Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Cenevrədə Dünya Səhiyyə Təşkilatının İcraiyyə Komitəsinin 136-cı sessiyası keçirilir

Cenevrədə Dünya Səhiyyə Təşkilatının İcraiyyə Komitəsinin 136-cı sessiyası keçirilir

27.01.2015 [16:58]

Cenevrədə Dünya Səhiyyə Təşkilatının (DST) İcraiyyə Komitəsinin 136-cı sessiyası işə başlayıb.
AzərTAc BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, qeyri-yoluxucu xəstəliklər, anaların, südəmər və azyaşlı uşaqların qidalanması, zorakılıq və onun sağlamlıq üçün nəticələri sessiyanın gündəliyində duran əsas məsələlərdir. Budəfəki sessiyada bir sıra sənədlər ətraf mühitin insanın əhval-ruhiyyəsinə təsirinə həsr edilib.
Baxılması üçün iclas iştırakçılarına təqdim olunan məruzələrdən birində havanın çirklənməsi ilə sağlamlıq arasındakı əlaqə barədə informasiya yer alıb, xoşagəlməz nəticələrin yumşaldılması strategiyası təsvir olunub. DST ekspertləri qeyd edirlər ki, dünyada xəstəlik və ölüm hallarının əsas qarşısı alına bilən səbəblərindən biri havanın çirklənməsidir. Onlar ildə təqribən 4,3 milyon ölum faktını məişət şəraiti - otaqlarda havanın çirklənməsi, daha 3,7 milyonunu açıq havanın çirklənməsi ilə bağlayırlar.
Sessiyanın daha bir sənədinə görə, körpələr, uşaqlar və yeniyetmələr arasında piylənmə problemi bütün ölkələrdə təhlükəli miqyas alır. Son 20 ildən çox müddətdə təkcə Afrika qitəsində artıq çəkidən və ya piylənmədən əziyyət çəkən uşaqların sayı artaraq 4 milyondan 10 milyon nəfərə çatıb. Piylənmədən əziyyət çəkən uşaqların sayı dünya üzrə artaraq, 1990-cı ildə 31 milyon nəfərdən 2013-cü ildə 42 milyon nəfərə çatıb. Ekspertlər bildirirlər ki, uşaqlar arasında piylənmə təhlükəli xəstəliklərin, o cümlədən diabet və ürək xəstəliklərinin vaxtından əvvəl inkişafına səbəb olur.
Yanvarın 26-da işə başlayan DST-nin İcraiyyə Komitəsinin sessiyası fevralın 3-dək davam edəcək. Sessiya iştirakçıları ana və uşaq ölümü problemini, vaksinasiya, habelə qlobal miqyasda epilepsiya və uşaqlar arasında piylənmə məsələlərini müzakirə edəcəklər.
DST-nin İcraiyyə Komitəsinə qurumun üzvü olan ölkələrin 34 eksperti daxildir. Onlar üç il müddətinə seçilir. İcraiyyə Komitəsinin əsas funksiyaları Dünya Səhiyyə Assambleyasının qərarlarının işlənib hazırlanması və yerinə yetirilməsidır.
Budəfəki sessiyada may ayına nəzərdə tutulan Dünya Səhiyyə Assambleyasının gündəliyi razılaşdırılacaq.
Cenevrədə İcraiyyə Komitəsinin sessiyasının açılışından bir gün əvvəl - yanvarın 25-da Qərbi Afrikanı cənginə alan Ebola virusu ilə bağlı cavab tədbirlərinə həsr olunmuş xüsusi sessiya keçirilib.

Paylaş:
Baxılıb: 317 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30