrans keçirib
05 Dekabr 12:34
Aktiv koronavirus xəstələrinin karantin qaydalarını pozması hallarına qarşı mübarizə tədbirləri davam etdirilir
05 Dekabr 12:28
Vətən Müharibəsi zamanı erməni terroru nəticəsində həlak olan mülki şəhidlərin ailə üzvlərinə sosial ödənişlər təyin olunub
05 Dekabr 12:24
2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edilib
05 Dekabr 12:13
Azərbaycan Texniki Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə növbəti nəzəri-praktiki seminar keçirilib
05 Dekabr 11:27
İqtidarın siyasi dialoq təşəbbüslərinin praktiki nəticələri göz qabağındadır
05 Dekabr 10:26
Azərbaycanın təşəbbüsünə BMT səviyyəsində dəstək verilməsi respublikamızın yüksək beynəlxalq nüfuzunun göstəricisidir
05 Dekabr 10:23
Asim Mollazadə: Azərbaycan faktiki olaraq BMT-nin Təhlükəsizlik Şurasının vaxtilə qəbul etdiyi qətnamələrin icrasını həyata keçirdi
05 Dekabr 10:20
Razi Nurullayev: Bu gün xalqımız qələbə əhval-ruhiyyəsindədir
05 Dekabr 10:17
Abutalıb Səmədov: Ali Baş Komandanın rəhbərliyi ilə əldə edilən qələbə nəticəsində Azərbaycanın ərazi bütövülüyü tam təmin olundu
05 Dekabr 10:14
Elşad Musayev: Azərbaycan Ordusu Vətən müharibəsində böyük qələbə əldə etdi

05 Dekabr 10:12
Radikal müxalifətin növbəti xəyanəti

05 Dekabr 10:09
Məğlub Ermənistan xaos meydanına çevrilib
05 Dekabr 10:06
Regionların qazlaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər uğurla davam etdirilir
05 Dekabr 10:02
COVID-19 bəşəriyyəti təhdid edən ciddi sağlamlıq problemidir
05 Dekabr 00:14
Heydər Əliyev Mərkəzi, “Alov qüllələri” və Bakı Olimpiya Stadionu şəhidlərin əziz xatirəsinə Azərbaycan bayrağı ilə işıqlandırılıb
04 Dekabr 21:54
Özbəkistan mediası Ermənistanın Qarabağda törətdiyi ekoloji terrordan yazıb
04 Dekabr 21:28
Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb
04 Dekabr 21:01
Dmitri Peskov: Qarabağın Azərbaycana mənsubluğu BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə müəyyən edilib
04 Dekabr 20:55
Yaponiya hökumətinin qrant yardımı ilə Şamaxının Mədrəsə qəsəbəsində yeni tibb məntəqəsi inşa ediləcək
04 Dekabr 19:44
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi Naxçıvan Qarnizonu Qoşunlarında da yad edilib
04 Dekabr 19:13
“Sahibkarlığa və məşğulluğa iqtisadi dəstək” layihəsi çərçivəsində vebinar keçirilib
04 Dekabr 19:10
“Qlobal Müdafiə Texnologiyaları Hakatonu”na start verilib

04 Dekabr 19:05
Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupovdan

04 Dekabr 18:50
Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli əməkdaşlıq münasibətləri müzakirə olunub
04 Dekabr 18:29
Azərbaycan Pakistanla işğaldan azad olunmuş ərazilərə xarici investorların cəlbini müzakirə edib
04 Dekabr 18:08
Ali Məhkəmədə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb
04 Dekabr 18:07
Mustafa Şentop Fransa Milli Assambleyasının qəbul etdiyi qətnaməni pisləyib
04 Dekabr 18:00
Nüfuzlu “China Daily” qəzeti Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının Xüsusi Sessiyasındakı çıxışından yazır
04 Dekabr 17:48
Müdafiə Nazirliyi işğaldan azad edilmiş Kəlbəcər rayonunun Yanşaq kəndinin videogörüntülərini paylaşıb - VİDEO
04 Dekabr 17:44
Gəncədə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunub
04 Dekabr 17:39
Azərbaycan Fransaya nota verib
04 Dekabr 17:35
Milix Yevdayev: Şəhidlərimiz daim qəlblərimizdə yaşayacaqlar
04 Dekabr 17:24
Hesabat ilində Şərqşünaslıq İnstitutunda elmi-tədqiqat planında nəzərdə tutulan bütün işlər yerinə yetirilib
04 Dekabr 17:21
Ramiz Alıyev: Vətən Müharibəsində milli mediamız yüksək vətənpərvərlik nümayiş etdirdi
04 Dekabr 17:19
Belarus səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatır
04 Dekabr 17:16
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi Dövlət Miqrasiya Xidmətində yad edilib
04 Dekabr 17:13
Aleksandr Şarovski: Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu qarşısında baş əyirik
04 Dekabr 17:05
Azərbaycanın və Latviyanın xarici işlər nazirləri arasında telefon danışığı olub
04 Dekabr 16:55
Azərbaycanın aşkenazi yəhudilərinin baş ravvini: Etnik və dini mənsubiyyətindən asılı olmayaraq, hər bir şəhidin xatirəsi bizim üçün mühümdür
04 Dekabr 16:54
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
04 Dekabr 16:42
Rəcəb Tayyib Ərdoğan: Bundan sonra Fransa vasitəçi kimi etibarlılığını itirib
04 Dekabr 16:41
Heydər Əliyev Fondunun dəstəyi ilə şəhidlərə ithaf olunmuş "Əbədi zirvə" musiqi kompozisiyası hazırlanıb - VİDEO
04 Dekabr 16:37
Aleksandr İşein: İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinin parlaq səhifəsidir
04 Dekabr 16:35
Hüseyn Cavidin ev-muzeyində ədibin xatirəsi anılıb
04 Dekabr 16:30
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi Qarabağ bölgəsində yad edilib
04 Dekabr 16:25
Azərbaycanın Vətən müharibəsi dövründə tarixə qızıl hərflərlə həkk olunan qəhrəmanlıq dastanı yazdı
04 Dekabr 16:22
Azərbaycanda koronavirus infeksiyasına daha 4267 yoluxma faktı qeydə alınıb, 2566 nəfər sağalıb
04 Dekabr 16:15
Venesuela ilə Azərbaycan arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+10 +12
gecə+5 +7