HAQQ MÜBARİZƏSİNDƏ QƏLƏBƏ HAQQIMIZDIR!
14.10.2020 [08:55]
Doğulmaq, yaşamaq, ölmək - insanın “həyat” dediyi məhz bu üç hadisə arasındakı zamandır. Bu zaman kəsiyində əsl insan olmağa çalışmaq isə qarşıya qoyduğumuz məqsədlərdən asılıdır. Ən böyük məqsədimiz Vətən, dövlət, millət, torpaq, ailə, şərəf, namus, mərdlik və bu kimi dəyərlərimizi daim uca tutmaq və qorumaqdır. İnsan kimi doğulmaq dünyanın bütün insani varlıqlarının taleyinə yazılıb, lakin insan kimi yaşayıb, şərəfli ölmək isə hamıya qismət olmur. Əgər bu dünyada şərəfli həyatın və ölümün varlığını anlaya biliriksə, bu, böyük bir tale hədiyyəsidir.
Azərbaycan xalqı tarixən öz mərdliyi, şücaəti, dürüstlüyü, şərəfi ilə seçilib, ad qazanıb. Bu xalq daim öz dəyərlərinə sadiq qalmağı bacarıb. Məhz bu səbəbdəndir ki, bu gün haqlı mübarizəmizdə kiçikdən böyüyə hamımız eyni hisslərlə, eyni mərdliklə və birliklə davranırıq. Ali Baş Komandan İlham Əliyev başda olmaqla bütün xalq torpaqlarımızın azadlığı uğrunda erməni kimi mənfur, şərəfli həyat və ölümdən xəbərsiz, qatil ruhlu, əqidəsiz, özgə torpaqlarına göz dikən varlıqla mübarizə aparır. Ancaq ermənilər - cılız düşüncəyə sahib varlıqlar, insan olmağın şərəfindən xəbərsizdirlər.
Mənfur düşmənin unutduğu bir şey var: Xalqımızın hər bir nümayəndəsi üçün Vətən, torpaq, dövlət çox dəyərlidir. Bu gün Vətən müharibəsində istər bütün dünyaya qətiyyətlə haqq səsimizi çatdıran cənab Prezident İlham Əliyev, istər ön cəbhədə layiqincə döyüşən qəhrəmanlarımız, istər arxa cəbhədə qürurla birlik nümayiş etdirən ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri - hər kəs bu gün haqq mübarizəsində cəsarət nümayiş etdirir. Biz şərəfli xalqıq, şərəfli xalqların vətənləri də, torpaqları da, dövlətləri də, insanları da tarixdə silinməz izlər qoyur, silinmir, bir ölür, min dirilir, amma əsla yox olmur, varlığını sübut edir, gec ya tez azadlığını car çəkir, qazanır və qoruyur. Bizim gücümüz şərəfimizdən doğur.
İnsan bu dünyada doğulandan ölümün varlığı ilə barışmasa da, ölüm hər bir insanı gec-tez haqlayır, varlığını sübut edir. Bu sübuta kimi isə qarşımızdakı məqsədimiz dəyərimizdir. Bu dəyərdən nə olur-olsun, vazkeçilməyəcək. Hər birimiz silahımızla, qələmimizlə, ağlımızla, cəsarətimizlə illərdir, düşmən tapdağı altında qalan doğma yurd-yuvamızı xilas etmək üçün əlimizdən gələni edəcəyik və edirik! Haqlı mübarizəmizdə yanımızda olanlarla birlikdə qələbəni qeyd edəcəyimiz gün artıq çox yaxındadır!
Aysel Şeydayeva,
YAP Quba rayon təşkilatı Qadınlar Şurasının sədri,
ADPU-nun Quba filialının tərbiyə işləri üzrə direktor müavini
Xəbər lenti
Hamısına baxDünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37

