Türkiyənin Nişantaşı Universiteti Gəncədə şəhid ailələrinin tələbə övladlarına təqaüd vermək məsələsində həm səfirliklər, həm də digər rəsmi şəxslərlə müzakirələr aparır. Bakıya qayıtdıqdan sonra Azərbaycanın təhsil naziri ilə bu məsələ ərafında fikir mübadiləsi aparmağı planlaşdırırıq.
AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə noyabrın 16-da Gəncəyə səfər edən Türkiyənin Nişantaşı Universitetinin rektoru Şenay Yalçın jurnalistlərə müsahibəsində deyib.
Şenay Yalçın qeyd edib ki, Nişantaşı Universiteti və Gəncə Dövlət Universiteti akademik əməkdaşlıq sənədi çərçivəsində Qafqazdakı bütün məsələləri birgə araşdıracaqlar.
“Azərbaycan geosiyasi və geostrateji mövqeyi ilə türk dünyasına açılan qapıdır. Bundan sonra Azərbaycanla birgə işlərimizdə daha yaxşı nəticələrin olacağına inanıram”, - deyə o qeyd edib.
- Oxunub: 1770 |
- Tarix: 16-11-2020 |
-
Çap et |