/ / Xalqımız pandemiya şəraitində ölkə rəhbərliyi tərəfindən görülən işləri təqdirlə qarşılayır və dəstəkləyir
Xalqımız pandemiya şəraitində ölkə rəhbərliyi tərəfindən görülən işləri təqdirlə qarşılayır və dəstəkləyir
09.05.2020 [11:57]
Hər bir çətin dövrün öhdəsindən gəlmək üçün nümunə göstəriləcək əməllər, fəaliyyətlər və bu fəaliyyətləri sərgiləyən nümunəvi insanlar olur. Belə insanlar mövcud şəraitdə öz praktiki ağıl və təcrübəsini, bütün gücünü səfərbər edir, ümuminin xeyrini düşünərək ideyalar, çağırışlar irəli sürür, verilən doğru qərarları dəstəkləyir, yayır, insanları bir olmağa səsləyir. Belə insanlar, sözün əsl mənasında, dövlətin, millətin gələcəyini, varlığını, inkişafını düşünür, əməli fəaliyyətini, mövcud vəziyyətə münasibətini bu yöndə qurur.
Sağlam düşüncəli, öz xalqının, dövlətinin gələcəyini düşünən hər bir ölkə vətəndaşı isə ölkənin inkişafı istiqamətində öz gücünü səfərbər edənlərin gördükləri əməlləri, nümunəvi fəaliyyətləri yaymaqda məsuliyyət hiss etməli, doğrunu, yaxşını deməkdən zövq almalı, aparılan islahatların, çağırışların, irəli sürülən təşəbbüslərin arxasında qürurla dayanmağı bacarmalıdır. Məhz bu səbəbdən dünən öz növbəti çağırışı ilə “COVİD-19” infeksiyasının dünyada və ölkə ərazisində yaratdığı mövcud vəziyyətdə əl-ələ verərək, Prezident İlham Əliyevin doğru qərarlarını dəstələyərək xalqın yanında yer alan könüllülərə, həkimlərimizə, polislərimizə, Heydər Əliyev Fonduna, Regional İnkişaf İctimai Birliyi könüllülərinə, müxtəlif yardım aksiyaları ilə xalqı düşünən vətəndaşlarımıza təşəkkür edən Mehriban xanım Əliyeva özlüyündə xalqın böyük təşəkkürünü qazandı. Fəxrlə deyə bilərik ki, simasında bir daha dünya dövlətlərinə dərin bilik və intellekt sahibi olan gözəl ziyalı, humanist Azərbaycan qadını obrazı təqdim olunmaqla bərabər, dar günündə xalqının, dövlətinin yanında olmağı bacaran nümunəvi azərbaycanlı gördük.
Bilirik ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) artıq mart ayının 11-dən dünyanı təşvişə salan yeni koronavirus infeksiyasını pandemiya elan edib. Pandemiya bəşər tarixində ilk deyil, lakin insanlar, cəmiyyət, hətta dünyanın inkişaf etmiş ölkələri belə müasir dövrdə elmin, texnikanın, səhiyyənin inkişafı şəraitində bu vəziyyətdə aciz qaldı.
Pandemiya dövründə hər bir ölkə öz qayda-qanunlarına uyğun hərəkət edir, ÜST isə tövsiyələr verməklə mövcud durumla bağlı zəruri məlumatları, qaydaları diqqətə çatdırır. Günümüzdə də belə oldu. Azərbaycan dövləti isə cənab Prezident İlham Əliyevin zamanında verdiyi doğru qərarlarla birlikdə iqtisadiyyata və vətəndaşlara dəyə biləcək ziyanın minimuma endirilməsi, insanlara müavinətlərin verilməsi, təhsil, səhiyyə, sosial və digər sahələrə uyğun olaraq xalqı düşünərək atılan addımlar istiqamətində görülən işlərin, həmçinin irəli sürdüyü təşəbbüslərin, çağırışların sayəsində vəziyyətə nəzarəti ələ almağı bacardı. Beləliklə, milli ruh özünü ictimaiyyətə sübut etdi.
Ölkə Prezidenti cənab İlham Əliyevin qərar və təşəbbüslərini dəstəkləyərək bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha yüksəklərə qaldırmaqla bərabər, Azərbaycan xalqının qəlbindəki yerini daha da dərinləşdirdi. Belə ki, təkcə elə kütləvi informasiya vasitələrindən son dövrün mənzərəsini izləsək, diqqətimizi çəkəcək məqamlardan bir də Mehriban xanım Əliyevanın xalqın yanında olması, daha doğrusu xalqın hər bir vətəndaşının yanında, qəlbində, inamında yer alması, çağırışları ilə bütünlükdə xalqı necə səmimi qəlbdən düşünməsi oldu:
“Əziz həmvətənlərim, mənim doğmalarım!
Mən sizə bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət edirəm! Qəlbimin dərinliklərindən gələn və hər birinizə ünvanlanan bu sözlərimi eşidib məni anlayacağınıza ümid edirəm! Xahiş edirəm, bunu mütləq zərurət və vəzifəniz kimi qəbul edin - NÖVBƏTİ 20 GÜN ƏRZİNDƏ HAMI EVDƏ QALMALIDIR. AİLƏLƏRİNİZLƏ BİRLİKDƏ. XAHİŞ EDİRƏM, VACİB ZƏRURƏT OLMADAN EVLƏRİNİZİ TƏRK ETMƏYİN!”
Sözün həqiqi mənasında, mükəmməl Azərbaycan qadını kimi bu gün Mehriban xanım Əliyeva öz fəaliyyətini elə qurur ki, sağlığında hər çıxışında Azərbaycan qadının mübarizliyindən, tarixən keçib gəldiyi böyük, şərəfli yoldan qürurla söz açan Ulu Öndər Heydər Əliyevin qadınlara olan güvənini Onun yoxluğunda belə boşa çıxarmasın, öz timsalında bunu bütün dünyaya sübut etsin və bunu da layiqincə edir..
Bizlər də xalqın nümayəndələri olaraq, gözümüzün önündə olan lider qəhrəmalarımızla qürur duyur, onların çağırışlarından ürəklənir, yeni uğurlara imza atır, bu Vətəni, bu milləti, bu dövləti düşünərək görülən əməlləri alqışlayırıq.
Aysel Şeydayeva
YAP Quba rayon təşkilatı Qadınlar Şurasının sədri,
ADPU-nun Quba filialının Tərbiyə işləri üzrə direktor müavini
Xəbər lenti
Hamısına baxSiyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Gündəm
17 Sentyabr 11:41
Siyasət
17 Sentyabr 11:08
Gündəm
17 Sentyabr 11:02
Siyasət
17 Sentyabr 10:15
İqtisadiyyat
17 Sentyabr 09:58
Analitik
17 Sentyabr 09:25
Analitik
17 Sentyabr 08:50
MEDİA
17 Sentyabr 08:36
İqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18
İqtisadiyyat
16 Sentyabr 15:10
YAP xəbərləri
16 Sentyabr 15:08
Sosial
16 Sentyabr 14:51
YAP xəbərləri
16 Sentyabr 14:50
Analitik
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:39
YAP xəbərləri
16 Sentyabr 14:38
Siyasət
16 Sentyabr 14:22
Formula 1
16 Sentyabr 14:06
Gündəm
16 Sentyabr 13:52
İdman
16 Sentyabr 13:50
Gündəm
16 Sentyabr 13:50
Din
16 Sentyabr 13:44
Dünya
16 Sentyabr 13:24
YAP xəbərləri
16 Sentyabr 13:17
Dünya
16 Sentyabr 12:46
Gündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28

