Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Gənclər və İdman Nazirliyində İƏT Gənclər Forumunun prezidenti ilə görüş keçirilib

Gənclər və İdman Nazirliyində İƏT Gənclər Forumunun prezidenti ilə görüş keçirilib

20.11.2020 [13:01]

Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun prezidenti Taha Ayhanın başçılıq etdiyi nümayəndə heyəti gənclər və idman nazirinin müavinləri İntiqam Babayev və Fərhad Hacıyev ilə görüşüblər.

Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə əməkdaşlıq perspektivlərinin genişləndirilməsi və yeni birgə layihələr haqda fikir mübadiləsi aparılıb. Gənclər və İdman Nazirliyinin rəsmiləri Azərbaycanın tarixi zəfər qazandığı bir dövrdə bu səfərin baş tutduğu üçün məmnunluqlarını ifadə edərək, tərəflər arasında əməkdaşlığın daha da artırılmasının vacibliyini və Azərbaycanın hər zaman olduğu kimi, Forumun fəaliyyətinə dəstək göstərəcəyini vurğulayıblar.

Qeyd edək ki, səfər zamanı nümayəndə heyəti çoxsaylı görüşlər keçirib, qarşılıqlı əməkdaşlıq və gələcək planlar ətrafında fikir mübadiləsi aparıblar.

Noyabrın 18-də Taha Ayhan və onu müşayiət edən nümayəndə heyəti Gəncə şəhərinə səfər edərək Ermənistan silahlı qüvvələrinin azərbaycanlı dinc əhaliyə qarşı törətdiyi hərbi cinayətlər nəticəsində baş vermiş faciənin izləri ilə tanış olublar.

Taha Ayhan Azərbaycan həqiqətlərinin, həmçinin dinc əhaliyə qarşı Ermənistanın törətdiyi cinayətlərin geniş ictimaiyyətə çatdırılması üçün İƏT Gənclər Forumunun lazımi işlər görəcəyini və geniş fəaliyyət aparacağını bildirib.

Paylaş:
Baxılıb: 183 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30